Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə20/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

 47
cavabını  şagirdlərin müstəqil müəyyənləşdirmələrinə  səy göstərilir. 
Müəllim müvafiq qiymətləndirmə meyarlarına müraciət edə bilər. 
 Sonrakı tapşırıqlar cütlük şəklində yerinə yetirilir: 
 
a)
  Cəmiyyəti-xeyriyyənin iclasında ilk mübahisəyə  səbəb nə olur? 
Bu mübahisədə hansı tərəfin mövqeyini müdafiə edərdiniz? 
b)
  İclasın gündəliyinə daxil edilmiş  məsələlər hansılardır, onları 
əhəmiyyətli saymaq olarmı? 
c)
  Cəmiyyətin illik hesabatı barədə nə danışılır, icra olunmuş işlər, 
sizcə, faydalıdırmı? 
d)
  Məktəb proqramı ilə bağlı  məsələdə diqqətinizi çəkən nə oldu
onun necə həll olunmasını istərdiniz? 
e)
  Ehtiyacı olan, aclıq çəkən insanların  ərizəsi ilə bağlı  məsələnin 
müzakirəsi nə ilə nəticələndi, siz problemin necə həll olunmasını 
ədalətli sayardınız? 
f)
  Senzorun qardaşlarla bağlı ittihamları  və  gəldiyi nəticə sizdə 
hansı qənaətin yaranmasına səbəb oldu?  
g)
  Oxuduğunuz məclislər hansı  mənəvi dəyərlər barədə danışmağa 
imkan verir?  
 
Göründüyü kimi, suallar yalnız məlumatın xatırladılmasına xidmət 
etmir,  şagirdləri həmçinin səbəb-nəticə  əlaqələrini aydınlaşdırmağa, 
nəticə çıxarmağa, qiymət verməyə istiqamətləndirir.  
Qənaətləri yaxın cütlər birləşib kiçik qruplar yaradırlar. Fikir 
mübadiləsi onlara cavablarını  dəqiqləşdirmək və ümumiləşdirmək 
imkanı yaradır. Yalnız bundan sonra təqdimatlar əsasında qruplararası 
fikir mübadiləsi və müzakirə aparılır. Şagirdlər Əbdüləzimovların
 
ailə 
münasibətlərində mənəvi dəyərlərdən üz çevrildiyini göstərir və bunun 
səbəblərini aydınlaşdırmağa səy göstərirlər.  Şagirdlərin qənaətləri 
ümumiləşdirildikdən sonra sonuncu tapşırığın  (Məclislərin birindən 
seçdiyiniz hissənin məzmununu iki formada – yığcam və yaradıcı 
danışmağı öyrənin, nümunələri dinləyib, onlara münasibət bildirin) 
yerinə yetirilməsinə vaxt ayrılır. Təqdimatların müzakirəsində bütün 
şagirdlərin fəal iştirakına, sərbəst fikir söyləmələrinə imkan yaradılır.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 


 48
Mövzu: C.Məmmədquluzadə. Anamın kitabı – 5 saat 
Üçüncü saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.1.  Müxtəlif vəznli (heca, 
əruz, sərbəst)  şeirləri və süjetli 
əsərləri (poema, hekayə, povest, 
roman, dram, komediya, faciə) 
kompozisiya, dil, üslub ba-
xımından təhlil edir. 
Tragikomediyanı kompozisiya, dil, üslub 
baxımından təhlil edir.
 
1.2.4.  Bədii nümunələrin möv-
zusuna, ideyasına, başlıca prob-
leminə, konfliktinə dövrün icti-
mai-siyasi, mənəvi dəyərləri 
kontekstindən çıxış etməklə mü-
nasibət bildirir və qiymətlən-
dirir. 
 Tragikomediyanın mövzusuna,  ideyası-
na, başlıca probleminə, konfliktinə döv-
rün ictimai-siyasi, mənəvi dəyərləri kon-
tekstindən çıxış etməklə münasibət bildi-
rir və qiymətləndirir. 
 
2.1.2. Dil və üslub xüsusiyyət-
lərinə istinad edərək yazıçı möv-
qeyi ilə bağlı mühakimələrini 
faktlarla əsaslandırır. 
Tragikomediyanın dil və üslub 
xüsusiyyətlərinə istinad edərək yazıçı 
mövqeyi ilə bağlı mühakimələrini 
faktlarla əsaslandırır. 
  
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin müəyyənləşdirilmə-
sinə bu dərsdə xeyli vaxt ayırmaq lazım gəlir. Buna səbəb “Anamın 
kitabı”  əsərinin məzmunu üzrə  işin həmin mərhələdə yekunlaşdırılma-
sıdır. İlk növbədə, komediyanın dördüncü məclisinin məzmununun necə 
qavranıldığı  yığcam müsahibə ilə  aşkara çıxarılır.  Əsərin məzmunu 
üzərində aparılan  əhatəli iş qardaşların hər biri haqqında aydın 
təsəvvürün qazanılmasına səbəb olur. Bu, qardaşlar barədə “obrazlar 
xəritəsi”ndə  zəruri qeydlərin aparılmasına imkan verir. Bu işin 
müstəqil olaraq necə icra olunduğu müəyyənləşdirilərkən  əsərdən 
seçilmiş nümunələrin müvafiqliyinə xüsusi diqqət yetirilir. Ayrı-ayrı 
şagirdlərin təqdimatlarının dinlənilməsi  əsasında mənası aydın olma-
yan sözlər və  məcazlarla bağlı icra edilmiş  işlərin səviyyəsi barədə 
təsəvvür qazanılır. Diqqət yetirilən mühüm məsələlərdən biri də milli 
birlik, bütövlük kimi dəyərlərə etinasız münasibətlə barışmazlığın bu 
məclisdə qabarıq ifadə edilməsidir. Müəllimin istiqamətləndirici 
sualları  əsasında nəticə  çıxaran  şagirdlərdə belə bir qənaət möhkəm-
lənir ki, keçmişin unudulması, doğma olanlara laqeydlik, yad təsirə 
uymaq xalqdan ayrı düşməyə, ana dilinə xor baxmağa, vətənin taleyinə 
biganəliyə gətirib çıxara bilər. 
Müvafiq qiymətləndirmə meyarlarına müraciət etməklə formativ 
qiymətləndirməni həyata keçirmək məqsədəuyğundur.  


 49
Motivasiya, problemin qoyuluşu.  Bunun reallaşdırılması  fərqli 
yollarla həyata keçirilə bilər. Vaxta qənaət baxımından suallardan 
istifadə yolunun seçilməsi məqsədəuyğundur. Müəllimin “Qardaşlar 
haqqında hər  şeyi bilirikmi? Onlar barədə daha nələri bilmək 
istərdiniz?” kimi sualları  əsasında yığcam müsahibə aparılır. Sonda 
tədqiqat sualı formalaşdırılır. 
Tədqiqat sualı:  Qardaşların durumunu necə  dəyərləndirmək doğru 
olar: komik, yoxsa faciəvi? 
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Araşdırmaya dərslikdəki təhlil materialının öyrənilməsi ilə başla-
nılır. Bu, müəllimin məqsədindən, sinfin səviyyəsindən asılı olaraq 
fərqli  şəkillərdə  həyata keçirilə bilər.  Şagirdlərin müstəqilliyinin daha 
yüksək səviyyədə  təmin olunması baxımından dərslikdə  təklif edilmiş 
aşağıdakı tapşırıq daha məqsədəuyğundur:  
1. Birinci mətnkənarı sualı  və onun cavabı ilə bağlı hissənin ilk 
cümlələrini oxuyun. Düşünün: Mətn sizin üçün gücçatandırmı?  
2. Mətndəki başlıca fikirləri oxuda anlamağa çalışın. Bunun üçün 
mətnkənarı sualların məqsədini, onlardan irəli gələn fərziyyələri 
müəyyənləşdirin. 
3. Hər bir sualla bağlı hissənin oxusu başa çatdıqdan sonra onu necə 
anladığınız barədə düşünün. 
4. Oxu başa çatdıqdan sonra bütövlükdə mətndə əks olunmuş başlıca 
fikirləri necə anladığınızı yoxlayın. Öyrəndiklərinizi fərziyyələrlə 
müqayisə etməklə bunu aydınlaşdıra bilərsiniz. Lazım gələrsə, mətni 
yenidən nəzərdən keçirin. 
5. Vacib saydığınız fikirləri silinə bilən işarə ilə mətndə oxu zamanı 
qeyd edin və gəldiyiniz nəticələri qısaca yazın.  
6. Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün, təqdimatlar 
etməklə müzakirə aparın. Qardaşların səciyyəvi xüsusiyyətlərini 
“xarakterlər xəritəsi”ndə əks etdirin. 
Müəllimin təklifi ilə şagirdlər öncə tapşırıqla tanış olur, özləri üçün 
aydın olmayan mətləblərlə bağlı suallar verirlər. Fərdi səssiz oxuya 
ayrılan vaxt elan olunur. Oxuda şagirdlərin daha çox ikinci bəndlə bağlı 
fəaliyyətlərinə diqqət yetirilir; fərziyyələrin məntiqli olması bu mə-
qamda  əhəmiyyətlidir.  Əsərin məzmununun öyrənilməsində obrazların 
nitqi üzərində aparılan müşahidələr müəllifin mövqeyi barədə  əsas-
landırılmış fikir söyləməyə imkan verir. İkinci bəndin üzərində işləyən 
şagirdlərin diqqəti bu cəhətə də yönləndirilir. 
Şagirdlər kiçik qruplarda birləşməzdən  əvvəl cütlük şəklində fikir 
mübadiləsi apara bilərlər. Yalnız bundan sonra fikirləri oxşar, yaxın 
olanlar kiçik qruplarda birləşərək qənaətlərini bölüşürlər. Bunun 
ardınca qruplararası  məlumat mübadiləsi və müzakirə  aparılır. Bu 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə