Microsoft Word ?d?b -11 mmv-capa doc


Standart Təlim nəticəsi Qiymətləndirmə meyarı



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə17/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

 38
Standart Təlim nəticəsi Qiymətləndirmə meyarı 
3.1.2. Müşahidələrinə, əlavə 
məlumatlara əsaslanmaqla  
əsərin ideyasına, 
probleminə, bədii 
xüsusiyyətlərinə münasibət 
bildirir, ümumiləşdirmələr 
aparır, nəticə çıxarır. 
 
 
Müşahidələrinə, əlavə məlu-
matlara əsaslanmaqla 
poemanın (dramın,...) 
ideyasına, probleminə 
münasibət bildirir, 
ümumiləşdirmələr aparır, 
nəticə çıxarır.  
 
Münasibətbildirmə, 
ümumiləşdirməaparma, 
nəticəçıxarma 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Müşahidələrinə,əla-
və məlumatlara      
əsaslanmaqla əsərin 
ideyasına, 
probleminə, bədii 
xüsusiyyətlərinə 
münasibət 
bildirməkdə, 
ümumiləşdirmələr 
aparmaqda, nəticə 
çıxarmaqda çətinlik 
çəkir. 
Müşahidələrinə,əla-
və məlumatlara     
əsaslanmaqla əsərin 
ideyasına, 
probleminə, bədii 
xüsusiyyətlərinə 
qismən münasibət 
bildirir, müəllimin 
köməyi ilə 
ümumiləşdirmələr 
aparır, nəticə çıxarır. 
 
Müşahidələrinə,əla-
və məlumatlara     
əsaslanmaqla əsərin 
ideyasına, 
probleminə, bədii 
xüsusiyyətlərinə, 
əsasən, münasibət 
bildirir, əksər 
hallarda 
ümumiləşdirmələr 
aparır, nəticə çıxarır. 
 
 
Müşahidələrinə,əla-
və məlumatlara      
əsaslanmaqla əsərin 
ideyasına, 
probleminə, bədii 
xüsusiyyətlərinə, 
məntiqli münasibət 
bildirir, tutarlı 
ümumiləşdirmələr 
aparır, nəticə çıxarır. 
 
 
 
             Standart 
        Təlim nəticəsi Qiymətləndirmə meyarı 
3.1.3. 3,5-4 səhifə həcmində 
nəqli, təsvir, təhlil xarak-
terli mətnlər (ədəbi və sər-
bəst mövzuda inşa, esse, 
məqalə, məruzə) yazır. 
Nəqli (təsvir, təhlil) 
xarakterli inşa (esse, 
məqalə, məruzə) yazır. 
İnşayazma (esseyazma, 
məqaləyazma, 
məruzəyazma) 
  
 
 
 
 
 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Nəqli (təsvir, təhlil) 
xarakterli inşa (esse, 
məqalə, məruzə) 
yazmaqda çətinlik 
çəkir. 
 
Nəqli (təsvir, təhlil) 
xarakterli inşanı (es-
seni, məqaləni, 
məruzəni) qismən 
yazır. 
  
 
Nəqli (təsvir, təhlil) 
xarakterli inşanı (es-
seni, məqaləni, 
məruzəni), əsasən, 
yazır. 
  
 
 
Nəqli (təsvir, təhlil) 
xarakterli inşanı (es-
seni, məqaləni, 
məruzəni) məntiqi 
ardıcıllıqla yazır. 
  
 


 39
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ 
TEXNOLOGİYASININ ŞƏRHİ 
 
AZƏRBAYCAN ƏDƏBİYYATINDA TƏNQİDİ REALİZM VƏ 
ROMANTİZM DÖVRÜ 
(XIX əsrin 90-cı illərindən 1920-ci ilədək) 
  
Mövzu: Azərbaycan ədəbiyyatında tənqidi realizm  
və romantizm dövrü – 1 saat 
 
Standartlar 
Təlim nəticələri 
2.1.1. Müxtəlif mənbələrdən 
topladığı materiallara 
əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və 
obrazlı ifadələrdən istifadə edir. 
Müxtəlif mənbələrdən topladığı 
materiallara əsaslanmaqla mövzu, 
problemlə bağlı təqdimat və çıxışlarında 
obrazlı ifadələrdən istifadə edir. 
2.2.1. Müzakirələrdə mövzuya, 
problemə, yazıçının mövqeyinə 
tənqidi münasibətini əsaslan-
dırır, dinləyicilərin rəyini nə-
zərə alır, mimika və jestlərdən 
məqsədyönlü istifadə edir. 
Mövzuya, problemə münasibətini 
əsaslandırır, dinləyicilərin rəyini nəzərə 
alır, mimika və jestlərdən məqsədyönlü 
istifadə edir. 
 
Dərsin gedişi 
Motivasiya mərhələsində
 
yeni mövzunun öyrənilməsinə  zəmin ya-
ratmaq məqsədilə  təşkil edilən müsahibədə  şagirdlərin  ədəbiyyat ta-
rixinin bu dövrü barədəki biliklərinin aşkara çıxarılması ön plana 
çəkilir. Romantizm və realizm haqqında biliklərin  əvvəlki siniflərdə  
hansı səviyyədə mənimsənildiyi müsahibə, müzakirə əsasında müəyyən-
ləşdirilir. Cavabların ümumiləşdirilərək qeyd edilməsi üçün BİBÖ-dən 
istifadə edilir. 
Şagirdlər realist metodla bağlı öyrəndiklərini xatırlayır, sənətkarın 
bədii  əsər yazarkən istifadə etdiyi yaradıcılıq metodlarından biri 
olmasını, həyat hadisələrinin olduğu kimi təsvirinin realist metodun 
əsas tələbi kimi götürüldüyünü, real hadisələrin təsvirinin başlıca yer 
tutduğunu qeyd edirlər. Realizmin müəyyən dövrdə realist metodla 
yazıb-yaradan sənətkarları birləşdirən  ədəbi cərəyan olduğunu qeyd 
edən  şagirdlər XX əsrin  əvvəllərində  tənqidi realizm bədii metodunun 
nümayəndələrinin (C.Məmmədquluzadə, M.Ə.Sabir,  Ə.Haqverdiyev və 
başqaları) “Molla Nəsrəddin” jurnalının  ətrafında birləşdiyini bildirir-
lər. Romantizm yaradıcılıq metodu ilə yazılan  əsərlərdə  sənətkarın 
həyatda mövcud olanı deyil, arzu olunanı  təsvir etməsi, xəyalında 
yaratdığı  həyatı, müstəsna  şəraitdə  fəaliyyət göstərən xəyali surətləri 
təsvir etməklə həyatı dəyişdirib yeniləşdirməyə can atması qeyd edilir. 


 40
Azərbaycan  ədəbiyyatında Nizaminin “Xəmsə”sinə daxil olan mənzum 
romanlar romantizm metodu ilə yazılmış  əsərlərə nümunə kimi 
 
göstərilir. 
Müzakirə  nəticəsində  tədqiqat sualı müəyyənləşdirilir:  XX  əsrin 
əvvəllərinin ədəbiyyatımızda tənqidi realizm və romantizm dövrü adlan-
ması nə ilə əlaqədardır? 
Tədqiqatın aparılması  mərhələsində  dərslikdəki sualların və onla-
rın aydınlaşdırılmasına istiqamət verən cavabların – mətnlərin oxusu 
üzrə iş təşkil edilir.  
Şagirdlər kiçik qruplara ayrılır, hər qrupa iş  vərəqlərində suallar 
verilir. Kiçik qruplar dərslikdəki mətn üzrə sualların  (XX əsrin əvvəl-
lərində yaranmış  tənqidi realizm hansı xüsusiyyətləri ilə diqqəti cəlb 
edir?  Ədəbiyyatımızın inkişafı, azadlıq, demokratiya uğrunda mübari-
zədə “Molla Nəsrəddin”in rolu nədən ibarətdir? Romantizm ədəbi cərə-
yanının nümayəndələrinin yaradıcılığında önəm verilən başlıca ideya-
lar hansılar idi?) aydınlaşdırılmasına istiqamət verən cavablarla tanış 
olurlar.  
Şagirdlərin istifadəsində  əlavə  məlumat mənbələrinin (dərslikdə 
göstərilənlərdən bəziləri,  ədəbiyyatşünaslıq lüğətləri, müəllimin məq-
sədəuyğun saydıqları  və s.) olması vacibdir. Araşdırma zamanı kiçik 
qruplar mətnkənarı suallara cavabları ümumiləşdirib yazır, müzakirə 
üçün bir neçə sual müəyyənləşdirirlər.  
Venn diaqramından istifadə ilə aparılan müqayisə nəticəsində aydın 
olur ki, XX əsrin  əvvəllərində  ədəbiyyatımızda tənqidi realizm və 
romantizm  ədəbi cərəyanları  həyatı  bədii idrak və inikas üsullarına 
görə  fərqlənmişdir. Realist sənətkarlar həyatı tipik surətlərlə  təsvir 
edir, ictimai bəlaların tənqid və ifşasına geniş yer verirdilər. 
 Müəllim təqdimatlarda aşağıdakı fikirlərə  də münasibət bildiril-
məsini diqqətdə saxlayır. 
a) “Yeni dövrün Azərbaycan ədəbiyyatını böyük ədibin adı ilə “Molla 
Nəsrəddin” dövrü adlandırırlar. Molla Nəsrəddin – Cəlil Məmmədqulu-
zadə – bu adın özü... ədəbiyyatımıza sima və sifət verən simvol olmuş-
dur. Bu ad çəkildimi,  ədəbiyyatda siyasi ideyaların çarpışması dövrü, 
müasir, mübariz, həqiqi həyat ədəbiyyatının güclü və cəsarətli bir axın-
la hücuma keçməsi dövrü təsəvvürdə canlanmış olur”. (Mir Cəlal)  
b) Romantiklər realistlərdən fərqli olaraq sənəti,  ədəbiyyatı birinci 
növbədə canlı, real həyatla deyil, ideyalar və “işıqlı” fikirlərlə əlaqələn-
dirirdilər...Vətənpərvərlik, müstəmləkə zülmü əvəzinə  milli - azadlıq 
ideyalarının tərənnümü, bəşəriyyətin və eləcə də mənsub olduqları xal-
qın azad gələcəyinə, ağıl və kamalın qüdrətinə inam, elmin, maarifin 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə