198
yaşına çatmışdılar. Qәzada arvadından sonra әn
çox zәrәr çәkәn o vaxt lap körpә olan oğlu
olmuşdu.
Maşınla
rayondan
istirahәtdәn
qayıdırdılar. Bakının girәcәyindә sәrxoş bir
sürücünün idarә etdiyi “kamaz” işıqforun qırmızı
işığında keçәrәk onun maşınını qabağına qatıb
sürütlәmişdi. Qızı qabaqda, arvadı isә qucağında
oğlu arxada oturmuşdu. “Kamaz”ın ilk zәrbәsi
onları arxadan – sağ tәrәfdәn tutmuşdu. Bunu
görәn ana oğlunu sinәsinә sıxıb onu qorumağa
çalışmışdı. Amma “kamaz”dan tökülәn iri şüşә
qırıqlarından biri ananın belindәn girib sinәsindәn
çıxmışdı. Hәmin şüşәnin bir tәrәfi hәm dә uşağın
kürәyinә batmış vә onun onurğa sütununu
zәdәlәmişdi. Vә bu zәdә bәs elәmişdi ki, uşaq
ömrü boyu şikәst olsun, әziyyәt çәksin. Bir sözlә,
Sәlim sinir xәstәsi olmuşdu. Durduğu yerdә
birdәn tutması tutur, yerindә qıvrılırdı. Dadaşov
onu çox yerlәrә aparsa da, müalicәlәr gözlәdiyi
nәticәni vermәmişdi. Düzdü, öyrәnmişdi ki,
xaricdә onun tam müalicәsi mümkündür. Amma
bu şansdan istifadә etmәyә dә onun ortabab
mәmur maaşı imkan vermirdi.
Tez-tez hәyat yoldaşının xiffәtini çәkirdi. Xüsusәn
dә Sәlimin “pristupu” tutanda Hәcәrin yanında
olmasını elә istәyirdi ki,.. Tәkliyә vә bütün digәr
çәtinliklәrә
baxmayaraq,
Dadaşov
ümidini
itirmirdi. Đnanırdı ki, nә vaxtsa onun da lazımi
qәdәr pulu olacaq vә o öz ciyәrparasını xaricdә
müalicә elәtdirә bilәcәk. Hәlәlik isә... Harda
olurdusa – olsun, oğlunun “pristupu” tutanda
özünü yetirir, onun yanında, başının üstündә
downloaded from KitabYurdu.org
199
olurdu. Sәlimin sancısı olmayan hәftәni onlar
özlәri üçün ailәvi bayram hesab edirdilәr.
Dadaşov
haçansa
Azәrbaycanda
oğlunu
ә
mәliyyat edәcәk bir cәrrahın yetişәcәyinә vә
onunla rastlaşacağına da ümid edir, o günü
görmәk üçün hәmişә әllәrini göyә açıb, Allaha
yalvarırdı. Bütün bu әzablara qatlaşa-qatlaşa
hәmişә onu da arzulayırdı ki, oğlu hәkim olsun.
Var gücüylә onun normal vә mükәmmәl tәhsil
almasına
çalışırdı.
Düzdü,
onu
mәktәbә
qoymamışdı. Amma bütün fәnlәr üzrә müәllimlәr
tutmuş, hәtta mәktәbdәkindәn dә yaxşı vә
keyfiyyәtli bilik almasını tәmin etmişdi. Son
günlәrin hadisәlәri barәdә düşünәndә fikirlәşirdi
ki, bәlkә Uyğurla yollarının, necә deyәrlәr,
kәsişmәsi nәyinsә әlamәti, işarәsidir? Dostunun
qızını necә әmәliyyat etmәsindәn xәbәri var idi.
Düzdür, o vaxt hәmin hәkimin mәhz Uyğur
olduğunu bilmirdi. Amma... Elә bunun - hәmin
hәkimin Uyğur olduğunu tәzәlikcә öyrәnmәsinin
özü dә nәyinsә әlamәti ola bilmәzdimi? Bәlkә elә
buna görә duyğuları ilә işi bir-birinә qarışdırırdı?
Evә çatıb tәlәsik içәri qaçdı. Oğlu elә yerdәcә
yatmışdı. Süsәn atasının hәyәcanını azaltmaq vә
onu sakitlәşdirmәk üçün stolun üstünә qoyduğu
şprisi göstәrdi:
- Bu dәfә yaman bәrkdәn qışqırırdı. Ona görә dә
iynәsini
özüm
vurdum
ki,
bәlkә
yatsın,
sakitlәşsin.
Dәrhal
yatdı,
amma
qaldırıb
çarpayısına qoya bilmәdim. Ağırdı, gücüm
çatmadı.
downloaded from KitabYurdu.org
200
Bu on bir ildә gözlәri önündә qardaşına o qәdәr
iynә vurmuşdular ki, Süsәn bütün prosedurları
ә
xz edib mәnimsәmişdi. Đndi iynә vurmaqda
istәnilәn tibb bacısıyla yarışa da bilәrdi.
Dadaşov kövrәldi, amma qızı bunu hiss etmәsin
deyә, tez onun başını qucaqlayıb sinәsinә sıxdı:
- Qızım! Canım! Lap yaxşı elәmisәn. Yerini
hazırla, mәn indi qaldıraram...
Oğlunu qucağına alıb yerinә uzatdı. Әyilib
üzündәn öpәndәn sonra özü dә onun yanında
oturdu. Boyu – buxunu, hәr şeyi yerindә olan
yaraşıqlı, yeniyetmә bir oğlan olmuşdu Sәlim.
Bircә arada bu “tutması” da olmasaydı! Әn pisi
dә o idi ki, son vaxtlar bu ağrılar dözülmәz
olurdu.
Sәlim
hәtta
ayıldıqdan
sonra
da
kәkәlәyir, nәyisә anlatmaqda çәtinlik çәkirdi. Hәr
dәfә dә ağrının keçәn dәfәkindәn çox olduğunu
deyirdi. Dadaşov bunları gördükcә bir ata kimi
sıxılır, ona kömәk edә bilmәdiyinә görә xәcalәt
çәkirdi. Hәrdәn lap ümidsizliyә qapıldığı anlar da
olurdu. Fikirlәşirdi ki, birdәn oğlu bu ağrılara tab
gәtirmәz vә... Dәrhal da pis fikirlәri beynindәn
qovurdu. Qovurdu vә çalışırdı ki, imkan düşәndә
hәmişә oğlunun yanında olsun...
Düşüncәlәrindәn ayrılıb ayağa durdu:
- Qızım, dәrman alıb gәtirmişdim. Qoydum
soyuducunun üstünә. Mәn tәcili getmәliyәm. Çox
vacib әmәliyyatımız var. Qardaşın hәlә xeyli
yatacaq yәqin. Ondan muğayat ol. Axşam çalışıb
tez gәlәcәm. Oldumu, gözәl balam?
- Oldu, ata. Narahat olma.
downloaded from KitabYurdu.org
201
...Artıq xәstәxananın qarşısına çatmışdı. Yuxarı
qalxıb Yaşarın otağına girәndә içәridә xeyli adam
vardı. Amma Yaşarın özü gözә dәymirdi.
Dadaşov Yaşarın atası ilә әl tutdu:
- Salam, Azәr müәllim. Yaşar yoxdu? Çıxır
deyәsәn?!
- Hә, şәhәrә gedib, bir azdan gәlәr. - Azәr
müәllim bunu deyib, Dadaşovu işarә ilә çölә
çağırdı. Onlar birlikdә dәhlizә çıxdılar.
- Xeyirdimi, Azәr müәllim?!
- Yaşar dünәndәn çıxıb, hәlә gәlmәyib. Amma
hamı elә bilir sәhәr gedib. Đndi anasının da
yanında elә dedim ki, narahat olmasın. Növbәtçi
hәkim bilir dünәndәn getdiyini. Bir saata
qayıdacağını deyibmiş. Hәkimin başı xәstәlәrә
qarışdığından işi ciddiyә almayıb. Nә bilsin, yәqin
fikirlәşib ki, yekә kişidir, gedib-gәlәr dә...
- Nә danışırsınız, müәllim? Sizcә, hara gedә
bilәr?
- Bilmirәm. Hә, bәla burasındadır ki, onunla
bәrabәr Kәnan da ortada yoxdu.
- O da dünәndәn yoxdu?
- Tәәssüf ki, bunu da bilmirәm... Nә isә... Mәsәlә
bu yerdәdir. Neylәyәk?
- Bu heç yaxşı olmadı. Heç ha, heç! ... Tәcili nәsә
bir şey fikirlәşmәk lazımdır...
Dadaşov yenidәn otağa girib içәri göz gәzdirdi.
Çarpayının altında yarıya qәdәr dişlәnmiş alma
vardı. Şkafın qapısı açıq idi. Onun içәrisindәki
köynәklәrdәn biri yerә düşmüşdü: “Demәli, o
tәlәsik harasa çıxıb. Ya da aparıblar onu. Yox...
elә şey olsaydı, hәkimә o cür demәzdi... Hәm dә
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |