126
- Gözlәrin bağlanıb sәnin. Get, özün tәk baş çәk!
Bu dәfә Cәvahir arvad qәtiyyәtli idi. Әslindә
onun bu cür danışması başadüşülәndi. Çünki
hamı kimi o da qәlbindәki suallara cavab tapa
bilmirdi.
Azәr kişi arvadının tәrs damarının tutduğunu
görüb, pillәkәnlәri özü tәk qalxmağa başladı...
... Azәr kişi aşağı düşüb yenidәn oğlunun yatdığı
palataya girdi. Kәnan Zöhrәylә Cәvahir arvadın
qolundan tutub onlarla birlikdә çölә çıxdı ki,
Yaşar atası ilә tәk qalsın. Dәhlizlә onlara tәrәf
gәlәn polislәri dә onda gördü. Iki nәfәr idilәr.
Kәnanı görәndә ayaq saxladılar:
- Eşitdik xәstәmiz ayılıb?! Ona bir neçә sual
vermәliyik.
- Lap yaxşı. Amma zәhmәt olmasa, bir-iki dәqiqә
gözlәyin, atası yanındadır, indi çıxar.
- Noolar, bir-iki dәqiqә gözlәyәrik...
Içәridә Yaşar atasını dilә tutmağa çalışırdı:
- Mәn sәnә hәr şeyi danışdım. Indi bütün
gücündәn, әlaqәlәrindәn istifadә etmәlisәn. Mәn
dindirilmәmişdәn әvvәl Uyğurun ifadәsini mütlәq
oxumalıyam. Bu, olduqca vacibdir. – Yaşar
telefonunun siqnalını eşidib ötәri ekrana baxdı.
Onu açanda Kәnandan qısa mesaj gәldiyini
gördü: “polislәr burdadır”. – Budur, artıq
gәliblәr, koridordadılar. Bildin dә, mәnim bir
sәhvim var, o da ki.....
- Başa düşdüm. Sәnin bu mәsәlәdә sәhvin
yoxdur. Ymumiyyәtlә isә başlıca sәhvin odur ki, o
adamlarla
müqavilә
bağlamamısan.
Sәnin
downloaded from KitabYurdu.org
127
şirkәtin balaca şirkәt deyil. Özümüzә haqq
qazandırmaq üçün әlimizdә mütlәq müqavilә
olmalıdır. Görürsәn, bәzilәrinin “lazımsız kağız”
dediklәri formal müqavilәyә indi nә qәdәr
ehtiyacımız var? Qoy bu sәnә daha bir dәrs
olsun. Nә isә... Hüquqi müstәvidә bir şey edә
bilmәyәcәyik. Güclü cәrimә ödәmәli olacağıq.
- Olsun. Cәrimә üçün nә qәdәr lazım olsa,
ödәyәrәm.
- Sәn hәr şeyi danışdığımız kimi elә. Onlara de
ki, heç nә xatırlamırsan. Belәliklә, hәm hәlәlik
heç kimә zәrәr gәlmәz, hәm dә Uyğurun
ifadәlәrini әldә etmәk üçün vaxt qazanarıq. Mәn
bu barәdә öz dostlarımla danışaram.
- Sağ ol, ata!
- Bir şey deyil. Diqqәtli vә tәmkinli olmağa çalış.
Đndiki halda әn çox mәhz buna ehtiyacın var. Bu
günlük Elmәddin mәsәlәsini dә saxla, polislә
dediyim kimi danış...
Azәr kişi çıxan kimi polislәr içәri girdilәr. Yaşarla
bir az danışıb yenidәn dәhlizә çıxdılar vә
getmәmişdәn Azәr kişiyә xәbәrdarlıq etdilәr:
- Biz yenә gәlәcәyik. Xәstәmiz hәlә heç nәyi
xatırlamır...
***
Aradan bir neçә saat keçmişdi. Әqrәblәr artıq
gecә saat onu göstәrirdi. Yaşarın baş ağrıları
dayanmışdı. Ozünü nisbәtәn babat hiss edirdi.
Yatağında
balışa
dirsәklәnib
nә
barәdәsә
düşünürdü. Birdәn Kәnan әlindә zәrf içәri girdi:
downloaded from KitabYurdu.org
128
- Bunu Azәr dayı göndәrib.
Zәrfin içindә kağıza bükülmüş bir CD-audio disk
vardı. Onun üstünә yapışdırılmış sarı kağıza
“Salam, qulaq asdıqdan sonra mәhv edәrsәn.
M.T”
yazılmışdı.
Yaşar
imzanı
görüb
gülümsündü. Çayını götürüb tәkrar çarpayısına
oturdu vә üzünü Kәnana tutdu:
- Atam işin әsas hissәsini görüb. Amma bir
mәsәlә var ki, buna harda qulaq asacağıq?
- Sәn gözlә, mәn uzağı on beş dәqiqәyә gәlirәm.
- Kәnan! Şey... gәlәndә bir dәnә ağ qızılgül
alarsan.
- Baş üstә. Yanında “şampanski” dә olsun?
- Zarafat elәmә. Gözlәyirәm, tez ol. Buna mütlәq
vә tәcili qulaq asmalıyam.
Kәnan onunla qәsdәn zarafat edirdi. Bilirdi ki,
ayıldığı andan Tәravәti görmәk istәyir. Onu da
bilirdi ki, hәmin gülü onun yanına aparacaq.
Hәqiqәtәn dә, on beş dәqiqәnin tamamında
Kәnan әlindә noutbuk Yaşarın yanına qayıtdı:
- Uşaqlara
dedim,
xәstәxananın
qabağına
gәtirdilәr. Ofisdә istifadә elәdiyimdi. Sәhәr
qaytararam.
- Olar.
Ә
lindәki CD – ni komputerә salıb, bütün diqqәtini
ora
yönәltdi.
Diskdә
müstәntiqlә
Uyğurun
danışıqları әks olunmuşdu.
“ - Demәli belә, Uyğur hәkim. Siz Yaşarı nә qәdәr
müddәtdi tanıyırsınız?
- O mәnim uşaqlıq dostum idi. Indi dә
qardaşımdır.
downloaded from KitabYurdu.org
129
- “Qardaşım” dediyiniz insana silah tuşlamış,
bacınıza isә atәş açmısınız.
- ...........
- Bunu anlaya bilmirik.
- Birdәn-birә oldu hәr şey. Hәr şey bacım Bakıya
gәldikdәn sonra başladı. Gizlicә danışırdılar,
pıçıldaşırdılar. Hәtta mәnә elә gәlirdi ki, mәndәn
xәlvәt görüşürlәr dә. “Qardaşım” dediyim insanın
mәnә qarşı bu cür xәyanәt edәcәyi ağlıma belә
gәlmirdi. Amma müәyyәn araşdırmalardan sonra
artıq onun münasibәtlәrimizdәn sui-istifadәsinә
tam әmin olmuşdum vә içimdә intiqam hissi
oyanmağa başlamışdı. Hәmin intiqam hissini
söndürmәk üçün “konsert planı”nı da әvvәlcәdәn
mәn qurmuşdum”.
Bunları dinlәdikcә, Yaşar özünә yer tapa bilmir,
dәli kimi var-gәl edirdi: “Aman Allahım! Bu nә
danışır? Demәli, Uyğur Tәravәtlә bir-birimizi
hәqiqәtәn dә sevdiyimizi bilsә, bizi öldürәrmiş?
Necә dә inandırıcı danışır!”
Yaşar diski tәzәdәn işә saldı.
“- Silahı hardan almışdınız?
- Dedim axı, hәr şeyi planlaşdırmışdım. Silahı da
hәmin yerdә әvvәlcәdәn gizlәtmişdim. Yaşarı ora
çağıranda bacım da gәldi. Birinci bacımı vurdum.
Sonra Yaşar üstümә tullandı, әlbәyaxa bir az
didişdik. Daha sonra onu yerә yıxıb vurmaq
istәyәndә... Sonrasını bilirsiniz”.
Eşitdiklәri Yaşarı әmәlli-başlı çaşdırmışdı: “Đnana
bilmirәm ki, Uyğur bütün bunları әvvәlcәdәn
planlaşdırıbmış. Amma birdәn onun dediklәrinin
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |