Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə25/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   21   22   23   24   25   26   27   28   ...   71

 62
Məhsəti xanım Nizamiyə dedi: 
 -  Sən yoxsul deyilsən. Çünki vicdanca yoxsul olmaqdansa, məişətcə 
yoxsul olmaq daha yaxşıdır. 
 Fəxrəddin qapını açıb otağa daxil oldu. Salam verdikdən sonra Məhsəti 
xanımın əlini öpüb oturdu. Rəna qalxıb onun üçün də yemək gətirdi. Lakin 
Fəxrəddin yeməyə etina etmədi. Rəna onun bu etinasızlığından narazı 
qalaraq: 
 - Nə üçün yemirsən? Etinasızlığına səbəb süfrəmizin yoxsulluğudurmu? 
- dedikdə Fəxrəddin də: 
 -  Rəna xanım, öz vicdanıma and içirəm ki, etinasızlığım süfrənizin 
yoxsulluğundan deyil, çünki bu süfrənin başında iki böyük dünya 
oturmuşdur. Fəxrəddin kimdir ki, bu süfrəyə etinasız baxsın?! Sizin 
hamınızın şərəfinə and içirəm, dünən nahardan bəri boğazımdan bir qətrə su 
da getməmişdir. 
 Nizami ona sual verdi: 
 - Dilşaddanmı xəbər aldın?  
Fəxrəddin qəmgin bir halda: 
- Bəli, Dilşaddan xəbər aldım. Lakin o artıq yoxdur, ancaq onun adı 
dilimdə qalmışdır. Bilmirəm, onu unuda biləcəyəmmi?! Bu da mənim üçün 
bir kədər oldu.  
 Nizami təəccüblə onun üzünə baxıb soruşdu: 
- Əcəba, sən onun buradan gec-tez aparılacağını bilmirdinmi?!  
- Lakin hara aparıldığını bilmirəm.  
- Bağdaddan başqa hara apara bilərlər? Xəlifəyə göndərilən məktub öz 
əlində deyildirmi?  
Rəna və Məhsəti xanım bu xəbərdən kədərləndilər. Nizami isə ona təsəlli 
verdi:  
- Səbir etməlisən. Görürsən ki, vəziyyət tez-tez dəyişir. Xüsusən bizim 
vətənimiz heç bir zaman hadisəsiz yaşamayıb, yenə də yaşaya bilməyəcək-
dir. Çünki mövqeyimiz belədir. Mənə qulaq as! Özünü ələ al. Bu hadisə 
sənin mətanətini artırmalıdır. Dilşadın buradan aparılmasına onu tamamilə 
itirmiş kimi məna vermə. Dilşadın qurtuluşu barəsində  dərin düşünmək, 
faydalı  tədbirlər görmək lazımdır.  İndi isə  Rəna xanımın qəlbini sındırma, 
buyur, bizimlə nahar elə. 
Fəxrəddin süfrəyə əlini uzadırkən: 
- Nə qədər şərəfli bır ailədir, - dedi. 
 


 63
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN SUAL VƏ 
TAPŞIRIQLAR 
 
1. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın, alınma, yaxud öz 
sözlərimiz olduğunu əsaslandırın.  
_____________________________________________________________
_____________________________________________________________  
 
2. Bədii ifadə vasitələrini müəyyənləşdirin, növünü qeyd edin. 
 
Bədii ifadə vasitələrinə aid 
nümunələr 
Bədii ifadə vasitələrinin növü 
 
 
 
3. Əsərin mövzusunu, qoyulmuş problemi müəyyənləşdirin. 
 
                    Mövzu 
                            Problem 
 
 
 
4. Xarakter və əməllərinə əsaslanmaqla Nizami və Fəxrəddin surətlərini 
səciyyələndirin. 
 
 Obrazın adı  
Xarakteri 
Əməlləri Onlara 
münasibətiniz 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
5. Əsəri hissələrə ayırın, plan tərtib edin. 
_____________________________________________________________
_____________________________________________________________  
 
6. Əsərdə hansı mənəvi dəyərlər öz əksini tapmışdır? Fikrinizi əsaslandırın. 
_____________________________________________________________
_____________________________________________________________  
 


 64
7. Fikrin təsir gücünün artmasında bədii ifadə vasitələrinin rolunu 
aydınlaşdırın. 
 
Bədii ifadə vasitələrinə aid 
nümunələr 
 
Fikrin təsir gücünün artırılmasında rolu 
 
 
 
8. Şərti işarələrdən istifadə etməklə cümlələrdə fasilələrin yerini, məntiqi 
vurğulu sözləri göstərin. 
 
Məhsəti xanım xəstəlik yatağında idi. Neçə gündü ki, süfrə başına gələ 
bilmirdi. Nahar vaxtı idi, Rəna süfrəni açıb Nizamini nahar yeməyinə ça-
ğırdı. Nizami qələm və kağızını  səliqə ilə  yığışdırıb yanındakı heybəyə 
qoydu və pilləkənlərdən qalxıb süfrə başına gəldi. Süfrə olduqca yoxsul idi. 
 
9. Əsərin məzmununu ümumiləşdirib bir neçə cümlə ilə yazın. 
_____________________________________________________________
_____________________________________________________________  
 
 
10. Oxuduğunuz parçada başlıca fikir – ideya nədir? 
_____________________________________________________________
_____________________________________________________________  
 
 
 
 


 65
Mövzu: Hüseyn Cavidin həyatı, yaradıcılıq yolu – 1 saat 
 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən top-
ladığı materiallara əsaslanmaqla 
təqdimat və çıxışlarında bədii-emosio-
nal və obrazlı ifadələrdən istifadə edir. 
Mənbələrə əsaslanmaqla mövzu, 
problemlə bağlı çıxışlarında bədii-
emosional ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini  əsaslandı-
rır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini 
nəzərə alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
3.1.3. 3,5-4 səhifə  həcmində nəq-
li, təsvir, təhlil xarakterli 
mətnlər (ədəbi və sərbəst mövzuda 
inşa, esse, məqalə, məruzə) yazır. 
 Təhlil xarakterli məqalə, məruzə yazır. 
 
Dərsin gedişi 
Ev tapşırığının (“Sabir satiralarının tənqid hədəfləri” mövzusunda 
yığcam məqalə yazın. “Sabirin yaradıcılığında qadın əsarətinin tənqidi” 
mövzusunda məruzə mətni hazırlayın) yerinə yetirilməsi səviyyəsi təq-
dimatların dinlənilməsi və müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. 
Məqalə və məruzə mətni ilə bağlı təqdimatlarda mövzuya müstəqil mü-
nasibətin hansı  səviyyədə olmasına,  əsaslandırılmasına xüsusi diqqət 
yetirilir. Eyni zamanda mətnlərin dil, üslub xüsusiyyətləri baxımından 
nə dərəcədə uğurlu olması ön plana çəkilir. 
Motivasiya yaratmaq məqsədilə şagirdlərin mövzu ilə bağlı mövcud 
bilikləri aşkara çıxarılır. Bunun üçün, ilk növbədə, dərslikdəki tapşı-
rığın  (H.Cavidin həyatı, yaradıcılığı  və yaşadığı dövrlə bağlı  nə bilir-
siniz?  Ədəbiyyat, tarix, coğrafiya dərslərində qazandığınız bilikləri xa-
tırlayın, yığcam müzakirə aparın)  yerinə yetirilməsinə vaxt ayrılır. 
BİBÖ üzrə  cədvəl çəkilir. Müsahibə  əsasında “Bilirik” və “Bilmək istə-
yirik” sütunlarında müvafiq qeydlər aparılır. 
Motivasiyanın digər variantı “Cavid ömrü” filmindən bir epizoda ba-
xış keçirilməsidir (https://www.youtube.com/ watch?v= fgge 3Oi7yGk)
Müzakirə zamanı  şagirdlər H.Cavidin V sinifdə oxuduqları “Qız 
məktəbində”  şeiri, IX sinifdə öyrəndikləri “Ana” mənzum dramı ilə 
bağlı mülahizələr söyləyir, fəallıq göstərirlər. Əvvəlki biliklərin təkrarı 
əsasında araşdırılacaq problem müəyyənləşdirilir:  Hüseyn Cavidin 
həyatı, yaradıcılığı üçün daha önəmli olanlar hansılardır? 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə