182
- Bilirәm, maraqlıdır. Iki ildir burdadı. Üç gün
ә
vvәl eşidib ki, nişanlısını zornan әrә vermәk
istәyәndә özünü asıb. Eşidәn kimi dә stress
keçirib vә bu günә düşüb.
Kişinin dediklәrini eşidәndә Uyğurun tüklәri
ürpәşdi. Bir anda Danulduzu düşdü yadına. Az
qaldı gözlәrindәn alov çıxsın. Etdiyi fәdakarlığın
hәm özünә, hәm dә sevgilisinә heç dә asan başa
gәlmәyәcәyini
yavaş-yavaş
anlayırdı
artıq.
Amma Yaşarı xatırlayanda olan vә olacaq bütün
çәtinliklәr, mәrhumiyyәtlәr yenә dә arxa plana
keçirdi...
Onu fikrindәn bu dәfә dә hәmin kişi ayırdı:
- Eşitdik
sәn
dә
namusunu
tәmizlәmisәn.
Deyilәnә görә, özün dә hәkimsәn, düzdü?!
- Hә, hәkimәm.
- Amma öz aramızdı, heç adam öldürәnә
oxşamırsan ha! Nә isә... Otur dincәl. Içәri alış.
Unutma ki, bura düşmәk nә qәdәr asandırsa,
buranı çәkmәk ondan qat-qat çәtindir.
Uyğur başa düşdü ki, xәbәri bura özündәn qabaq
gәlib. Namus üstündә tutulduğunu eşidәndә
nәdәnsә özünü birtәhәr hiss elәdi: “Đlahi, adi
kәlmәlәrdә nә qәdәr ağırlıq olarmış?!”... O,
bacısından hәmişә razı olmuşdu. Heç indi dә
narazılığı yox idi. Fikirlәşdi ki, eybi yox, bir az
vaxt keçәr, burdakılara nәyә görә tutulduğunun
ә
sl sәbәbini deyәr. Ya da bu sirri axıra qәdәr
açmaz, yalnız öz içindә yaşadar.
...Daha sonra kamera yoldaşları ona sobanın
yanında üst qatdakı boş yeri göstәrib, orda
yatacağını dedilәr. Uyğur tәzә yerinә qalxıb,
downloaded from KitabYurdu.org
183
ә
llәrini başının altında çarpazladı. Gözlәrini
yumub, olub-keçәnlәri tәzәdәn xatırlamaq istәdi.
Amma elә bu vaxt kamerada sәs-küy qopdu.
Mәhbuslar bir-birilәrinә qarışmışdılar. Ağız deyәni
qulaq eşitmirdi:
- Reyhan! Reyhan! Buraxın mәni... Reyhan?!
- Tez olun, “nadzoru” çağırın!
- Hәkimә xәbәr verdilәr?
- Vay dәdә! Ә, bu qanaxmadan ölәcәk!
- Әski tapın!
Hamı gündüz Uyğurun diqqәtlә izlәdiyi oğlanın
başına yığışmışdı. Deyәsәn oğlanın sәbr kasası
dolmuşdu. Ona görә dә pәncәrәni qırıb şüşәnin
qırığı ilә qolunu doğramışdı. Uyğur nә baş
verdiyini bilәn kimi tez yerindәn sıçrayıb özünü
onların arasına atdı:
- Mәn hәkimәm, cәrraham! Kәnara çәkilin! –
Hamı kәnara çәkilib ona yol verdi. Oğlan isә var
gücü ilә bağırır, yerindә çabalayırdı. – Tez tutun
onu! Tәrpәnmәsinә imkan vermәyin! – O biri
mәhbuslar Uyğurun dediyini elәdilәr. Oğlanı
tutub tәrpәnmәsinә imkan vermәdilәr. Uyğur
ә
llәrilә onun qan axan qolunu dirsәkdәn yuxarı
möhkәm sıxaraq yanında durana işarә elәdi. –
Dayı, tez onun köynәyinin qolunu cır. Ay sağ ol.
Đndi onu bәrk-bәrk mәnim әllәrimin yerinә
bağla...
Sonra
üzünü
qaplnln
yaxınlığındakı
digәr
mәhbuslara tutdu:
- Nooldu, hәkim gәlmәdi?
- Deyirlәr qonşu kamerada ağır xәstә varmış,
onu hospitala aparıb. Saat yarıma ancaq gәlәr,
downloaded from KitabYurdu.org
184
zәng elәtdirmişdik. - Onların әvәzinә şaqqıltı ilә
qapını açıb içәri girәn nәzartәçi dillәndi. Sonra
özünü doğrayan mәhbusa baxıb әlavә elәdi. -
Onu bu vәziyyәtdә saxlamaq olmaz. Sürәtlә qan
itirir. Hospitala aparmaq da risklidir. Heç ora
çatmaya da bilәr.
- Nә edәk indi? – Mәhbuslardan kimsә soruşdu.
Uyğur bu dәfә üzünü növbәtçiyә tutdu:
- Mәn hәkimәm, cәrraham. “Sançast”a aparaq,
hәkim gәlәnә qәdәr ordakı avadanlıq vә alәtlәrin
kömәyilә bir şey edәrik.
- Belә şey olar? Bura haradı ki? Edirsәn, elә
burda kömәk elә! – Növbәtçi razılaşmadı. Amma
mәhbusların etiraz elәdiyini görәndә “ratsiya”sını
çıxarıb, kiminlәsә әlaqә saxladı. – Burda hәkim
var. Bizimki gәlәnә qәdәr onun otağında kömәk
etmәyә icazә istәyir... Bәli, vәziyyәti çox ağırdır.
Çoxlu qan itirib. Hәlә dә qabağını almaq
olmur...Yaxşı, baş üstә!
Növbәtçi rәisinin razılığından sonra intihara cәhd
eylәyәn mәhbusu “sançast”a götürmәyә icazә
verdi.
Hәkimin otağına girәn kimi Uyğur tez içәri göz
gәzdirib, küncdәki dolaba yaxınlaşdı. Siyirtmәni
çәkәndә gördü ki, orda ona lazım olan alәt vә
lәvazimatların hamısı var. O, hәkimin gәlmәsini
gözlәmәdәn әvvәlcә iynә vurub xәstәni yatırtdı.
Sonra da kәsilmiş qolu “obrabotka” elәmәyә
başladı...
“Sançast”ın hәkimi gәlәndә o işini çoxdan
qurtarmışdı.
Amma
içәri
girәndә
hәkimi
tәәccüblәndirәn ayrı şey oldu: Uyğuru burda
downloaded from KitabYurdu.org
185
görmәsi. Gözlәrinә inana bilmirdi. Heç Uyğur da
tәlәbә yoldaşı Salmanla burda rastlaşacağını
ağlına gәtirmәzdi. Amma yәqin bu da bir tale
yazısı idi ki, onları mәhz burda görüşdürürdü.
Tәlәbәlik dostları mehribancasına qucaqlaşdılar.
- Uyğur?! Qardaş, sәn burda neynirsәn?!
- Salman?! Sәn burdasanmış?!
- Üç ildi “zondayam” dә! – Zarafatla güldü.
Dәrhal da nәyisә xatırlayıbmış kimi әlavә etdi. -
Dayan görüm, mәnә dedilәr mәhkumlardan
hansısa hәkimdi. Yәqin çaşıb sәni dә mәhkum
biliblәr. Olan şeydi, fikir vermә!
- Yox, Salman! Çaşmayıblar, mәn hәqiqәtәn dә
mәhkumam.
- Necә yәni? Sәn nә danışırsan?! – Bu vaxt
qapıda duran nәzarәtçi Uyğura bildirdi ki, artıq
getmәk vaxtıdır. Uyğur qalxmaq istәyәndә
Salman ona “otur” işarәsi verib, nәzarәtçini
kәnara çәkdi:
- O mәnim tәlәbә yoldaşım vә dostumdur. Qoy
bir az qalsın, dәrdlәşәk, çoxdandı görüşmürdük.
Nәzarәtçi ani tәrәddüddәn sonra razılaşdı:
- Yaxşı, onda söhbәtinizi qurtaran kimi mәnә
xәbәr verin.
Nәzarәtçi gedәndәn sonra Salman bayaqkı
söhbәtә qayıtdı:
- Nәyә görә, neylәmisәn ki?!
Uyğur indiyәdәk hamıya dediklәrini sakitcә ona
da danışdı. Amma deyәsәn, Salman onun
söylәdiklәrinә inanmadı:
- Boşla sәn Allah, nağıl danışma! Ömründә
inanmaram! Burda nәsә ayrı bir şey var.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |