Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

49 

 

1193.7 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının 



xüsusi  çəkisi  40.2%  və  ya  871.3  milyon  manat,  su  təchizatı,  tullantıların  təmizlənməsinin 

xüsusi çəkisi isə 3.2% və ya 69.5 milyon manat təşkil etmişdir. 



 

Şə

kil 2.3. Qeyri-neft sənayesində yaradılmış əlavə dəyərin strukturu 

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi (

www.stat.gov.az

2015-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft  sənayesində 5633.8  milyon  manatlıq 



məhsul istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.2% artmışdır. Qeyd 

olunan  dövrdə  qeyri-neft  sənayesində  istehsal  edilən  məhsulun  ölkə  üzrə  bütün  sənaye 

məhsullarında xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.8 faiz bəndi artmış 

və 28.6%-ni təşkil etmiş, sənayenin 2.1%-lik artımı tamamilə qeyri-neft sənayesinin hesabına 

baş  vermişdir.  Hesabat  dövründə  qeyri-neft  emal  sənayesinin  alt  sahələri  üzrə  sənayenin 

artımına ən çox artırıcı təsiri maşın və avadanlıqların quraşdırılması və təmiri (0.9 faiz bəndi), 

kimya  sənayesi  (0.8  faiz  bəndi),  qida  məhsullarının  istehsalı  (0.3  faiz  bəndi),  hazır  metal 

məmulatlarının  istehsalı  (0.2  faiz  bəndi),  tikinti  materiallarının  istehsalı  (0.2  faiz  bəndi)  və 

elektrik  avadanlıqları  istehsalı  (0.1  faiz  bəndi)  sahələri  göstərmişdir.  Hesablamalara  görə, 

yanvar-sentyabr ayları ərzində qeyri-neft sənayesinin artımına qeyri-neft emal sənayesi 10.6 

faiz bəndi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsi 0.6 faiz 

bəndi,  su  təchizatı,  tullantıların  təmizlənməsi  və  emalı  sahəsi  0.1  faiz  bəndi  müsbət  töhfə 




50 

 

vermişdir.  Hesabat  dövründə  qeyri-neft  sənayesinin  artımına  ən  çox  müsbət  töhfə  verən 



qeyri-neft  emal  sahələri  maşın  və  avadanlıqların  quraşdırılması  və  təmiri  (4.1  faiz  bəndi), 

kimya  sənayesi  (4.0  faiz  bəndi),  qida  məhsullarının  istehsalı  (1.3  faiz  bəndi),  hazır  metal 

məmulatlarının  istehsalı  (1.0  faiz  bəndi),  tikinti  materiallarının  istehsalı  (0.8  faiz  bəndi), 

kompüter  və  digər  elektron  avadanlıqların  istehsalı  (0.6  faiz  bəndi),  elektrik  avadanlıqları 

istehsalı (0.5 faiz bəndi) sahələri olmuşdur. 

Qeyri-neft sənayesinin məhsul istehsalında mədənçıxarma sənayesinin payı 1.7% və ya 

96.5  milyon  manat,  emal  sənayesinin  xüsusi  çəkisi  70.5%  və  ya  3969.4  milyon  manat, 

elektrik  enerjisi,  qaz  və  buxar  istehsalı,  bölüşdürülməsi  və  təchizatının  payı  24.8%  və  ya 

1396.3 milyon manat, su təchizatı, tullantıların təmizlənməsinin payı isə 3.0% və ya 171.6 

milyon manat təşkil etmişdir. 

Hesablamalara  görə,  2014-cü  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  2015-ci  ilin  yanvar-

sentyabr ayları ərzində qeyri-neft sənayesinin məhsul buraxılışında emal sənayesinin xüsusi 

çəkisi 0.5 faiz bəndi artmışdır. 

Şə

kil 2.4. Qeyri-neft sənayesinin ümumi buraxılışının strukturu 

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi (

www.stat.gov.az




51 

 

2015-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sənayesinin ümumi buraxılışının 



artım  tempi  2014-cü  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  4.2  faiz  bəndi  artmışdır.  Artım 

tempinin  yüksəlməsinə  emal  sənayesinin  bir  çox  aparıcı  sahələrinin  (qida  məhsullarının 

istehsalı,  tikinti  materiallarının  istehsalı,  kimya  sənayesi,  maşın  və  avadanlıqların 

quraşdırılması  və  təmiri,  metallurgiya  sənayesi,  hazır  metal  məmulatların  istehsalı,  elektrik 

avadanlıqlarının  istehsalı,  kompüter,  elektron  və  optik  məhsulların  istehsalı  və  s.)  artım 

templərinin yüksəlməsi təsir etmişdir. 

2015-ci ilin yanvar-sentyabr ayları ərzində məhsul istehsalı qeyri-neft emal sənayesinin 

ə

ksər bölmələrində, o cümlədən qida məhsulları istehsalında (3.6%), maşın və avadanlıqların 



quraşdırılması  və  təmiri  sahəsində  (2.1  dəfə),  tikinti  materiallarının  istehsalında  (12.2%), 

kimya  sənayesində  (97.2%),  metallurgiya  sənayesində  (5.1%),  hazır  metal  məmulatlarının 

istehsalında (62.0%), elektrik avadanlıqları istehsalında (20.8%), kompüter, elektron və optik 

məhsulların  istehsalında  (71.9%),  mebel  istehsalında  (5.2%),  dəri  və  dəri  məmulatların, 

ayaqqabıların istehsalında (74.1%), poliqrafiya fəaliyyətində (76.3%), ağac emalı və ağacdan 

məmulatların istehsalında (37.0%) və s. sahələrdə artmışdır. 

2015-ci ilin yanvar-sentyabr ayları ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi 

investisiyaların 54.8%-i və ya 6479.7 milyon manatı qeyri-neft sektoruna yönləndirilmişdir. 

Ə

sas  kapitala  qoyulmuş  investisiyaların  7.5%-i,  qeyri-neft  sektoruna  yönləndirilən 



investisiyaların  isə  13.8%-i  və  ya  891.3  milyon  manatı  qeyri-neft  sənayesi  bölməsinin 

inkişafında istifadə edilmişdir. 

Göründüyü  kimi,  Hazırda  ölkənin  regionlarında  qeyri-neft  sənayesinin  inkişaf 

etdirilməsi  üçün  güclü  potensial  yaradılır.  Ötən  ilin  sonlarında   Prezident  lham  Əliyev 

tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-

ci illər üçün Dövlət Proqramı”, heç şübhəsiz, qarşıdakı illərdə qeyri-neft sənayesinin sürətli  

inkişafına  təkan  verəcəkdir.  Yanvarın  27-də  regionların  2014-2018-ci  illərdə  sosial-iqtisadi 

inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə 

Prezidenti  lham  Əliyev  bu  barədə  demişdir:  “Keçən  il  Azərbaycanda  “Sənaye  ili”  elan 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə