Microsoft Word ?d?b -11 mmv-capa doc


Motivasiya, problemin qoyuluşu



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə27/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   23   24   25   26   27   28   29   30   ...   71

 68
Motivasiya, problemin qoyuluşu  mərhələsini fərqli məzmunda 
təşkil etmək mümkündür. “Allah şeytana lənət eləsin”, “Tamahkar öz 
nəfsinin quludur” kimi ifadələrdən, atalar sözlərindən istifadə yolu ilə 
motivasiya yaratmağı qarşısına məqsəd qoyan müəllim şagirdlərə öz fi-
kirlərini söyləməyi təklif edir. Müsahibənin sonunda tədqiqat sualı 
formalaşdırılır. 
Motivasiya yaradılmasının bir yolu da 
"Cavid ömrü" filmindən “İb-
lis” faciəsi ilə bağlı epizodun (
https://www.youtube.com/ watch?v= 
YVposIXvXVI
) səsləndirilməsi və yığcam müzakirəsi ola bilər. 
Müzakirə nəticəsində tədqiqat sualı müəyyənləşdirilir.
 
Tədqiqat sualı:  İnsanlar uğursuzluğun,  şər  əməllərin səbəbini daha 
çox nə ilə izah edirlər?  
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Faciədən dərslikdə verilmiş birinci pərdədən parçaların oxusu ilə 
tədqiqata başlanılır.  
Oxunu fərqli formalarda həyata keçirmək mümkündür. Şagirdlərin 
marağı  nəzərə alınaraq rollar üzrə oxunun tətbiqi faydalıdır. Oxuda 
tanış olmayan sözlərin mənası və məcazlar müəyyənləşdirilir. 
Təcrübə göstərir ki, əsərin məzmununun mənimsədilməsi zamanı 
müəllimin istiqamətləndirici suallarına ehtiyac vardır. Müəllim, ilk 
növbədə, şagirdlərin diqqətini əsərin əvvəlində İblisin dili ilə müharibə 
dəhşətlərinin təsvirinə yönəltməlidir.  
Bu parçanın üzərində xüsusi dayanılması  şagirdlərdə dramaturqun 
əsəri müharibə  səhnələrinin təsviri ilə başlamasının təsadüfi olmadığı 
fikrini yaradır. Pərdənin məzmununu mənimsəyən şagirdlər İblisin, Ari-
fin səciyyəsi barədə  məlumat qazanırlar. Onlarda həmçinin digər obraz-
lar – İxtiyar, Xavər, Rəna, İbn Yəmin barədə müəyyən təsəvvür yaranır. 
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər kiçik qruplarda 
parçaların məzmunu ilə bağlı fikir mübadiləsi aparır, sual və tapşırıq-
lar əsasında təqdimat hazırlayırlar. 
Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar əsasında məlu-
mat mübadiləsi və müzakirə aparılır. Müəllim istiqamətləndirici sual-
lardan istifadə etməklə təqdimatların fəal dinlənilməsinə, müzakirənin 
səmərəli keçməsinə nail olur. 
Müzakirə zamanı aşağıdakı məsələlərə diqqət yetirilir:  
– hadisələrin Bağdad civarında baş verməsi
– müharibə dəhşətlərinin təsviri;  
– müharibənin törətdiyi faciələrə  İblisin sevinməsi, Mələyin kədər-
lənməsi;  
– Arifin Allaha müraciəti;  
– İxtiyar şeyxin Arifə qəlbindəki qəzəbi, nifrəti unutmağı məsləhət 
görməsi;  


 69
– İblisin Ariflə dialoqunun məzmunu və s.  
Növbəti dərsdə  əsərin məzmunu bütövlükdə öyrənildikdən sonra 
nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması həyata keçirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: H. Cavid. İblis (ixtisarla)  4 saat 
İkinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.4. Müxtəlif ədəbi növ və janrda 
olan əsərlərdə (poema, hekayə, po-
vest, roman, dram, komediya, faciə) 
əksini tapan mühüm milli-mənəvi, 
bəşəri dəyərlərə əsaslandırılmış 
münasibət bildirir. 
Faciədə əksini tapmış mühüm milli-
mənəvi, bəşəri dəyərləri müəyyən-
ləşdirir. 
2.1.1. Müxtəlif mənbələrdən topla-
dığı materiallara əsaslanmaqla təqdi-
mat və çıxışlarında bədii-emosional 
və obrazlı ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, prob-
lemə, yazıçının mövqeyinə tənqidi 
münasibətini əsaslandırır, dinləyi-
cilərin rəyini nəzərə alır, mimika və 
jestlərdən məqsədyönlü istifadə edir. 
Müzakirələrdə mövzuya, problemə 
münasibətini əsaslandırır, din-
ləyicilərin rəyini nəzərə alır, mimika 
və jestlərdən məqsədyönlü istifadə 
edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi yığcam müsahibə ilə 
aşkara çıxarılır. Faciədən ixtisarla verilmiş  pərdələrin məzmununun 
hansı  səviyyədə qavranıldığı, tanış olmayan sözlərin, məcazların necə 
müəyyənləşdirildiyi aydınlaşdırılır.  
 Şagirdlər kiçik qruplarda oxuduqları pərdələrdəki mühüm fikirlər, 
tanış olmayan sözlər və  məcazlarla bağlı  qənaətlərini bölüşür, fikir 
mübadiləsi aparırlar. Bu, mənimsənilənlərin dəqiqləşdirilməsinə imkan 
yaradır. Qruplar daha sonra dərslikdə  təklif edilmiş suallara cavab ha-
zırlayırlar. 
Qrupların təqdimatları əsasında məlumat mübadiləsi  müzakirə 
aparılır. Təqdimatların fəal dinlənilməsi, müzakirədə daha çox şagirdin 
iştirakı diqqətdə saxlanılır.  Əsərin məzmunu üzrə müzakirə zamanı 
ikinci pərdədə  İblislə Arifin söhbətinin mahiyyətinin düzgün qavra-
nılması təmin edilir. 


 70
 Şagirdlərə aydın olur ki, bu pərdədə Arifin İblisin fitnəsinə uy-
ması, insanın öz arzusuna çatmaq üçün altun, silah əldə etməsinin 
zəruriliyinə inanması, şərab içməsi gələcək faciələrin əsasını qoyur.  
Üçüncü pərdədə Arifin günahsız Xavəri qətlə yetirməsi onun artıq 
iblisə çevrilməsi kimi mənalandırılır. Digər pərdələrin məzmunu üzə-
rində iş bu qayda ilə davam etdirilir.  
Şagirdlərin diqqəti son pərdədə  İblislə Arifin dialoquna yönəldilir. 
İblisin monoloqunun məzmunu barədə şagirdlərin fikirləri öyrənilir. 
Nəticənin  çıxarılması  və ümumiləşdirmənin  aparılmasında 
müəllim istiqamətləndirici suallardan istifadə edir. Nəticələrin 
fərziyyələrlə müqayisə edilməsinə vaxt ayrılır. 
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci sə-
hifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yeti-
riləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: H. Cavid. İblis (ixtisarla) – 4 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.2. İfadəli oxudan müxtəlif 
ədəbi növdə olan əsərlərin 
emosional-obrazlı qavranılması, 
təhlili və qiymətləndirilməsi 
məqsədilə istifadə edir. 
İfadəli oxudan faciənin emosional-obrazlı 
qavranılması məqsədilə istifadə edir. 
1.2.2. Obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün 
sosial-siyasi şəraiti və əxlaqi-
etik dəyərləri ilə əlaqəli səciy-
yələndirir, müqayisələr aparır. 
Faciədəki obrazları xarakter və əməlləri, 
yaşadıqları dövrün sosial-siyasi şəraiti və 
əxlaqi-etik dəyərləri ilə əlaqəli 
səciyyələndirir. 
 
1.2.4.  Bədii nümunələrin möv-
zusuna, ideyasına, başlıca prob-
leminə, konfliktinə dövrün icti-
mai-siyasi, mənəvi dəyərləri 
kontekstindən çıxış etməklə mü-
nasibət bildirir və qiymətlən-
dirir. 
Faciənin mövzusuna, ideyasına, başlıca 
probleminə, konfliktinə dövrün ictimai-
siyasi, mənəvi dəyərləri kontekstindən 
çıxış etməklə münasibət bildirir və 
qiymətləndirir. 
 
 
2.1.2. Dil və üslub xüsusiyyət-
lərinə istinad edərək yazıçı möv-
qeyi ilə bağlı mühakimələrini 
faktlarla əsaslandırır.  
Faciənin dil və üslub xüsusiyyətlərinə 
istinad edərək yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla əsaslandırır. 
 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə