Microsoft Word Dizayn?n ?saslar? cavab az doc



Yüklə 221,25 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix15.03.2018
ölçüsü221,25 Kb.
#32320
1   2   3   4   5   6   7   8

18 

 

29. Ulyam Morris və incəsənətkarlarla sənətkarların  əlaqəsi naminə hərəkatı 



 

  Bir  çox  tədqiqatçıların  fikrinə  əsasən,  dizayn  tarixi,  XIX  əsrin  sonlarında  elmi-

texniki  inkişaf  şəraitində  incəsənət  və  həyat  əlaqələrinin  problemini  irəli  sürən  ingilis 

sənətşünasları və rəssamlarının nəzəriyyəsi ilə başlayır. Və dizaynın avropa nəzəriyyəsinin 

başlanğıcında “ ncəsənətlərin və sənətlərin əlaqəsi naminə” hərəkatı dayanır. Onun lideri 

rəssam-praktik,  ictimai  xadim  və  istehsalat  təşkilatçısı  Uilyan  Morrisdir  (1834-1896). 

Dizayn  nəzəriyyəçiləri  elə  onun  dövründə  də,  çox-çox  sonralarda  Morrisə  nüfuzlu 

şə

xsiyyət kimi müraciət edirdilər.  



  U.Morris  güclü  inkişaf  etmiş  texnikanın  əl,  sənətkar  əməyi  ilə  birləşdirilməsini 

təsvir edərək, yeni həyat tərzinin proqramını yaratmağı təklif etdi. eləcədə U.Morris təsviri 

sənətləri  onlardan  yaranan  başqa  plastik  incəsənət  növlərinin  təməli  kimi  izah  edirdi.  O, 

təsviri  sənətin  çoxsaylı  insanlara  əlçatan  olan  dövrə,  orta  əsrlərə  nəzər  yetirir.  Onlar 

natural  təsərrüfatla  məşğul  odluqlarına  görə  özləri  məişət  əşyaları  və  binalar  tikirdilər, 

eləcədə  adi  fəhlələr  tərəfindən  əl  əməyi  prosesi  nəticəsində  yaradılan  əşyalarla  xüsusi 

rəftar edirdilər. Bütün bunlar Morrisin dövrünün adamlarına qeyri-adi görünürdü.  

 

30. Peter Berensin və XlX əsrin əvvələrinin  alman funksioanalizmi 

Funksionalizmin  Almaniyada  yaranması  və  inkişafı,  texniki  inkişafın  ətraf  mühitə 

təsiri,  iri  sənaye  konsernlərinin  inkişafı  və  onların  rəhbərlərinin  dövlət  siyasətində  artan 

rolu,  XX  əsrdə  incəsənətin  əhəmiyyətinin  başqa  cür  dərk  edilməsi  ilə  bağlıdır.  XX  əsrin 

ə

vvəlində Almaniyada sahibkarların, bankların və hökumət dairələrinin iştirakı ilə böyük 



monopoliyaların  yaradılması  nəticəsində,  rəssamlar  və  sənayeçilər  arasında  birlik  tez 

yaranırdı.  Sənaye  məhsullarının  keyfiyyətini  yüksəltmək  məqsədilə  rəsmi  dairələrin 

dəstəyi ilə, 1907-ci ildə bir sıra təsviri sənaye emalatxanalarını, böyük olmayan sənaye və 

ticarət  müəssisələrini,  rəssamları  və  memarları  birləşdirən  Alman  Verkbundu  (“istehsal 

ittifaqı”) yaradıldı.  

  Artıq  yaranmasından  3  il  sonra  Alman  Verkbundu  eksponatlarını,  müasir  sənaye 

istehsalının  məntiqinə  əsaslanaraq  şüurlu  olaraq  yaradılan  formalarını  nümayiş  etdirərək 

bir sıra beynəlxalq sərgilərdə müvəffəqiyyətlə çıxış etdi.  

 



19 

 

31. Texniki məmulatların formasının estetik mahiyyəti və standartlaşması 

Texniki  məmulatların  formasının  estetik  mahiyyəti  və  standartlaşmanın  incəsənətin 

inkişafına  olan  təsiri,  hər  il  keçirilən  Verkıbund  konqreslərinin  diqqət  mərkəzində  idi. 

Alman  Verkbundunun  yaradıcılarından  biri,  tanınmış  alman  memarı  Perman  Mutezius 

(1861-1927)  qeyd  edirdi  ki,  rəssamlar  dekorativ  ornament  sənətkarlarından,  maşın 

istehsalatının  şərtlərinə  cavab  verən  yeni  formaların  axtarış  tapşırıqlarını  qarşılarına 

qoyaraq  tektonik  formalarının  yaradıcılarına  çevriliblər.  Bununla  rəssama,  bir  tərəfdən 

fabrika  istehsalını  incəsənətə  yaxınlaşdıraraq,  maşınla  istehsal  edilən  məmulatların 

keyfiyyətinə  təsir  göstərmək  imkanı  yaranmışdı,  o  biri  tərəfdən  isə  o,  müasir  texnikanın 

səviyyəsinə  uyğunlaşaraq  formayaratmanın  problemlərinə  yaxınlaşaraq,  bir  hissə  təsviri 

məsələləri  qurban  vermək  məcburiyyətində  qalırdı.  Bununla  yanaşı  G.Matezius 

istehlakçının məişətində, onu əhatə edən interyerlərdə islahatlar apararaq, onun zövqünün 

tərbiyələndirilməsinə xüsusi diqqət ayırırdı. 

 

32. Dizaynerlərin sevimli yaradıcılıq obyekti 

Dizaynerlərin sevimli yaradıcılıq obyekti mebeldir. Çox az dizayn ustaları var ki, öz 

stulunu  yaxud  kreslosunu  yaratmaq  cazibəsinə  müqavimət  göstərə  bilib.  Mebel  dizaynı 

xüsusi  kvintessensiyasıdır.  Burada  erqonomikaya  aid  suallar,  konstruktiv  həllər,  istehsal 

texnologiyası, materialların və formaların qarşılıqlı əlaqəsi,  müasir dəbin təsiri üzə çıxır. 

Mebelin formalarına görə, dizaynın tarixini öyrənmək olar: M.Tonetin XX əsrdə yaratdığı 

“Vyana stulundan”, Hans Xolyanın müasir taxtı “Merlinə” qədər.  

  Bu gün dizaynerlər əlil, yaşlı və hərəkət məhdudiyyəti olan insanlar üçün mebel və 

avadanlıq  istehsalına  böyük  diqqət  ayırırlar.  Dizaynın  arsenalında  (xəzinəsində)  belə 

insanların həyatını yüngülləşdirməyə, onları normal həyat fəaliyyəti prosesinə qaytarmağa 

çağıran bir çox ideyalar və ixtiralar var.  

 

33. nteryerlərin, avtomobillərin, əlil arabaların, nəqliyyat vasitələri və uşaq 



oyuncaqlarının dizaynı 

Bu yaşayış interyerlərinin və müalicə məkanlarının, avtomobillər, arabalar və başqa 

nəqliyyat vasitələri və s. üçün xüsusi hazırlanmış mebel və avadanlıqlardır.  nsana qayğı, 



20 

 

əş



yaların yaradılması və insan üçün əşyavi mühitini təşkil edən dizayn qanunları, burada 

bir fəaliyyət kimi üzə çıxır.  

  Mebellə  yanaşı,  dizaynerin  yaradıcılığında  xüsusi  populyarlığı  uşaq  oyuncaqları 

qazanıb.  Bu  gün o,  bir  çox  dizayn  məktəblərində  kurs  və diplom  layihələndirməsinin  ən 

geniş  yayılmış  mövzularındandır.  Oyuncağın  layihələndirilməsinə  mebeldə  olduğu  kimi, 

dizayner  məsələlərinin  kompleksi  daxildir.  Oyuncaq  rahat  və  təhlükəsiz  olmalıdır,  o 

gigiyenik  tələblərə  cavab  verməlidir,  sənaye  üsulu  ilə  istehsal  olunmalıdır,  bahalı 

olmamalıdır, uşaqda neqativ reaksiyalar yaratmamalıdır və s.  

 

34. 20-ci ilin ilk dizayner məktəbləri 

Atdığı  ilk  addımlardan,  dizayn  peşə  kimi  obyektlərin  layihələndirməsinin  ən  geniş 

spektrinə iddialı idi. XX yüzilliyin əvvəlində, dizaynerlər öz peşə fəaliyyətlərinin dairəsini 

“taxtadan (sofa) şəhər mühitinə qədər”, 60-cı illərdə isə “iynədən təyyarəyə” kimi bəyan 

edirdilər. Ümumiyyətlə bu gün insan fəaliyyətinin elə bir sahəsini təsəvvür etmək olmaz 

ki,  orada  dizaynerin  əməyi  olmasın.  Memar  və  rəssamların  peşəkar  mühitində  yaranan 

dizayn,  inkişaf  prosesində  nəinki  təsviri  layihə  fəaliyyətinin  sərbəst  növünə  çevrilib, 

eləcədə öz peşə sferasını genişləndirərək, özü təsviri və memarlıq forma yaradılışına fəal 

təsir etməyə başladı. Geyim və saç dizaynı, qrafik və landşaft dizaynı, foto və fotodizayn 

kimi  yeni  yaranan  anlayışlar  bu  gün  bizdə  adət  halı  alıb.  Dizayn  cərəyanları  və 

ixtisaslaşmaları artmaqda davam edir.  

Ə

vvəllər dizayner fəaliyyətinin bölgüsü, dizaynerin işlədiyi materialları nəzərə alaraq 



keçirilirdi.  Bu  materialların  hər  birinin  özünə  xas  xüsusiyyətləri  (spesifikası)  var  idi, 

layihələndirmə və istehsalat texnologiyası sahəsində xüsusi biliklər tələb edirdi. 

 

35. Müasir dizayner fəaliyyətinin növləri 

 20-ci  illərin  ilk  dizayn  məktəbləri  olan  Bauhauz,  VXUTEMAS-da  tələbələrin 

bölüşdürülməsi bu yolla həyata keçirilirdi: xarrat işi, dulusçu işi, metal emalı, toxuculuq, 

qrafika  (poliqrafiya).  Sonralar  bu  ixtisaslaşmanın  siyahısı  genişləndirildi:  “Emallar” 

(“Əmam”),  “Geyim  dizaynı”,  “ nteryerlər”,  ən  son  da-“Memarlıq  mühitinin  dizaynı” 

yarandı.  Bu  ixtisaslaşmalar,  müasir  dizaynerin  fəaliyyətinin  əsas  cərəyanlarıdır.  Bu 

cərəyanlara  əsasən,  dizaynerlərin  ittifaqları  yaradılır  və  dizaynerlərin  sərgi  və 



Yüklə 221,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə