Microsoft Word elilliyin-ve-usaqlarin-saglamliq-imkanlari-mehdudlugunun-qarsisinin-alinmasi-elillerin-ve-saglamliq-imkanlari



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34295
1   2   3   4   5   6   7   8   9   ...   18

IV. ƏLİLLƏRİN İŞƏ DÜZƏLDİLMƏSİ

 

 

 

Maddə  23. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin işə 



düzəldilməsi sahəsində xüsusi tədbirlər

 

 

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin işə  düzəldilməsi 



sahəsində  xüsusi  tədbirlər  əlillərin və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin işə 

düzəldilməsinin  təmin  olunmasına  və  əlillər və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək 

şəxslər üçün  xüsusi  iş  yerləri  yaradan,  onların  əməyini  tətbiq  edən  müəssisələrə,  idarələrə  və 

təşkilatlara (mülkiyyət formalarından asılı olmayaraq) maliyyə yardımı göstərmək və güzəştlər 

vermək  üzrə  öhdəliklərin  qanunvericilik  yolu  ilə  təsbit  edilməsinə  yönəldilən  tədbirlər 

kompleksindən ibarətdir.

 

 

 

Maddə  24. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin əmək 



hüququnun həyata keçirilməsi

 

 

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin yaradıcılıq  və  istehsal 



qabiliyyətinin həyata keçirilməsi məqsədilə və fərdi reabilitasiya proqramları nəzərə alınmaqla, 

onların  adi  iş  şəraiti  olan  müəssisələrdə,  idarələrdə  və  təşkilatlarda,  əlillərin və  sağlamlıq 

imkanları məhdud 18 yaşınadək şəxslərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, 

sexlərdə  və  sahələrdə  işləmək,  habelə  sahibkarlıq  fəaliyyəti  və  qanunla  qadağan  edilməyən 

başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir.

 

Tibbi-sosial ekspert  komissiyasının  rəyinə  görə  əlilin,  sağlamlıq  imkanları  məhdud 



uşağın səhhətinin  peşə  vəzifələrini  yerinə  yetirməsinə  mane  olduğu,  yaxud  başqa  şəxslərin 

səhhəti  və  əmək  təhlükəsizliyi  üçün  təhlükə  törətdiyi  hallar  istisna  olmaqla, sağlamlıq 

imkanlarının  məhdudluğu mülahizələrinə  görə  əlillə,  sağlamlıq  imkanları  məhdud 

uşaqla əmək  müqaviləsini  bağlamaqdan,  yaxud  əlili,  sağlamlıq  imkanları  məhdud  uşağı işdə 

irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz 

razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir.



 

[48]

 

Müəssisənin  ləğv  edilməsi  halları  istisna  olmaqla,  müvafiq  müəssisələrdə  tibbi,  peşə  və 



sosial  reabilitasiya  keçən  şəxslərin  bu  müəssisələrdə  olduğu  müddətdən  asılı  olmayaraq 

işəgötürənin  təşəbbüsü  ilə  fərdi  əmək  müqaviləsinin  (kontraktının)  ləğv  edilməsinə  yol 

verilmir.

 

[49]

 

 

 

Maddə 



25. Əlillərin və 

sağlamlıq 

imkanları 

məhdud 

18 

yaşınadək 

şəxslərin məşğulluğunun təmin edilməsi

 

 

 

Müvafiq 


icra 

hakimiyyəti 

orqanları, 

müəssisələr 

(birliklər), 

idarələr 

və 

təşkilatlar əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin ictimai təşkilatları ilə 



birlikdə  əlillərin və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin əməyi  üçün 

müəssisələr  və  təşkilatlar  yaratmaq  yolu  ilə  xüsusi  proqramlar  üzrə  təlim  təşkil  etməklə  və 

başqa  tədbirlər  görməklə  əlillərə və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək 

şəxslərə məşğulluq sahəsində təminat verirlər.

 

[50]

 

Siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  olunanlardan  başqa, 



mülkiyyət  formasından  asılı  olmayaraq  müəssisə,  idarə  və  təşkilatlarda  əlillər  və  sağlamlıq 

imkanları  məhdud  18  yaşınadək  şəxslər  üçün  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

kvota müəyyən edilir.

 

[51]

 

Müvafiq  icra  hakimiyyəti  orqanları  və  əlillərin  və  sağlamlıq  imkanları  məhdud  18 



yaşınadək  şəxslərin  problemləri  ilə  məşğul  olan  ictimai  təşkilatlar  müəssisə  və  təşkilatlarda 


əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işlə təmin olunmasına nəzarət 

edirlər.


 

[52]

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin işə  düzəlməsi  üçün 



nəzərdə  tutulan  kvotanı  təmin  etməyən  və  ya  onları  işə  düzəltməkdən  boyun  qaçıran 

müəssisələr,  idarələr  və  təşkilatlar,  mülkiyyət  formasından  asılı  olmayaraq,  dövlət  büdcəsinə 

əlilləri və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri işlə təmin etmədikləri aylar üzrə 

hər iş yeri üçün respublika üzrə müəyyən edilmiş respublika üzrə orta aylıq əmək haqqının 3 

misli məbləğində vəsait köçürürlər.

 

[53]

 

Yaradılmış  və  kvota  müəyyən  edilmiş  iş  yerlərinə  əlillərin və  sağlamlıq  imkanları 



məhdud  18  yaşınadək  şəxslərin işə  göndərilməsi  dövlət  əhalinin  məşğulluğu  sisteminin  yerli 

orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə və sağlamlıq imkanları məhdud 

18  yaşınadək  şəxslərə verilmiş  göndəriş  mülkiyyət  və  təsərrüfatçılıq  formalarından  asılı 

olmayaraq bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul edilməlidir.

 

[54]

 

Yerli  hakimiyyət  orqanlarının  əlillər  üçün  müəssisələrdə  və  təşkilatlarda  kvota  təyin 



etməsi  üçün işçilərin  sayı  və  kvotanın  miqdarı, vergi və  maliyyə  güzəştləri,  işədüzəltmə  üzrə 

tapşırıqların  yerinə  yetirilməsində  müəssisə  və  təşkilatların  məsuliyyəti  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

 

[55]

 

 

 



 

 

Maddə 26. İşverənlərin əmək qabiliyyətini itirmiş şəxsləri işə düzəltmək vəzifəsi



 

 

 

Müəssisələr,  idarələr,  təşkilatlar,  kooperativlər,  kolxozlar  və  xüsusi  sahibkarlar  həmin 



istehsalatda  bədbəxt  hadisə  nəticəsində  əmək  qabiliyyətini  itirmiş  və  ya  peşə  xəstəliyinə 

tutulmuş,  bunun  nəticəsində  əlil və  ya  18  yaşınadək  sağlamlıq  imkanları  məhdud sayılmış 

işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.

 

[56]

 

Müəssisənin  ləğv  edilməsi  halları  istisna  olmaqla,  göstərilən  tələbi  yerinə  yetirmədikdə 



onlar  bu  işçi  ilə  əmək  müqaviləsini (kontraktı) ləğv  edərkən  dövlət  büdcəsinə respublika  üzrə 

orta aylıq əmək haqqının 120 misli məbləğində vəsait köçürməlidirlər.

 

[57]

 

 

 

Maddə 27. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyindən 



istifadə üçün ixtisaslaşdırılmış iş yerləri yaradılmasına tələblər 

[58]

 

 

 

Müvafiq  işədüzəltmə  orqanları,  habelə  mülkiyyət  və  təsərrüfatçılıq  formalarından  asılı 



olmayaraq  müəssisələr  və  təşkilatlar  əlillərin və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək 

şəxslərin tələbatını  və  yerli  xüsusiyyətləri  nəzərə  almaqla  əlillərin və  sağlamlıq  imkanları 

məhdud  18  yaşınadək  şəxslərin əməyindən  istifadə  üçün  ixtisaslaşdırılmış  müəssisələr,  sexlər 

və sahələr yaradırlar.

 

Müvafiq icra hakimiyyəti orqanları əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək 



şəxslərin  əməyindən  istifadə  üçün  ixtisaslaşdırılmış  iş  yerlərinin  respublika  standartlarını 

hazırlayıb müəyyən olunmuş qaydada təsdiq edirlər.

 

Müvafiq icra hakimiyyəti orqanları respublika əlillərin və sağlamlıq imkanları məhdud 18 



yaşınadək  şəxslərin  reabilitasiya  mərkəzləri  ilə  birlikdə  bu  cür  iş  yerlərini  il  ərzində 

attestasiyadan keçirməlidirlər.

 

Attestasiyadan  keçməyən  ixtisaslaşdırılmış  iş  yerlərində  əlillərin  və  sağlamlıq  imkanları 



məhdud  18  yaşınadək  şəxslərin  əməyinin  tətbiqi  qadağandır  və  bu  tələbin  pozulmasında 

təsdiqi  olan  təsərrüfat  subyektləri  qüvvədə  olan  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada 

məsuliyyət daşıyırlar.

 [59]

 

 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə