Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə19/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

 44
Mətni oxuyan şagird mənbələrdən istifadə etməklə ondakı hansı 
məqamlara  əlavə edilməsinin vacib olduğu barədəki qənaətlərini 
bildirir. Bu məsələyə bütün şagirdlərin münasibət bildirmələri təmin 
edilməlidir.  Əlavə edilməli olan məlumatların bəndlər  şəklində 
yazılması faydalıdır. Bu, mənbələr üzrə işin aydın təsəvvür edilməsinə, 
konkretləşməsinə səbəb olur.  
Yazıçının nəsr və dramaturji yaradıcılığı ilə bağlı  mətnkənarı 
sualların (Yazıçının nəsr əsərlərində hansı problemlər diqqət mərkəzinə 
çəkilmişdir? Bu problemlərin yaranmasının səbəbini o nədə görürdü?; 
Yazıçının dramatik əsərlərinin mövzu, problem, konflikt özəlliyi han-
sılardır?) oxusunda diqqətin daha çox “Danabaş  kəndinin  əhvalatları” 
və “Ölülər”  əsərləri ilə bağlı deyilənlərə yönəldilməsi məqsədə-
uyğundur. Mənbələr üzrə araşdırma aparan şagirdlərin bu nümunələrlə 
əlaqədar məlumatlarla ciddi maraqlanması,  əsərlərlə tanış olmaları 
faydalıdır. Bununla bağlı  nəzərdə tutulmuş standartın (1.2.4) reallaş-
ma səviyyəsi növbəti dərsdə müəyyənləşdirilir.  
Digər mətnkənarı sualların cavabları da ayrı-ayrı qrupların üzvləri 
tərəfindən yuxarıdakı qaydada oxunur. Sonda kiçik qrupların təqdi-
matları  əsasında  fikir mübadiləsi və müzakirə aparılır. Bu mərhələ 
mətnlə bağlı qazanılmış  məlumatın bütöv, tam
 
halında mənim-
sənilməsində əhəmiyyətli rol oynayır.  
Nəticə    ümumiləşdirmə  mərhələsində müəllimin istiqamətləndi-
rici suallarına ehtiyac olur. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, 
C.Məmmədquluzadə xalqına, vətəninə misilsiz xidməti ilə seçilən 
şəxslərdəndir. O, kamil bədii  əsərləri, kəsərli publisistikası, faydalı 
ictimai fəaliyyəti ilə ölkəmizin tarixində ləyaqətli yer tutmuşdur.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
  
Mövzu: C.Məmmədquluzadə. Anamın kitabı – 5 saat 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.3. Mürəkkəb süjetli və kom-
pozisiyalı bədii nümunələrdə əhvalat 
və hadisələr arasındakı səbəb-nəticə 
əlaqələrini müəyyənləşdirir, mətni 
hissələrə ayırır, plan tərtib edir, 
məzmununu müxtəlif formalarda 
(geniş, yığcam, yaradıcı) nağıl edir. 
Tragikomediyanı hissələrə ayırır, 
seçdiyi hissənin məzmununu ha-
zırladığı plan əsasında yığcam na-
ğıl edir. 


 45
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müsahibə, müzakirə, 
təqdimatların dinlənilməsi və s. tətbiqi ilə müəyyənləşdirilə bilər. 
Şagirdlərin hansı  mənbələrdən və necə  bəhrələndikləri aydınlaşdırılır, 
müvafiq qiymətləndirmə meyarlarına müraciət olunur.  
Motivasiya, problemin qoyuluşu.  Bu mərhələyə  dərslikdəki “Oxuya 
hazırlaşın” tapşırığı üzrə işlə başlamaq olar. Şagirdlər müəllimin təklifi 
ilə  həmin sualların  (Milli birlik nə deməkdir? Sizcə, milli birlik hansı 
hallarda daha önəmli olur? Milli birliyə necə nail olmaq mümkündür?) 
üzərində düşünürlər. Təklif edilmiş cədvəldə qeydlər edən şagirdlər kiçik 
qruplarda qənaətlərini bölüşdükdən sonra təqdimatlar əsasında müzakirə 
aparırlar. Bu iş motivasiyanın yaradılması, tədqiqat sualının müəy-
yənləşdirilməsi üçün zəmin ola bilər. Yaxud əsərin səhnə variantından 
kiçik bir parçanın nümayiş etdirilməsi, mətndən seçilmiş  yığcam his-
sənin (məsələn, senzor Mirzə  Cəfərin sonuncu monoloqunun) oxusu, ko-
mediya haqqında tanınmış alimin sözlərinin xatırladılması  və s. moti-
vasiyanın yaradılması üçün vasitə ola bilər. Bütün hallarda yığcam mü-
sahibənin aparılmasına ehtiyac duyulur və sonda tədqiqat sualı müəy-
yənləşdirilmiş olur. 
Tədqiqat sualı: Doğma xalqa, ana dilinə yadlaşmaya səbəb nə ola bi-
lər? 
Fərziyyələr dinlənilir və qeyd edilir.
 
Tədqiqata  əsərin oxusu ilə başlanılır. O, fərqli  şəkillərdə  həyata 
keçirilə bilər. Bütün hallarda oxuya başlamazdan  əvvəl tanış olmayan 
sözlərin mənasının, məcazların müəyyənləşdirilməsinin vacib olduğu 
şagirdlərə xatırladılır. 
Oxu üçün dərslikdə təklif edilmiş qayda şagirdlərin diqqətli və fəal 
olmaları, eləcə  də vaxta qənaət baxımından faydalıdır.  Əsərdən 
dərslikdə verilmiş parçanın birinci səhifəsi rollar üzrə oxunur. 
Müəyyənləşdirilmiş cütlər mətni oxuyanlara suallar verir. Sualların 
fərqli məzmunda olmasına diqqət yetirilir. Suallar şagirdlərin mətn-
dəki məlumatlara hansı  səviyyədə diqqət yetirdiklərini müəyyənləşdir-
məyə (məsələn, Rüstəm bəy hansı işlə məşğul idi?), nəticələr çıxarmağa 
(məsələn, Qardaşların analarına münasibəti hansı cümlələrdə  əksini 
tapıb?), mühüm fikirləri anlamağa (məsələn, Rüstəm bəy Mirzə Məhəm-
mədəlinin lüğətlə bağlı  təkliflərini necə  qəbul etdi?) xidmət etməlidir.
 
Mətni oxuyanların
 
cavabları cütləri qane etməsə, digər  şagirdlərin 
cavabları dinlənilir. Müzakirə ortaq məxrəcə  gəlincəyə  qədər davam 
etdirilir.  
Mətni oxuyanlar və cütlər  əvəzlənməklə  əsərin növbəti səhifələri 
oxunur və iş əvvəlki qayda gözlənilməklə davam etdirilir. 


 46
Bu,  əslində,  məlumat mübadiləsi  və  müzakirə  mərhələsinin tələb-
lərinə uyğun gəlir. 
Dərslikdə verilmiş parçanın oxusu tamamlandıqdan sonra seçilmiş 
kiçik bir hissənin məzmununun yığcam nağıl edilməsinə hazırlıq işi 
aparılır. Seçilmiş hissənin özündən əvvəlki hissə ilə  əlaqəsi müəyyənləş-
dirilir, plan tərtibinə diqqət yetirilir. Bir neçə təqdimatın dinlənilib mü-
zakirə edilməsi məqsədəuyğundur.  Şagirdlərin qənaətləri yekunlaşdırı-
lır, (nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  məzmun üzrə 
iş tamamlandıqdan sonra həyata keçirilir), qiymətləndirmə aparılır.  
Qiymətləndirmə.Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
Mövzu: C.Məmmədquluzadə. Anamın kitabı – 5 saat 
İkinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.3.  Mürəkkəb süjetli və kompo-
zisiyalı  bədii nümunələrdə  əhvalat və 
hadisələr arasındakı  səbəb-nəticə  əla-
qələrini müəyyənləşdirir, mətni hissə-
lərə ayırır, plan tərtib edir, məzmu-
nunu müxtəlif formalarda (geniş, yığ-
cam, yaradıcı) nağıl edir. 
Tragikomediyanı hissələrə ayırır, 
seçdiyi hissənin məzmununu hazır-
ladığı plan əsasında yığcam nağıl 
edir. 
 
 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda 
olan  əsərlərdə (poema, hekayə, po-
vest, roman, dram, komediya, faciə) 
əksini tapan mühüm milli-mənəvi, bə-
şəri dəyərlərə  əsaslandırılmış müna-
sibət bildirir. 
 
Tragikomediyada əksini tapmış mü-
hüm milli-mənəvi, bəşəri dəyərləri 
müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi aşkara çıxarılarkən, ilk 
növbədə, şagirdlərə fərdi olaraq aşağıdakı sualların üzərində düşünmək 
və onlara cavab hazırlamaq təklif edilir:  
a)
  Mənasını aydınlaşdırdığınız sözlər hansılardır? 
b)
  Bu sözlərdən hansılar alınma, hansılar öz sözlərimizdir? 
c)
  Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. Onları daha maraqlı 
hesab etməyinizə səbəb nədir? 
Bir-iki dəqiqədən sonra ayrı-ayrı  şagirdlərin təqdimatlarının din-
lənilməsi  əsasında müzakirəyə başlanılır. Sualların hər birinin həqiqi 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə