Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə17/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   88

 37
o  «Püşkatma» 
o  «Mozaika» 
o  Sosiometrik üsul 
o  «Mahnı axtarışında» 
11. 
Fəallaşdırma  
 
o  Müsbət iş iqliminin yaranmasına imkan yaradan 
oyunlar  
o  Fəallaşdırma oyunları  
 
Diferensial təlimin, inklüzivliyin təmin edilməsi  məqsədilə  bərpaedici və 
yaradıcı, qapalı, açıq, yarımaçıq tipli suallardan müxtəlif səviyyəli  şagirdlər üçün 
tapşırıq variantlarından, cədvəllərdən və s. istifadə olunmuş konkret təlim şəraitinə 
uyğun tövsiyələr verilmişdir.  
Təcrübə göstərir ki, diferensial təlimdə şagirdləri fəallaşdırmaq üçün interaktiv 
təlim texnologiyalarından, informasiya-kommunikasiya vasitələrindən istifadə 
faydalıdır. Eləcə də, şagirdləri cütlərə və qruplara ayırarkən hər qrupda təlim nəti-
cələri müxtəlif olan şagirdlərin təmsil olunması diqqət mərkəzində saxlanılmalıdır. 
Fərdi və cütlük şəklində aparılan tədqiqat zamanı  fərqli inkişaf xüsusiyyətlərinə 
malik şagirdlərə istiqamət verilməsi, bilik və bacarıqların nümayiş etdirilməsi üçün 
müxtəlif təqdimat formalarından (şifahi və yazılı cavablar, oyun və s.) istifadə 
olunması təlimin səmərəliliyinə az təsir etmir.  
Özünüqiymətləndirmə üçün meyarlar elə müəyyənləşdirilməlidir ki, şagirdlər-
də qiymətləndirmə ilə bağlı psixoloji gərginlik yaranmasın. Ümumiyyətlə, qiymət-
ləndirilmə prosesində  fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqlara müəllimin 
həssas münasibəti çox əhəmiyyətlidir. 
 
 
ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ 
MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏ 
 
Ədəbiyyat fənni üzrə qiymətləndirmə Azərbaycan Respublikası  Təhsil 
nazirinin 2 sentyabr 2013-cü il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş təlimata 
uyğun olaraq aparılır. Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və 
summativ qiymətləndirmələrdən ibarətdir.  
Diaqnostik qiymətləndirmə  dərs ilinin, tədris vahidinin və  dərsin  əvvəlində 
təhsilalanların bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsə-
dilə aparılır. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfin-
dən müəyyənləşdirilir. Onun nəticələri rəsmi sənədlərdə qeyd olunmur, şagird haq-
qında müvafiq yazılı qeydlər məktəblinin öz portfoliosunda saxlanılır.  
Formativ qiymətləndirmə  rəsmi qiymətləndirmə deyil, onun  məqsədi  şagirdin 
təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənim-
sənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri 
müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir. Formativ qiymətlən-
dirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdiril-
miş qiymətləndirmə meyarlarına görə aparılır.  
Müəllim şagirdin fəaliyyətinin nəticəsini “Müəllimin formativ qiymətləndirmə 
dəftəri”ndə rum rəqəmləri (I, II, III və IV) ilə, “Məktəbli kitabçası”nda isə sözlərlə 


 38
yazır. “Müəllimin formativ qiymətləndirmə  dəftəri"ndə rubriklərin (qiymətləndir-
mə  səviyyələrinin) məzmunu və  şagirdin formativ qiymətləndirilməsinə dair 
məlumatlar  sərbəst formada aparılır. Müəllim yarımillərin sonunda “Müəllimin 
formativ qiymətləndirmə  dəftəri”  əsasında  şagirdin yarımil  ərzində  fəaliyyətinin 
qısa təsvirini hazırlayır və portfolioda saxlayır. 
Dərslikdə (səhifə 212) şifahi və yazılı nitqlə bağlı özünüqiymətləndirmə 
meyarlarını əks etdirən cədvəl verilmişdir. Müəllim şagirdlərdə həmin meyarlardan 
müstəqil istifadə bacarığını formalaşdırmalıdır.  
Summativ qiymətləndirmə  kiçik və böyük olmaqla iki formada aparılır. Sum-
mativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə si-
nif jurnalında qeyd olunur. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris 
edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssi-
səsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Kiçik summativ qiy-
mətləndirmə  hər tədris vahidinin sonunda, altı  həftədən gec olmayaraq müəllim 
tərəfindən keçirilir. Müəllim üçün vəsaitə bölmələr üzrə kiçik summativ qiymətlən-
dirmə nümunələri daxil edilmişdir. Böyük summativ qiymətləndirmə yarımillərin 
sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın 
nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.  
 
 
 
 
FORMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏLƏRİ 
 
 
Müəllim  ədəbiyyat dərslərində  şagird nailiyyətlərinin formativ qiymətləndiril-
məsi zamanı təqdim edilən nümunələrdən istifadə edə bilər.   
 
Bədii əsərin məzmunu üzrə  
bacarıqların qiymətləndirilməsi meyarları və səviyyələri 
 
Alt standart:                   1.1.1. Müxtəlif vəznli   (heca,  əruz, sərbəst) şeirlərdə  və 
süjetli əsərlərdə (poema, hekayə, povest, roman, dram) 
tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
Təlim nəticəsi:                  Poemada (şeir, hekayə, povest, roman, dramda) tanış 
olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
Qiymətləndirmə meyarı: Aydınlaşdırma 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Tanış olmayan 
sözlərin mənasını 
lüğətlərdən, sorğu 
kitablarından 
istifadə etməklə 
aydınlaşdırmaqda 
çətinlik çəkir. 
Tanış olmayan 
sözlərin mənasını 
lüğətlərdən, sorğu 
kitablarından suallar 
verməklə və kömək 
əsasında 
aydınlaşdırır. 
Tanış olmayan 
sözlərin mənasını 
lüğətlərdən, sorğu 
kitablarından, 
əsasən, aydınlaşdırır. 
Tanış olmayan 
sözlərin mənasını 
lüğətlərdən, sorğu 
kitablarından 
istifadə etməklə 
aydınlaşdırır. 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə