Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə32/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   28   29   30   31   32   33   34   35   ...   71

 83
Bu sualların cavabı müzakirənin, xüsusən diskussiyanın təşkili ilə 
aydınlaşdırılır və əlavə edilməli olan məlumatların müəyyənləşdirilmə-
sinə, bəndlərlə yazılmasına vaxt ayrılır.  
Üçüncü mətnkənarı sual (Əsər hansı  bədii xüsusiyyətləri ilə diqqəti 
cəlb edir?) daha ciddi yanaşma tələb edir. Bu sualla bağlı cavabı – dərs-
likdəki mətni oxuyan şagirdə müəllimin istiqamətləndirici suallarla kö-
mək etməsi məqsədəuyğundur.  Şagird poemanın süjeti, mərhələləri, 
kompozisiyası haqqındakı fikirlərini ümumiləşdirib yığcam ifadə etmə-
lidir. Bunun səmərəliliyi isə müəllimin istiqamətləndirmələrindən xeyli 
dərəcədə asılıdır.  
Dərslikdəki təhlil materialının bütövlükdə oxusu başa çatdırıldıq-
dan sonra öyrənilmiş  məlumatlarla bağlı qənaətlərin ümumiləşdirilmə-
sinə, nəticənin çıxarılmasına vaxt ayrılır. Bunun üçün təqdimatların 
dinlənilməsi və müzakirə edilməsi faydalıdır. Bu mərhələdə şagirdlərdə 
belə bir qənaət möhkəmlənir ki, milli azadlığa, müstəqilliyə  qənim kə-
silənlərə nifrət edən  Ə.Cavad bu poemada öz mövqeyini gizlətməmiş
obrazlara, hadisələrə münasibətdə fikirlərini qabarıq ifadə etmişdir. 
Şair güclü dövlətin zəif ölkələri işğal etməsini, onun əhalisinə divan 
tutmasını “insanlığın  əzilməsi” hesab edir, bununla barışa bilmirdi. 
Şairdə bu qənaətin möhkəmlənməsinin mühüm səbəbi,  şübhəsiz, “qır-
mızı rus ordusunun” ölkəmizi işğal etməsi idi.  
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci sə-
hifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə ye-
tiriləcəyini şagirdlərə xatırladır. 
 


 84
Mövzu: Ə.Cavad. Səsli qız (ixtisarla) – 4 saat 
 Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 Standartlar 
Təlim nəticələri 
3.1.1.  Yaradıcı yazıların məzmunu-
na uyğun üslub müəyyənləşdirir, 
müxtəlif mənbələrdən seçdiyi inan-
dırıcı faktlardan, şəxsi təəssüratla-
rından istifadə edir. 
İnşanın, essenin məzmununa uyğun 
üslub müəyyənləşdirir, müxtəlif 
mənbələrdən seçdiyi inandırıcı fakt-
lardan,  şəxsi təəssüratından istifadə 
edir. 
3.1.2. Müşahidələrinə,  əlavə  məlu-
matlara  əsaslanmaqla  əsərin ideya-
sına, probleminə, bədii xüsusiyyət-
lərinə münasibət bildirir, ümumi-
ləşdirmələr aparır, nəticə çıxarır.
Müşahidələrinə,  əlavə  məlumatlara 
əsaslanmaqla faciənin ideyasına, 
probleminə münasibət bildirir, ümu-
miləşdirmələr aparır, nəticə çıxarır.  
3.1.3. 3,5–4 səhifə  həcmində  nəqli, 
təsvir, təhlil xarakterli mətnlər 
(ədəbi və  sərbəst mövzuda inşa, 
esse, məqalə, məruzə) yazır. 
Təhlil xarakterli inşa, esse yazır. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müəyyənləşdirilərkən
ilk növbədə, sinifdə öyrənilmiş materiala mənbələrdən hansı əlavələrin 
edildiyi aşkara çıxarılır. Mənbələrdən  əldə olunmuş bu əlavələrin 
müvafiqliyi, dərslikdəki məlumatla uzlaşması, ümumiləşdirilməsi təq-
dimatların dinlənilməsində  və müzakirəsində diqqət mərkəzində saxla-
nılır. Aşağıdakı suallar ətraflı fikir mübadiləsi və ciddi müzakirə tələb 
edir:  

 Əsərin ideya-məzmunu hansı  mənəvi dəyərlər barədə danışmağa 
imkan verir?  

 Əsərin dili üçün səciyyəvi olan cəhətlər hansılardır?  

 Obrazların nitqinə  əsasən müəllifin mövqeyini müəyyənləşdirmək 
mümkündürmü? Fikrinizi nümunələrlə əsaslandırın. 
Dərslikdəki təhlil materialında bu suallarla bağlı yalnız istiqamət 
verilmiş, mənbələri araşdırmaqla sinifdə yığcam öyrənilənlərin zəngin-
ləşdirilməsi və tamamlanması  nəzərdə tutulmuşdur. Müzakirə zamanı 
bütün şagirdlərin mövqeyinin aşkara çıxarılmasına, fəal olmalarına səy 
göstərilir. Bütün hallarda müvafiq qiymətləndirmə meyarlarına 
müraciət edilir. 
 
Motivasiya, problemin qoyuluşu.  Şagirdlərin təhlil xarakterli inşa 
və esse ilə bağlı bilik və bacarıqlarını xatırlamağa yönəlmiş  yığcam 
müzakirə aparılır. Müzakirənin sonunda tədqiqat sualı müəyyənləş-
dirilir. 
Tədqiqat sualı:  Poema  üzrə  təhlil xarakterli inşa və essedə hansı 
məsələlər öz əksini tapmalıdır?  
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd 
edilir. 


 85
Mövzular elan olunur: “Ə.Cavadın yaradıcılığında milli - azadlıq və 
müstəqillik ideyalarının tərənnümü” mövzusunda inşa; “Poemada 
təsvir olunanlara və obrazlara müəllifin münasibəti” mövzusunda esse.  
Seçilmiş mövzular üzrə fikir mübadiləsi aparılır. Şagirdlər mənbələr 
üzrə apardıqları araşdırmaların nəticələrini nəzərdən keçirir, onlardan 
necə istifadə edəcəklərini müəyyənləşdirirlər. Ümumi hazırlıq başa 
çatdıqdan sonra yığcam müsahibənin aparılması  məqsədəuyğundur. 
Yazı prosesini müşahidə edən müəllim ehtiyac yaranan məqamlarda 
istiqamətləndirici suallarla şagirdlərə kömək edir. 
Şagirdlər mənbələrdən  əldə etdikləri məlumatlarla məhdudlaşmır, 
faciənin səhnə həyatının onlarda yaratdığı təəssüratdan bəhrələnirlər. 
İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra şagirdlərin bir-
birinin yazısını oxumalarına imkan yaradılır. Onlar oxuduqları yazının 
uğurlu cəhətlərini göstərməklə yanaşı, öz arzularını da (yazıya nə əlavə 
etmək, nələri dəyişmək, yaxud təkmilləşdirmək və s. ilə bağlı) ifadə 
edirlər.  Şagirdlərə konkret meyarlara istinad etmələri üçün istiqamət 
verilir. Meyarları müəyyənləşdirməkdə müəllim sərbəstdir.  
Yazılardan nümunələrin oxunmasına və müzakirəsinə vaxt ayrılır. 
İnşada və essedə müşahidə olunan üslub fərqinə, ayrı-ayrı  şagirdlərin 
fikirlərini ifadə  tərzinə diqqət yetirilir. Şagirdlərə öz yazıları barədə 
yoldaşlarının arzu şəklində bildirdiklərinin üzərində evdə düşünmək, 
deyilənləri nəzərə almaq və təkmilləşdirmə aparmaq təklif edilir.  
Müəllimin istiqamətləndirici sualları  şagirdlərin  əsaslandırılmış 
nəticə çıxarmalarına imkan verir. Şagirdlərdə belə bir qənaət möhkəm-
lənir ki, təhlil xarakterli inşada, əsasən, əsərin mövzusu, ideyası, onda 
qaldırılmış mühüm problem ön plana çəkilir. Essedə isə  şəxsi 
təəssüratın ifadəsi önəmli yer tutur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə