Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

 

23

bir çox hallarda ölkənin inkişafını təmin etmək mümkün olmur. Həm keynis, həm 



də  neoklassik  nəzəriyyəsində  iqtisadi  artımın  əsas  determinantı  kimi  məcmu 

qənaətin həcmi və ya qənaət noması çıxış edir. Bu baxımdan, həm nəzəri, həm də 

praktik  cəhətdən  təsdiq  olunmuşdur  ki,  gələcək  inkişaf  milli  iqtisadiyyatın 

inkişafının  maliyyələşdirilməsi  səviyyəsindən  birbaşa  asılıdır.  Ölkədə  kapital 

yığımını təmin etmədən iqtisadi artıma nail olmaq olmaz. 

Qeyd  edilnələrlə  yanaşı,  milli  iqtisadiyyatın  inkişafının  bir  məhsul 

istehsalından  asıllılığı  iqtisadi  inkişafın  daynanıqlılığı  baxımından  ciddi  risklər 

yaradır.  Belə  ki,  neft  hasilatı  sahəsinin  üstünlük  təşkil  etdiyi  ölkələrdə  sosial  v 

iqtisadi vəziyyət neftin dünya bazarındakı qiymətindən asılı olur. Neftin qiymətinin 

dəyişkən olması  milli iqtisadiyyatda da şoklərın yaranmasına səbəb olur. Belə hal 

cəmiyətin  əhəmiyyətli  itkilərlə  qarşılaşmasına  və  bununla  bağlı  yaranan  risklərin 

iqtisadi inkişafa mənfi təsir göstərməsi ilə müşaiyət olunur.  

Ölkədə adambaşına ümumi daxili məhsulun artımının əsas amili elmi-texniki 

tərəqqidir.  Təbii  resursların  istehsalı  sahələrinin  inkişafı  ölkədə  elmi-texniki 

tərəqqini  təmin  etmir.  Belə  ki,  elmi-texniki  tərəqqini  təmin  edən  sahələrə  əsasən 

emal  sənayesi  sahələri  olduğundan  və  bu  sahələrdə  elmi-texniki  nailiyyətlərin 

mənimsənilməsi  böyükdür.  Nəticədə,  əməlk  məhsuldarlığının  artırılması  və 

məşğulluq imkanları baxımından neyri-qeft sektorunun inkişafı əhəmiyyətli olur.  

Araşdırmalar göstərir ki, neft sektoru rentaya əsaslanan və əsasən fondtutumlu 

sahədərir.  Belə  şəraitdə  ölkədə  neft  və  qaz  hasilatı  sahəsinin  birtərəfli  inkişafı 

məşğulluğun  təmin  edilməsi  baxımından  mənfi  haldır.  Bu  baxımdan,  qeyri-neft 

sektorunun inkişafı məşğulluq səviyyəsinin təmin edilməsi və milli iqtimsadiyyatın 

diversifikasiyasının yüksəldilməsində mühü rol oynayır.  

Qeyri-neft  sektorunun  inkişaf  zəruriliyi  həm  də  milli  iqtisadiyyatın  mövcud 

potensialından istifadə ilə də bağlıdır. Belə ki,    

1.3. Qeyri-neft sektorunun inkişafının dövlət tərəfindən tənzimlənmə 

mexanizminin xüsusiyyətləri 



 

24

Müasir  dövürdə  dünyada  iqtisadi  sistemlər  qarışıq  iqtisadiyyata  əsaslanırlar. 



Bu isə iqtisadi proseslərin həm bazar, həm də dövlət tənzimlənməsini nəzərdə tutur. 

Dövlət  tənzimlənməsi  bazar  mexanizmini  tamamlayır.  Neft  və  qaz  hasilatı 

sahəsinin  rayının  yüksək  olduğu  milli  iqtisadiyatlarda  dövlətin  rolu  daha  böyük 

olur.  Bu  rol  həm  bazar  mexanizminin  tam  formalaşmaması,  həm  də  yaranan 

glirlərdə dövlətin payının yüksək olması ilə əlaqədar olur.  

Dövlət  tənzimlənməsi  mexanizminin  qarşısında  duran  mühüm  problemlərdən 

biri  iqtisadi  və  sosial  sabitliyin  təmin  edilməsi  və    iqtisadiyyatın  rasional  sahə  və 

ə

razi  strukturuna    nail  olmasıdır.  Dövlətin  struktur  siyasətinə,  milli  iqtisadiyyatın 



optimal  strukturuna  nail  olmaq  məqsədilə  uzunmüddətli  xarakter  daşıyan  iqtisadi 

qərarların,  bu  qərarların  birbaşa  və  dolayı  əlaqələndirilməsinə,  bəzi  hallarda  isə 

ə

sas  iqtisadi  dəyişənlərin  (gəlir,  istehlak,  məşğulluq,  investisiya,  qənaət,  ixrac, 



idxal  və  s.)  vəziyyəti  və  artımı  üzərində  nəzarətə  istiqamətlənmiş  dövlətin  şüurlu 

cəhdləri kimi baxmaq olar. Bu siyasət, ilk növbədə, qarşıya qoyulmuş məqsədlərə 

nail  olunması  məqsədilə  dövlət  xərclərinin  həcmi  və  istiqaməti  ilə  əlaqədar  olur. 

kincisi,  təsərrüfat  subyektlərinin  məşğulluq,  investisiya  qoyuluşları,  məhsul 

buraxılışı və s. ilə əlaqədar qərarlarına təsir etməyi əhatə edir. Üçüncüsü, məhdud 

iqtisadi  resursların  müxtəlif  sahələr  arasında  bölüşdürülməsinə  istiqamətlənmiş 

tədbirləri,  dördüncüsü  isə,  özəl  bölmənin  qarşıya  qoyulmuş  vəzifələrin  yerinə 

yetirilməsinə yönəldilməsinə istiqamətlənmiş tədbirləri ilə əlaqədardır.  

Millli  iqtisadiyyatda  qeyri-neft  sektorunun  inkişafının  tənzimlənmə  mexaniz-

mi dövlətin təsərrüfat subyektlərinin investisiya siyasətinə təsiretmə vasitə və me-

todlarının  məcmusunu  əks  edirir ki,  bu vasitə və  metodları da  şərti  olaraq  makro-

iqtisadi,  mikroiqtisadi  və  institutsional  qruplara  bölmək  olar.  Belə  ki,  milli 

iqtisadiyyatda  hər  hansı  sahənin  üstün  inkişafına  nail  olmaq  üçün  bu  sahəyə 

investisiya  qoyuluşları  yönəldilməlidir.  Dövlət  investisiyanın  qeyri-neft  sektoruna 

axınını təmin etmək üçün aşağıdakı istiqamətdə tədbirlər həyata keçirə bilər: 

- sahədə yaranan xərclərin bir hissəsinin kompensasiya edilməsi. Bu, vergi və 

gömrük  güzəştlərinin  tətbiqini,  dövlət  subsidiyalarının  verilməsini  və  s.  nəzərdə 

tutur; 



 

25

-  bu  sahələrdə  yaranan  risklərin  müəyyən  hissəsinin  kompensasiya  edilməsi 



üzrə  tədbirlərin  həyata  keçirilməsi.  Bu,  investisiya  qoyuluşları  üçün  cəlb  edilən 

kreditlərə  zəmanətlərin  verilməsi,  qoyulan  investisiyaların  sığortalanması  və  s. 

nəzərdə tutur; 

- bu sahələrə investisiya qoyuluşlarının güzəştli şərtlərlə  maliyyələşdirilməsi. 

Bu, həyata keçirilən investisiyaların bir hissəsinin dövlət tərəfindən kompensasiya 

edilməsini,  investisiyanın  maliyyələşdirilməsi  üçün  güzəştli  şərtlərlə  kreditlərin 

verilməsini,  investisiyanın  maliyyələşdirilməsi  üçün  cəlb  edilən  kreditlərin  faiz 

dərəcəsinin bir hissəsinin dövlət tərəifndən kompensasiya edilməsini və s. nəzərdə 

tutur; 

-  prioritet  sahələrin  inkişafı  məqsədilə  zəruri  infrastruktur  sahələrin,  biznes 



iinfrastrukturunun  yaradılması.  Bu  xüsusi  sənaye  zonalarının,  aqroparkların, 

texnoloci parkların, biznes inkubatorlarının y və s. yaradılmasını nəzərdə tutur. 

Dövlət  qeyri-neft  sektorunun  inkişafına birbaşa və  dolayı  yolla  təsir göstərir. 

Bilavasitə təsir dövlət tərəfindən qeyri-neft müəssisələrinin yaradılmasında iştirak-

la  bağlıdır.  Dövlət  büdcəsindən  qeyri-neft  müəssisələrinin  yaradılasının  maliyyə-

ləşdirilməsi  və  bunun  üçün  güzəştli  kreditlərin  verilməsi  mühüm  mənbələrindən 

hesab edilir. Dolayı yolla təsir qeyri-neft sektorunda fəaliyyət göstərən subyektlərin 

gəlirlərinin artırılmasına yönəlir. Belə ki, dövlət ayrı-ayrı prioritet sahələrdə gəlir-

lik  səviyyəsini  artırmaqla  özəl  bölmənin  investisiya  fəaliyyətini  bu  sahələrə  isti-

qamətləndirə bilir. Belə ki, gəlirlik səviyyəsinin aşağı düşməsi iqtisadi subyektlərin 

nəinki xüsusi maliyyə vəsaitlərinin azalmasına gətirib çıxarır, həm də onların borc 

vəsaitlərini  cəlb  etmək  imkanlarını  azaldır.  Bu  baxımdan,  dövlət  qeyri-neft  sekto-

runda gəlirlilik səviyyəsini artırmaqla həm xüsusi, zəm də borc vəsaitinin bu sahə-

yə cəlb edilməsinə təsir göstərir.  

Bazar  münasibətləri  şəraitində  milli  iqtisadiyyatın  sahə  strukturunun  təkmil-

ləşdirilməsi  və  qeyri-neft  sahələrinin  inkişaf  etdirilməsi  məqsədilə  dövlət  və  özəl 

bölmə  əməkdaşlığı  mühüm  əhəmiyyət  daşıyır.  Digər  tərəfdən,  dövlət  investisiya-

larının  həyata  keçirilməsində  özəl  bölmənin  tələbatlarının  nəzərə  alınması  iqtisadi 

inkişafın balanslaşdırılmış inkişafı və həyata keçirilən investisiyaların səmərəliliyi 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə