146
vurur. Çәnәsinә yaş pambıq liflәri yapışmışdı.
Görünür, bihuşdarıdan istifadә etmişdilәr. Ondan
beş-altı addım sağda da sәn yıxılıb qalmışdın.
Silah
da
ә
lindә....
Sağ
ә
lindә.
Burnunu
sındırmışdılar... – yenә qәzәblә dodaqlarını
dişlәdi. – Bütün bәdәnin qan içindәydi....
- Bәs polis...
- Deyәsәn, özlәri xәbәr vermişdilәr. Çox tez
gәldilәr.
- Kaş bu addımı atmayaydın!
- O zaman gözlәrimlә uzaqdan sәnin “gәminin”
batdığını izlәyәcәkdim, Yaşar. O әclaf da
mәqsәdinә çatdığını düşünüb nәşәlәnәcәkdi.
Yaşar qaşlarını düyünlәyib Uyğuru dinlәyirdi.
Ә
zәlәlәri elә gәrilmişdi ki, elә bil bu qәqiqә boğaz
damarları
partlayacaqdı.
Qınayan
olmasa,
hönkürüb içini boşaldardı. Amma daxilindә belә
dostu olduğuna görә qәribә bir qürur hissi dә
baş qaldırmışdı: “Demәli, Uyğur özünü hәqiqәtәn
dә mәnә görә fәda etmәk istәyir! Elә belә dә
bilirdim!”
- Đstәdiklәrinә nail ola bilmәdilәr, sәn eşikdә -
azadlıqdasan.
Bilirәm
ki,
lazım
gәlsә
valideynlәrimә, Tәravәtә, hәtta Ulduza belә
dayaq dura bilәrsәn.
- Uyğur...
- Sözümü kәsmә, Yaşar. Sәn bu işin altından
qalxacaqsan, buna әminәm. Amma mәnim
ә
limdәn heç nә gәlmәzdi. Olsa-olsa, hәr şeyi
kәnardan
seyr
edәcәk
vә
ә
zabdan
qovrulacaqdım. Mәn hәkimәm. Bir xalatım vә iki-
üç dәnә alәtimlә hәr yerdә eyni işi görә bilәrәm.
downloaded from KitabYurdu.org
147
Lap nә qәdәr “yatsam” da, çıxanda yenә eyni işi
görәcәm. Amma sәn fәrqlisәn. Sәn bura düşsәn,
tikdiyin bütün “saraylar” çökәr. Bunları eşitdikcә
burda sәn özün dә çökәrsәn. Çıxanda da hәr şeyi
gәrәk tәzәdәn, sıfırdan başlayasan. Onların
planlarının ana xәtti elә bu deyildimi? Mәqsәdlәri
sәnin kürәyini yerә gәtirmәk deyildimi? Amma
qoy indi şahid olsunlar ki, sәnin arxan yerә
gәlmәzdir! Sәn isә... Heç olmasa, bundan sonra
diqqәtli ol!
- Uyğur, sәn...sәn әsl dostsan... – Yaşar onu
qucaqladı vә artıq o da özünü saxlaya bilmәyib
hönkürdü. Uyğur onu sakitlәşdirmәk istәdi:
- Yaxşı, bәsdi. Çöldә belә sentimentallıq elәmә. –
Sonra mövzunu dәyişdi. - Tәravәt necәdir?
Ayılıbmı?
- Hәlә yox. Amma yaxşıdır. Narahat olma,
tәhlükә geridә qaldı.
- Bilirdim ki, yaxşı olacaq.
- Ona günün görsәdәcәm, qardaş! Bunların
ә
vәzini yerdә qoymayacam!
- Qәtiyyәn, Yaşar! Qaş qayırdığın yerdә vurub
göz çıxartma! Mәndәn ötrü dә qәtiyyәn narahat
olma. Nә qәdәr verirlәr-versinlәr “yatmağa”
hazıram. Yenә deyirәm, qisas söhbәtini saxla.
Ә
sәblә qalxan, zәrәrlә oturar deyiblәr. Allah
elәmәsin, sәn dә bura düşsәn, hamımız batarıq...
Növbәtçi qapını araladı vә Yaşara saatı göstәrdi.
Yәni, “vaxt bitdi!”
Onlar
ayağa
qalxıb
yenidәn
qucaqlaşdlar.
Qapıdan çıxarkәn Uyğur geri çevrildi:
downloaded from KitabYurdu.org
148
- Sәndәn
bir
xahişim
dә
vardı:
Atamın
dәrmanları...
- Özünü eşikdә bil, Uyğur!
...Çöldә Yaşarı Dadaşov vә tәcridxananın rәisi
gözlәyirdilәr. Onlar göstәrdiyi kömәyә görә rәisә
tәşәkkür edib, Kәnanın maşınına tәrәf getdilәr.
Kәnan Yaşara görә narahat idi:
- Qardaş, sәn keç arxada uzan. Bayaqdan ayaq
üstәsәn.
Yaşar arxada yarıuzanmış halda oturdu. Әslindә
hәkim onu buraxmırdı, amma Yaşar bunun vacib
olduğunu bildirib, tәkidlә bir saatlıq icazә
almışdı...
Dadaşov qabaqda oturub yerini rahatlayandan
sonra Yaşar köynәyinin altından çıxardığı
sәsyazma cihazını ona uzatdı. Amma dәrhal da
ә
lini geri çәkdi:
- Bunu sizә indi vermәyәcәyәm, Firudin bәy.
Sizdәn üç gün möhlәt istәyirәm.
- Baxın, vaxtımız çox azdır.
- Üç gün! Sonra әsl cinayәtkar da üstündә, sizә
qaytaracam!
- Yaşar, onsuz da sәn bilirsәn ki, mәn bundan
sübut kimi istifadә edә bilmәrәm. Әksinә, bilsәlәr,
içәri
gizli
cihaz
keçirdiyim
üçün
mәni
cәzalandırarlar. Bu mәnә nә edәcәyimi
planlaşdırmaqda
bir
növ
yol
göstәrәcәk,
vәssalam.
- Әvvәlcә mәnә, sonra sizә! Narahat olmayın, üç
gün. – Barmaqları ilә üç rәqәmini göstәrib, başını
oturacağa dayadı.
Dadaşov xәbәrdarlıq edirmiş kimi dedi:
downloaded from KitabYurdu.org
149
- Mәndәn xәbәrsiz heç nә etmә. Çox tәhlükәli,
xoşagәlmәz şeylәr ola bilәr.
- Sizsiz heç nә etmәyәcәm. Qәrarları bir yerdә
verәcәyik!
Daha sonra әlindәki cihaza baxıb, Uyğurla
danışırmış kimi: “Әziz qardaşım, nәyin bahasına
olursa-olsun, hәtta yerimizi dәyişmәk hesabına
olsa belә, qoymaram orda çox qalasan. Sadәcә,
bir az döz!” – dedi...
***
Yaşar palatada tәkcә uzanıb, sәhәr Uyğurla olan
görüşü barәdә düşünürdü. Indiyә qәdәr bir-
birilәrinә çox “canım sәnә qurban olsun”
demişdilәr. Amma indi Uyğur bilә-bilә gedib
“içәridә” oturmaqla bunu faktiki olaraq әmәli ilә
dә sübuta yetirirdi. Indi növbә Yaşarda idi. O,
Uyğuru ordan çәkib çıxarmalıydı. Bunu indiki
halda özü üçün bir nömrәli borc-vәzifә hesab
edirdi.
Amma...Bilmirdi nә etsin, birinci nәdәn başlasın?
Ә
sas planı, Elmәddini polisә düzgün ifadә
vermәyә mәcbur elәmәk idi. Amma bunu necә
edәcәkdi? Tәbii ki, ya zorla, ya da ki, xoşluqla.
Başqa çıxış yolu da yox idi. Bәs hansı variantdan
istifadә
etmәli?
Bunların
hansını
bacarar?
Istәnilәn pulu ortaya qoymağa da hazır idi. Tәki
istәdiyi nәticә alınsın. Elmәddin istәnilәn halda
cәza çәkәcәk. Ancaq xoşluqla heç kim gedib
tәslim olmaz. Elmәddin isә bunu qәtiyyәn
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |