Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

 

29

Milli iqtisadiyyatın strukturuna ölkədə təbii ehtiyatların mövcudluğunun təsiri 



ə

həmiyyətli  olmuşdur.  Azərbaycanın  təbii  ehtiyatlarının  çox  mühüm  hissəsi  ixrac 

potensialının  inkişafında  xüsusi  əhəmiyyət  kəsb  edən  mineral-xammal  ehtiyatları-

nın,  xüsusilə  də  karbohidrogen  (neft  və  qaz)  ehtiyatlarının  payına  düşür.  Ölkədə 

iqtisadi  inkişafa  təsir  göstərən  əsas  amillərdən  biri  1994-cü  ildə  dünyanın  aparıcı 

neft şirkətləri ilə neft hasilatı üzrə müqavilələrin bağlanması olmuşdur. 20 sentyabr 

1994-ci  ildə  dünyanın  aparıcı  neft  şirkətləri  ilə  Xəzər  dənizində  yerləşən  Azəri, 

Çıraq  neft  yataqlarının  və  Günəşli  yatağının  dərinlikdə  yerləşən  hissəsinin  işlən-

məsinə dair «Əsrin müqaviləsi» bağlanmışdır.  1994-cü ildə xarici neft şirkətləri ilə 

«Əsrin  kontraktı»  imzalandıqdan  sonra  həmin  kontrakt  çərçivəsində  aparılan  işlər 

nəticəsində  1997-ci  ildə  ilk  neft  hasil  olunmuş  və  1999-cu  ildən  etibarən  mənfəət 

nefti  ixrac  olunmağa  başlanmışdır.  Bakı-Tbilisi-Ceyhan  Əsas  xrac  Boru  Kəməri-

nin  fəaliyyətə  başlaması,  Bakı-Tbilisi-Ərzurum  Cənubi  Qafqaz  Boru  Kəmərinin 

istismara  verilməsi  və  bununla  da  Azərbaycanın  dünya  bazarına  neft  və  qaz  ixrac 

etmək  imkanı  yüksəlmişdir.  Neft  hasilatı  sahəsinə  xarici  investisiyanın  cəlb  olun-

ması və bu sahədə istehsalın artımı milli iqtisadiyyatın sahə strukturunda bu sahə-

nin payının artmasına gətirib çıxarmışdır.  

0

5000



10000

15000


20000

25000


30000

35000


40000

45000


50000

55000


19

9

0



19

91

19



92

19

93



1

99

4



1

99

5



1

99

6



19

9

7



19

98

19



99

20

00



2

00

1



2

00

2



2

00

3



20

0

4



20

0

5



20

06

20



07

20

08



2

00

9



2

01

0



2

01

1



20

1

2



20

13

 



Şə

kil 2.1. Azərbaycanda neft hasilatının dinamikası (mln.ton) 




 

30

Şəkil 2.1-dən g



öründüyü kimi, 1994-cü ildə ölkədə neft hasilatının azalması 

baş  vermişdir.  1994-cü  ildə  «Əsrin  müqavilə»sinin  bağlanması  bu  sahədə 

istehsal  həcminin  stabilləşməsinə  və  artımın  başlanmasına  səbəb  olmuşdur. 

Bununla belə, neft hasilatı sahəsində əsas artım 2005-ci ildə baş vermişdir. Belə 

yüksək  artım  əsasən  neft  hasilatı  sahəsində  yaradılan  əsas  fondların  əsas 

hissəsinin  bu  ildə  istifadəyə  verilməsi  və  «Bakı-Tbilisi-Ceyhan»  neft  boru 

kəmərinin istifadəyə verilməsi ilə əlaqədar olmuşdur.  

Qeyd etmək lazımdır ki, ölkədə həyata keçirilən investisiya qoyuluşlarının 

sahə  struktur  milli  iqtisadiyyatın  strukturuna  əhəmiyyətli  dərəcədə  təsir 

göstərir.  Belə  ki,  iqtisadi  artım  tempini  müəyyən  edən  əsas  amillərdən  biri 

investisiyanın  həcmidir.  Hansı  sahədə  investisiya  qoyuluşu  daha  çox  həyata 

keçirilirsə, həmin sahədə artım tempi bir o qədər yüksək olur.  

Cədvəl 2.1 

Azərbaycanda əsas kapitala investisiya qoyuluşlarının strukturu 

(yekuna görə fəaizlə) 

 

Neft sektoru 



Qeyri-neft sektoru 

Cəmi 


1995 

40,6 


59,4 

100 


1996 

66,6 


33,4 

100 


1997 

58,9 


41,1 

100 


1998 

69,9 


30,1 

100 


1999 

42,9 


57,1 

100 


2000 

51,9 


48,1 

100 


2001 

58,7 


41,3 

100 


2002 

68,8 


31,2 

100 


2003 

73,2 


26,8 

100 


2004 

75,3 


24,7 

100 


2005 

65,2 


34,8 

100 


2006 

54,7 


45,3 

100 


2007 

47,2 


52,8 

100 


2008 

29,4 


70,6 

100 


2009 

26,6 


73,4 

100 


2010 

29,9 


70,1 

100 


2011 

24,0 


76,0 

100 


2012 

25,0 


75,0 

100 


2013 

28,5 


71,5 

100 


 

Cədvəl  məlumatlarından  göründüyü  kimi,  1996-2006-cı  illərdə  ölkədə  əsas 

kapitala  investisiya  qoyuluşunun  50  faizindən  çoxu  neft  sektorunun  payına  düş-



 

31

müşdür. Bu investisiya qoyuluşlarının əsas hissəsi xarici investisiya hesabına təmin 



edilmişdir. Belə ki, 1995-2004-ci illər ərzində milli iqtisadiyyata qoyulmuş investi-

siyaların 75,3 faizi xarici investisiya hesabına təmin edilmişdir. Bununla belə, neft 

sektoruna xarici investisiyanın cəlb edilməsi hesabına neft və qaz hasilatının artırıl-

ması milli iqtisadiyyatın maliyyələşdirilməsi üçün zərur vəsaitlərin formalaşmasına 

səbəb  olmuşdur.  Nəticədə,  2005-2013-cü  illərdə  milli  iqtisadiyyata  qoyulmuş 

investisiyanın 55,4 faizi daxili investisiya hesabına həyata keçirilmişdir. Həmçinin, 

2005-2013-cü illərdə milli iqtisadiyyata qoyulmuş cəmi investisiyanın həcmi 1995-

2004-cü illərdə milli iqtisadiyyata cəmi investisiya qoyuluşundan  təqribən 5,8 dəfə 

çox  olmuşdur.  2013-cü  ildə  ölkədə  iqtisadiyyatına  22,0  mlyrd.  manat  məbləğində 

investisiya yönəldilmişdir ki, bunun da 62,4 faizi daxili mənbələr hesabına maliy-

yələşdirilmiş,  37,6  faizi  isə  xaricdən  cəlb  edilmişdir.  Bu  ildə  investisiya  qoyulu-

ş

unun 5,6 mlkd manatı neft-qaz sektorunun, 16,3 mlrd. manatı iqtisadiyyatın qeyri-



neft  sahələrinin  inkişaf  etdirilməsinə  yönəldilmişdir.  Uğurlu  neft  strategiyasının 

nəticəsi  olaraq  son  10  il  ərzində  investisiya  qoyuluşlarının  tərkibində  qeyri-neft 

sektoruna  yönəldilən  investisiyaların  xüsusi  çəkisi  artaraq  2003-cü  ildəki  25,8 

faizdən  74,3  faizədək  yüksəlmişdir.  Ümumiyyətlə  2004-2013-cü  illərdə  iqtisadiy-

yata    cəmi  127,5  milyard  manat  məbləğində  investisiya  qoyulmuşdur.  Ölkə 

iqtisadiyyatının  inkişafı  nəticəsində  investisiya  mənbələrinin  strukturunda  da 

mühüm  dəyişikliklər  baş  vermiş  və  2003-cü  ildə  investisiyanın  yalnız  22,1  faizi 

ölkədaxili mənbələrdən maliyyələşirdisə, 2013-cü ildə daxili investisiyaların xüsusi 

çəkisi 62,4 faizə çatmışdır.  

Neft  və  qaz  hasilatı  sektorunun  inkişafı  milli  iqtisadiyyatın  strukturunda  bu 

sahələrin payının artması ilə yanaşı, sonrakı illərdə bu sahələr hesabına qeyri-neft 

sektorunun  inkişafının  maliyyələşdirilməsi  həyata  keçirilmişdir.  Belə  ki,  təkcə 

dövlət büdcəsinin gəlirləri 2000-ci ildə 764,0 mln. manatdan 2013-cü ildə 19143,5 

mln.  manata  qədər  artmışdır.  Bu  artğım  da  əsasən  neft  gəlirləri  hesabına  təmin 

edilmişdir.  Belə  ki,  2013-cü  ildə  dövlət  büdcəsinin  gəlirlərinin  təqribən  73  faizi 

neft  gəlirləri  hesabına  təmin  edilmişdir.  Neft  gəlirlərinin  dövlətin  sərəncamında 

olması əsas kapitala investisiya qoyluşlarında dövlət büdcəsinin rolunu artırmışdır. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə