Microsoft Word ?d?b -11 mmv-capa doc


məlumat mübadiləsi və müzakirə



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə23/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   19   20   21   22   23   24   25   26   ...   71

 56
məlumat mübadiləsi və müzakirə aparır. Müzakirədə  hər bir mətn-
kənarı sualla bağlı  məlumatın necə qavranıldığı  və ziddiyyətli məqam-
ların ortaya çıxma səbəbləri dəqiqliklə müəyyənləşdirilir. Müxtəlif 
mənbələrdən  əldə edilmiş  məlumatların hansı  məzmunda olduğu, onla-
rın oxşar və  fərqli cəhətlərinin necə müəyyənləşdirildiyi təqdimatların 
dinlənilməsində  aşkara çıxarılır və  dəyərləndirilir. Araşdırılan 
problemə  və  dərsin mövzusu ilə bağlı mühüm məsələlərə  şagirdlərin 
sərbəst münasibət bildirmələrinə, tənqidi düşüncələrini ifadə etmələ-
rinə imkan yaradılır.  
Bu mərhələnin əsasını qarşılıqlı öyrənmə və öyrətmə təşkil edir.  
Müəllimin istiqamətləndirici sualları  əsaslandırılmış  nəticənin 
çıxarılmasına,  ümumiləşdirmənin aparılmasına  səmərəli təsir edir. 
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, M.Ə.Sabiri doğma 
xalqından ayrı  təsəvvür etmək mümkün deyildir. Xalqın dərdini, 
problemlərini dərindən bilən və əsərlərində böyük ustalıqla əks etdirən 
şairin  ömrü  boyu  “bir  gözü  ağlamış, bir gözü gülmüşdür”. Oxucular 
onun  əsərlərini həmişə sevə-sevə mütaliə etmiş, onlarda gerçəkliyin 
heyrətamiz ustalıqla  əks olunduğunu görmüş, müəllifi özlərinə yaxın, 
doğma saymışlar. 
Müzakirənin sonunda mətnə hansı  məzmunda  əlavələr etməyin 
lazım olması barədə ümumi rəyə gəlinir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 


 57
Mövzu: M.Ə.Sabir. Neylərdin, ilahi?! – 2 saat 
 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda 
olan  əsərlərdə (poema, hekayə, 
povest, roman, dram, komediya, 
faciə)  əksini tapan mühüm milli-
mənəvi, bəşəri dəyərlərə  əsaslan-
dırılmış münasibət bildirir.  
Şeirdə əksini tapmış mühüm milli-
mənəvi, bəşəri dəyərləri müəyyən-
ləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müsahibə, müzakirə, 
təqdimatların dinlənilməsi və müzakirəsi ilə müəyyənləşdirilə bilər. 
Mətnkənarı sualların cavabları ilə bağlı  mənbələrdən hansı  məlumat-
ların öyrənildiyi, ümumiləşdirmənin necə aparıldığı, çıxarılmış nəticə-
lərin nə cür əsaslandırıldığı ön plana çəkilir. Dərslikdə cavabları 
açıqlanmayan, mahiyyətləri ilə bağlı yalnız istiqamət verilən sualların 
(Sabirin lirikasında hansı ictimai-siyai hadisələrə münasibət bildiril-
mişdir? Sabirin satirik şair kimi formalaşmasına təsir edən amillər 
hansılardır?  Şairin satirik şeirlərini hansı mövzular üzrə qruplaşdır-
maq olar?)  mənbələr  əsasında necə araşdırıldığına xüsusi diqqət ye-
tirilir. 
Məruzə üçün təklif edilmiş mövzularla (Sabir və “Molla Nəsrəddin” 
jurnalı; Sabir və  İranda baş vermiş milli - azadlıq hərəkatı) bağlı 
dərslikdə konkret istiqamətlə tanış olan, mənbələrdən isə kifayət qədər 
məlumat öyrənən  şagirdlərin çıxışları dinlənilir və onlara münasibət 
bildirilir.  
Ev tapşırığı ilə bağlı bütün məqamlarda müəllimin müvafiq 
qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.  
Motivasiya, problemin qoyuluşu.  Bu mərhələnin  əvvəlində 
dərslikdə  təklif edilmiş “Oxuya hazırlaşın” başlıqlı sualların üzərində 
işin təşkili faydalıdır. Bu, motivasiyanın yaradılması üçün zəmin 
rolunu oynayır. “Laqeydlik”, “biganəlik” anlayışlarının mahiyyətinin 
açıqlanması, fikir mübadiləsi və müzakirənin aparılması  tədqiqat 
sualının formalaşdırılması ilə yekunlaşır.  
Tədqiqat sualı:  Laqeydliyə,  ədalətsizliyə etirazın  əks olunduğu 
satirik əsərdə, sizcə, hansı məsələlərə önəm verilər? 
Tədqiqatın aparılmasına  şeirin oxusu ilə başlanılır. Oxunu, 
ümumiyyətlə  məzmun üzrə  işi fərqli yollarla həyata keçirmək 
mümkündür.
 
Dərslikdə  təklif olunmuş yol şagirdlərin müstəqilliyinin 
daha çox təmin edilməsi və  əməkdaşlıq baxımından faydalıdır.  Əsərin 
fərdi oxusu üçün vaxt müəyyənləşdirilir. Tanış olmayan sözlərin məna-


 58
sının aydınlaşdırılması, məcazların müəyyənləşdirilməsi ilə müşayiət 
olunan oxuda şagirdlərə  məzmunla bağlı özlərini düşündürən sualları 
dəftərlərində, yaxud iş  vərəqlərində yazmaq təklif edilir. Oxu 
tamamlandıqdan sonra şagirdlərin cütlük şəklində fikir mübadiləsi 
aparmalarına vaxt ayırmaq mümkündür. Ardınca kiçik qruplarda 
birləşən  şagirdlər təkrar olunan suallar çıxılmaqla digərlərinə cavab 
hazırlayırlar. Kiçik qruplarda iş zamanı sualların təkmilləşdirilməsinə 
də xüsusi diqqət yetirilir. Müəllim çalışır ki, suallar rəngarəng olsun, 
yalnız məzmunun qavranılmasına deyil, müəyyən nəticələrin çıxarılma-
sına, əsas fikirlərin başa düşülməsinə xidmət etsin. 
Hər qrupdan bir nəfər cavabları artıq məlum olan öz sualları ilə 
digər qruplara müraciət edir. Suallara cavab prosesinin müzakirə
diskussiya səciyyəli olması  məqsədəuyğundur. Bu, dərsin  məlumat 
mübadiləsi və müzakirə  mərhələsi kimi qəbul edilə bilər.  Şairi 
düşündürən, narahat edən problemlərin (insan taleyinə laqeydlik, 
haqsızlığın,  ədalətsizliyin günbəgün artması, zəmanənin – dövranın 
yaxşılıqların üstündən qələm çəkməsi və s.) açıqlanması, xeyirxahlıq, 
yaxşılıq, cəhalətin aradan qaldırılması, dəstək olmaq kimi milli-mənəvi 
və bəşəri dəyərlərdən uzaqlaşma hallarının kəskin tənqidi bu mərhələdə 
ön plana çəkilir. Müəllimin istiqamətləndirici sualları  əsaslandırılmış 
nəticənin  çıxarılmasına,  ümumiləşdirmənin  aparılmasına  səbəb olur. 
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, insana laqeyd münasibətin 
və  ədalətsizliyin hökm sürdüyü dövrana – zəmanəyə etirazın  əks 
olunduğu satirik əsərdə bu bəlaları törədən səbəblər – soyuqqanlılıq, 
həyasızlıq, istismar, cəhalət və s. kəskin tənqidinə geniş yer verilir.  
Nəticələrin fərziyyələrlə müqayisəsinə vaxt ayrılır. 
Bu məzmunda aparılan iş  “Əsərdə  əksini tapmış milli-mənəvi və 
bəşəri dəyərlər” mövzusunda təqdimata hazırlaşan şagirdlərin səmərəli 
fəaliyyətinə geniş imkan yaradır. Təqdimatlardan nümunələrin 
dinlənilməsinə və müzakirəsinə diqqət yetirilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31-38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə