Microsoft Word ?d?b -11 mmv-capa doc


Ə. Cavad. Səsli qız (ixtisarla)



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə30/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   26   27   28   29   30   31   32   33   ...   71

 77
Mövzu: Ə. Cavad. Səsli qız (ixtisarla) – 4 saat 
 
Birinci saat: Məzmun üzrə iş 
Standartlar 
Təlim nəticələri 
1.1.4. Müxtəlif  ədəbi növ və janrda 
olan əsərlərdə (poema, hekayə, povest, 
roman, dram, komediya, faciə)  əksini 
tapan mühüm milli-mənəvi, bəşəri 
dəyərləri müəyyənləşdirir. 
 
Poemada əksini tapmış milli-mənə-
vi və bəşəri dəyərləri müəyyənləş-
dirir. 
2.1.2. Dil və üslub xüsusiyyətlərinə 
istinad edərək yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla əsaslandırır. 
Poemanın dil və üslub xüsusiy-
yətlərinə istinad edərək yazıçı 
mövqeyi ilə bağlı mühakimələrini 
faktlarla əsaslandırır. 
 
Dərsin gedişi 
Ev tapşırığının birinci tələbinin (Sinifdə öyrəndiklərinizi göstərilən 
mənbələrdən topladığınız məlumat  əsasında zənginləşdirin və tamam-
layın) yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirə edilməsi ilə müəyyənləşdirilə bilər. Mətnkənarı, eləcə də digər 
iki sualın hər biri ilə bağlı  mənbələrdən öyrənilmiş  məlumatlar dəqiq-
liklə  aşkara çıxarılır və onların nə  dərəcədə  əhəmiyyətli olduğuna mü-
nasibət bildirilir. Bütün məqamlarda müəllimin qiymətləndirmə 
meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Dərslikdə  təklif edilmiş “Oxuya 
hazırlaşın” tapşırığı həm mövzunun öyrənilməsi, həm də motivasiyanın 
yaradılması üçün zəmin rolunu oynaya bilər.  Şagirdlərin həyati 
məlumatları  və digər fənlərdən öyrəndikləri həmin tapşırığın 
suallarına cavab verməyə imkan yaradır.  
Sualların  (Müharibə hansı faciələrə  səbəb olur? Kimlər müharibə 
qurbanları sayılır? Müharibə dövründə mülki əhalinin hansı hüquqları 
qorunmalıdır?) üzərində düşünən, təklif olunmuş  cədvəldə qeydlər 
edən  şagirdlər müzakirədə  fəallıq göstərirlər. Qarabağ müharibəsində 
düşmənlərimizin qeyri-insani əməlləri həyati misallarla xatırladılır, 
həlak olmuş  həmvətənlərimiz, məhv edilmiş abidələrimiz,  şəhər və 
kəndlərimiz haqqında tarix fənnindən qazanılmış biliklər  əsasında 
dəqiq rəqəm və faktlar yada salınır. Müzakirənin sonunda tədqiqat 
sualı formalaşdırılmış olur. 
Tədqiqat sualı:  Müharibə dinc, silahsız insanlara və insanlığa 
qarşı çevrilməməlidir” fikrini doğru saymaq olarmı?  
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Tədqiqatın aparılmasına  poemadan dərslikdə verilmiş hissənin 
oxusu ilə başlanılır. Müəyyənləşdirilmiş cütlərdən biri poemadan ilk 
parçanı ucadan və aydın səslə oxuyur. Cütlüyün ikinci üzvü oxunmuş 


 78
parça ilə bağlı yoldaşına – mətni oxuyana suallar verir. Sualların məz-
mununa, tələblərinin nədən ibarət olmasına xüsusi diqqət yetirilir. 
Müəllim çalışır ki, suallar mətndəki həm sadə, həm də mühüm məlu-
matların qavranılmasına, müəyyən nəticələrin çıxarılmasına,  əsas 
fikirlərin başa düşülməsinə imkan yaratsın. Bir sözlə, suallar fərqli 
məqsədlərin reallaşdırılmasına xidmət etməlidir. Məsələn, poemadan 
dərslikdə verilmiş ilk parça ilə bağlı  aşağıdakı  qəbildən suallar 
hazırlamaq olar: Doğma yurdlarını müdafiə edənlər hansı aqibətlə 
qarşılaşır?; Məğlub ölkənin və onun dinc əhalisinin taleyi necə olur?; 
Qalib ordunun insanlığa qarşı yönəlmiş cinayətlərini təsdiq edən hansı 
nümunələri göstərə bilərsiniz? Göründüyü kimi, suallar məzmunun 
(mətndəki adi məlumatın) qavranılması üçün diqqətli olmağa, müəyyən 
nəticələr çıxarmağa,  əsas fikri – ideyanı  və daha mühüm məlumatları 
anlamağa istiqamətləndirir. 
Poemadan növbəti parçanın oxusunda cütlər rollarını  dəyişir: Sual 
verən  şagird ikinci parçanı ucadan oxuyur, ilk parçanı oxuyan isə 
suallar verir. Cütlər ortaq məxrəcə  gələnə  qədər sualların cavabı ilə 
bağlı müzakirə davam edir. Poemadan dərslikdə verilmiş  və oxunması 
nəzərdə tutulmuş bütün parçalar bu qayda ilə oxunub başa çatdırıl-
dıqdan sonra kiçik qruplar yaradılır. Hər parça üzrə  səsləndirilmiş 
suallar və onların cavabları ilə bağlı fikir mübadiləsi aparılır, 
çıxarılmış nəticələr müzakirə edilir.  
Məzmunu  əhatəli və anlayaraq qavrayan şagirdlər növbəti tapşırığı 
(Əsərdə  əksini tapmış milli-mənəvi və  bəşəri dəyərləri müəyyənləşdirin. 
Fikrinizi nümunələrlə  əsaslandırın) icra etməkdə ciddi çətinlik 
çəkmirlər. İnsana, insanlığa hörmət, zəif, yaxud məğlub tərəfin heysiy-
yətinə toxunmamaq, haqqını, hüququnu tapdalamamaq xalqımızın 
əsrlər boyu qoruyub saxladığı  dəyərlərdir. Bunlar dostluq, insani 
münasibətlərdə humanist ideyaların rəhbər götürülməsi kimi bəşəri 
dəyərlərlə qovuşur.  
Aparılmış  iş yekunlaşdırıldıqdan sonra (nəticənin çıxarılması, 
ümumiləşdirmənin aparılması, məzmunun öyrənilməsinə  həsr edilmiş 
sonuncu – ikinci dərsdə  həyata keçirilir) qiymətləndirmə  mərhələsinə 
keçilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 31–38-ci 
səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri 
üzrə cədvəllərdən istifadə məqsədəuyğundur.  
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
  


 79
Mövzu: Ə.Cavad. Səsli qız (ixtisarla) – 4 saat 
 
İkinci saat: Məzmun üzrə iş 
 Standartlar 
Təlim nəticələri 
1.1.3. Mürəkkəb süjetli və kom-
pozisiyalı bədii nümunələrdə əhvalat 
və hadisələr arasındakı səbəb-nəticə 
əlaqələrini müəyyənləşdirir, mətni 
hissələrə ayırır, plan tərtib edir, 
məzmununu müxtəlif formalarda 
(geniş, yığcam, yaradıcı) nağıl edir. 
Poemanı hissələrə ayırır, seçdiyi 
hissənin məzmununu hazırladığı 
plan əsasında iki formada – geniş və 
yaradıcı nağıl edir. 
2.1.2. Dil və üslub xüsusiyyətlərinə 
istinad edərək yazıçı mövqeyi ilə 
bağlı mühakimələrini faktlarla 
əsaslandırır. 
Poemanın dil və üslub xüsusiy-
yətlərinə istinad edərək yazıçı 
mövqeyi ilə bağlı mühakimələrini 
faktlarla əsaslandırır. 
 
Dərsin gedişi 
Dərsin  əvvəlində yaradılan kiçik qrupların üzvləri poemadan evdə 
oxuduqları parçalardakı əsas fikir, tanış olmayan söz və məcazlarla bağlı 
qənaətlərini bölüşürlər. Çıxarılan nəticələr barədə hazırlanmış  təq-
dimatlar  əsasında qruplararası fikir mübadiləsi və müzakirə aparılır. 
Müzakirədə aşağıdakı sualların geniş əhatə olunmasına səy göstərilir: 

  Məğlub ölkənin varlı adamları, din xadimləri qalib şahı necə 
qarşılayır?  Şairin bu adamlara, qarşılanma mərasiminə, ümu-
miyyətlə, təsvir olunanlara münasibəti əsərdə öz əksini necə tapıb? 

  Saranın oxuduğu mahnıda hansı fikir daha qabarıq ifadə olunub? 

  Sara intiqam barədə düşünməyə bilərdimi? 

  Saranın yaşadığı ölkəni şair nə üçün “köhnə mənada azad” hesab edir? 
Suallarda, göründüyü kimi, yalnız deklarativ biliyə istinad edilmir; 
onlarda hadisələrin mahiyyətinin başa düşülməsi, yazıçının mövqeyi-
nin, səbəb-nəticə  əlaqələrinin dərk edilməsi, ideya ilə bağlı ilkin 
qənaətlərin yaranması kimi məsələlər diqqət mərkəzində saxlanılmış-
dır. Obrazlara, təsvir olunanlara müəllifin münasibətinin aydınlaşdırıl-
masını  tələb edən sual əsərin dilinə, yazıçının fərdi üslubuna xüsusi 
diqqət tələb edir. Əsərin məzmununun öyrənilməsində poemanın dil 
xüsusiyyətləri ilə tanış olan şagirdlər bu sualın cavabının aydınlaş-
dırılmasında çətinlik çəkmirlər. Ümumiyyətlə,  əsərdə müəllif obrazı 
özünü qabarıq göstərir.  Bu  onun  söz  və ifadələrində, təsvirlərində 
aydın şəkildə müşahidə olunur. Aşağıdakı qəbildən seçilmiş nümunələr 
müəllifin mövqeyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. 
İşlənməmiş qalmadı 
Bir cinayət, bir günah. 
Əzmişdi insanlığı 
Ordusuyla padişah. 
Haqsızlıq oldu qanun, 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə