Microsoft Word Dizayn?n ?saslar? cavab az doc



Yüklə 221,25 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix15.03.2018
ölçüsü221,25 Kb.
#32320
1   2   3   4   5   6   7   8

15 

 

canlanması yalnız XX əsrin 20-ci illərinin sonunda başladı və ilk yüksək zirvəsinə Nyu-



Yorkda  (1939-1940)  keçirilən  Ümumdünya  sərgidə  çatdı.  Bununla  belə  ilk  amerikan 

funksionalizmi  dizayn  tarixçilərini  cəlb  edir:  onda  “hər  kəs  üçün  dizaynın”  universal 

inkişaf modellini görürlər.  

Ə

sas  diqqəti  “Çikaqo  memarlıq  məktəbi”  cəlb  edir.  Çikaqo  məktəbində  yüngül  və 



davamlı polad karkas və iri şüşə səthlərdən istifadə edilən çoxmərtəbəli kontor binalarının 

yeni tikinti prinsipləri işlənmişdi. Bu cür memarlıq üslubu mühəndislərlə sıx əməkdaşlıqda 

yaradılırdı və ilk növbədə sənaye tikintisi idi. 

 

23.



 Amerikan memarlığının patriarxi L.Sallivenin Şagidi  

Frenk  Leyod  Raytın fəaliyyəti 

Hamı  tərəfindən  qəbul  edilmiş  amerikan memarlığının  patriarxı  L.Sallivenin şagirdi 

Frenk Llyod Rayt  

  XX əsrin sonunu polad və buxar əsri adlandıraraq, maşın işini, onun məntiqini, onun 

formalarını,  onun  insanlara  təsirini  tədqiq  etməyə,  maşın  sənayesi  yolu  ilə  ekletika  və 

bayağılığın tirajlanmasının qarşısını almağa çağırırdı. Əl istehsalının çox bahalı olduğuna 

görə onu qəbul etməyərək, Rayt iddia edirdi ki, dizaynerlər müasir istehsal texnologiyasını 

və  materialların  xüsusiyyətini  dərindən  tədqiq  edərək  kütləvi  maşın  istehsalını, 

məmulatlarının  nümunələrini  yaratmalıdırlar.  Rayt  özü  işlərində  əsas  diqqəti  əşyavi 

mühitin elementlərinin layihələndirməsinə yetirirdi. Onun XIX-XX əsrlərdə yaratdığı, heç 

bir  dekorativ  bəzəyi  olmayan  və  zərif  proporsiyaları  ilə  seçilən  “preriya  evləri”  üüçn 

nəzərdə  tutulan  mebel,  dünya  dizayn  tarixində  fəxri  yer  tutur.  Yüz  il  sonra,  80-ci  illərin 

ortalarında yenidən seriyalarla buraxılan həmin mebel, tamamilə müasir görünürdü.  

 

24.



 London sərgisinin ardınca  dünyanın bir çox paytaxtlarında  

davam etdirilməsi 

London  sərgisindən  sonra  Ümumdünya  Sənaye  sərgiləri  ard-arda  dünyanın  bir  çox 

paytaxtlarında: Nyu-Yorkda, Vyanada, Sidneydə keçirilməyə başladı. 1855-ci ildən Paris 

ə

n  iri sərgi  mərkəzinə  çevrildi.  Burada,  Mars  meydanın o  zaman  görə  nəhəng  tikili  olan 



“Maşın qalereyalı”, “Sənaye sarayı” inşa olunur. Ən yüksək zirvədə olanı isə, 1989-cu ildə 

keçirilən  Fransız  burjua  inqilabına  həsr  olunmuş  sərgidir.  Onun  açılışı  üçün  mühəndis 




16 

 

Qustav  Eyfelin  tanınmış  qülləsi  ucaldılır.  Eyfel  qülləsi  XIX  əsrin  sənaye  inqilabının 



tərənnümü  və  daimi  eksponatı  oldu.  O,  bütün  memarlıq  nümunələrindən  məşhur  oldu, 

Fransanın paytaxtının əsas rəmzi, müasir memarlıq tarixində çevriliş nöqtəsi oldu. 

 

25. Ümumdünya sənaye sərgilərinin dizaynın inkişafında rolu 

 Ümumdünya sənaye sərgiləri dizaynın inkişafında böyük rol oynadılar. Bu sərgilərdə 

texniki  məmulatlar  incəsənət  əsərləri  kimi,  ilk  dəfə  olaraq  eksponat  halında  ziyarətçilərə 

təqdim  edilirdi.  Burada  ilk  sənaye  məmulatlarının  estetik  formasının  əsas  qüsurları  üzə 

çıxdı.  Yerli  əhalinin  tələbatlarına  uyğun  olaraq,  eləcədə  rəssamların  özlərinin  iradəsiz 

düşüncələr nəticəsində, ilk sənaye  məmulatları həddən artıq bəzədilmiş dekorla əl əməyi 

məmulatlarının köhnə formalarını təkrarlayırdılar. Lakin sərgidə bir araya gəlmiş çoxsaylı 

məmulatlar  zövqsüzlüyü  nümayiş  etdilər.  Bunun  nəticəsi  olaraq  maşın  istehsalatı 

texnologiyasının  xüsusiyyətlərinə  cavab  verən,  estetik  prinsiplərə  əsasən  yeni 

formayaratma axtarışlarına ehtiyac yaranmışdı. Bu problemlərin müzakirəsi böyük ictimai 

rezonansa  və  əşyavi  mühitin  sosial  estetik  aspektlərinin  ilk  ciddi  dərk  edilməsinə  səbəb 

oldu.  Sənaye  istehsalı sferasında estetik  aktiv  formalarının  yaradılma  prinsiplərin tədqiqi 

başladı.  

 

26. Çikaqo memarlıq məktəbinin ən tanınmış publisti Luis Sallivenin fəaliyyəti 

Memar  publisist  Luis  Salliven  (1846-1924)  Çikaqo  məktəbinin  ən  tanınmış 

nümayəndəsidir.  O,  üzlənmiş  kublar  şəklində  olan  metal  karkaslı  binaların  ən  birinci 

layihəçilərindəndir.  Minimum  dekor  şəraitində  həmahənglik  (harmoniya)  əsasən  əsas 

həcmləri  mütənasibliyi,  pəncərələrin  ritmi,  hissələrin  tərtibatının  qüsursuzluğu  ilə  əldə 

edilirdi.  Forma  və  funksiyanın  nisbətini,  yaradıcılığı  həqiqilik  meyarı  hesab  edərək  o, 

təbiət  qanunu  izah  edir:  “Təbiətdə  hər  əşyanın  öz  forması  var,  başqa  cür  desək-özünün 

məhz  nə  olduğunu,  bizdən  və  başqa  əşyalardan  nə  ilə  fərqləndiyini  bizə  göstərən  zahiri 

xüsusiyyəti var... Hər  yerdə və daima forma funksiyanı təqib edir-qanun belədir. Harada 

ki, funksiya daimidir, orada formada daimidir”.  

 

 



 


17 

 

27.Amerikan memarlığının patriarxi L.Sallivenin Şagidi Frenk  Leyod  Raytın 



fəaliyyəti 

Hamı  tərəfindən  qəbul  edilmiş  amerikan memarlığının  patriarxı  L.Sallivenin şagirdi 

Frenk Llyod Rayt  

  XX əsrin sonunu polad və buxar əsri adlandıraraq, maşın işini, onun məntiqini, onun 

formalarını,  onun  insanlara  təsirini  tədqiq  etməyə,  maşın  sənayesi  yolu  ilə  ekletika  və 

bayağılığın tirajlanmasının qarşısını almağa çağırırdı. Əl istehsalının çox bahalı olduğuna 

görə onu qəbul etməyərək, Rayt iddia edirdi ki, dizaynerlər müasir istehsal texnologiyasını 

və  materialların  xüsusiyyətini  dərindən  tədqiq  edərək  kütləvi  maşın  istehsalını, 

məmulatlarının  nümunələrini  yaratmalıdırlar.  Rayt  özü  işlərində  əsas  diqqəti  əşyavi 

mühitin elementlərinin layihələndirməsinə yetirirdi. Onun XIX-XX əsrlərdə yaratdığı, heç 

bir  dekorativ  bəzəyi  olmayan  və  zərif  proporsiyaları  ilə  seçilən  “preriya  evləri”  üüçn 

nəzərdə  tutulan  mebel,  dünya  dizayn  tarixində  fəxri  yer  tutur.  Yüz  il  sonra,  80-ci  illərin 

ortalarında yenidən seriyalarla buraxılan həmin mebel, tamamilə müasir görünürdü.  

 

28.Kompyuter dizaynı 

Bu  gün  kompyuter  dizaynerin  işinə  daxil  olub,  qrafika  tərtibatının  ağır  işini 

yüngülləşdirərək,  yaradıcılığında  bədii  ideya  axtarışları  üçün  amanını  artıraraq 

ə

vəzedilməz sirdaş və köməkçisinə çevrilib. Müasir kompyuter proqramları nəinki layihə 



üzərində  işə  sərf  olunan  zaman  azaldıb,  eləcədə  dizaynerin  qrafiki  və  texniki  palitrasını 

xeyli genişləndirib. Buna görə də bu gün üçölçülü qrafikanıda daxil etməklə, xüsusi qrafik 

təsvirlərinin və konstruktor proqramlarının xüsusi paketləri mühəndis, masa üstü nəşriyyat 

sistemləri  yaradılıb.  xtisaslaşdırılmış  dizayner  proqramları  bir  ordu  mütəxəssisi  əvəz 

etməyə qadirdilər. Onlar nəinki məmulatın optimal formasını təyin edərək, bu və ya digər 

konstruksiyaların  və  materialların  seçiminə  kömək  edərək  dəqiq  hesablamalar  aparırlar, 

eləcə  də  üç  ölçülü  rəsmlərlə  yaradılacaq  obyektin  müxtəlif  şəraitlərdə  olan  modelini 

hazırlayır,  ekstremal  şəraitlərdə  onun  fəaliyyətini  yoxlayır.  Ancaq  belə  dar 

ixtisaslaşdırılmış  intellektual proqramlar  çox bahadırlar, onları yalnız  avtomobil  aviasiya 

və  başqa  mürəkkəb  texnikaların  buraxılışı  ilə  məşğul  olan  nəhəng  sənaye  firmaları  əldə 

edə bilərlər. 

 



Yüklə 221,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə