Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə29/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

 74
olanlardan istifadə edilməsi inşada elmi üslubun çalarlarını xeyli 
zənginləşdirir. Essedə obrazlılığa, məcazlardan gen-bol istifadəyə
fikrin sərbəst ifadəsinə,  şəxsi hiss və  təəssüratın çatdırılmasına daha 
geniş yer verilməsi isə üslubda bədii çalarların güclənməsinə səbəb olur.  
Müsahibədə faciədə qaldırılmış problemlərin müasir dövrlə 
əlaqələndirilməsinin zəruriliyi diqqətə çatdırılır. Yığcam müsahibədə 
şagirdlər qeyd edir ki, əsərin yazıldığı dövrdən yüz ilə yaxın bir vaxt 
keçir. Dramaturqun qaldırdığı problemlər müasir dövrdə öz 
aktuallığını saxlayır. Yaşadığımız dövrdə  də insanın qarşısında xeyirə 
tapınmaq, öz təbiətindəki  şərdən xilas olmaq vəzifəsi durur. Şər 
qüvvələrin törətdiyi, bəşəriyyətin sağalmaz xəstəliyinə çevrilmiş 
ədalətsiz müharibələr, torpaqların işğalı, “altun və qurşuna” güvənmək 
bu gün də dünyanın acı reallığıdır. Yaşadığımız dövrdə şəri təmsil edən 
erməni işğalçılarının  öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal 
etməsi ilə barışmayan xalqımız bu ədalətsizliyi tezliklə aradan 
qaldıracaq, vətənimizi düşməndən azad edəcəkdir. 
İnsanın “nuri-həqiqət” axtarışları  hələ  də davam edir. Öz idrakının 
gücü ilə kosmosu fəth edən,  ən yeni texnologiyaları  kəşf edən insan 
xislətindəki  şərlə bir çox hallarda bacarmır, ondan xilas olmaqda hələ 
də acizdir. 
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra yazıdan nümunələrin 
təqdimatlar  əsasında müzakirə edilməsi faydalıdır. Bu, dolğun  nəticə-
nin çıxarılmasına, ümumiləşdirmənin aparılmasına imkan verir. 
Yazı  işinin və müzakirənin hansı formada təşkilindən asılı olma-
yaraq,  şagirdlərin fərdi qiymətləndirilməsi həyata keçirilə bilər. Bu, 
dərsdə reallaşdırılmış  məzmun standartlarına müvafiq olaraq müəy-
yənləşdirilən meyarlar əsasında həyata keçirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 
 


 75
Mövzu: Əhməd Cavadın həyatı, yaradıcılıq yolu – 1 saat 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və obrazlı 
ifadələrdən istifadə edir.  
Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla 
təqdimat və çıxışlarında bədii-
emosional və obrazlı ifadələrdən 
istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, prob-
lemə, yazıçının mövqeyinə tənqidi 
münasibətini əsaslandırır, dinləyi-
cilərin rəyini nəzərə alır, mimika və 
jestlərdən məqsədyönlü istifadə edir. 
Müzakirələrdə mövzuya, problemə 
tənqidi münasibətini dinləyicilərin 
rəyini nəzərə almaqla əsaslandırır, 
mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
 
Dərsin gedişi 
 
Ev tapşırığının (Mövzulardan birini seçib işləyin: 1. “Hüseyn Cavid 
romantik  şair kimi” mövzusunda məruzə hazırlayın. 2. “Hüseyn Cavi-
din tarixi dramları” mövzusunda məqalə yazın) yerinə yetirilməsi 
səviyyəsi müəyyənləşdirilərkən mənbələrdən toplanmış  məlumatın nə 
dərəcədə məqsədyönlü olmasına diqqət yetirilir.  
Motivasiya, problemin qoyuluşu.  Dərslikdəki  tapşırıq  (Ə.Cavad 
haqqında bildiklərinizi yada salıb yığcam müzakirə aparın)  əsasında 
müzakirə təşkil etməklə motivasiya yaratmaq mümkündür. Şairin şəx-
siyyətinə və yaradıcılığına maraq müsahibənin canlı, maraqlı keçməsinə 
səbəb olur. Müsahibə  tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekun-
laşdırılır. 
Tədqiqat sualı:  Ə.Cavadın ardıcıl və amansız təqiblərə, təzyiqlərə 
məruz qalmasının əsl səbəbi, sizcə, nədir?  
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Dərslikdəki materialın oxusu ilə araşdırmaya başlanılır.  Şagirdlər, 
ilk növbədə, dərslikdə təklif edilmiş tapşırıqla tanış olur, yaranan sual-
lara aydınlıq gətirilir. Müəyyənləşdirilmiş cütlüyə daxil olan şagird-
lərdən biri ilk mətnkənarı sualı  və onun cavabını ucadan oxuyur. Hər 
iki  şagird oxunmuş parça ilə bağlı açar sözlər müəyyənləşdirir. Həmin 
parça üçün açar sözlər, məsələn, bu qəbildən ola bilər:  ruhani ailəsi, 
ruhani seminariyası, “mədrəsə  şeirləri”, müəllimlik, müharibə, xeyriy-
yəçilik, ilk kitab, “Əhməd Cavad kədəri”. Bu açar sözlərdən istifadə ilə 
aşağıdakı  qəbildən suallar hazırlamaq mümkündür: Ruhani ailəsində 
dünyaya gələn Əhmədin doğmalarının elmə, təhsilə münasibəti necə idi? 
Ruhani seminariyasında təhsil  Əhmədin inkişafında hansı rol oynadı? 
Onun ilk qələm təcrübələrinin “mədrəsə  şeirləri” adlanmasına səbəb nə 
idi? Ə.Cavad müəllimlik fəaliyyətinə nə vaxt başladı, o hansı bölgələrdə 


 76
işlədi? Müharibə Ə.Cavadın həyatında və yaradıcılığında hansı dəyişik-
liyə səbəb oldu? və s. İkinci şagird (mətni oxumayan) açar sözlərdən isti-
fadə etməklə (yuxarıdakı nümunələrə  bənzər) suallar hazırlayır və 
onlara cavab verməyi birinci şagirdə təklif edir. Birinci şagirdin (mətni 
oxuyanın) cavabı  qənaətləndirici olmasa, müzakirədə bütün sinif işti-
rak edir. Cavabla bağlı ortaq məxrəcə  gələnə
 
qədər müzakirə davam 
edir. Cütlüklər bir-birini əvəz etməklə digər mətnkənarı sualları  və 
onların cavabını bu qayda ilə oxuyub başa çatdırırlar. Açar sözlərin 
məzmunu, hazırlanmış sualların tələbləri, ehtiyac duyulan hallarda, 
müəllimin yönləndirməsi ilə dərinləşdirilir və təkmilləşdirilir.  
 
Müxtəlif mənbələrdən  əldə edilmiş  məlumatlara, ayrı-ayrı prob-
lemlərə  şagirdlərin münasibəti, məzmuna uyğun emosional-obrazlı 
ifadələrdən istifadə bacarıqları müzakirədə  aşkara çıxarılır və  nəzərə 
alınır.  
Müzakirənin gedişində, eləcə  də sonda mətnə hansı  məzmunda 
əlavələr etməyin lazım olduğu müəyyənləşdirilir və  bəndlər  şəklində 
qeyd edilir. 
Nəticələrin  çıxarılması,  ümumiləşdirmənin aparılmasında müəlli-
min istiqamətləndirici sualları əhəmiyyətli rol oynayır. Şagirdlərdə belə 
bir qənaət möhkəmlənir ki, Ə.Cavad üçün ən böyük istək Vətənini 
müstəqil, xalqını azad görmək idi. O, türk xalqlarının birliyini, 
həmrəyliyini ürəkdən arzulayan, bu yolda əzmlə çarpışan sənətkar və 
mücahid olmuş, “cümhuriyyət nəğməkarı” kimi tanınmışdı. Bolşevik 
hakimiyyəti  Ə.Cavadı qatı düşmən sayır, milli - azadlıq ideyalarından 
onun heç vaxt uzaqlaşmayacağını bilirdi. Şairin xüsusi amansızlıqla 
təqib edilməsinin əsl səbəbi də elə bu idi. 
Çıxarılmış nəticələr fərziyyələrlə müqayisə edilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə