Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

 

35

artımı  əsasən  qeyri-ticari  məhsul  və  xidmətlərinin  istehsalının  artımı  hesabına  baş 



vermişdir.  Belə  ki,  2000-ci  ildə  qeyri-neft  ÜDM-də  kənd  təsərrüfatı,  meşə 

təsərrüfatı və balıqçılıq sahələrinin payı 24,8 faizdən 2011-ci ildə 12,4 faizə, emal 

sənayesinin (neft emalı çıxılmaqla) payı 6,0 faizdən 5,7 faizə qədər azalmış, tikinti 

sahəsinin payı 10,1 faizdən 15,0 faizə, topdan və pərakəndə ticarət, avtomobillərin,  

məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri fəaliyyət növlərinin payı 

9,7 faizdən 15,0 faizə, mehmanxana və restoranlarla xidmətin göstərilməsi 0,6 faiz-

dən 2,7 faizə qədər artmışdır. Fikrimizcə, qeyd edilən dövrdə xidmətlər istehsalının 

və  tikinti  sahəsinin  ÜDM-də  payının  artmasında  bilavasitə  neft  və  qaz  sektorunun 

inkişafı və bu sektorda yaranan gəlirlər əhəmiyyətli rol oynamışdır. Məsələn, ölkədə 

2013-cü ildə yük dövriyyəsi  2000-ci ilə nisbətən 5,7 dəfə artdığı halda, neft və qaz 

boruları üzrə bu göstərici 46,5 dəfəyə bərabər olmuşdur. Ölkədə yük dövriyyəsinin 

qeyd  edilən  dövr  ərzində  artımının  83,2  faizi  net  və  qazın  nəqli  hesabına  baş  ver-

mişdir.  Nəticədə,  ölkədə  yük  dövriyyəsində  neft  və  qaz  boru  nəqliyyatının  payı 

2000-ci ildə 27,1 faizdən 2013-cü ildə 70,1 faizə qədər artmışdır. Bu artım 2005-ci 

ilin  ortalarında  Bakı-Tiflis-Ceyhan  əsas  ixrac  boru  neft  kəmərinin  və  2007-ci  ilin 

ə

vvəllərində isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara başlaması ilə əlaqə-



dar olmuşdur. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-

2014-cü  illərdə  inkişafına  dair  Dövlət  Proqramı”nın  icrası  ilə  əlaqədar  146,7  km 

baş yollarda əsaslı təmir işləri aparılmış, Saatlı-Becər mənzilinin 98-ci km-də Araz 

çayı üzərində yerləşən metal körpü yenidən qurulmuş, Saloğlu-Poylu mənzilinin 73 

km-də  Kür  çayı  üzərində  ikinci  dəmir  yolu  körpüsünün  tikintisinə  başlanılmış  və 

Yevlax-Malay  mənzilinin  253  km  yolunda  Kür  çayı  üzərində  metal  körpünün 

yenidən  qurulması  işləri  davam  etdirilmişdir.  2007-2013-cü  illər  ərzində  Bakı-

Tbilisi-Qars  layihəsi  üzrə  464,1  milyon  ABŞ  dollarından,  o  cümlədən  2013-cü  il 

ə

rzində  32,7  milyon  ABŞ  dolları  həcmində  Azərbaycan  tərəfinin  kreditindən 



istifadə  olunaraq  müvafiq  tikinti-quraşdırma  işləri  aparılmışdır.  Ümumi  uzunluğu 

153  km  olan  Marabda-Axalkalaki  sahəsinin  94,4  km  hissəsində  yolun  torpaq 

yatağında  işlər  başa  çatdırılmış,  77,4  km  yolun  üst  quruluşu  elementləri 

dəyişdirilmiş,  uzunluğu  26,3  km  olan  Axalkalaki-Türkiyə  sərhədi  sahəsində  20,1 




 

36

km  yeni  yol  salınmış,  Axalkalaki  stansiyasını  Axalkalaki-Türkiyə  sərhədi 



ə

razisindəki dəmir yolu ilə birləşdirən körpünün tikintisi başa çatdırılmışdır.  

Tikinti  sahəsinin  inkişafında  dövlət  büdcəsinin  əsaslı  xərclərinin  artması 

ə

həmiyyətli  rol  oynamışdır.  Belə  ki,  əsas  kapitala  investisiya  qoyuluşlarının 



maliyələşdirilməsində büdcə vəsaitlərinin və büdcədənkənar fondların vəsaitlərinin 

cəmi payı 2000-ci ildə 4,2 faizdən 2013-ci ildə 48,3 faizə qədər armışdır. Həmçinin 

qeyd  edilən  dövrdə  ölkədə  əsas  kapitala  yönəldilmiş  investisiya  qoyuluşlarında 

dövlət bölməsinin payı 41,7 faizdən 2013-cü ildə 59,6 faizə yüksəlmişdir. Son illər-

də  dövlət  büdcəsinin  gəlirlərinin  əsas  hissəsinin  neft  gəlirləri  hesabına  formalaş-

dığını nəzərə alsaq, onda ölkədə investisiya fəallğının əsas mənbəyinin neft və qaz 

sektorunun inkişafı olduğu qənaətinə gəlirik.  

Azərbaycanda  qeyri-neft  sektorunun  inkişafını  zəruri  edən  amillərdən  biri  də 

məşğulluğun təmin edilməsi ilə əlaqədardır. Hazırda məşğulluğun təmin olunması hö-

kumət qarşısında duran mühüm  məsələlərdən biridir. Belə ki, Azərbaycanda 2013-cü 

ildə əmək qabiliyyətli yaşda olan əhali 1999-cu ilə nisbətən 2033,5 min nəfər artaraq, 

cəmi  əhalinin  69,1  faizini  təşkil  etmişdir.  Bu  da  1999-cu  ildəki  səviyyədən  12,3  faiz 

bəndi yüksəkdir. Neft və qaz hasilatı sahəsinin inkişaf etdirilməsi hesabına ölkədə məş-

ğ

ulluğun dayanıqlı şəkildə təmin olunması imkanları məhduddur. Azərbaycanda 2009-



cu  ildə xam  neft  və təbii  qaz hasilatı sahəsinin ümumi  buraxılışında  aralıq  istehlakın 

payı 8,3 faizə, əmək haqqının payı isə 3,8 faizə bərabər olmuşdur. Xam neft və təbii 

qaz hasilatı sahəsi məhsulunun həm nisbətən aşağı əmək tutumu, həm də digər sahə-

lərin  inkişafına  təsirinin  az  olması  hesabına  məşğulluğun  səviyyəsinə  təsiri  məhdud 

olur.  Bu  baxımdan,  ölkədə  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsinin  məşğulluğun 

təmin edilməsi baxımından da əhəmiyyəti böyükdür. Son illərdə Azərbaycan hökuməti 

bu amili nəzərə alaraq milli iqtisadiyyatın sahə və ərazi strukturunu dəyişmək, həm də 

məşğulluğu təmin etmək üçün bir sıra proqramlar həyata keçirmişdir. Bu proqramlara 

“2003-2005-ci illər yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”ı, 

2002-2005-ci  illər  üzrə  “Kiçik  və  orta  sahibkarlığın  inkişaf  etdirilməsi  üzrə  Dövlət 

Proqramı”ı, 2004-2013-cü illərdə regionlarının sosial-iqtisadi inkişafı dövlət proqram-

ları aiddir. Bu proqramların həyata keçirilməsində əsas məqsəd qeyri-neft sektorunun 




 

37

inkişafı hesabına məşğulluğun artırılması olmuşdur. Hazırda ölkədə  “2006-2015-ci il-



lər üzrə Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” qəbul edilmiş, bu strate-

giyanın reallaşdırılması üçün “2007-2010-cu illərdə Azərbaycan Respublikasının Məş-

ğ

ulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı” həyata keçirilmişdir. 



Bundan başqa hazırda «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun 

azaldılması  və  davamlı  inkişaf  Dövlət  Proqramı”  və  2009-2013-cü  illər  üzrə 

“Azərbaycan  Respublikası  Regionlarının  Sosial- qtisadi  nkişafı  Dövlət  Proqramı” 

həyata keçirilir. Qeyd edilən proqramların həyata keçirilməsi əmək bazarında gərgin-

liyin nisbətən azaldılmasına və iş yerlərinin sayının artırılmasına səbəb olmuşdur.   

Cədvəl 2.3 

qtisadi fəaliyyət növləri üzrə məşğul əhalinin bölgüsü 

(yekuna görə faizlə) 



  

2005  2008  2009  2010  2011  2012  2013 

qtisadiyyat üzrə – cəmi 

100 


100 

100 


100 

100 


100 

100 


Kənd təsərrüfatı, meşə təsərrüfatı və 

balıqçılıq  

38,7  38,2  38,1  38,2  37,9  37,7  37,1 

Mədənçıxarma sənayesi  

1,0 

1,0 


1,0 

1,0 


0,9 

0,9 


0,9 

Emal sənayesi  

4,9 

5,0 


5,0 

4,8 


4,8 

4,8 


5,0 

Elektrik enerjisi, qaz və buxar istehsalı, 

bölüşdürülməsi və təchizatı  

0,7 


0,8 

0,7 


0,7 

0,7 


0,7 

0,7 


Su təchizatı, tullantıların təmizlənməsi və 

emalı  


0,6 

0,7 


0,6 

0,6 


0,6 

0,6 


0,5 

Tikinti  

5,2 

5,4 


5,4 

6,6 


7,1 

7,2 


7,2 

Ticarət; nəqliyyat vasitələrinin  təmiri  

15,6  15,9  15,9  14,5  14,5  14,6  14,7 

Nəqliyyat və anbar təsərrüfatı  

4,3 

4,3 


4,3 

4,1 


4,1 

4,1 


4,1 

Turistlərin yerləşdirilməsi və ictimai iaşə  

0,6 

0,6 


0,6 

1,1 


1,1 

1,1 


1,1 

nformasiya və rabitə  

0,8 

0,8 


0,8 

1,3 


1,3 

1,3 


1,3 

Maliyyə və sığorta fəaliyyəti  

0,4 

0,5 


0,5 

0,6 


0,6 

0,6 


0,7 

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar  

2,0 

2,0 


2,0 

1,6 


1,6 

1,7 


1,8 

Peşə, elmi və texniki fəaliyyət  

1,1 

1,1 


1,1 

1,1 


1,1 

1,2 


1,2 

nzibati və yardımçı xidmətlərin göstərilməsi   1,0 

0,8 

0,9 


1,1 

1,1 


1,1 

1,2 


Dövlət idarəetməsi və müdafiə; sosial 

təminat  

6,3 

6,3 


6,3 

6,4 


6,4 

6,3 


6,2 

Təhsil  


8,5 

8,4 


8,5 

8,1 


8,0 

7,9 


8,1 

Ə

haliyə səhiyyə və sosial xidmətlərin 



göstərilməsi  

4,7 


4,6 

4,7 


3,9 

3,8 


3,7 

3,8 


stirahət, əyləncə və incəsənət sahəsində 

fəaliyyət  

1,3 

1,3 


1,3 

1,4 


1,4 

1,4 


1,4 

Digər sahələrdə xidmətlərin göstərilməsi  

2,3 

2,3 


2,3 

2,9 


3,0 

3,1 


3,0 

Cədvəl məlumatlarından göründüyü kimi, əhalinin məşğulluğunda mədəqçıxar-

ma sənayesinin payı kiçik olmuşdur. Məşğulluqda ən böyük  paya kənd təsərrüfatı və 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə