Microsoft Word Dizayn?n ?saslar? cavab az doc



Yüklə 221,25 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix15.03.2018
ölçüsü221,25 Kb.
#32320
1   2   3   4   5   6   7   8

 

rejissorlar  və  ssenaristlərə  qədər)  cəlb  olunan  geniş  miqyaslı  inqilabi  bayramların 



tərtibatının  şəhər  mühitində  sovet  dizaynının  yaradılmasında  böyük  rolu  var  idi.  Mobil 

tribunalar  və  təşviqat  qurğuları  model  köşkləri  layihələndirmənin  geniş  yayılmış 

obyektlərindən biri idi.  

 

4.



 

Müstəqil dövlət rəssamlıq emalatxanaları 

1917-ci ildən sonra ölkədaxili təsviri təhsilin bütöv sisteminin yenidən təşkili həyata 

keçmişdi.  Bir  çox  şəhərlərdə  yeni  tipli  təhsil  müəssisələri  yaradılmışdı.  Müstəqil  dövlət 

rəssamlıq  emalatxanaları  (SQMX-свободни  государственные  худопественный 

мастерские

).  Onların  yaradılmasının  əsas  ideyası,  akademik  təhsil  üsullarından 

uzaqlaşaraq, individual emalatxanaların yeni sisteminin təşkili idi. Hər bir tələbəyə, onun 

tərəfindən seçilmiş rəhbərin emalatxanasında oxumaq imkanı verilirdi.  

  Moskvada  Stroqanov  təsviri-sənaye  məktəbinin  və  Təsviri  heykəltəraşlıq  və 

memarlıq  məktəbinin  əsasında  Birinci  və  kinci  MDRE  (müstəqil  dövlət  rəssamlıq 

emalatxanaları  SQXM)  yaradıldılar.  1920-ci  ildə  onlar  Ali  texniki  rəssamlıq 

emalatxanaları  (XUTEMAS-выкнии  худопественно-технически  мастерские)  ilə 

birləşdirilmişdilər.  1927-ci  ildə  onlar  Ali  texniki  rəssamlıq  institutuna  çevrildi.  1930-cu 

ildə  onun  əsasında  Ali  inşaat-memarlıq  institutu  (высиий  архитектурно-строителный 

институт

 ВАСИ, indi MARX ), Moskva poliqrafiya institutu, Moskva tekstil institutunun 

rəssamlıq fakültəsi yaradılmışdı.  

  VXUTEMAS-ın  məqsədi  sənaye  üçün  yüksək  ixtisaslaşdırılmış  “sənətkar-

rəssamlar, eləcə də təlimatçıları və texniki peşə təhsili üçün rəhbərlər hazırlamaq” idi.  

  VXUTEMAS-səkkiz ixtisaslaşdırılmış fakültədən ibarət idi:  memarlıq, ağac emalı, 

metal  emal,  poliqrafiya,  tesktil  və  keramika,  eləcə  də  rəssamlıq  fakültələri-rəssamlıq, 

heykəltəraşlıq.  

 

5. Ali bədii-texniki emalatxanalarının (ABTEE) layihələndirmənin maket 

üsullarının daxil edilməsi 

VXUTEMAS-a  layihələndirmənin  maket  üsulu  daxil  edilmişdi.  Onun  müəllifi 

N.Ladovski  hesab  edirdi  ki,  gələcək  memar  həcmi-məkan  kompozisiya  ilə  düşünməyi 

öyrənməlidi,  kağızda  deyil,  həcmdə  eskiz  yaratmalıdı  və  yalnız  ondan  sonra,  həcmdə 




 

işlənmiş kompozisiyanı kağıza köçürməlidi. Belə üsul ifadəetmə vasitələrini hazırlayarkən 



fantaziyaya sərbəstlik verməyə kömək edirdi.  

  Ağac  və  metal  emalı  fakültəsində  A.Rodçenko,  El  Lisitski,  V.Ttalin  və  stehsalat 

incəsənətinin başqa nümayəndələri dərs deyirdilər. Onların əsas iş prinsipləri: materialların 

və  konstruksiyaların  əlverişliliyi,  məkanın  səmərəli  istifadəsi  məmulatların  çox 

funksionallığı və mobilliyi idi. Səthi bəzədilmələr qəti surətdə qəbul edilmirdi. Əşyaların 

gigiyenikliyinə  böyük  diqqət  yetirilirdi.  Onlar  prinsiplərindən  çoxu  sonralar  dizaynın 

qaydalarına çevrildilər.  

  10  il  ərzində,  metal  emalı  fakültəsinin  peşəkar  hazırlığına  A.Rodçenko  rəhbərlik 

edib.  Onun  tərəfindən  işlənmiş  layihələndirmə  konsepsiyasını  dizayn-yaratmanın  ilk 

sistemi kimi də ifadə etmək olar.  

 

6.

 

Ali bədii-texniki emalatxanalarında konstruksiya 

və kompozisiya kursları 

10 il ərzində, metal emalı fakültəsinin peşəkar hazırlığına A.Rodçenko rəhbərlik edib. 

Onun  tərəfindən  işlənmiş  layihələndirmə  konsepsiyasını  dizayn-yaratmanın  ilk  sistemi 

kimi də ifadə etmək olar.  

  Dərs tapşırıqları iki istiqamətdə inkişaf edirdi: əşyaların yaradılması-“konstruksiya” 

və metal üzünün emalı-“kompozisiya” 

  “Kompozisiya” kursu tələbələrə səthlərin emalı texnologiyasına yiyələnməyə kömək 

edirdi,  məmulatların  təsviri-dekorativ  həllində  təcrübələr  aşılayırdı.  Müəyyən  (konkret) 

tapşırığının qoyuluşu əşyanın funksiyasının dekorativ təsvirini tabe edirdi. Bu, mal nişanı, 

işıq reklamı, üzlük plitənin (plitka) təsviri yaxud döş nişanı ola bilərdi. Məmulatın səthinin 

bu cür tərtibatı əl deyil, sənaye texnologiyasına söykənirdi: ştamplanmanın üsulları tədqiq 

edilirdi,  qravirovka  (oyma,  həkk  etmə),  qalvanotexnika,  rənglənmə  texnologiyası,  çap 

üsullarından istifadə edilirdi.  

  Yaratma  (конструрование?)  üzrə  dərs  tapşırıqları  mürəkkəbliyinə  görə  layihədən 

layihəyə  dəyişirdi:  yalnız  bir  funksiya  yerinə  yetirən  əşyalardan,  çox  funksiyalı 

əş

yalaradək;  sadə  konstruksiyalardan-daha  da  mürəkkəblərədək;  metal  əşyadan-metalın 



ağacla, keramika ilə, dəri ilə və başqa materiallarla uyğunlaşdırılmasına. 


 

  Yaratma üzrə ilk dərs tapşırıqları gündəlik sadə əşyaların: qaşıq, qapının qulpu, 



qazan, ütü, qayçı, nalın layihələndirilməsi. Rodçenkonun fikrinə əsasən, yaradıcılıq 

yanaşmasını gündəlik sadə əşyalarda üzə çıxarmağı, orijinal və onunla yanaşı konstruksiya 

və formanın rasional həllini tapmağı öyrənmək lazımdır ki, sonra bu həlli dəfələrlə 

sənayedə təkrar edəsən. 

 

7. Əsas pedaqoji prinsiplə

Bauhauzun  proqramında  Valter  Qropius  müəllim  və  tələbələrin  dostluğunu 

yaratmağı, orta əsrlərin məbəd tikintilərində olan ustaların, köməkçilərinin və şagirdlərin: 

memar  və  bənnaların,  heykəltəraş  və  rəssamların,  daş  və  ağac  üzərində  naxış  qazıyan 

ustaların,  dülgər  və  xarratların,  vitraj  ustalarının  birliyində  olduğu  kimi,  bütün  təsviri 

yaradıcılığının  növlərini  birləşdirməyi,  qarşısında  məqsəd  qoymuşdu.  Onilliklərlə  hərdən 

də daha çox zaman başa gələn kilsənin ucaldılması və bəzədilməsi, spesifik xüsusiyyətləri 

vəhdət  və  mənəvi  düşüncələri  olan  obyekt  üzərində  əmək,  onların  ümumi  işini 

birləşdirirdi.  Almaniyada  “Bauhütte”  (“tikinti  koması”,  Bauhauz  adı  buradan  götürülüb) 

adlandırılanlar,  məişətdə  və  bu  cəmiyyətlərin  içində  olan  əlaqə  sistemində  xüsusi  iz 

qoyurdular.  

  Bauhauzun ilk addımları, onun yaradıcıları tərəfindən ən geniş planda qəbul edilən 

və  edilməyən  sosial-estetik  mövqelərdən  ayrılmırdı.  Bauhanzun  ilk  proqramının  pafosu 

buradan yaranırdı. Bauhauzun ilk proqramında deyilirdi:  

  “Hər  bir  təsviri  fəaliyyətin  əsas  məqsədi-binadır!  Bir  zamanlar  onun  bəzədilməsi 

təsviri incəsəNətlərin ən əsas məsələsi idi və onlar memarlığın ayrılmaz hissi idilər.  ndi 

onlar yalnız birgə görülən iş və bütün yaradıcı işçilərin fəaliyyətinin qarşılıqlı anlayışı və 

bir yerdə görülən iş nəticəsində qapalı təklikdən çıxa bilərlər. memarlar, heykəltəraşlar və 

rəssamlar tikilinin bütün hissələrinin yenidən dərk etməyi öyrənməli və qəbul etməlidirlər; 

yalnız  onda  qeyri-ciddi  (salon)  incəsənətdə  itirdikləri  arxitektonik  ruhla  öz  əsərlərini 

dolduracaqlar.  Memarlar,  heykəltəraşlar  və  rəssamlar-biz  yenidən  sənət  qayıtmalıyıq! 

Peşədən böyük incəsənət yoxdur. Rəssamlar və sənətkarlar arasında prinsipial fərq yoxdur. 

Rəssam  sadəcə  sənətkarın  ali  pilləsidir.  Qeyri-adi  incəsənət  yalnız    Allahın  mərhəməti 

nəticəsində  çiçəklənə  bilər,  ustalıq  qanunları  isə  hər  bir  rəssam  üçün  mütləqdir.  Həqiqi 

formaların yaranmasının mənbəyi buradadır.  



Yüklə 221,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə