Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə15/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   88

 33
 
Az.d. – Azərbaycan dili, X.d. – xarici dil, Üm. t. – ümumi tarix, Biol. – biologiya, C. – coğrafiya, 
H.b.– həyat bilgisi, M. – musiqi. 
 
Metodik vəsaitə müəllimlərin təşəbbüskar, yaradıcı  fəaliyyətinə istiqamət 
vermək məqsədi ilə  icmallarla yanaşı, yığcam dərs planları – mövzular üzrə 
təlim texnologiyaları da daxil edilmişdir. 
“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi 
və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barə-
də” Azərbaycan Respublikası  Təhsil nazirinin 16 dekabr 2014-cü il tarixli, 
1279 №-li əmrində aşağıda qeyd olunan istiqamətlər əsasında şagirdlərin mütaliə-
yə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması vəzifəsi 
qarşıya qoyulur:  
- məktəblərdə  “Ən fəal oxucu”, “Bədii  əsər haqqında  ən yaxşı inşa”, “Bədii 
əsər barədə ən mükəmməl rəy” müsabiqələrinin və s. keçirilməsi; 
- şagirdlər tərəfindən oxunan əsərlərin onların iştirakı ilə müzakirəsinin keçiril-
məsi, bu əsərlər  əsasında  şagirdlərin təəssürat, rəy və mühakimə xarakterli inşa 
yazmalarının təşkil edilməsi; 
- oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklin-
də səhnələşdirilmiş tamaşa nümunələrinin təşkili; 
- məktəblərdə oxuduqları əsərlərin sayına görə siniflər üzrə şagirdlərin reytinqi-
nin müəyyən edilməsi və bu əsasda onların arasında sağlam rəqabət mühitinin ya-
radılması. (http://edu.gov.az/az/page/81/9763) 
Bu vəzifələrin yerinə yetirilməsində şübhəsiz, ədəbiyyat dərslərinin müxtəlif 
tiplərindən, təlimin təşkilinin fərqli formalarından istifadə olunmalıdır. Bu, eləcə də 
9-cu sinfin icbari xarakter daşıyan ümumi orta təhsilin son pilləsi olması  təlimin 
təşkili formalarından daha məqsədyönlü istifadə  zərurətini doğurmuşdur. Təhsil 
Nazirliyinin  şagirdlərin bədii  ədəbiyyatın geniş  və sistemli mütaliəsi və 
müzakirəsinə  cəlb edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, eləcə  də 
33 
“Ədəbiyyat dərs-
lərində öyrəndiyim 
hansı əsər məndə 
daha güclü 
təəssürat oyatdı”  
mövzusunda  
layihə üzrə 
təqdimatların 
müzakirəsi 
 2.1.1.
2.1.2. 
2.2.1. 
 
Az.d. 
1.2.4. 
2.2.3. 
X.d. 
3.1.4. 
Müsahibə, 
müzakirə, 
problemin həlli, 
təqdimat, fərdi 
iş, kiçik və 
böyük 
qruplarda iş. 
Dərslik, layihə 
materialları 
Müşahidə (müşahi-
də vərəqləri), şifahi 
sual-cavab (şifahi 
nitq bacarıqları üzrə 
qeydiyyat vərəqi), 
tapşırıqvermə (tap-
şırıq), layihə 
(şagirdin təqdima-
tı), özünüqiymət-
ləndirmə cədvəli 
34 Müstəqil iş üzrə 
təqdimatların 
müzakirəsi 
2.1.2. 
2.2.1. 
Az.d. 
1.2.4. 
2.2.3.
X.d. 
2.1.2.
3.1.4. 
Müsahibə, mü-
qayisə cədvəli 
və ya təqdimat, 
problemin həlli, 
müzakirə, kiçik 
və böyük 
qruplarda iş. 
Dərslik, iş vərəqləri Oxu 
(mətn), şifahi 
sual-cavab (şifahi 
nitq bacarıqları üzrə 
qeydiyyat vərəqi), 
tapşırıqvermə (tap-
şırıq), layihə (şa-
girdin təqdimatı) 
34   Kiçik summativ qiymətləndirmə 
34 
Böyük summativ qiymətləndirmə 


 34
kurikulumun tələbləri dərslikdə  və metodik vəsaitdə  təlimin təşkilinin aşağıdakı 
formaları üzərində dayanmağı zəruri etmişdir: 
1.  Bədii əsərin məzmununun öyrənilməsi dərsləri 
2.  Bədii əsərlərin təhlili dərsləri 
3.  Sinifdənxaric oxu dərsləri 
4.  Layihələr üzrə təqdimatlar 
5.  Nitq inkişafı (inşa, esse) dərsləri 
Öyrənilmiş materialın düzgün təqdim edilməsi kurikulum üzrə ədəbiyyat dərs-
lərində  şagirdlərdə formalaşdırılan  əsas bacarıqlardandır. Bu bacarıq 9-cu sinif 
üçün fənn kurikulumunda təlim nəticələrində (şifahi təqdimatlarda, bədii nümunə-
lərlə bağlı müzakirələrdə mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr apar-
maqla münasibət bildirir), eləcə də 2.1.1. alt standartında (Bədii nümunələrlə bağlı 
təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla 
əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir) və 2.1.2. alt standartında (Mövzuya, 
problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir) öz əksini 
tapmışdır.  
Şagirdlərdə  təqdimetmə bacarığının formalaşdırılması üçün dərs ili boyu 
müstəqil olaraq müvafiq məlumatları əldə etmək, müxtəlif mənbə və vasitələrdən 
düzgün yararlanmaq, informasiya texnologiyalarının imkanlarından faydalanmaq, 
əldə olunanları sistemləşdirmək və ümumiləşdirmək bacarıqları aşılanmalıdır.  
Bu baxımdan, öyrənilən bədii  əsərlərlə bağlı  təqdimatlar hazırlamaq üçün 
demək olar ki, hər bir dərsdə, eləcə də hər yarımilin sonunda müxtəlif mövzuların 
təklif edilməsi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlərin apardıqları tədqiqatların nə-
ticələrini, qazandıqları bilikləri layihələr üzrə təqdimatlara həsr olunmuş dərslər-
də nümayiş etdirməsi isə müstəqil araşdırma aparmaq, yaradıcı fəaliyyətin nəticə-
lərini təqdim etmək bacarıqlarının formalaşdırılması baxımından əhəmiyyətlidir.  
I və II yarımilin sonunda müstəqil iş üzrə təqdimatlara ayrılmış dərs saat-
ları şagirdlərin yarımil ərzində sənətkarın həyatı ilə bağlı müstəqil araşdırmalarının 
nəticəsinə həsr olunur. Şagirdlərin seçdiyi bu və ya digər sənətkarın həyatı ilə əla-
qədar hazırladığı təqdimatlar dinlənilir, müzakirə edilir və dəyərləndirilir. 
9-cu sinifdə ədəbi təhsilin mühüm bir mərhələsinin yekunlaşması yazılı nitqin 
inkişafı dərslərinə daha çox diqqət yetirilməsini tələb edir. Bu baxımdan, bölmələ-
rin sonunda yazılı nitqin inkişafını  təmin edən inşa və ya esse dərslərinə  ayrıca 
yer verilməsi zərurəti meydana çıxmışdır. Həmin dərslərdə yalnız müqayisə deyil, 
həmçinin təsvir, mühakimə xarakterli inşa və esselərin yazılması, müvafiq standart-
lar əsasında formativ qiymətləndirmənin aparılması məqsədəuyğundur. İnşa və es-
se yazmaq bacarığının formalaşdırılması ümumi orta təhsili başa vuran şagirdlərin 
yazı işinin aparılmasını da nəzərdə tutan buraxılış imtahanlarında uğur qazanması 
baxımından da zəruridir. 
Ev tapşırıqlarında  şagirdlərin yaradıcı müstəqil işə  cəlb edilməsi məqsədi ön 
plana çəkilir. Belə ki, irihəcmli əsərlərin davamının evdə oxunması, tanış olmayan 
sözlərin mənasının müxtəlif lüğətlərdən və sorğu kitablarından istifadə ilə aydınlaş-
dırılması, müxtəlif səciyyəli  şifahi təqdimatların hazırlanması  və s. tapşırıqlar bu 
qəbildəndir. Ev tapşırıqlarının yerinə yetirilməsi səviyyəsi müvafiq qiymətləndirmə 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə