194
Tәravәtin gözü qapıda qalmışdı. Saatın әqrәblәri
on biri göstәrsә dә, Yaşarın hәlә onun yanına
gәlmәmәsindәn narahat idi: “Görәsәn, niyә
gәlmәdi?
Bәlkә
mәni
görmәmiş
çıxıb
xәstәxanadan? Yox, elә iş tutmaz. Amma bu
vaxta da qalmazdı axı?!” Narahatlığı getdikcә
artırdı. Әlindә dәftәrçә onun yanına gәlib lazımi
qeydlәr aparan tibb bacısına yaxınlaşdı:
- Lamiyә xanım, sizdәn bir xahiş edә bilәrәm?
- Әlbәttә, buyurun.
- Yaşarı görsәniz, deyin ki,...
- Yaşar bәy otağında yoxdur. Sәhәrdәn çıxıb,
hәlә gәlmәyib.
- Sәhәrdәn çıxıb?
- Hә, onsuz da bu gün çıxmalıydı, bilirsiniz yәqin.
Amma әşyaları otaqdadır.
- Hmm... Çox sağ olun.. Minnәtdaram...
- Dәymәz.
Tәravәt heç nә başa düşә bilmirdi: “Görәsәn,
hara
çıxıb?
Biryolluq
getmәz,
hәr
halda
getmәmişdәn gәlib mәnә dәyәrdi... Bәlkә dә
gәlib, mәn yatmışam? “Toçnı!” Yatdığım üçün
mәni oyatmayıb. Ay sәni, әlinә bәhanә salmısan,
hә?!”
Öz-özünә tәskinlik vermәyә başladı. Amma
ürәyindәki narahatçılıq hәlә dә qalırdı. Xanım
arvad içәri girәndә sevinәn kimi oldu. Fikirlәşdi
ki, yәqin anası onun nigarançılığına son qoyacaq.
Elә bu ümidlә dә soruşdu:
- Sәhәr mәn yatanda Yaşar gәlmişdi?
downloaded from KitabYurdu.org
195
- Sәhәr? Mәn görmәmişәm.
- Eh! Yәqin sәn dә yatmısan o gәlәndә...
Xanım arvad keçib qızının yanında oturdu. Sonra
onun saçlarını sığallayaraq astadan:
- Deyirlәr, böyük ayrılıqlar kiçik sevgilәri mәhv
edir, böyük sevgilәri isә әksinә, daha da
güclәndirir, - dedi. - Külәk şamı söndürüb, alovu
güclәndirdiyi kimi!
Anası bu cümlәlәri elә ahәstә-ahәstә deyirdi ki,..
Tәravәt onu dinlәdikcә, gözlәrindәki parıltı artır,
artdıqca da billur damlalara çevrilib gözündәn
yanaqlarına süzülürdü...
- Ana?!
- Sözümü kәsmә! Mәsәlәn, iki ilin ayrılığı sizin
mәhәbbәtinizin odunu söndürә bilmәdi. Әksinә...
- Ana bәsdi!
- Özü dә, utanıb elәmә. Burda utanmalı heç nә
yoxdur.
Artıq
ikiniz
dә
kifayәt
qәdәr
böyümüsünüz vә sәrbәst qәrar verә bilәcәk
yaşdasınız.
Tәravәt elә bil ürәklәndi:
- Onları Yaşara de. Sözünün әvvәli dә Uyğurdu,
axırı da!
- Onu qınama. Әksinә, başa düşmәyә çalış. Sәni
sevgilisi kimi, Uyğuru isә dostu kimi çox istәyir.
Hәm dә yaxşı, sәdaqәtli dostdu Yaşar. Onda
Uyğura münasibәtdә bir qardaşlıq duyğusu var.
Bundan başqa, bütün saf insanlarda olduğu kimi,
Yaşarda da “vicdan hesabı” deyilәn bir nәsnә
var. Onun vicdanı çox tәmizdir. Ümumiyyәtlә,
vicdan tәmizliyi iki cür olur, qızım. Bir var vicdan
“işlәdilmir”, ondan istifadә olunmur, o üzdәn
downloaded from KitabYurdu.org
196
tәmiz qalır. Bir dә var, onu elә “işlәdә-işlәdә”
tәmiz saxlayasan. Allah bizi o işlәdilmәmiş,
“tәmiz qalmış” vicdan sahiblәrindәn qorusun.
Yaşar isә fәrqlidir. Bir şey edәndә öz vicdanı ilә
mәslәhәtlәşib
edir
ki,
sonradan
sevdiklәri
qarşısında gözükölgәli olmasın, xәcalәt çәkmәsin.
Sәn onun bu tәmizliyini әrköyünlük, ya da
tәkәbbürlülük, özündәnrazılıq kimi sәhv başa
düşmә. Yaşar Uyğuru da çox istәyir, sәni dә. Hәr
ikinizә qarşı da dediyim o vicdan tәmizıliyi var
onda. Heç vaxt istәmәz ki, sevdiyi, özü üçün әziz
hesab
etdiyi
insanlara,
yәni
sizә
olan
münasibәtinә, başqa sözlә, vicdanına lәkә
düşsün. O sәnә görә Uyğurdan, Uyğura görә isә
sәndәn ayrı qalacağından çәkinir. Bәlkә dә
başqası olsaydı, ikinizdәn birini qurban verәrdi.
Amma Yaşar bu günә qәdәr hәr ikinizә olan
mәhәbbәtini vә sadiqliyini qoruyub saxlayıb.
Bundan sonra neylәyәcәk, onu Allah bilir. Yәqin o
da hәlәlik hәr şeyi talenin, Allahın yazdığı
yazının öhdәsinә buraxıb.
- Deyir ki, birdәn Uyğur bilәr, araları dәyәr, nә
bilim daha nәlәr olar....
- Әksinә, qızım. Uyğur daima Kәnanla Yaşar
arasındakı hәm dost, hәm dә yeznә-qayın
münasibәtlәrinә
yaxşı
mәnada
qısqanclıqla
yanaşıb. Dәfәlәrlә deyib ki, onların sәmimiyyәtinә
paxıllığı tutur. Mәncә, bu mәsәlәdәn xәbәri olsa,
Uyğur da sevinәr. Hәm әn azı bacısının Yaşar
kimi saf, tәmiz, etibarlı insanla bir olacağına
görә, hәm dә ümumiyyәtlә sizin xoşbәxt
gәlәcәyinizә әminlik baxımından.
downloaded from KitabYurdu.org
197
- Sağ ol e. Yaşar bunu bilmir, desәm, yәqin o da
sevinәcәk.
- Lazım deyil, üstünә gedib onu sıxışdırma. Qoy
bir az keçsin, zamanla hәr şey öz-özünә
düzәlәcәk.
- Baş üstә. Amma yaman müdafiә edirsәn ha
onu?!
Tәravәt anasını qucaqlayıb öpdü. Zarafat deyildi,
Xanım arvad öz ağbirçәr öyüd-nәsihәtlәri ilә
onun bir çox şübhәlәrini dağıtmış, bununla da
sanki yanan qәlbinә su sәpmişdi...
***
Dadaşov
xәstәxananın
qarşısında
maşınını
saxlayıb düşdü. Yaşarla bir plan hazırlamaq
istәyirdi. Daha doğrusu, öz alәmindә hazır bir
planla gәlmişdi Yaşarın yanına. Qapıdan içәri
girmәk
istәyәndә
telefonuna
zәng
gәldi.
Evlәrindәn idi. Qızı Süsәn zәng elәmişdi.
- Eşidirәm, anam.
- Ata, qardaşımın “pristupu” yenә tutub. Tәcili
evә gәl.
- Gәldim qızım, gәldim. Yaxınlıqdayam, gәldim. –
Telefonu bağlayıb geriyә döndü. – Lәnәt şeytana,
işin tәrsliyinә bax...
Mayor Dadaşov hәyat yoldaşını on bir il qabaq
yol qәzasında itirmişdi. O gündәn evlәnmәmiş,
uşaqlarına – bir qızına vә bir oğluna özü
baxmışdı. Artıq qızı on yeddi, oğlu isә on dörd
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |