154
Ümumiyyәtlә, sәnә cәfadan, zülümdәn başqa heç
nә yaşatmadım. Bu olanlardan sonra sәnin üzünә
necә çıxacağamı da bilmirәm... Sevdiyin adama
“sәni sevirәm” deyә bilmәmәyin, onun sәsini
eşitmәkdәn belә mәhrum olmağın nә demәk
olduğunu mәn yaxşı bilirәm. Bütün bunların alov
şamı әridәn kimi insan ömrünü әridib yox etdiyini
dә hәmçinin. Đki il idi ki, mәn dә şam kimi
ә
riyirdim. Axırıncı dәfә sәni görәndә mәnә elә
gәldi ki, artıq hәsrәt bitdi. Amma... mәn özüm
bitdim, Tәravәt! Bilirәm, mәnim üzümdәn burda
- bu gündәsәn. Elә ona görә dә “bağışla mәni”
demәk
istәyirәm,
amma
deyә
bilmirәm!
Bacarmıram! Haqqım da yoxdur! Bilirәm ki,
günahlarım
bağışlanılmayacaq
dәrәcәdә
böyükdür”...
Birdәn hiss elәdi ki, Tәravәt onun әlini sıxdı. Cәld
ayağa qalxdı. Özünü toplayıb hәkimin göstәrdiyi
düymәni basmaq istәdi. Amma Tәravәtin nә isә
demәk istәdiyini görüb dayandı. Qızın dodaqları
titrәyirdi. Yaşar әyilib onun nә demәk istәdiyini
soruşdu. Tәravәt “Yaşar! Yaşar!” deyirdi. Birdәn
o, Tәravәtin hәm dә ağladığını gördü vә dәrhal
da hәmin düymәni basdı...
Maarif hәkim içәri keçib aparatlara diqqәt yetirdi.
Sonra әli ilә Tәravәtin nәbzini tutub Yaşara işarә
ilә:
- Gözün aydın, - dedi. - Hәr şey qaydasındadır,
nişanlın beş-on dәqiqәyә tam özünә gәlәr.
Tibb bacısı әlindәki salfetka ilә Tәravәtin göz
yaşlarını silirdi. Maarif hәkim salfetkanı onun
ә
lindәn alıb Yaşara uzatdı:
downloaded from KitabYurdu.org
155
- Sәn davam elә. Amma onu çox yorma. Çalış ki,
olub-keçәnlәri yadına salmasın. Yaxşı şeylәrdәn
danış, mәsәlәn, evlәnәcәyiniz gündәn, gәlәcәk
uşaqlarınızdan... Oldu? Әlavә bir şey dә lazım
olsa, düymә burdadı...
Yaşar
sanki
donub
qalmışdı.
Hәkimin
“evlәnәcәyiniz gündәn, gәlәcәk uşaqlarınızdan”
kәlmәlәri qulaqlarından getmirdi. Bu sözlәrdәn
hәm dә utanmışdı elә bil... Özünü toplayıb
hәkimin verdiyi salfetkanı dörd bükdü vә
ehtiyatla
Tәravәtin
gözünün
altını
silmәyә
başladı...
Bir neçә dәqiqәdәn sonra hәkimin dediyi kimi,
Tәravәt gözlәrini tam açdı:
- Yaşar?!
- Tәravәt!
- Mәn...
- Danışma, sәnә danışmaq olmaz. Gәrәk bir
müddәt özünü qoruyasan. Sәnә yorulmaq olmaz!
- Yorulmaram, dayan...sәnә sözüm var, birdәn...
sonra... deyә... bilmәrәm.
- Yaxşı, ürәyin nә istәyir, de. Bәlkә könlündәn bir
şey keçir? Çәkinmә! De, bu saat tapım gәtirim!
- Sәnin günahın yoxdu, Yaşar... hәr şeyi
gördüm... sәni vurduqlarını da gördüm.. Mәn...
mәn... onda huşumu tam itirmәmişdim...
- Sus, qurban olum. Đndi bunların yeri deyil.
Yaxşısı budu de görüm, özün necәsәn?
- Yaşar!
- Can, Yaşar!
- Onlar sәndәn nә istәyirlәr?!
downloaded from KitabYurdu.org
156
- Hәyatım, dedim axı, indi bu barәdә danışmağın
yeri vә vaxtı deyil.
- Sәnә bir şey olsa... Mәn... mәn yaşaya
bilmәrәm, Yaşar... – bu sözlәrdәn sonra
Tәravәtin
gözlәri
sözünә
baxmadı.
Onun
ağlaması Yaşarı da kövrәltdi. Özünә toxtaxtlıq
verib sevgilisini sakitlәşdirmәyә çalışsa da,
sәsindә açıq-aydın titrәyiş hiss olunurdu.
- Canım, ürәyim! – deyib, onun әllәrini öpmәyә
başladı. – Qorxma hәyatım, bizә heç nә
olmayacaq. Görürsәn ki, burda - sәnin
yanındayam.
Tәravәt güclә dә olsa, әlini qaldırıb onun göz
yaşlarını silmәk istәdi. Amma Yaşar qıymadı.
Onun әlini tutub öpdü, sonra da sinәsinin üstә
qoyub razılıqla gülümsәdi. Tәravәt yan-yörәyә
boylandı:
- Bәs anam hanı, sәhәr elә bil burdaydı axı?!
- Sәn çoxdan ayılmısan ki?!
- Sәhәr bir anlığa ayılmışdım deyәsәn, anam
pәncәrәnin qabağındaydı.
- Hmm... Bütün gecәni oyaq qalmışdılar. Mәn
xahiş elәdim ki, gedib bir az dincәlsinlәr.
- Demәli, atam da burdadı... Sәnin dediklәrini
eşidirdim....
Yaşar әvvәlcә Tәravәtin nә dediyini anlamadı.
Amma birdәn yadına nә düşdüsә, utanaraq
başını aşağı saldı. Ona yalnız indi çatdı ki,
bayaqdan ürәyindә danışmırmış. Amma özünü o
yerә qoymadı :
- Yaxşı, sәn uzan, mәn gedib Xanım anaya xәbәr
verim. Neçә gündü sәnin ayılmağını gözlәyirlәr.
downloaded from KitabYurdu.org
157
- Yaşar!
- Eşidirәm.
- Bayaq dediklәrin nәyә görә idi?
- Hansılar, gülüm?
- Niyә “mәni bağışla” deyirdin? Đtirdiyimiz o iki ilә
görә, yoxsa... Yoxsa, bu hadisәyә görә?
- Elә hәr ikisinә görә.
- Birincini yox, amma ikincini bağışladım...
Tәravәtin
burda
da,
bu
vәziyyәtdә
dә
şıltaqlığından qalmaması Yaşara xoş gәldi. Bir dә
sevinirdi ki, Tәravәt ayılar-ayılmaz sorğu-suala
başlamadı. Özünü toxtaq tutmağı bacardı. Bir
anlığa sevgilisi ilә fәxr elәdi vә qәfildәn әyilib
onun yanağından öpdü. Amma dәrhal da
peşman olubmuş kimi geri çәkildi, elә bildi ki,
yersiz hәrәkәt elәdi, Tәravәtin xәtrinә dәydi. Ona
görә dә günahkar-günahkar sevgilisinә baxdı:
“Bağışla, özümü saxlaya bilmәdim”.
Tәravәt isә... Đncimәk nәdi, әksinә, deyәsәn,
Yaşarın
cәsarәtә
gәlmәsi
onun
ürәyindәn
olmuşdu. Gözlәrini yumsa da çöhrәsindә elә bir
mәmnunluq vardı ki, sanardın bütün dünyanı
ona bağışlayıblar. Elә xoşbәxt idi ki...
Yaşar onu o alәmdәn ayırmağın günah olduğunu
düşünüb, Xanım arvada xәbәrә getdi...
Tәxminәn bir saat keçmiş bu xәbәri eşidәn bütün
qohumlar, tanışlar da ora yığışmışdılar. Xanım
arvadla Xәlil kişinin sevincini bölüşürdülәr.
Onların
arasında
Yaşarı
uzaqdan
tәrs-tәrs
süzәnlәr dә vardı, yaxınlaşıb onunla görüşәnlәr,
şәfa dilәyәnlәr dә...
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |