Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə18/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

 41
təbliği  romantiklərin  əsərlərinin  əsas mövzusunu təşkil edir. Onların 
ilham mənbələrindən biri də vətən, millət sevgisidir. 
(Məmməd Cəfər Cəfərov) 
 
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra kiçik qrupların təq-
dimatları  əsasında  məlumat mübadiləsi   müzakirə  aparılır. Müza-
kirə diskussiya  şəklində  həyata keçirilir. Diskussiya zamanı XX əsrin 
əvvəllərində  ədəbiyyatımızda realizm və romantizmin ədəbi cərəyana 
çevrilməsini şərtləndirən amillər, bu cərəyanların oxşar və fərqli cəhət-
ləri, istər tənqidi realizm, istərsə  də romantizm metodu ilə yazan apa-
rıcı  sənətkarların yaradıcılığını  səciyyələndirən  əsas cəhətlər, “Molla 
Nəsrəddin” və “Füyuzat” ədəbi məktəblərinin  ədəbiyyatımızın inkişa-
fında rolu və s. məsələlər üzrə mülahizələr dinlənilir və onlara əsas-
landırılmış münasibət bildirilir.  
Qeyd edilir ki, «Molla Nəsrəddin»  ədəbi cəbhəsinin konsepsiyasın-
dakı azərbaycançılıq və müstəqil dövlətçilik ideyaları milli istiqlala 
doğru mübarizənin meydanını daha da genişləndirmişdir. Bu dövrdə 
Azərbaycan ədəbiyyatında mövcud ictimai sistemin tənqidi ciddi şəkil-
də qüvvətlənmiş, milli istiqlal axtarışları dönməz xarakter almışdır. 
Realist-satirik  ədəbiyyatın nümayəndələri öz əsərlərində milli istiqlala 
çatmaq yollarındakı maneələri, müstəmləkə sistemi və despotizmin 
bütün təzahürlərini kəskin tənqid etmişlər. Milli istiqlal uğrunda mü-
barizə, azadlıq və müstəqillik ideyaları  ədəbi fikrin və  mətbuatın baş 
mövzusuna çevrilmişdir.  
XX əsrin əvvəllərində meydana çıxmış romantizm ədəbi cərəyanı isə 
Azərbaycan ədəbiyyatına vətən və xalq ideallarını, insan mənəviyyatının 
romantik zənginliyini gətirmişdir.  Ə.Hüseynzadənin redaktorluğu ilə 
nəşr olunan «Füyuzat» jurnalı romantikləri öz ətrafında birləşdirərək 
ədəbi məktəb yaratmışdır. Romantizm ədəbi cərəyanının nümayəndələri 
öz əsərlərində həyatı tipik bədii vasitələrlə deyil, xəyala və arzuya uyğun 
şəkildə ifadə etməyə üstünlük verirdilər. Turançılıq ideyaları, ortaq 
ünsiyyət dili və vahid ümumtürk əlifbası yaratmaq, ümummilli ideyalar 
və maarifçi-demokratik baxışlar füyuzatçıların  əsərlərində  əsas yer 
tuturdu. Füyuzatçılar bolşevizmi “qırmızı qaranlıq” hesab edir, türk-
islam birliyinə “yaşıl işıq” kimi böyük ümidlər bəsləyirdilər.  
Müzakirədə  sərbəst fikir mübadiləsinə, söylənilən mülahizələrin 
diqqətlə dinlənilməsinə  şərait yaradılır, hər bir tənqidi fikrin, fərqli 
mülahizənin əsaslandırılmasına nail olunur.  
Nəticə  və ümumiləşdirmənin aparılması  məqsədilə  müəllimin ye-
kunlaşdırıcı sualları üzrə müsahibə aparılır. Müxtəlif mülahizələrin 
ortaq məxrəcə  gətirilməsi nəticəsində  şagirdlərdə  “XX  əsrin  əvvəl-


 42
lərinin ədəbiyyatımızda tənqidi realizm və romantizm dövrü adlanması 
nə ilə əlaqədardır?” sualı ilə bağlı dolğun qənaət hasil olur.  
Şagirdlərdə icmal mövzusu üzrə sinifdə öyrəndiklərinə müstəqil 
tədqiqat zamanı  nələri  əlavə edəcəkləri barədə aydın təsəvvür yara-
dılmalıdır. Mətndəki suallarla bağlı  mənbələrdən daha çox aşağıdakı 
istiqamətlərdə məlumatların mənimsənilməsi və dəyərləndirilməsi məq-
sədəuyğundur: 
– romantizm və realizmin məhz XX əsrin  əvvəllərində  ədəbi cərə-
yana çevrilməsini şərtləndirən başlıca amillər; 
– “Molla Nəsrəddin” jurnalının müəllifləri, gülüş-tənqid hədəfləri, 
ilk nömrəsində ifadə olunan məramın şərhi;  
– “Füyuzat” jurnalının ana xəttini təşkil edən ideyaların şərhi; 
– “Molla Nəsrəddin”  ədəbi məktəbinin nümayəndələri Ömər Faiq 
Nemanzadə,  Əliqulu Qəmküsar, Mirzəli Möcüz, Əbdürrəhimbəy Haq-
verdiyev və b. yaradıcılığı;  
– “Füyuzat” ədəbi məktəbinin nümayəndələri  Əli bəy Hüseynzadə, 
Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq və b. yaradıcılığı. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yeti-
riləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: Cəlil Məmmədquluzadənin həyatı, yaradıcılıq yolu – 1 saat 
Standartlar 
Təlim nəticələri 
1.2.4.  Bədii nümunələrin möv-
zusuna, ideyasına, başlıca prob-
leminə, konfliktinə dövrün icti-
mai-siyasi, mənəvi dəyərləri 
kontekstindən çıxış etməklə mü-
nasibət bildirir və qiymətlən-
dirir. 
Povestin, komediyanın mövzusuna,  ide-
yasına, başlıca probleminə, konfliktinə 
dövrün ictimai-siyasi, mənəvi dəyərləri 
kontekstindən çıxış etməklə münasibət 
bildirir və qiymətləndirir. 
 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara əsaslan-
maqla təqdimat və  çıxışlarında 
bədii-emosional və obrazlı ifa-
dələrdən istifadə edir.  
Mənbələrdən topladığı materialları 
müqayisə etməklə və onlara əsaslanmaqla 
təqdimat və  çıxışlarında bədii-emosional 
və obrazlı ifadələrdən istifadə edir. 
 
Dərsin gedişi 
Ev tapşırığının  (1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən 
topladığınız məlumat  əsasında zənginləşdirin və tamamlayın. 2. Araş-


 43
dırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etməyə 
çalışın:  
a) Hansı  sənətkarların  əsərləri tənqidi realizm ədəbi cərəyanının 
formalaşmasında mühüm rol oynayıb?  
b) Romantizm ədəbi cərəyanının nümayəndələrinin yaradıcılığında 
hansı məsələlər daha qabarıq əks olunub?  
“Yazılı qeydlər  əsasında  şifahi təqdimata hazırlaşın”)   yerinə 
yetirilmə  səviyyəsi yoxlanılır. Bu zaman mənbələrdən  əldə edilmiş  mə-
lumata istinadən hazırlanmış  təqdimatların dinlənilməsi  əsasında 
müzakirənin aparılması  məqsədəuyğundur. Müvafiq qiymətləndirmə 
meyarlarına müraciət edilir.  
Şagirdlərin diqqəti dərslikdəki  “C.Məmmədquluzadə barədə bildik-
lərinizi yada salıb yığcam müzakirə aparın”  tapşırığına cəlb edilir. 
Yazıçının həyatı, yaradıcılığı, “Qurbanəli bəy” hekayəsi ilə bağlı VIII 
sinifdə öyrənilmiş  məlumat suallar əsasında yada salınır. Bu, 
müzakirənin təşkilinə imkan yaradır. Yazıçının həyatı, yaradıcılığı ilə 
bağlı  şagirdləri maraqlandıran suallar, onların öyrənmək istədikləri 
məsələlər ortaya çıxır. Müzakirənin sonunda araşdırılacaq problem 
tədqiqat sualı  şəklində müəyyənləşir:  Ədibin Azərbaycan tarixində 
şərəfli yer tutmasının səbəbini nə ilə izah etmək olar? 
Araşdırmaya dərslikdəki mətnin oxusu ilə başlanılır. Mətnin oxu-
sunu fərqli  şəkillərdə  təşkil etmək olar. Dərslikdə  təklif edilmiş yol 
vaxta qənaət və  şagirdlərin fəallığının təmin edilməsi baxımından 
faydalıdır. Onun reallaşdırılması üçün mətnkənarı sualların sayı qədər 
kiçik qruplar (az sayda da olar, iki qrup bir sualın üzərində işləyə bilər) 
yaradılır. Birinci qrupdan bir şagird ilk mətnkənarı sualın  (C.Məm-
mədquluzadənin həyat yolunun başlanğıcı hansı cəhətləri ilə diqqəti cəlb 
edir?) cavabını  dərslikdən tələsmədən, aydın və uca səslə oxuyur. O, 
mətndə ifadə olunmuş  əsas fikirləri (yazıçının təhsili, müəllimlik 
fəaliyyəti, bədii yaradıcılığa həvəsi) ümumiləşdirərək bir-iki cümlə ilə 
söyləyir. Bu məqamda ehtiyac yaranarsa, müəllim istiqamətləndirici 
suallardan istifadə etməklə  şagirdə yardım edir. Oxuduğu parça ilə 
bağlı yoldaşlarına sual vermək  şagird üçün çətinlik törətmir. Lakin 
sualların tələblərinin (mətndəki məlumatın yada salınması, müəyyən 
nəticə  çıxarmaq və s.) fərqli olmasına müəllimin istiqamət verməsi 
məqsədəuyğundur. Yoldaşlarının cavablarındakı birtərəfli, səthi mə-
qamlara aydınlıq gətirməyə çalışan  şagirdə müəllim yeri gəldikcə isti-
qamətləndirici suallarla kömək edir. Bu mərhələdə  tərəflərin hər biri 
haqlı olduğunu əsaslandırmağa çalışdığı üçün müzakirəyə əlverişli im-
kan yaranır. Bundan səmərəli istifadə olunması oxunmuş parçanın 
dərindən və hərtərəfli mənimsənilməsinə şərait yaradır.  


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə