350
Yəhudilikdə ailə qurmuş qadınlar üçün hicab vacib atributlardan
sayılırdı və hal-hazırda da bəzi radikal yəhudi xanımları ailə qurduq-
dan sonra müxtəlif baş örtükləri, şlyapalarla və pariklərlə saçların ər-
lərindən başqa hamıdan gizlədirlər. Bəziləri isə elə bu məqsədlə saç-
larını ümumiyyətlə tam dibdən kəsdirirlər.
1
Xristyan qadınlar da bir neçə on il bundan öncəyədək saçlarını
gizlədirdilər. Həzrət Məryəmin (ə) və digər müqəddəs xanımların bü-
tün portretləri və heykəlləri hicablı şəkildə hazırlanırdı.
Xristyan rahibələr də saçlarını gizlədirdilər və onların baş örtük-
lərinin rəngi (rahiblərin papaqları kimi) onların rahiblik qurluşunun
təzahürü kimi hesab olunurdu.
2
Hindu və zərdüşt xanımlar da hicab-
dan istifadə edirdilər.
Yəhudilikdə yun və kətanın qarışığından hazırlanmış paltarların
geyilməsi haramdır (Təsniyə, 22:11). Radikal yəhudilər həmişə və
başqa yəhudilər bəzi dini mərasimlər zamanı başların “Yarmulka”
adlanan balaca araxçın qoyurlar.
Sikhlər başlarına nisbətən böyük əmmamə qoymağı vacib bilir-
lər və bu məsələ bəzi hallarda xüsusi problemlər yaradır. Məsələn
motosklet sürmək üçün təhlükəsizlik dəbilqəsinin qoyulması vacib
bilinən ölkələrdə onlar bu qanunu qəbul etmirlər. Eləcə də, müsəl-
1
Yəhudilik tarixinin ən əhəmiyyətli hadisələrindən biri 2004-cü ilin bahar fəslində
meydana çıxdı. Belə ki, dünyada mövcud olan pariklərin əsasən Hindistandakı Vişnu
məbədində gözəlliklərini qurban verərək saçlarını kəsən hindli qadınların saçlarından
düzəldilməsi şayiəsi yayıldı. Həmin məbədin xidmətçiləri də öz növbələrində kəsil-
miş saçları xüsusi qablara toplayaraq parik istehsal edən fabriklərə satırlar. Belə bir
məsələnin təsdiq tapması yəhudi qadınlarının parikdən istifadə ehtimalını sıfıra endi-
rirdi. Çünki, yəhudiliyin ikinci hökmü bütpərəstliyin qadağan olunmasıdır və bu dini
hökm qeyd etdiyimiz məsələyə də aid olunur. Yəhudi ruhanilərindən biri məsələnin
dügün olub-olmamasını yoxlamaq üçün Hindistana göndərilir. Hadisənin düzgünlü-
yü doğrudan da təsdiqləndi və bundan sonra istər dünyadakı yəhudilər arasında, is-
tərsə də İsrailin daxilində böyük problemlər meydana çıxdı. Qəzəbli yəhudilər say-
sız-hesabsız pariki oda atdılar və bu hadisədən sonra parik istehsalı ilə məşğul olan
fabriklərə külli-miqdarda zərər dəydi.
2
Yaxın vaxtlaradək Papanın yanına gedən hər bir xanımın başında qara rəngli örtük
olmalı idi. Amma İspaniyanın kraliçası istisna olaraq başına ağ rəngli baş örtüyü atır-
dı.
351
manlara qarşı xüsusi düşmənçilikləri olan ölkələrdə sikhlər barədə
məlumatı olmayan insanlar onları müsəlmanlarla səhv salaraq onlara
hücum edirlər.
Hicab Həzrət Muhəmmədin (s) hicrətindən bir neçə il sonra ilk
olaraq O Həzrətin xanımları üçün, sonra isə bütün müsəlman xanım-
lar üçün hicab vacib buyuruldu və Qurani-Kərim də bu vacibliyi tə-
kidlə dəstəklədi. Xanımlar namaz qılarkən belə hicablarına riayət et-
məlidirlər. Müsəlman olmayan xanımlar və kənizlərin hicab bağ-
laması vacib deyildir.
Ehram zamanında kişilər tikili paltarlarını, ayaqqabılarını və pa-
paqlarını geyinməməlidirlər. Başları açıq olmalıdır, üstüaçıq ayaqqa-
bılar, səndəllər geyinməlidirlər və tikişi olmayan parçanı ehram kimi
bədənlərinə bağlamalıdırlar. Qadınların da üzləri açıq olmalıdır.
Katolik və ortodoks ruhanilərinin hamısı və bəzi protestan firqə-
lərinin ruhaniləri xristyanlıq dini mərasimlərinin həyata keçirilməsi
üçün xüsusi ruhani paltarlarından istifadə etməyi vacib bilirlər. Dər-
vişlər və sufilər də bəzi dini mərasimləri üçün, o cümlədən Səma mə-
rasimi üçün xüsusi paltar geyinirlər.
Yoqalar üçün paltarlar yüngül olmalıdır və yalnız övrətlərini ört-
məlidir. Caynizmin “Səma paltarlılar” firqəsinin müqəddəsləri daim
lüt və paltarsız yaşayırlar.
19. Evlilik
Evlilik dinlərdə mövcud olan ən mühim məsələlərdən biridir:
1. Dinlərin əksəriyyətində bağqa dinlərin davamçıları ilə ailə
qurmaq qadağan olunmuşdur. Əhli-sünnət müsəlmanın kitab əhli ilə
də ailə qurmasına icazə verirlər, amma şiyəlikdə bu icazə daimi kə-
binlərə aid edilmir.
2. Bəzi şəxslərin bəzi şəxslərlə ailə qurması qadağandır: Mə-
sələn, ailə daxili evliliklərə qoyulmuş qadağa bütün qəbiləyə də şamil
352
edilə bilər. Bəzi hallarda qəbilə daxili, hətta ailədaxili evliliklərə də
rast gəlinir. Tarixdə mövcud olan ailədaxili evliliklərin hamısı ana
oğul arasında qeydə alınmışdır. Ailədaxili evliliklər bəzi hallarda səl-
tənət və şahlıq sülaləsinə (Fironlar kimi) aid olmuşdur və bu addımı
atmaqda məqsəd şahlıq qanının rəiyyət və adi insanların qanı ilə qa-
rışmaması olmuşdur.
İslam dinində ailə qurulmasına qadağa qoyulmuş insanların ək-
səriyyəti məhrəmləridir. Məhrəmlik qan qohumluğu, növbəti evlilik
və süd qohumluğu ilə əmələ gəlir. Ailə qurmağa hələlik qadağa qo-
yulmuş insanlar isə xanımın bacısı (baldız) və ərli xanımlar ola bilər.
Yəhudilikdə və xristyanlıqda da məhrəmiyyət məsələsi təxminən bu
formadadır. Amma bir məsələ mövcuddur ki, yəhudilikdə əminin öz
qardaşı qızı ilə ailə qurması mümkündür və xristyanlıqda əmi, dayı,
bibi, xala uşaqları ilə ailə qurmağa icazə verilmir. Bir şərtlə icazə ve-
rilir ki, sonrakı nəsildən olsun və yaxud uşağın səlahiyyəti xaç atası-
na keçsin. Zərdüştlükdə bacı ilə qardaşın, hətta ata ilə qızının ailə
qurması barəsində nümunələr mövcuddur. Amma sonralar İbrahimi
dinlərin təsiri altında bu adət təmamilə qadağan olundu. Firdovsinin
Şahnamə əsərində İranın əfsanəvi padşahı Bəhmənin öz qızı Humay-
la ailə qurması və onu öz vəliəhdi etməsi qeyd olunmuşdur.
3. Bir çox dinlərdə evlilik İlahi bağlılıq kimi dəyərləndirilir.
Yəhudilər evliliyi “Qiduşin”, yəni müqəddəs adlandırırlar. Xristyan-
lar evliliyi müqəddəs dini mərasimlərdən biri kimi qələmə verirlər.
İslam isə onu mübarək təkid olunmuş müstəhəbbi əməl adlandırırlar.
Amma bu müstəhəbbi əməl bir çox hallarda zərurət üzündən vaciblik
səviyyəsinə yüksəlir. Şənliyin təşkil olunması, kəbinin oxunmasının
vacibliyi və bir çox başqa məsələlər bu mərasimin nə qədər əhəmiy-
yətli olmasını vurğulayır.
Başqa İbrahimi və qeyri-İbrahimi dinlərin nəzərləri üst-üstə dü-
şür. İstər katolik, istərsə də ortodoks xristyanlar evliliyi yeddi müqəd-
dəs adətdən biri hesab edirlər və onu ibadətlə eyniləşdirirlər. Elə bu
səbəbdən də, kəbinin kilsədə keşiş tərəfindən oxunmasını vacib bilir-
lər. Xristyanların kəbin mərasimlərinin özünəməxsus xüsusiyyətləri
Dostları ilə paylaş: |