Microsoft Word elilliyin-ve-usaqlarin-saglamliq-imkanlari-mehdudlugunun-qarsisinin-alinmasi-elillerin-ve-saglamliq-imkanlari



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34295
1   2   3   4   5   6   7   8   9   ...   18

Maddə  28. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin əməyini 

tətbiq edən müəssisələr üçün üstünlüklər və güzəştlər 

[60]


 

 

 

İşləyənlərin  ümumi  sayının  azı  30  faizinin  əlillərdən və  sağlamlıq  imkanları  məhdud  18 



yaşınadək şəxslərdən ibarət olduğu müəssisələr, idarələr və təşkilatlar güzəştli maliyyələşdirmə 

və maddi-texniki təminat hüququna malikdirlər.

 

(çıxarılıb)



 

 

[61]

 

Əlillərin və  sağlamlıq imkanları  məhdud  18  yaşınadək  şəxslərin əməyini  tətbiq və  təmin 



edən  müəssisələrdən,  idarələrdən  və  təşkilatlardan  vergi  tutulmasının,  onların 

maliyyələşdirilməsinin  və  maddi-texniki  təminatının  qaydası  və  şərtləri  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

 

[62]

 

Müəyyən  çeşiddə  məhsulların  əlillərin və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək 



şəxslərin ictimai təşkilatlarının müəssisələrində istehsal olunmasına müstəsna üstünlük verilir. 

Mülkiyyət  növündən  asılı  olmayaraq  başqa  idarələrin,  müəssisələrin,  təşkilatların  və 

kooperativlərin  həmin  məhsulları  istehsal  etməsinə  icazə  verilmir, müvafiq  icra  hakimiyyəti 

orqanı əlillərin və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin ictimai  təşkilatlarının 

rəyini nəzərə alaraq belə məhsulların siyahısını müəyyənləşdirib təsdiq edir.

 

[63]

 

 

 

Maddə 29. Əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin əmək şəraiti



 

 

 

Müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən əlillər, sağlamlıq imkanları məhdud 18 



yaşınadək işçilər üçün fərdi reabilitasiya proqramına müvafiq surətdə lazımi iş şəraiti yaradılır.

 

Kollektiv və ya fərdi əmək müqaviləsində müəyyən edilən əmək şəraiti, o cümlədən əmək 



haqqı, iş və istirahət vaxtı rejimi, illik və əlavə məzuniyyətlərin müddəti başqa işçilərə nisbətən 

əlillərin,  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  işçilərin vəziyyətini  pisləşdirə  və  ya 

hüquqlarını məhdudlaşdıra bilməz.

 

Müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlillərin, sağlamlıq imkanları məhdud 18 



yaşınadək  işçilərin səhhətindən  asılı  olaraq  onların  əmək  normalarını  azaltsın  və  əməyini 

artırılmış qiymətlərlə ödəsin.



 [64]

 

Əlillərin iş vaxtından artıq işlərə, gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən 



bayram günləri və ümumxalq hüzn günü işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və 

bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməsin.



[65]

 

Əlillərə  (əlillik  qruplarından  və  səbəblərindən  asılı  olmayaraq),  sağlamlıq  imkanları 



məhdud  18  yaşınadək  işçilərə illik  məzuniyyətlər  mövcud  qanunvericiliklə  müəyyən  edilmiş 

minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir.

 

Əlillərə  (əlillik  qruplarından  və  səbəblərindən  asılı  olma-yaraq),  sağlamlıq  imkanları 



məhdud  18  yaşınadək  işçilərə Azərbaycan  Respublikasının  əmək  qanunvericiliyinə  uyğun 

olaraq ödənişsiz məzuniyyət verilir.



 

[66]

 

I  və  II  qrup  əlillər və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  işçilər üçün  həftədə  36 



saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

 

[67]

 

İşçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, 



idarədə,  təşkilatda  əmək  şikəstliyi  almış  və  ya  peşə  xəstəliyi  nəticəsində  əlil,  18  yaşınadək 

sağlamlıq imkanları məhdud olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır.

 

[68]

 

Əmək  vəzifələrini  yerinə  yetirərkən  xəsarət  alıb  şikəst  olmuş  və  bu  səbəbdən  əmək 



qabiliyyətini  itirmiş  I  və  II  qrup  əlillərin və  ya  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək 

şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.



 

[69]

 

 

 

Maddə 30. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin evdə əməyi 



və sahibkarlıq fəaliyyəti

 



 

 

Müvafiq icra hakimiyyəti orqanları qeyri-yaşayış otaqlarını vermək, habelə xammal əldə 



edilməsində və məhsulun satışında kömək göstərmək yolu ilə əlillərin və sağlamlıq imkanları 

məhdud 18 yaşınadək şəxslərin evdə əməyinin və sahibkarlıq fəaliyyətinin təşkili üçün lazımi 

şərait yaradırlar.

 

[70]

 

 

 

Maddə 30-1. Təsərrüfat subyektlərinin məsuliyyəti



 

 

 



Əlillərin  və  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərin  işə  düzəldilməsi  üzrə 

tədbirlər  görməyən  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  təsərrüfat  subyektlərinin 

vəzifəli  şəxsləri  Azərbaycan  Respublikasının  qanunvericiliyində  müəyyən  olunmuş  qaydada 

məsuliyyət daşıyırlar. 



[71]

 

 



 

V. SOSİAL İNFRASTRUKTURUN ƏLİLLƏRƏ VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD 

UŞAQLARA MANEƏSİZ MÜYƏSSƏR OLMASI ÜÇÜN ŞƏRAİT YARADILMASI

 

 

 

Maddə 31. Sosial infrastruktur obyektləri barəsində dövlət siyasəti



 

 

 

Azərbaycan  Respublikasının icra  hakimiyyəti orqanları,  müəssisələri  (birlikləri),  idarələri 



və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq) sosial infrastruktur 

obyektlərinin,  mənzillərin,  ictimai,  istehsal  binalarının  və  qurğularının  əlillərə və  sağlamlıq 

imkanları  məhdud  uşaqlara maneəsiz  müyəssər  olması,  ictimai  nəqliyyatdan  və  nəqliyyat 

kommunikasiyalarından,  rabitə  və  informasiya  vasitələrindən,  istirahət  və  asudə  vaxt 

yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər.

 

[72]

 

 

 

Maddə  32. Sosial  infrastruktur  obyektlərinin  layihələşdirilməsi  və  tikintisi  zamanı 



əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tələbatının nəzərə alınması

 

 

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların müyəssər  olması  və  istifadə  etməsi 



üçün  uyğunlaşdırılmadan  yaşayış  məntəqələrinin  layihələşdirilməsinə,  tikilməsinə,  yaşayış 

rayonlarının formalaşdırılmasına, binaların, qurğuların, o cümlədən aeroportların, dəmir yolu 

vağzallarının,  komplekslərinin  və  kommunikasiyalarının  tikilməsinə  və  yenidən  qurulmasına 

yol verilmir. Bu məsələlərin həllində əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai 

təşkilatlarının iştirakı və razılığı olmalıdır.

 

 

 

Maddə  33. İstifadədə  olan  sosial  infrastruktur  obyektlərinin  əlillərin və  sağlamlıq 



imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması

 

 

 

Müvafiq  icra  hakimiyyəti  orqanları,  müəssisələr  və  təşkilatlar  tabeliklərində  olan 



nəqliyyat,  rabitə,  informasiya,  mədəni-tamaşa  və  digər  sosial  infrastruktur  qurğularını  və 

obyektlərini öz vəsaitləri hesabına əlillərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi 

üçün uyğunlaşdırırlar.

 

[73]

 

Göstərilən  obyektləri  əlillərə və  sağlamlıq  imkanları  məhdud  uşaqlara müyəssər  olmaq 



üçün  uyğunlaşdırmaq  mümkün  olmadıqda,  müvafiq  müəssisələr,  idarələr  və  təşkilatlar 

əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların tələbatının  ödənilməsini  təmin  edən  lazımi 

tədbirlər hazırlayıb həyata keçirməlidirlər.

 

 

 

Maddə 


34. Yaşayış 

binalarının 

əlillərin, 

sağlamlıq 

imkanları 

məhdud 

uşaqların müyəssər olması və istifadə etməsi üçün uyğunlaşdırılması 

[74]

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə