Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə13/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

 27
H.Cavid. “İblis”.Məzmun üzrə iş 
1.1.1. 1.1.5. 2.1.1. 
2.2.1. 
Az.d. 1.2.2 2.1.1. 
X.d. 1.1.1. 3.1.1. 
Az.tar. 5.1.2. 
H.Cavid. “İblis”. Təhlil üzrə iş 
 
1.1.2. 1.2.2. 1.2.4. 
2.1.2. 
 
Az.d. 1.2.2. 1.2.4.  
X.d. 2.1.1. 2.1.2. 3.1.4 
Az.tar. 5.1.3. 
H.Cavid. “İblis”. Tətbiq.Müzakirə. Yaradıcı iş.  3.1.1. 3.1.2. 3.1.3. 
Az.d. 3.1.1. 3.1.2.  3.1.3.  
X.d. 4.1.1. 4.1.2. 4.1.3. 4.1.4. 
 
 DİFERENSİAL TƏLİM İMKANLARI 
Diferensial təlim bilik və bacarıqların mənimsənilməsini təmin etmək üçün 
müxtəlif öyrənmə və düşüncə tərzinə malik olan şagirdlərin fərdi xüsusiyyətləri və 
imkanlarının nəzərə alınmasını  nəzərdə tutur. Diferensial təlimin alt komponenti 
olan inklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir. 
İnklüzivlik   sağlamlıq imkanları  məhdud olan uşaqlarda özünə inam yarat-
maqla yanaşı, onlara digər yaşıdları ilə eyni məktəbdə  təhsil almaq şəraitinin 
yaradılmasıdır. Xüsusi yanaşmaya ehtiyacı olan şagirdlərə diqqət göstərilməsi
onların qabiliyyətlərinin inkişaf etdirilməsi çox vacib amildir.  
Fərqli həyat tərzi sürən, təhsilə müxtəlif maraq və qavrama qabiliyyəti göstərən 
uşaqlarla da işləyərkən müəllim bilik və bacarıqların müxtəlif forma və variantlar-
da inkişaf etdirilməsinə çalışmalıdır.  
Dərsliyə daxil edilmiş sual və tapşırıqlar çətinlik, mürəkkəblik səviyyəsi 
baxımından çoxvariantlı olub şagirdlərə seçim imkanları yaratmaqla diferensial 
təlimin reallaşdırılmasına geniş imkan yaradır. 
 
Yeni təlim texnologiyalarından istifadə 
 
Metodik vəsaitdə  ədəbiyyat dərslərinin icmal və planları (texnologiyalar) 
fəal/interaktiv təlim texnologiyası əsasında işlənilmişdir. Müəllim və şagirdlərin 
ədəbiyyat dərslərində qarşıya qoyulan məqsəd və  vəzifələrin yerinə yetirilməsinə 
yönələn birgə  fəaliyyəti aşağıdakı interaktiv metodların tətbiqi  əsasında həyata 
keçirilir. 
 № 
          METOD 
                      TEXNİKALAR 
1. 
Beyin həmləsi  
 
o  Əqli hücum  
o  BİBÖ 
o  Аuksion  
o  Şaxələndirmə  
o  Suallar  
o  Anlayışın müəyyənləşdirilməsi 
o  Söz assosiasiyaları 


 28
2. 
Müzakirələr  
o  Diskussiya 
o  Müzakirə  
o  Klassik dialoq 
3. 
Rollu oyunlar  
o  Rollu oyun  
o  Səhnələşdirmə  
4. 
Təqdimatlar  
o  Təqdimatlar  
o  Esse, inşa, məqalə, məruzə 
5. 
Tədqiqatın aparılması  
o  Problemin həlli 
o  Venn diaqramı  
o  Layihələrin hazırlanması  
o  Müsahibə  
o  Qərarlar ağacı  
o  İdeyalar xalısı  
6. 
Tənqidi təfəkkürün 
inkişafına yönəldilmiş 
metodlar 
o  Meyar üzrə qiymətləndirmə  
o  Əsərdə qoyulan problemə, təsvir olunan hadisəyə 
müxtəlif nöqteyi-nəzərdən baxılması  
7. 
Yaradıcılığa 
yönəldilmiş metodlar 
o  Proqnozlaşdırma  
o  Аtalar sözləri üzrə iş 
8. 
Təşkilati metodlar 
o  Ziqzaq və ya mozaika  
 
 
Şagirdlərin özünüqiymətləndirmə meyarları 
 
Şifahi nitq bacarıqları üzrə özünüqiymətləndirmə meyarları 

                                            Meyarlar 
Nail 
oldum 
Nail 
olmadım 
1 Fikrin 
aydın çatdırılması  
 
 
2 Fikrin 
əsərdən nümunələrlə şərh edilməsi  
 
3 Çıxışın inandırıcı olması 
 
 
4 Nitqdə cümlələrin düzgünlüyü 
 
 
5 Yersiz 
söz 
və ifadələrin işlədilməməsi  
 

Əsərin ideya-bədii xüsusiyyətləri ilə bağlı çıxışda müxtəlif 
mənbələrdən istifadə  
 
 

Mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr 
aparmaqla münasibət bildirilməsi 
 
 
8 Fərqli fikirlərə dözümlü yanaşma  
 
 
9 Öyrənilmiş yeni sözlərdən istifadə  
 
 
10 Mövzuya, 
problemə tənqidi münasibətin əsaslandırılması 
 
 
 
Yazılı nitq bacarıqları üzrə özünüqiymətləndirmə meyarları 
 

  Meyarlar Bəli 
Xeyr 
1 Yazı işinə uyğun ifadələrlə başladım. 
 
 
2 Cümlələri dil qaydalarına uyğun qurdum. 
 
 
3 Sözləri düzgün yazdım, durğu işarələrinə, abzaslara əməl etdim. 
 
 


 29
4 Təkrarlara yol vermədim. 
 
 
5 Bədii təsvir vasitələrindən istifadə etdim. 
 
 
6 Oxşar cəhətləri tapdım. 
 
 
7 Fərqli cəhətləri müəyyənləşdirdim. 
 
 

Əhvalat və hadisələrə münasibət bildirdim. 
 
 
9 Fikirlərimi aydın, yığcam ifadə etdim. 
 
 
10 
Yazımda məntiqi ardıcıllığı gözlədim, ümumiləşdirmə apardım, 
nəticə çıxardım. 
 
 
11 Fikirlərimi əsərdən nümunələrlə əsaslandırdım. 
 
 
12  Faktlardan, sitatlardan yerində istifadə etdim, müqayisələr apardım. 
 
 
13 Mövzu 
ilə əlaqədar müstəqil fikir söylədim. 
 
 
14 Müxtəlif mənbələrə dair biliklərimdən istifadə etdim. 
 
 
15 Tələb olunan həcmdə yazdım. 
 
 
16 Ümumiləşdirmə apardım, nəticə çıxardım. 
 
 
17 Mövzunu 
əhatə etdim. 
 
 
 
Müasir məktəbdaxili qiymətləndirmə 
Azərbaycan Respublikası  Təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 
nömrəli  əmri ilə 1-7-ci siniflərdə  məktəbdaxili qiymətləndirmə qaydalarında bir 
sıra dəyişiklik edilmişdir (bax: http://www.muallim.edu.az/arxiv/2013/34/26.htm). 
Müasir qiymətləndirmə diaqnostik, formativ və summativ kimi növlərə 
bölünür.  
Diaqnostik qiymətləndirmə  fənn üzrə  təlimin hər hansı bir mərhələsində  şa-
girdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiy-
mətləndirmə  şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər 
aparmağa,  şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında 
məlumat almağa imkan verir. Diaqnostik qiymətləndirmə  rəsmi xarakter daşımır, 
rəqəmdən istifadə olunmur, nəticələr müəllimin şəxsi qeyd dəftərində əks olunur.  
Diaqnostik qiymətləndirmənin nəticələrindən aşağıdakı  məqsədlərlə istifadə 
olunur: 
•  təlim prosesində fərdi yanaşmanı təmin etmək üçün; 
•  təlim prosesində qrup və cütlük şəklində işin təşkilində; 
•  tədris olunacaq fənn və ya mövzu ilə bağlı maraq və ehtiyacların müəyyənləş-
dirilməsində. 
Formativ  qiymətləndirmə  təlim prosesinin hər hansı bir mərhələsi üçün 
müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma 
səviyyəsinin qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris prosesinin düzgün is-
tiqamətləndirilməsini, səmərəliliyini, şagirdlərin təlim sahəsində irəliləyişlərinin iz-
lənilməsini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yara-
dır. Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş alt standart-


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə