Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə16/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   88

 35
meyarları (yalnız məruzə, inşa və esse üzrə reallaşdırılan standartlar növbəti dərsin 
standartları sırasında əks etdirilmişdir) əsasında müəyyənləşdirilir. 
Mütaliə mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayan sinifdənxa-
ric oxu dərsləri şagirdlərin mütaliə etdikləri kitabların müzakirəsi, əsər barədə rəy 
və mülahizələrinin öyrənilməsi, kitab, mütaliə mühitinin yaradılması üçün geniş 
imkanlar yaradır. Bu dərslərdə sinifdənxaric iş elementlərindən istifadə, şagirdlərin 
maraq və qabiliyyətlərinin daha çox nəzərə alınması, sərbəst rəy mübadiləsi müta-
liə mədəniyyətinin formalaşdırılmasına zəmin yaradır, mütaliə ilə bağlı yaradıcılıq 
və təşəbbüskarlığın, müstəqil mütaliəyə həvəsin artırılmasına səbəb olur.  
Fənn kurikulumunda 1.1.1. alt standartı tanış olmayan sözlərin mənasının dərs-
liyin sonunda verilmiş lüğətdən, eləcə də digər lüğət və sorğu kitablarından istifadə 
etməklə müstəqil aydınlaşdırılmasını  nəzərdə tutur. Bütün sözlərin mənasının 
yalnız dərsliyin sonunda verilmiş lüğətdə axtarılması,  əslində, həmin standartın 
məzmununun təhrif edilməsinə  səbəb olur. İşin belə  təşkili  şagirdlərin digər 
lüğətlərdən, sorğu kitablarından istifadə bacarığına mənfi təsir edir. Buna görə də 
şagirdlərə tanış olmayan sözlərin bir qismi dərslikdəki lüğətdə əks etdirilməmişdir. 
Standartın tələbinə uyğun olaraq, belə sözlərin mənasının digər lüğət və sorğu 
kitablarından istifadə ilə aydınlaşdırılması diqqət mərkəzində saxlanılmalıdır. 
 
FƏNDAXİLİ VƏ FƏNLƏRARASI İNTEQRASİYA 
 
Fəndaxili inteqrasiya  tələbi kurikulumun məzmun xətlərinin mahiyyətindən 
irəli gəlir. Belə ki, fənn kurikulumunun məzmun xətləri mahiyyət etibarilə bir-biri 
ilə sıx əlaqəlidir, biri digərini tamamlayır və inkişaf etdirir. 
Fəndaxili inteqrasiyanın  əsas yolu məzmun standartlarının inteqrativ 
şəkildə reallaşdırılmasıdır. Belə ki, ədəbiyyat kurikulumunda bütün məzmun 
xətləri və standartları arasında təbii  əlaqə vardır. Aşağıdakı  cədvəldə verilən 
nümunələrdən göründüyü kimi, kurikulumdakı  məzmun xətti üzrə bir-birini 
tamamlayan alt standartların inteqrativ reallaşdırılması imkanları genişdir:
 
 
1. Ədəbiyyat və həyat həqiqətləri 2. 
Şifahi nitq 
3. Yazılı nitq 
1.1.4. Bədii nümunələrin 
(hekayə, povest, roman, 
dram, poema) janr xüsusiy-
yətlərini müəyyənləşdirir.  
1.2.1. Bədii nümunələ-
ri (hekayə, povest, ro-
man, dram, poema) 
növ və janr baxı-
mından müqayisə edir. 
2.1.2. Bədii nümunələrlə bağlı 
fikirlərini müqayisələr aparmaqla 
şərh edir. 
1.1.5. Müxtəlif vəznli (heca, 
əruz, sərbəst) şeirlərdə, sü-
jetli ədəbi nümunələrdə bə-
dii təsvir və ifadə vasitələrini 
(metonimiya, inversiya
simvol) müəyyənləşdirir.  
 
1.2.3. Bədii nümunə-
lərdə təsvir və ifadə 
vasitələrinin (metoni-
miya, inversiya, sim-
vol) rolunu aydınlaş-
dırır.  
 
2.1.1. Bədii nümunələrlə bağlı 
təqdimat və çıxışlarında müxtəlif 
mənbələrdən topladığı materiallara 
əsaslanmaqla əsərin ideya-bədii 
xüsusiyyətlərini şərh edir.  
3.1.2. Müşahidələrinə, əlavə 
məlumatlara əsaslanmaqla əsərin 
ideya-bədii xüsusiyyətlərinə 
münasibət bildirir.  


 36
 
Əsas və alt standartların əlaqəsi təlim prosesində müxtəlif sual və tapşırıqlar va-
sitəsilə reallaşdırılır. Bundan əlavə, bədii əsərlərin mövzu, ədəbi növ, janr, obrazlar, 
problem baxımından əlaqələndirilməsi, müqayisə edilməsi məqsədəuyğundur.  
Fənlərarası inteqrasiya IX sinifdə  tədris olunan müxtəlif fənlər üzrə alt 
standartların  əlaqələndirilməsi, təlim prosesində digər fənlər üzrə qazanılmış 
müvafiq bilik və bacarıqlara, o cümlədən musiqi, rəssamlıq, heykəltəraşlıq, kino, 
teatr və s. istinad edilməsi ilə reallaşdırılır. Ədəbiyyat dərslərinin illik planlaşdırıl-
ması nümunəsində bu imkanlar daha geniş  şəkildə dil fənləri ilə yanaşı, tarix, 
coğrafiya, biologiya və s. fənlərin nümunəsində şərh edilmişdir. 
Metodik vəsaitdə  ədəbiyyat dərslərinin icmal və planları (texnologiyalar) 
fəal/interaktiv təlim texnologiyası əsasında işlənilmişdir. Müəllim və şagirdlərin 
ədəbiyyat dərslərində qarşıya qoyulan məqsəd və  vəzifələrin yerinə yetirilməsinə 
yönəldilən birgə fəaliyyəti aşağıdakı interaktiv metodlar zəminində həyata keçirilir. 
  
№ 
METOD 
TEXNİKALAR 
1. 
Beyin həmləsi  
 
o  Əqli hücum  
o  BİBÖ 
o  Аuksion  
o  Şaxələndirmə (Klaster)  
o  Suallar  
o  Anlayışın müəyyənləşdirilməsi 
o  Söz assosiasiyaları 
2. 
Müzakirələr  
o  Diskussiya 
o  Müzakirə  
o  Klassik dialoq 
o  Akvarium 
3. 
Rollu oyunlar  
 
o  Rollu oyun  
o  Səhnələşdirmə  
4. 
Prezentasiyalar  
 
o  Təqdimatlar  
o  Esse  
5. 
Tədqiqatın aparılması  
 
o  Problemin həlli 
o  Konkret hadisənin tədqiqi  
o  Venn diaqramı  
o  Layihələrin hazırlanması  
o  Müsahibə  
o  Qərarlar ağacı  
o  İdeyalar xalısı  
6. 
Məntiqi təfəkkürün 
inkişafına yönəldilmiş 
metodlar 
o  Qaydalara əsasən oyunlar: oyun-tapmaca, oyun-yarış. 
 
7. 
Tənqidi təfəkkürün 
inkişafına yönəldilmiş 
metodlar 
o  Meyar üzrə qiymətləndirmə  
o  əsərdə qoyulan problemə, təsvir olunan hadisəyə 
müxtəlif nöqteyi-nəzərdən baxılması  
8. 
Yaradıcılığa yönəldilmiş 
metodlar 
o  Proqnozlaşdırma  
o  Аtalar sözləri üzrə iş 
9. 
Təşkilati metodlar 
o  Ziqzaq və ya Mozaika  
10. 
Qruplara bölünmə  
o  «Say» 
o  «Аd günləri sırası üzrə say» 
o  «Ümumi xüsusiyyət» 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə