150
elәmәzdi. Cihaza yazdıqları da işinә yaramazdı.
Ә
sas mәsәlә odur ki, Elmәddinin günahını sübut
edә bilәcәk başqa bir dәlil tapsın. Hazırda әldә nә
vardısa, hamısı Uyğurun әleyhinә idi...
Sәhәr açılandan isә Dadaşovun mәslәhәtlәrini
götür-qoy etmәyә başlamışdı. Đstәmirdi polislә
ә
laqәli bir şey elәsin. Amma onu da başa
düşürdü ki, hara fırlatsa, nәticәdә yenә onların
kömәyinә ehtiyacı olacaq. Bir sözlә, suallarla
baş-başa qalmışdı. Artıq bu suallar ona ağırlıq
etmәyә başlayırdı. Vәziyyәtdәn çıxmaq üçün
digәr yollar, vasitәlәr axtarmaq istәyirdi ki,
telefonu zәng çaldı. Ekranda “Axmaq” sözünü
görәndә yerindәn dik atıldı. Vә telefonu açmağı
ilә bağırmağı bir oldu:
- Şәrәfsiz, sәni gәbәrdәcәm!
- Ay salammәleykum! O dәqiqә әsәbilәşmә dә...
- Sәnin lәyaqәtin, şәxsiyyәtin yoxdur, bir qram
da yoxdur!
- Yaxşı deyinmә, yekә oğlansan. Bax, burnunu
qırdıq, bundan sonra sәnә “boksyor” deyәcәm.
Ha-ha-ha! Necәdi burnun?
- Sәnin adamlığın yoxdur heç. Bundan sonra da
çәtin ki, olsun.
- Pahoo... Deyәsәn, hәlә ayılmamısan, narkozun
çox olub?
- Başqasını bu işә qarışdırmamalıydın!
- Başqası bu işә qarışmayaydı dә! Ya da sәn tәk
gәzәydin. Tәk qorxursansa, gәl, mәnimlә gәz!
Şәrik deyilik? Ha-ha-ha!
- Sәni gәbәrdәcәm, әclaf!
downloaded from KitabYurdu.org
151
- Olar, olar. Haçan ürәyin istәsә. Problem yoxdu.
Amma mәncә, necә deyәrlәr, “buruna burunla”
işi bitirdik. Bәlkә indi dost olaq?!
- Yox, әclaf, heç nә bitmәyib! Sәni...
Artıq gec idi. Elmәddin telefonu bağlamışdı.
Yaşar hirsindәn nә edәcәyini bilmirdi. Telefonu
yerә çırpmaq istәyirdi ki, qapı açıldı. Tibb bacısı
ona günortaya yemәyi gәtirmişdi:
- Gözlәdim, gәlәn olmadı. Ona görә dә özüm
gәtirdim.
- Sağ olun, amma mәnim heç iştaham yoxdur.
- Yemәlisiniz. Bir azdan sistem vurulacaq sizә.
Bu gün yeyin, sabah isә... sabah özünüz
bilәrsiniz.
- Necә yәni?!
- Necәsi odu ki, sabah çıxırsınız. Demәli, artıq
yaxşısınız...
- Doğrudan? Ay sizi xoşxәbәr olasınız! Bir az da
burda qalsaydım, dәli olardım yәqin. – Bunları
deyib, әlini qaşığa uzatdı. - Bax, indi sizin
xәtrinizә yeyәrәm...
Yaşar “bir az da burda qalsaydım, dәli olardım”
sözlәrini tәsadüfәn demirdi. Çünki burda qaldığı
müddәtdә heç nә edә bilmәyәcәyini yaxşı bilirdi.
Ona görә dә sәhhәtinin artıq xәstәxanadan
çıxmasına imkan verdiyini eşidәndә hәqiqәtәn dә
sevindi...
Yemәkdәn sonra Tәravәtin yatdığı palataya
qalxdı. Xanım arvad oturduğu yerdә fikrә
getmişdi. Hiss olunurdu ki, yuxusuzluq onu әldәn
salıb. Yәqin içәri girәn olduğunu da buna görә
downloaded from KitabYurdu.org
152
hiss elәmәdi. Yaşar әlini ehtiyatla onun çiyninә
toxundurub:
- Gedin, bir az istirahәt elәyin, yorulmusunuz -
dedi. - Mәn burdayam.
Xanım arvad diksinәn kimi oldu:
- Bıy... Bağışla, sәn Allah. Amma yuxsuzluqdan
deyil, deyәsәn, yenә tәzyiqim yenib. Doğrudan,
bir az uzansam, pis olmaz. Amma sәnә әziyyәt
olar...
- Heç bir әziyyәti-zadı yoxdu. Mәn yaxşıyam
artıq. Sәhәr dә çıxıram, inşallah.
- Elәmi?! Nә yaxşı?! Dayan görüm, eşitdim
Uyğurun yanına...
- Hә, yaxşıdı. Sizә salamı var. Đnşallah, lap yaxın
günlәrdә o da sizin yanınızda olacaq. Narahat
olmayın.
- Allah kömәyin olsun, bala. Xәstәlәnib elәmәyib
ki?
- Yox-yox, lap yaxşıdır...
- Sağ ol, bala. Şükür Yaradanın kәramәtinә, min
şükür...
Xanım arvadı yola salandan sonra Yaşar
pәncәrәnin qabağında, Tәravәtin çarpayısının baş
tәrәfindә oturdu. Düzdü, ona sabah çıxacağını
demişdilәr. Amma hәlә dә burnunda şiddәtli arğı
hiss edirdi. Bununla belә, özündәn çox Tәravәt
barәdә düşünür, onunla bağlı hәr anı yaddaşında
canlandırmağa çalışırdı. Lakin dәhlizdәn gәlәn
ayaq sәslәri onu düşüncәlәrindәn ayırdı. Dönüb
qapıya tәrәf baxdı. Maarif hәkim idi. Bu dәfә
yanında başqa tibb bacısı vardı. Hәkim zәruri
prosedurları yerinә yetirәndәn sonra başının
downloaded from KitabYurdu.org
153
işarәsi ilә Yaşarı çölә çağırdı. Yaşar tәәccüblәndi,
bir anda ürәyinә yüz cür fikir gәldi: “Görәsәn
noolub? Bәlkә...” Onun әhvalının qәfil dәyişmәsi
hәkimin gözündәn qaçmadı:
- Gәl, gәl, - dedi. - Qorxma! Otur burda.
Ümumiyyәtlә, hәlәlik gәzmәyib, otursan yaxşıdır.
- Sağ olun, hәkim. Amma mәn özümdәn çox,
Tәravәtdәn nigaranam.
- Ondan nigaran olma, yaxşıdır. Iynә dә vurduq.
Yәqin bir azdan ayılar. Ayılan kimi tez bizә xәbәr
ver. Đstәsәn, o düymәni dә basa bilәrsәn. – Әli ilә
çarpayının baş tәrәfindә, divarda yerlәşdirilmiş
qırmızı düymәni göstәrdi. – Đçәri dә sәndәn
başqa heç kim girmәsin.
- Oldu hәkim, oldu.
- Nişanlın qüvvәtli qızdır. Hәyatda da belәdir?
“Nişanlın” sözünü eşidәndә elә bil ürәyindәn
hәrarәt qarışıq bir üşütmә keçdi. Amma tez dә
özünü toplayıb:
- Hә, hә! Çox iradәli qızdır, – dedi.
Maarif hәkim gülümsәyib getdi. Yaşarın öz
palatasında özünü inamlı vә hәr şeyә qadir
şәxsiyyәt kimi aparması, burda isә әksinә,
utancaq aşiq kimi nә edәcәyini bilmәmәsini
biruzә vermәsi ona lәzzәt elәmişdi...
Đynәni vurduqdan sonra tibb bacısı da palatadan
çıxdı. Artıq Yaşar Tәravәtlә tәk qalmışdı. Stulu
çәkib oturandan sonra Tәravәtin әlini әllәrinә
aldı: “Bağışla mәni, yaşıl mәlәyim! Sәnә layiq
olduğun sevgini yaşada bilmәdim. Sәnә istәdiyin
kimi sevgili ola bilmәdim. Saf, tәmiz sevgini
mәnә xәrclәdin, mәnsә qarşılığını verә bilmәdim.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |