Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə22/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   18   19   20   21   22   23   24   25   ...   71

 53
Müəllimin istiqamətləndirici sualları 
nəticənin çıxarılması, 
ümumiləşdirmənin aparılması mərhələsinin səmərəliliyinə əhəmiyyətli 
dərəcədə təsir edir. 
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, qardaşların həyata 
baxış,  davranış  və danışıqlarında gülüş doğuran cəhətlər çox olsa da, 
ailədə və cəmiyyətdə mövqeləri faciəvi, kədərli və təəssüfləndiricidir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: C.Məmmədquluzadə. Anamın kitabı – 5 saat 
 Beşinci saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 Standartlar 
Təlim nəticələri 
3.1.1. 
Yaradıcı yazıların məz-
mununa uyğun üslub müəyyən-
ləşdirir, müxtəlif mənbələrdən seç-
diyi inandırıcı faktlardan, şəxsi 
təəssüratlarından istifadə edir. 
İnşanın, essenin məzmununa uyğun 
üslub müəyyənləşdirir, müxtəlif 
mənbələrdən seçdiyi inandırıcı fakt-
lardan,  şəxsi təəssüratından istifadə 
edir. 
3.1.2. Müşahidələrinə,  əlavə  məlu-
matlara  əsaslanmaqla  əsərin ideya-
sına, probleminə, bədii xüsusiyyət-
lərinə münasibət bildirir, ümumiləş-
dirmələr aparır, nəticə çıxarır.  
Müşahidələrinə,  əlavə  məlumatlara 
əsaslanmaqla faciənin ideyasına, 
probleminə münasibət bildirir, 
ümumiləşdirmələr aparır, nəticə 
çıxarır.  
3.1.3. 3,5-4 səhifə  həcmində  nəqli, 
təsvir, təhlil xarakterli mətnlər 
(ədəbi və  sərbəst mövzuda inşa,  es-
se, məqalə, məruzə) yazır. 
Təhlil xarakterli inşa, esse yazır. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müəyyənləşdirilərkən 
mənbələrdən  əldə edilmiş  məlumatın məzmunu, dərslikdəki mətnlərlə 
necə səsləşməsi üzərində dayanılır. Ana obrazının digər bir ədəbi qəhrə-
manla müqayisə edilməsi üzrə tapşırığın necə yerinə yetirilməsi müəy-
yənləşdirilərkən seçimin nə  dərəcədə  uğurlu olduğuna, müqayisənin 
necə aparıldığına diqqət yetirilir.  
İlk dəfə olaraq məqalə yazmaq üzrə tapşırıq alan şagirdlərin mə-
qalənin xüsusiyyətləri ilə bağlı  məlumatları  aşkara çıxarılır və  zəruri 
əlavələr edilir.
 
Məqalə üçün təklif olunmuş mövzular (“C.Məmmədqulu-
zadənin “kiçik” qəhrəmanlarının böyük faciəsi”; C.Məmmədquluzadə-
nin publisistikasında ana dili məsələsi) asan deyil, ciddi araşdırma tələb 
edir. Lakin hər iki mövzu ilə bağlı dərslikdəki məlumat şagirdlərə isti-


 54
qamət verir. Təqdimatlar dinlənilərkən şagirdlərin hansı  qəhrəmanları 
seçdikləri, onların  əsl faciəsini nədə gördükləri diqqət mərkəzində 
saxlanılır. 
Motivasiya, problemin qoyuluşu.  Şagirdlərin təhlil xarakterli inşa 
və esse ilə bağlı bilik və bacarıqlarını xatırlamağa yönəlmiş  yığcam 
müzakirə aparılır. Müzakirənin sonunda tədqiqat sualı müəyyənləş-
dirilir. 
Tədqiqat sualı:  Tragikomediya  üzrə  təhlil xarakterli inşa və essedə 
daha çox önəm verilən məsələlər hansılardır?  
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd 
edilir. 
Mövzular elan olunur: “Qardaşların müqayisəli təhlili” mövzusunda 
inşa; “Ana” obrazı məndə hansı təəssürat yaratdı?” mövzusunda esse.  
Seçilmiş mövzular üzrə fikir mübadiləsi aparılır. Şagirdlər mənbələr 
üzrə apardıqları araşdırmaların nəticələrini nəzərdən keçirir, onlardan 
necə istifadə edəcəklərini müəyyənləşdirirlər. Ümumi hazırlıq başa 
çatdıqdan sonra yığcam müsahibənin aparılması  məqsədəuyğundur. 
Yazı prosesini müşahidə edən müəllim ehtiyac yaranan məqamlarda 
istiqamətləndirici suallarla şagirdlərə kömək edir. 
Şagirdlər mənbələrdən  əldə etdikləri məlumatlarla məhdudlaşmır, 
tragikomediyanın səhnə  həyatının onlarda yaratdığı  təəssüratdan bəh-
rələnirlər. 
İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra şagirdlərin bir-bi-
rinin yazısını oxumalarına imkan yaradılır. Onlar oxuduqları yazının 
uğurlu cəhətlərini göstərməklə yanaşı, öz arzularını da (yazıya nə əlavə 
etmək, nələri dəyişmək, yaxud təkmilləşdirmək və s. ilə bağlı) ifadə 
edirlər.  
Sinfin səviyyəsindən asılı olaraq, meyarlar daha sadə  məzmunda 
hazırlana bilər. 
Yazılardan nümunələrin oxunmasına və müzakirəsinə vaxt ayrılır. 
İnşada və essedə müşahidə olunan üslub fərqinə, ayrı-ayrı  şagirdlərin 
fikirlərini ifadə  tərzinə diqqət yetirilir. Şagirdlərə öz yazıları barədə 
yoldaşlarının arzu şəklində bildirdiklərinin üzərində evdə düşünmək, 
deyilənləri nəzərə almaq və təkmilləşdirmə aparmaq təklif edilir.  
Müəllimin istiqamətləndirici sualları  şagirdlərin  əsaslandırılmış 
nəticə  çıxarmalarına imkan verir. Şagirdlərdə belə bir qənaət möh-
kəmlənir ki, təhlil xarakterli inşada başlıca olaraq, əsərin mövzusu, 
ideyası, onda qaldırılmış mühüm problem ön plana çəkilir. Essedə isə 
şəxsi təəssüratın ifadəsi önəmli yer tutur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  


 55
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yeti-
riləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: Mirzə Ələkbər Sabirin həyatı, yaradıcılıq yolu – saat 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara əsas-
lanmaqla təqdimat və çıxış-
larında bədii-emosional və 
obrazlı ifadələrdən istifadə edir. 
Müxtəlif mənbələrdən topladığı mate-
riallara əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və obrazlı 
ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini əsaslandı-
rır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məq-
sədyönlü istifadə edir. 
Müzakirələrdə mövzuya, problemə tən-
qidi münasibətini əsaslandırır, dinləyi-
cilərin rəyini nəzərə alır. 
 
Dərsin gedişi 
 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müəyyənləşdirilərkən 
yazıçının  Cənub mövzusunda yazdığı  əsərlərlə  şagirdlərin tanışlıq sə-
viyyəsi məruzələrin dinlənilməsi və müzakirə edilməsi yolu ilə  aşkara 
çıxarılır.  
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdə işi fərqli məzmunda 
təşkil etmək mümkündür. Tapşırıqlardan istifadə yolu ilə motivasiya 
yaratmağı qarşısına məqsəd qoyan müəllim dərslikdəki tapşırıq üzrə işi  
(M.Ə.Sabir haqqında bildiklərinizi yada salıb yığcam müzakirə aparın) 
bu məqsədə yönəldə bilər. Müzakirənin sonunda tədqiqat sualı 
formalaşdırılır. 
Tədqiqat sualı:  M.Ə.Sabirin  şəxsiyyətinə  və yaradıcılığına bütün 
zamanlarda böyük maraq göstərilməsinə səbəb nədir?  
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Araşdırmaya dərslikdəki materialın oxusu ilə başlanılır. Oxunun 
təşkili ilə bağlı  dərslikdə  təklif edilmiş tapşırıq  şagirdlərin fərdi 
işləmələrinə  və diqqətli olmalarına imkan yaradır. Oxuya başlamazdan 
əvvəl müəllim nişanlama ilə oxu barədə şagirdlərin bildiklərini bir neçə 
sualla yada salır. Çıxarılan nəticələrin cədvəldə çox yığcam şəkildə qeyd 
edilməsinin vacib olduğu nümunə  əsasında izah olunur. Oxu prosesi 
diqqətlə izlənilir, ehtiyac yaranan hallarda şagirdlərə istiqamətləndirici 
suallarla kömək göstərilir.
 
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra 
şagirdlərin cütlük şəklində fikir mübadiləsi aparmalarına şərait yarat-
maq olar.
 
Nəticələri oxşar olan cütlər kiçik qruplar yaradır və  qənaət-
lərini bölüşürlər. Yalnız bundan sonra kiçik qruplar təqdimat əsasında 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə