Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə71/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   67   68   69   70   71   72   73   74   ...   113

 226 
Xristyanların Müqəddəs Ruhun kilsəni hidayət etməsinə inan-
dıqları üçün onlar öz imanlarına istinad edərək müqəddəs üçlüyün 
sirrinin yalnız papaların, kilsə şuralarının, mütəfəkkirlərin və sufilərin 
köməkliyi ilə inkişaf yolunu davam etdirəcəkdir. İlk kilsə şuraları tək 
Alahın üç üqnumu var. Üqnum Yunan sözü olaraq yol mövcuddur mə-
nasını kəsb edir. Buna əsasən də, üç Üqnum Allahın varlığı və əməli 
sahəsində üç yolun və təzahürün mövcud olması mənasını daşıyır.  
Ərəb dilli xristyan yazıçılar müqəddəs üçlük məfhumunu çatdır-
maq məqsədilə Yunan dilində olan “Üqnum” sözündən istifadə etdi-
lər. Bu sözün latın dilindəki qarşılığı “Persona”-dır (təzahür mənasını 
kəsb edir). 
 
19-5. Müqəddəs üçlüyü əlavə etmək məqsədilə Əhdi-Cədidin 
təhrif olunması 
Əhdi-Cədid kitabında müqəddəs üçlüyün mövcudluğuna dəlalət 
edən heç bir məsələ yoxdur və “Ata, oğul və müqəddəs ruh” kəlmə-
ləri (Matta 28:19) bu kəlmələrlə tanışlığı olmayan insanların züh-
nində belə bir duyğu yaratmır. Yəni bu məsələ istər Əhdi-Ətiqdə və 
istərsə də Əhdi-Cədiddə min dəfələrlə qeyd olunmuş tövhid məsələ-
lərini kölgədə saxlaya bilməz. Necə ki, Qurani-Kərimin ayələrində 
“Allah, Peyğəmbər və  Məleykələrin” bir yerdə qeyd olunması mü-
qəddəs üçlük mənasını kəsb etmir.  
Əhdi-Cədiddə müqəddəs üçlüyü sübuta çatdıracaq dəlillərin 
mövcud olmaması cahil insanları insanlar tərəfindən hazırlanmış bu 
kitabda təhriflər etməyə  və müqəddəs üçlük anlamını ora əlavə et-
məyə vadar etdi. Onlar bunu həyata keçirmək üçün İncilin möhkəm 
məzmunlu hissələrinə əl vura bilmədilər. Buna görə də, Yühənnanın 
birinci məktubuna müraciət etdilər (5:7-8) və “Ata, Oğul və Müqəd-
dəs ruhun” birliyi barəsində qeyd olunmuş sözləri oraya əlavə etdilər. 
Bu sahədə mövcud olan əlyazma İncilləri bir-biri ilə müqayisə etdik-
də  və hansı  əlyazmalarda mövcud olmasını  və hansı  əlyazmalarda 
mövcud olmamasını yoxladıqda həmən dəyişikliklərin İncilin ən son 
qələmə alınmış əlyazmalarında mövcud olmasının şahidi ola bilərik.  


 
227
19-6.  Xristyanlıqda günah məfhumu  
Xristyanların iddia etdiyi kimi Həzrət  İsanın (ə) bəşəriyyətin 
günahlarının qurbanına çevrilməsi məsələsi günahın məcazi məna 
daşımasını və az əhəmiyyət daşımasını kəsb etmir. Əksinə tam surət-
də şəfaətçi olmaq mənasını daşıyır və tövbənin qəbul olunması və gü-
nahların bağışlanılması üçün bundan savayı başqa yol yoxdur. On-
ların inanclarına  əsasən günah ruhun ölümüdür və onlar günahları 
müxtəlif dəstələrə bölürlər. Qeyd etmək lazımdır ki, xristyanlıqdakı 
dini  əhkamların  əksəriyyəti  əxlaqi  əhkamlardır və ibadət  əhkamları 
(donuz ətinin haram olması kimi) demək olar ki mövcud deyildir.  
Biz müsəlmanlar üçün xristyan ölkələrində günahların miqdarı 
müsəlman ölkələrindəki günahlardan daha çox olması adi haldır. 
Qeyd etmək lazımdır ki, bir müsəlmanın mühafizəkar və liberalist ba-
xışı bu sahədə çox böyük əhəmiyyət kəsb edir. Bəzilərinin nəzərincə 
qərblilərin hicabsızlığı onların iffətsizliyi və bütün fəsadların mənşə-
yidir. Amma bəzilərinin nəzərincə isə bu bir növ adətdir. Üçüncü 
dəstənin nəzərincə isə, “İbadət insanlara xidmət göztərməkdən savayı 
bir  şey deyildir” və onların müsbət tərəflərindən nəticə  çıxarırlar. 
Xristyanların nöqteyi-nəzərindən günahın nə  məna daşımasını ilk 
olaraq liberalist cəhətdən araşdıraq. Liberalist xristyan nöqteyi-nəzə-
rindən ən mühim günah əxlaqi günahlardır və həftədə bir dəfə ibadət 
etmək kifayət edər. Amma qeyd etmək lazımdır ki, bütün cəmiyyət-
lərdə olduğu kimi xristyanların da arasında daha mühafizəkar insan-
lar mövcuddur. Məsələn, Ortodoks ruhanilər üzlərini qırxan katolik 
ruhanilərə etiraz edirlər və deyirlər ki, Tövratda (Lavilər 19:27) bu 
əmələ qadağan qoyulmuşdur.  
 
20. Yeddi müqəddəs adət 
Xristyanların nəzərincə ölülər arasından qalxan və yenidən diri-
lən Məsih xristyan cəmiyyətində yaşayır və  həmişə  də xristyanlar-
ladır. Eləcə də, O Həzrət Fələstində yaşadığı illər boyu həyata keçir-


 228 
diyi yaxşı işləri davam etdirir. Məsihin aşkar olunmayan əməlləri kil-
sə həyatında müxtəlif dini adət-ənənənin köməkliyi ilə aşkar olunur. 
Başqa sözlə desək, belə bir dini mərasimdə iştirak edən bir xristyan 
bu  əməli ilə ölülər arasından qalxaraq yenidən dirilmiş  və xilaskar-
lıqla dolu olan İlahi feyzə çatmış Məsihin görüşünə getdiyinə inanır.  
Bütün xristyanların hamılıqla qəbul etdiyi iki əsas dini adətlər-
dən biri xaç suyunda qüsl almaq və sonuncu şam yeməyidir. Katolik 
və Ortodoks xristyanlar bu dini mərasimlərə daha beş dini mərasimi 
əlavə edirlər və bütün dini mərasimlərin sayı yeddiyə çatdırırlar. Pro-
testantlar dini mərasimlərin sayında ixtilaflı nəzərlər söyləyirlər. Am-
ma onların əksəriyyəti iki dini mərasimi, yəni xaç suyunda qüsl almanı 
və sonuncu şamı  qəbul edirlər. Kuykirlər və Xilas ordusu kimi bəzi 
Protestant kilsələri bu dini mərasimlərin hüç birini qəbul etmirlər.  
 
20-1. Xaç suyunda qüsl 
Bütün xristyanlar üçün ən  əsas və  ən birinci dini mərasim xaç 
suyuna salınmadır.  İnsan xaç suyunda qüsl almaqla xristyan cəmiy-
yətinə daxil olur və kilsənin daimi məmuriyyətini öz üzərinə götürür. 
Bu məmuriyyət İsanın vasitəsilə ilə Allah yolunda yaxşı işlər görmək 
sahəsində and içməkdən ibarıtdir. Hər bir xristyanın nəzərincə xaç 
suyunda qüsl almaq İsanın həyatının və ölümünün bütün təsirlərini 
əta edən vasitədir. Hər bir xristyan xristyan cəmiyyətinə daxil olanda 
cəmi bir dəfə xaç suyunda qüsl alır.  
Fars və  Ərəb dillərində xaç suyunda qüsl almaq üçün Təmid 
sözündən istifadə olunur və bunu həyata keçirmək üçün yumaq və su-
ya çəkmək lazımdır. (Təmid Sam dillərindən mənşə almışdır və “Di-
kəltmək və ayağa qaldırmaq” mənasını verir) Bəzi kilsələrdə mövcud 
olan adətlərə  əsasən suyu başına tökməklə xaç suyunda qüsl alma 
həyata keçirilir. Başqa kilsələrdə isə hər bir insanın xaç suyunda qüsl 
alması üçün şəxs təmamilə suyun altına girməlidir. Belə kilsələrdə in-
sanların xaç suyuna salınması üçün təbiət qoynunda yerləşən çaylara 
və göllərə aparırlar. Xaç suyuna salınanda keşiş Matta İncilinin so-
nundan götürülmüş bu sözləri oxuyur: “Ata, oğul və müqəddəs ruhun 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə