347
15. Yaxşılıq
Dinlər yaxşılığa və yaxşı əməllər sahibi olmağa dəvət edir. Bey-
nəlxalq səviyyədə fəaliyyət göstərən
bəzi qurumlar və təşkilatlar, o
cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi elə bu məqsədlə yaradıl-
mışdır.
1
Xristyanlar bəzən humanist xidmətlərə işarə məqsədilə
“Yaxşı Sameri” (Good Samaritan) terminindən istifadə edirlər. Həz-
rət İsadan (ə) nəql olunmuş rəvayətə əsasən Yaxşı Sameri (təhqir
olunmuş Samerilər firqəsinin bir üzvü) yolkəsənlərin səhrada yarala-
dığı bir insana yardım edərək onu ölümün pəncəsindən xilas edir.
(Luka 10:25-37)
16. Qidalanma
Qidalanma dinlərdə mövcud olan ən mühim məsələlərdən biri-
dir. İnsanın qidalanmasına böyük yer tutan ət barəsində 3 müxtəlif
nəzəriyyə mövcuddur.
1. Bütün ətlərin haram olması: Çünki, ətin əldə olunması üçün
heyvanlara zülm edilir. Bu Caynizm davamçılarının hamısının, Hin-
duizm davamçılarının böyük əksəriyyətinin və Büddizm davamçıları-
nın bir çoxunun nəzəridir.
2. Bütün ətlərin halal olması: Bu xristyanların nəzəridir. Xris-
tyanların nəzərincə insanın ruhi baxımından səadətə və xoşbəxtliyə
qovuşması yolunda ət heç bir rol oynamır.
1
Dinlərin özünəməxsus nişanələri də vardır: İslamın nişanəsi Aypara və xristyanlı-
ğın nişanəsi xaçdır. Qeyd etmək lazımdır ki bu nişanələrin arasında
böyük fərq var-
dır. Belə ki islam fiqhində aypara nişanəsi qeyd olunmamışdır, halbuki, xaç xristyan-
ların dini mərasimlərində və digər yerlərdə istifadə olunur. Yəhudilər Davudun qal-
xanının nişanəsini yəhudiliyin və xüsusən də sionistliyin işarəsi kimi qəbul etmişlər.
Bu nişanə müəyyən şəkildə üst-üstə qoyulmuş iki üçbücağın birləşməsində əmələ
gələn altı bucaqlı fiqurdur.
348
3. Bəzi ətləri halal və bəzilərinin haram olması: Bu nəzər mü-
səlmanların, yəhudilərin, zərdüştlərin, saiibləri
və bəzi başqa dinlərin
davamçılarının nəzərləridir. Belə yanaşmaya malik olan insanlar ət-
ləri yeyilməli olan heyvanlar barəsində kəskin fikir ayrılıqlarına ma-
likdirlər və bu fikir ayrılıqların hər hansı bir dində mövcud olan fir-
qələr arasında da mövcuddur.
Yəhudilikdə ətin süd məhsulları ilə yeyilməsi də haram bilinir.
Elə bu səbəbdən də, İsraildə mövcud olan bəzi dəstələr müştərilərə
haram və yaxud süd məhsulları ilə ətin verilməsinə nəzarət etmək
üçün restoranlarda xüsusi reydlər keçirirlər.
Yəhudilər üçün çörək və
bəzi yeməkləri yeyərkən şəriət qanunlarına uyğun olaraq əllərini yu-
maq vacib bilinir. Bu yəhudilərin dəstəmazıdır ki bəzi başqa əməllər
zamanı da alınması vacib bilinir. Yeməkdən sonra da barmaqlarının
yarısını yumaq vacib bilinir. İncillərdə Yəhudilərin Həzrət İsa Məsihə
(ə) etiraz edərək Həvarilərin yemək yeyərkən əllərini şəriət qanun-
larına uyğun olaraq yumalarına etiraz etmələri qeyd olunmuşdur.
Həzrət İsa Məsih (ə) belə adətlərin insanların özü tərəfindən yaradıl-
masını vurğulayaraq buyurur:
“Qulaq asın və bilin! İnsanın ağzına gedənlər yox onun ağzın-
dan çıxanlar onu nəcis edir.... İnsanın ağzına daxil olanlar onun qar-
nına gedir və sonra çölə çıxarılır, amma ağzından çıxanlar isə onun
ürəyindən əmələ gəlir və belə şeylər insanı nəcis edir. Çünki insanla-
rın ürəyindən gələn pis fikirlər, qətllər, zinalar, pozğunluqlar, oğur-
luqlar, yalançı şahidlik və küfrlər insanı nəcis edir və yuyulmamış əl-
lərlə yemək insanı nəcis etmir. (Matta 15:10-20)”
Halal yemək bəzi digər məsələlərə görə haram ola bilər. Məsə-
lən ölü heyvanın əti müxtəlif dinlərdə haram bilinir.
Hər hansı bir yeməyin müəyyən vaxtda haram olması mümkün-
lüyü də vardır. Məsələn İslam dinində Məhərrəm ayında zəfəranla
hazırlanmış yeməklər haram bilinir.
Eləcə də, katoliklər cümə günlə-
rində qırmızı ət yemirlər. Çünki, İncillərdə qeyd
olunmuş rəvayətlərə
əsasən Həzrət İsa Məsih (ə) cümə günündə çarmıxa çəkilmişdir.
349
17. Şərabın içilməsi
Şərab müasir dinlərin əksəriyyətində, o cümlədən yəhudilkdə və
xristyanlıqda halal qəbul edilmişdir. Amma, şərabı həddən ziyadə
içəndən sonra əmələ gələn sərxoşluq xoşagəlməz və haram bilinmiş-
dir.
Bundan əlavə, müxtəlif dinlərin dini mərasimlərində şərabdan is-
tifadə olunur. Amma bəzi dinlər, o cümlədən Sikhizm, bəzi xristyan
firqələri və başqa dinlər şərabın haram bilinməsini qəbul edirlər və
bəzi xristyanlar isə “Rəbbin sonuncu şam yeməyi” dini mərasimində
şərabın əvəzinə sudan, yaxud üzüm şirəsindən istifadə edirlər. İslam
dinində şərabın tam şəkildə haram buyurulması hamıya məlumdur və
bu dində çox istifadə olunduqda sərxoşluq
verə biləcək hər bir şeyin
az bir hissəsi də birmənalı olaraq haram bilinir.
Şərab və spirtli içkilər bəşəriyyəti çənginə almış ən böyük bəla-
lardan biridir.
18. Geyim
“Kişinin” yaxud “qadının”
1
, “məbəddə” yaxud “ibadət zamanı”
“başını” yaxud “bədənini” “örtməsi” və yaxud “örtməməsi” müxtəlif
dinlərin dini əhkamlarında gözə çarpır. Bəzən kişilər Allah qarşısında
təvazökarlıq göstərmək və qadınlar həyat yoldaşlarının yanında pak-
lıqlarını və təvazökarlıqlarını nümayiş etdirmək məqsədilə öz saçları-
nı gizlədirlər.
2
1
Burada istər pozğun qadınların və istər başqalarının, istər ailə qurmazdan öncə, is-
tərsə də sonra, istər həyat yoldaşından, istərsə də başqalarından.
2
Saçın, saqqalın, bığın, qaşın və bədəninin qırxılmasının vacib, yaxud haram buyu-
rulması barəsində hər bir dində özünəməxsus əhkamlar vardır. Eləcə də, qadınların
və kişilərin saçlarını kəsməsi, rəngləməsi və daraması, dırnaqların kəsilməsi barəsin-
də də bəzi dinlərdə xüsusi dini hökümlər mövcuddur.