Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə21/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   17   18   19   20   21   22   23   24   ...   71

 50
mərhələdə  mətnkənarı sualların  hər biri ilə bağlı  dərketmənin hansı 
səviyyədə olduğunun aşkara çıxarılmasına  əlverişli imkan yaranır. 
Əlbəttə, dərslikdəki mətn həmin sualların cavabını  əhatə etmir, bu, 
mənbələrin araşdırılması sayəsində mümkün olur. Lakin dərslikdəki 
cavablar mənbələr üzrə araşdırmalarda  şagirdləri doğru olan 
məlumatları öyrənməyə istiqamətləndirir. Məsələn, birinci sualla bağlı 
dərslikdəki yığcam məlumata  əsaslanmaqla mənbələr üzrə araşdırma 
yazıçının bu mövzuya müraciət etməsinin səbəbini 
əhatəli 
aydınlaşdırmağa imkan verir. Eləcə də ikinci sualın (Əsərdə qaldırılmış 
problemlər və konflikt üçün özəl olan cəhətlər hansılardır?) dərslikdəki 
cavabı müəyyən təsəvvür yaratsa da, əlavə  məlumata ehtiyac duyulur. 
Deyilənlərdən aydınlaşır ki, müzakirədə  hər bir sualın cavabı ilə bağlı 
mühüm cəhətlərin üzərində dayanmaqla onların başa düşülməsinə nail 
olunmalıdır. Bu, şagirdlərin sonrakı  fəaliyyətinin səmərəliliyi üçün 
vacibdir. Müzakirədə müəllimin istiqamətləndirici suallardan yerli-
yerində istifadə etməsi bu ciddi vəzifələrin həyata keçirilməsinə 
əhəmiyyətli dərəcədə təsir edir. 
 Mənbələr üzrə  iş zamanı  əldə olunacaq məlumatların bu mərhələdə 
bəndlər  şəklində qeyd olunması  məqsədəuyğundur.  Şagirdlərin 
qənaətləri ümumiləşdirildikdən sonra (nəticənin çıxarılması, 
ümumiləşdirmənin aparılması təhlil başa çatdırıldıqda – növbəti dərsdə 
reallaşdırılır) qiymətləndirmə aparılır. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 


 51
Mövzu: C.Məmmədquluzadə. Anamın kitabı – 5 saat 
Dördüncü saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.1. Müxtəlif vəznli (heca, əruz, 
sərbəst) şeirləri və süjetli əsərləri 
(poema, hekayə, povest, roman, 
dram, komediya, faciə) 
kompozisiya, dil, üslub baxımından 
təhlil edir. 
Tragikomediyanı kompozisiya, dil, 
üslub baxımından təhlil edir.
 
1.2.2. Obrazları xarakter və 
əməlləri, yaşadıqları dövrün sosial-
siyasi şəraiti və əxlaqi-etik 
dəyərləri ilə əlaqəli səciyyələndirir, 
müqayisələr aparır. 
 
 
Tragikomediyada obrazları xarakter 
və əməlləri, yaşadıqları dövrün sosial-
siyasi şəraiti və əxlaqi-etik dəyərləri 
ilə əlaqəli səciyyələndirir, müqayisələr 
aparır. 
1.2.3. Müxtəlif vəznli (heca, əruz, 
sərbəst) şeirlərdə, süjetli bədii 
nümunələrdə bədii təsvir və ifadə 
vasitələrinin obrazlılığın təmin 
edilməsindəki roluna 
əsaslandırılmış münasibət bildirir. 
Tragikomediyada məcazların 
obrazlılığın yaradılmasındakı roluna 
əsaslandırılmış münasibət bildirir. 
1.2.4. Bədii nümunələrin mövzusu-
na, ideyasına, başlıca probleminə, 
konfliktinə dövrün ictimai-siyasi, 
mənəvi dəyərləri kontekstindən 
çıxış etməklə münasibət bildirir və 
qiymətləndirir. 
Tragikomediyanın mövzusuna,  ideya-
sına, başlıca probleminə, konfliktinə 
dövrün ictimai-siyasi, mənəvi dəyər-
ləri kontekstindən çıxış etməklə mü-
nasibət bildirir və qiymətləndirir. 
  
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müsahibə, təqdimatla-
rın dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Mətnkə-
narı sualların hər biri ilə bağlı  mənbələrdən hansı  məlumatların  əldə 
olunduğu, onlardan istifadə ilə  dərslikdəki mətnin necə  zənginləşdiril-
diyi və tamamlandığı  aşkara çıxarılır.  Şagirdlər qeyd edirlər ki, XX 
yüzilliyin  əvvəllərində Azərbaycan ziyalısının qarşısında duran tale-
yüklü vəzifələr yazıçının diqqətini xüsusilə  cəlb edirdi. Bu vəzifələri 
həll etməli olan ziyalıların arasında konfliktlərin yaranması, bəzi-
lərində milli-mənəvi dəyərlərə laqeydliyin güclənməsi C.Məmmədqulu-
zadəni ciddi düşündürən problemlərdən idi. Bütün bunlar yazıçını bu 
mövzuda əsər yazmağa sövq edən mühüm səbəblər olmuşdur.  
Şagirdlər müəllimin istiqamətləndirici suallarına  əsasən Rüstəm 
bəy, Mirzə  Məhəmmədəli, Səməd Vahid obrazları ilə bağlı  gəldikləri 
nəticələri  şərh edirlər. Təqdimat zamanı bu obrazların oxşar və  fərqli 


 52
xüsusiyyətlərinin müqayisə  cədvəli, yaxud Venn diaqramı ilə nümayiş 
etdirilməsi məqsədəuyğundur.  
Ev tapşırığındakı iki sual (Əsərdə  təsvir olunanlarla səsləşən real 
hadisələri yazıçı harada və hansı illərdə müşahidə edə bilərdi? 
Tragikomediyada diqqət mərkəzinə  çəkilmiş problemlərdən hansılar bu 
gün də aktual sayıla bilər?)  şagirdlərdən axtarışlar aparmaqla yanaşı, 
müstəqil düşüncə  də  tələb edir. Bu suallarla bağlı diskussiyaya vaxt 
ayrılması faydalıdır.
 
Bu mərhələdə müəllimin müvafiq qiymətləndirmə meyarlarına 
müraciət etməsi məqsədəuyğundur. 
Dərsdə növbəti addım dərslikdəki təhlil materialının oxusunun 
təşkili olur. Dərslikdə təklif edilmiş tapşırıq şagirdləri diqqətli olmağa, 
məzmunu anlayaraq qavramağa istiqamətləndirir. Mətnkənarı sualla-
rın sayı  qədər kiçik qruplar (sinifdə  şagirdlərin sayı çox olarsa, bir 
sualın üzərində iki qrup işləyə bilər) yaradılır. Qruplardan birinin üzvü 
ilk mətnkənarı sualın cavabını ucadan və aydın şəkildə oxuyur. Oxunu 
başa çatdıran  şagird mətndəki  əsas fikirləri (narahat ömür yaşayan 
ananın arzusu, doğma xalqını, dilini sevən Gülbaharın qardaşlarına 
qarşı  çıxması) ümumiləşdirərək bir-iki cümlə ilə ifadə edir. Onun 
dedikləri  şagirdlərə tam aydın olmalıdır. Bunun ardınca mətnə aid 
verdiyi sualları cavablandırmağı  şagirdlərə  təklif edir. Suallar təkcə 
məzmunun necə qavranıldığını müəyyənləşdirmək məqsədini 
güdməməlidir. Suallar müəyyən nəticə  çıxarmağa  (məsələn, Ana nara-
hat olmaqda haqlı idimi?),  əsərdəki başlıca fikri anlamağa  (məsələn, 
Qardaşlarının kitabını yandırmaqda Gülbaharın məqsədi nə idi?) 
istiqamətləndirməlidir. Cavablar sinifdə müzakirəyə  səbəb ola bilər. 
Ortaq məxrəcə 
gəlincəyə 
qədər müzakirəni davam etdirmək 
mümkündür. Müzakirədə  səthi qavranılmış  mətləblər də  aşkara çıxır. 
Mətni oxuyan şagird onlara aydınlıq gətirir, o, çətinlik çəkərsə, 
müəllim digər  şagirdlərin işə qoşulmasını  təmin edir. Həmin  şagirdin 
sonuncu vəzifəsi oxuduğu mətni – birinci mətnkənarı sualın cavabını 
hansı  əlavələrlə  zənginləşdirməyin lazım olması barədə fikrini bildir-
məsidir. Bu fikrə şagirdlərin münasibət bildirmələrinə imkan yaradılır. 
Ayrı-ayrı qrupların şagirdləri növbə ilə digər mətnkənarı sualların 
cavablarını  da  bu  qayda  ilə oxuyurlar. İkinci mətnkənarı sualın oxu-
sunda əsərin kompozisiyası, obrazların nitqi – danışığı barədə deyilən-
lərin əsərdən nümunələr göstərilməklə izahına xüsusi diqqət yetirilir.  
Kiçik qrupların təqdimatları  əsasında aparılan  məlumat müba-
diləsi və müzakirədə  obrazlar,  əsərin bədiiliyini artıran vasitələr və 
ideyası ilə bağlı öyrənilənlərin dərinləşdirilməsinə, möhkəmləndirilmə-
sinə nail olunur.  


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə