Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   17   18   19   20   21   22   23   24   25

 

71

yətə malikdir. Bununla belə, infrastruktur sahələrin inkişafı ilə onların xidmətlərini 



istehlak edən qeyri-neft sahələrinin inkişafının əlaqələndirilməsi bu sahəyə qoyulan 

investisiya qoyuluşlarının səmərəliliyi baxımından böyük əhəmiyyətə malikdir.  

Qeyri-neft  sektorunda  istehsalın  səmərəliliyinin  yüksəldilməsinin  digər  isti-

qaməti  onların  fəaliyyətinin  birbaşa  subsidiyalaşdırılması  və  onlara  vergi  güzəşt-

lərinin  verilməsi  ilə  əlaqədardır.  Son  illərdə  Azərbaycanda  vergilərin  səviyyəsi 

ə

həmiyyətli şəkildə azaldılmışdır. Belə ki, mənfəət vergisi 2000-ci ildə 27 faizdən 



2013-cu  ildə  20  faizə,  sosial  sığortaya  ayırmalar  33  faizdən  təqribən  25,66  faizə 

qədər azaldılmışdır. Hazırda Azərbaycanda vergi dərəcələrinin azaldılması hesabı-

na qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq imkanları məhduddur. Belə ki, 

Azərbaycanda bu sahələrin vergi yükləri digər ölkələrə nisbətən aşağıdır. Bununla 

yanaşı,  ölkədə  enerjidaşıyıcılarının  qiymətləri  artırılmışdır  ki,  bu  da  qeyri-neft 

sektorunda  istehsalın  səmərəliliyinə  mənfi  təsir  göstərən  amillərdəndir.  Həmçinin 

gələcəkdə  əmək  haqqının,  bir  sıra  xidmət  sahələrinin  tariflərinin  artımı  proqnoz-

laşdırılır  ki,  bunlar  da  bəzi  qeyri-neft  sahələrin  istehsal  xərclərinin  artmasına  və 

qiymətə  görə  rəqabət  qabiliyyətlərinə  mənfi  təsir  göstərəcəkdir.  Qeyd  edilənlərlə 

yanaşı,  firmaların  sosial  vəzifələrinin  artırılması,  məsələn  işçilərin  həyatlarının 

sığortalanması, tibbi sığortalanması, əməyin təhlükəsizliyinə dair tələblərin, ekoloji 

tələblərin  artırılması  kimi  məsələlər  istehsalın  maya  dəyərinin  artmasına  səbəb 

olacaqdır.  Bu  amilləri  nəzərə  alaraq,  qeyri-neft  sahələrinin  investisiya  cəlb 

ediciliyini  artırmaq  və  bu  sahələrdə  istehsalın  səmərəliliyini  təmin  etmək  üçün 

səmərəli  stimullaşdırma  mexanizminin  yaradılması  zəruridir.  Bu  mexanizm  qeyri-

neft  sahələrinin  azad  bazarda  səmərəli  fəaliyyət  göstərmək  imkanları  əldə  edənə 

qədər fəaliyyət göstərməlidir. Hazırda ölkədə belə mexanizm kənd təsərrüfatı sahə-

si  üzrə  yaradılmaqdadır.  Belə  ki,  bu  sahə  torpaq  vergisi  istisna  olmaqla  bütün 

vergilərdən azad edilmiş, güzəştli şərtlərlə toxum, gübrə alınması və birbaşa maliy-

yə  yardımlarının  edilməsi  təmin  olunmuşdur.  Bununla  yanaşı,  emal  sənayesi 

sahələrinin,  xüsusilə  ixracyönümlü  sahələrin  inkişafının  dövlət  tərəfindən  dəstək-

lənməsi  mexanizminin  təkmilləşdirilməsinə  ehtiyac  vardır.  Fikrimizcə,  ölkənin 

emal sənayesində xarici mütərəqqi texnologiyaların alınmasının və ya xarici müəs-



 

72

sisələrin  alınması  hesabına  yerli  istehsalın  texniki-iqtisadi  səviyyəsinin  artırılması 



məqsədilə  bu  istiqamətlərdə  firmaların  xərclərinin  bir  hissəsinin  dövlət  tərəfindən 

kompensasiya edilməsi məqsədəuyğun olardı. 

Qeyri-neft  sektorunun  inkişafının  dövlət  tərəfindən  dəstəklənməsinin  üçüncü 

istiqaməti bu sahədə risklərin azaldılması ilə əlaqədardır. Bununla əlaqədar dövlət 

dəstəyi həm də qeyri-neft sahələrində istehsalın səmərəliliyinin yüksəldilməsinə də 

səbəb olur. Belə ki, qeyri-neft sektorunda risklərin sığortalanması daha ucuz vəsait-

ləri  cəlb  etməyə,  tərəfdaşlarla  əməliyyatları  daha  ucuz  yollarla  həyata  keçirməyə 

imkan  verir.  Məsələn,  kənd  təsərrüfatı  istehsalçılarının  istehsalla  bağlı  risklərinin 

azaldılması məqsədilə ölkə prezidentinin 18 iyun 2002-ci il tarixində qəbul edilmiş 

«Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında» Azərbaycan Respub-

likasının  qanuna  əsasən  kənd  təsərrüfatı  bitkilərinin  məhsulları,  kənd  təsərrüfatı 

heyvanları,  ev  quşları,  dovşanlar,  xəz  dərili  vəhşi  heyvanlar,  arı  ailələri,  habelə 

kənd  təsərrüfatı  təyinatlı  binalar,  tikililər,  qurğular,  avadanlıqlar,  maşınlar, 

nəqliyyat  vasitələri  və  digər  əmlak  (azqiymətli  və  tezköhnələn  əşyalar  və  təbii 

biçənəklərin məhsulları istisna olmaqla) sığortalanması zamanı sığorta haqqının 50 

faizi  dövlət  büdcəsindən  ödənilir.  Fikrimizcə,  qeyri-neft  sektorunun  digər  sahələ-

rində,  xüsusilə  emal  sənayesi  sahələrində  də  risklərin  azaldılması  istiqamətində 

dövlət tərəfindən tədbirlərin müəyyən edilməsi məqsədəuyğundur.  

nvestisiya  siyasətinin  təkmilləşdirilməsi  məqsədilə  aşağıdakı  prioritet 

istiqamətlərdə tədbirlərin həyata keçirilməsi zəruridir: 

- investisiyaların idarə olunması prosesinin təkmilləşdirilməsi; 

- səmərəli rəqabət mühitinin inkişaf etdirilməsi; 

- sahibkarlığın inkişafının (xüsusilə regionlarda) dəstəklənməsi; 

-  istehsalın  rəqabət  qabiliyyətinin  gücləndirilməsi  və  ölkənin  ixrac 

potensialının artırılması üzrə tədbirlərin görülməsi; 

- informasiya və kommunikasiya texnologiyalarından ( KT) istifadə imkanla-

rının genişləndirilməsi. 

Səmərəli  rəqabət  mühitinin  inkişaf  etdirilməsi  istiqamətində  Rəqabət 

Məcəlləsi  qəbul  olunmalı,  istehlak  bazarının  bölüşdürülməsi  və  razılaşdırılmış 



 

73

qiymətlərin  tətbiq  edilməsi  hallarının  qarşısının  alınması  üçün  müntəzəm 



monitorinqlər  aparılacaq  və  müvafiq  məsuliyyət  tədbirləri  tətbiq  edilməlidir.  Eyni 

zamanda, istehlakçıların hüquqlarının dövlət müdafiəsinin gücləndirilməsi, istehlak 

mallarının  istehsalı,  idxalı  və  ixracının,  topdan  və  pərakəndə  satışının  həyata 

keçirilməsi  zamanı  normativ  sənədlərin  tələblərinə  əməl  edilməsini  təmin  etmək 

məqsədilə  müntəzəm  monitorinqlər  aparılacaq  və  məsuliyyət  tədbirləri  tətbiq 

olunmalıdır.  

Sahibkarlığın  inkişafına  yardım  üçün  dövlət  büdcəsindən  ayrılan  güzəştli 

kreditlərin  həcminin  artırılması  və  regionlarda  sahibkarların  bu  vəsaitlərə  çıxış 

imkanlarının  genişləndirilməsi  təmin  ediləcəkdir,  kreditləşmənin  səmərəliliyinin 

artırılması istiqamətində fəaliyyət gücləndirilməlidir.  

Regionlarda  sahibkarlığın  inkişafına  dövlətin  maliyyə-kredit  vasitəsilə  təsiri  

xarici  və  yerli  investorların  xüsusi  maraqlarının  ölkənin  ümummilli  mənafeyi  ilə 

uzlaşmasında  mühüm  rol  oynayır.  Qeyri-neft  sektoru  müəssisələrinin  inkişafının 

stimullaşdırılması metodları istehsalının ərazi üzrə yerləşdirilməsinin prioritet inkişaf 

istiqamətlərini, iqtisadiyyatda baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərini çevik 

şə

kildə  nəzərə  almalıdır.  Güzəştlər  sistemi  konkret  şəraitdə  istehsalın  inkişafı  sahə-



sində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə xidmət etməlidir. O, əhalinin 

məşğulluğu  probleminin  həllinə,  yığımın  artım  tem-pinin  yüksəlməsinə,  istehsal 

strukturunun  təkmilləşdirilməsinə,  istehlak  şeylərinin  istehsalının  artırılmasına  müs-

bət təsir göstərməlidir. 

Ölkədə  qeyri-neft  sahələrininın  inkişafını  stimullaşdıran  əsas  vasitələrdən  biri 

məhsul və xidmətlərin qiymətlərinin tənzimlənməsidir. Hər şeydən öncə, dövlət sifariş 

qiymətləri və dövlət müəssisələrinin istehsal etdikləri məhsulların və infrastruktur ob-

yektlərin  göstərdiyi  xidmətlərin  qiymətləri  nəzərdə  tutulur.  Fikrimizcə,  dövlətin  inhi-

sarında olan enerji daşıyıcılarının və infrastruktur obyektlərin xidmətlərinin daxili qiy-

mətlərinin beynəlxalq səviyyədən aşağı saxlanması hesabına istehsal xərclərinin azal-

dılması yerli məhsullarının rəqabət qabiliyyətinin artmasına və  ixracına kömək edərdi. 

Qeyd  edək  ki,  bu  sahələrin  inkişaf  etdirilməsi  üçün  həm  dövlətin,  həm  özəl 

sektorun,  həm  də  beynəlxalq  donor  təşkilatlarının  imkanlarından  istifadə  etmək 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə