Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 

26

baxımından zəruridir. Belə ki, özəl bölmənin infrastruktur obyektlərin xidmətlərinə 



olan  təlabatlarının  vaxt  və  miqyas  baxımından  düzgün  müəyyən  edilməsi  bu  ob-

yektlərin  tam  yüklənməsinə  gətirib  çıxarır    və  qeyri-neft  sektorunun  inkişafının 

stimullaşdırılmasının  mühüm  amiləlrindən  biri  kimi  çıxış  edir.  nfrastruktur  sahə-

lərin  zəruri  inkişaf  səviyəsinə  malik  olmayan  ölkələrdə    təkrar  istehsal  prosesinin 

subyektləri arasında qarşılıqlı əlaqələr, müəssisələrin fəaliyyətinin ahəngdarlığı və 

birqərarlığı pozulur Belə ki, dövlətin qeyri-neft istehsal sahələrinin inkişafına şərait 

yaradan  infrastrukutur  obyektlərin  yaradılmasına  investisiya  qoyuluşları  bu 

sahələrin  inkişafına  özəl  investisiya  qoyuluşlarını  stimullaşdırır.  Bununla  yanaşı, 

özəl  bölmənin  zəif  inkişafı  şəraitində,  dövlət,  iqtisadi  inkişafı  məhdudlaşdıran 

disproporsiyaların  aradan  qaldırılması  məqsədilə  investisiya  qoyuluşları da  həyata 

keçirə  bilər.  Neft  gəlirlərinin  yaranması  dövlət  tərəifndən  belə  investisiyaların 

həyata keçirilməsi üçün əlverişli şərait yaradır.   

Qeyri-neft  sektorunun  inkişafına  bu  sahədə  gəlirlik  səviyyəsi  əhəmiyyətli 

dərəcədə təsir göstərir. Belə şəraitdə, bu sektorda yaradılan istehsal subyektlərinin 

gəlirlərinin səviyyəsinə dövlət tərəfindən təsir  etmə vasitələri mühüm əhəmiyyətə 

malikdir. Belə təsiretmə vasitələrindən biri vergi siyasəti vasitəsilə həyata keçirilir. 

Bu  vasitələrə  qeyri-neft  sektorunda  mənfəət  vergisinin  aşağı  salınması,  vergi 

güzəştlərinin tətbiqi, yeni müəssisələrə vergi tətillərinin verilməsi və s. aiddir.  

Dövlət  bunların  səviyyəsinə  verginin  tutulması,  amortizasiya  ayırmalarının 

hesablanması  qaydaları  və  s.  ilə  təsir  edərək  investisiya  qoyuluşlarına  gəlirliyini 

azalda və ya artıra bilər. Təsərrüfat subyektlərində əsas kapitalın yeniləşdirilməsi 

üçün  əsas  maliyyə  mənbələrindən  biri  amortizasiya  fondudur.  Amortizasiya 

ayırmaları köhnəlmə dərəcəsindən asılı olaraq əsas kapitalın dəyərindən yaradılan 

məhsul  üzərinə  keçən  hissədir.  Amortizasiya  ayırmaları  məhsulun  maya  dəyərinə 

daxil  edilir  və  bundan  vergi  tutulmur.  Buna  görə  də,  dövlət  amortizasiya 

normalarının  həddini  və  hesablanma  qaydalarını  müəyyən  etməklə  müəssisənin 

xüsusi  vəsaitlərinin  həcminə  təsir  göstərir.  Belə  ki,  müəssisənin  xüsusi  vəsaitləri 

ə

sasən  mənfəət  və  amortizasiya  ayırmaları  hesabına  yaranır.  Belə  halda,  vergiyə 



cəlb olunmayan amortizasiya ayırmalarının artımına imkan verməklə, vergiyə cəlb 


 

27

olunan  mənfəətin  həcminin  azaldılmasına  nail  olmaq  mümkündür.  Bu  baxımdan, 



təsərrüfat  subyektlərində  sürətli  amortizasiyanın  tətbiqi  onların  investisiya  qo-

yuluşlarının  səmərəliliyinin  yüksəldilməsinə  gətirib  çıxarır.  Sürətli  amortizasi-

yanın  mahiyyəti  ondan  ibarətdir  ki,  amortizasiya  ayırmaları  əsas  kapitalın  fiziki 

köhnəlməsinə  nisbətən  daha  tez  zaman  ərzində  məhsulun  maya  dəyərinə  daxil 

edilir.  Yəni  dövlət  amortizasiya  normalarını  və  amortizasiya    ayırmalarının 

hesablanma  qaydalarının  dəyişməklə,  müəssisənin  vergidən  azad  olunan  pul 

axınlarının  həcminə  təsir  etməklə  iqtisadi  səmərəliliyin  artımını  müəyyən  edən 

xalis  pul  axınlarının  cari  dəyərini  yüksəltmək  mümkün  olur.  Beləliklə,  dövlət 

vergilər  vasitəsilə  firmaların  amortizasiya  fondunun  və  bölüşdürülməyən 

mənfəətinin  həcminə  təsir  göstərməklə  bu  sahədə  investisiya  qoyuluşlarının 

səmərəliliyinin artırılmasını təmin edir.  

Qeyri-neft  sektorunun  inkişafının  stimullaşdırılması  yollarında  biri  də  bu 

sahədə  investisiya  şoyuluşlarının  dövlət  təminat  sisteminin  formalaşdırılması  ilə 

ə

laqədardır.  




 

28

FƏS L 2. 



AZƏRBAYCANDA QEYR -NEFT SEKTORUNUN  NK ŞAFININ 

MÖVCUD VƏZ YYƏT N N Q YMƏTLƏND R LMƏS  

2.1. Milli iqtisadiyyatın mövcud sahə sturukturu və ona təsir edən amillə

Son illərdə Azərbaycanda  dinamik inkişaf təmin edilmiş, qeyri-neft sahələri-

nin və regionların davamlı inkişafına nail olunmaqla iqtisadiyyatın şaxələnməsi sü-

rətlənmiş,  özəl  sektorun inkişafı  üçün  əlverişli  investisiya  və  rəqabət  mühiti  yara-

dılması istiqamətində tədbirlər davam etdirilmişdir.  

Son  illərdə  respublikada  regionların  sosial-iqtisadi  inkişafının  təmin  edilməsi 

məqsədilə  dövlət  tərəfindən  geniş  spektrli  tədbirlər  həyata  keçirilmiş,  dövlət 

siyasətinin  tərkib  elementi  kimi  regionların  sosial-iqtisadi  inkişafına  yönəlmiş 

proqramlar hazırlanmış və bu proqramlarda nəzərdə tutulan tədbirlər davamlı olaraq 

həyata  keçirilməkdədir.  Belə  ki,  qeyri-neft  sektorunun  davamlı  inkişafı,  ölkə 

regionlarının  tarazlı  inkişafının  təmin  edilməsi,  regionlarda  kommunal  xidmət  və 

sosial infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə prezidentinin 2004-

cü il 11 fevral tarixli 24 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası 

regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004-2008-ci  illər)"  və  ölkə  

prezidentinin  2009-cu  il  14  aprel  tarixli  80  nömrəli  fərmanı  ilə  təsdiq  edilmiş 

"Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı 

Dövlət  Proqramı"  uğurlu  icra  edilmiş,  Ölkədə  qeyri-neft  sektorunun  inkişafının 

sürətləndirilməsi,  iqtisadiyyatın  diversifikasiyası,  tarazlı  regional  və  davamlı  sosial-

iqtisadi  inkişaf  istiqamətində  2004-cü  ildən  başlanmış  tədbirlərin  davam  etdirilməsi 

üçün  ölkə  prezidentinin  27  fevral  2014-cü  il  tarixli  118  nömrəli  fərmanına  əsasən 

"Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı 

Dövlət  Proqramı"    qəbul  edilmişdir.  Bu  proqramlar  çərçivəsində  həyata  keçirilmiş 

tədbirlər  nəticəsində ölkədə gündəlik  tələbat  malları ilə özünü  təminetmə  səviyyəsi, 

yerli resurs və xammalla işləyən və ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye 

komplekslərinin sayı, biznes mühitinin əlverişlilik səviyyəsi, investisiya qoyuluşları-

nın həcmi, özəl müəssisələrin fəaliyyətinə verilən dəstəyin həcmi artmışdır.  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə