58
Bir müddət Azərbaycan dilində çıxan "Yol" jurnalında
işləyib, Orta Asiya və türkdilli ölkələr üzrə elmi işçi kimi
çalışıb, Xəzər Universitəsində Hüquq və əxlaq sahəsində dərs
deyib.
Hazırda Beynəlxalq Əl-Huda Nəşriyyatının Bakıdakı
şöbəsinin müdiridir.
Qurani-Kərim və onun tərcümələri
Rəsul İSMAYILZADƏ:
Bissmillahir-rəhmanir-rəhim.
Əlhəmdu lillahi bariil-xəlaiqi əcməin və baisil ənbiyai vəl-
mursəlin. Əssəlatu əssəlam əttəhiyyatu əl-ikram əla əşrəfil-ənbi-
ya vəl mursəlini siyyəma həbibu ilahil-aləmin əl-mustafil-əmcəd
əbilqasimi Muhəmməd sələvatullahi ələyhi və əla alihit-tayyibin.
Hörmətli iştirakçılar!
Möhtərəm alimlər!
Əziz tələbələr!
Xanımlar və cənablar!
Əvvəla, bu konfransı təşkil edən və bu konfransda mənim
çıxışım üçün şərait yaradan Xəzər Universitəsinin alicənab və
möhtərəm rəhbəri, alim-riyaziyyatçı, şair və ədəbiyyatçı Ham-
let İsaxanlı cənablarına və həmçinin Xəzər
Universitəsinin
möhtərəm əməkdaşlarına təşəkkürümü bildirirəm. İkincisi bura-
da iştirak edən möhtərəm alimlərə, universitet müəllimləri və
tələbələrinə yazıçı və tədqiqatçılara Quransevən insanlara və
həmçinin möhtərəm İran İslam Respublikasının səfiri cənab
Əfşar Süleymani qardaşıma minnətdarlığımı bildirirəm.
Mənim məruzəm Qurani-Kərim və onun
tərcümələri haq-
qındadır. İnşaallah, onu 3 hissədə açıqlayacağam. Birinci hissə
Quranşünaslıq elminin yaranması və tarixi haqqındadır. İkinci
hissə günümüzə qədər Qurani-Kərimin dünya dillərinə tərcü-
59
məsi sahəsindədir. Üçüncü hissə isə Qurani-Kərimin türk dil-
lərinə, xüsusilə Azərbaycan dilinə tərcüməsi barədədir.
Aydındır ki, Qurani-Kərim elmi-ədəbi, mədəni,
hüquqi-
fəlsəfi və dini nöqteyi-nəzərindən müsəlmanlar arasında böyük
əhəmiyyətə malikdir. Əvvəla, müsəlmanlar öz mədəniyyət və
fərhənglərini, elm və biliklərini Quranın təsiri altında
formalaş-
dırmışlar.
İkincisi, Quranın müsəlmanlar arasında öyrənilməsi, əz-
bərlənməsi və ondan ilham almaları müsəlmanların arasında dil
və mədəniyyət birliyini təmin etmişdir. Müsəlman xalqların dil-
lərindəki Qurani sözlər bu dillər arasında geniş həcmdə müştə-
rək söz və söz birləşmələrinin yaranmasına
və qorunub saxla-
nılmasına səbəb olmuşdur. Müsəlman dilləri deyəndə biz ərəb,
fars, türk, urdu və kürd dillərini nəzərdə tuturuq. Ona görə mü-
səlman dilləri adlandırırıq ki, müsəlmanlar müxtəlif dillərdə da-
nışmaqlarına baxmayaraq Qərb ölkələri,
Qərb alimləri bizim
hamımızı dilimizdən, irqimizdən və milliyyətimizdən asılı ol-
mayaraq müsəlman adlandırırlar. Onlar üçün iranlı, ərəb, türk,
kürd və başqaları eyni xarakter daşıyır.
Vaxtilə Qafqazda da türk-Azərbaycan dilinə rus dilinin
müqabilində müsəlman dili deyilmişdir. Mirzə Ələkbər Sabir
“Hophopnamə” əsərində və Cəlil Məmmədquluzadə “Molla
Nəsrəddin” jurnalında Azərbaycan dilini bəzən “müsəlman
dili” kimi qeyd etmişlər.
Qərb alimlərinin bu nəzərləri həqiqətə yaxındır. Ona görə
ki, yuxarıda adları çəkilən müsəlman xalqlarının mədəniyyəti,
tarixi və ədəbiyyatı İslam və Quranın təsiri altında formalaş-
mışdır və müxtəlif ərəb, fars, türk, urdu və kürd kimi müxtəlif
millətlərdən vahid bir ümmət yaratmışdır. Bu nöqteyi-nəzərdən
Qurani-Kərim bütün müsəlmanların müqəddəs kitabı olmaqla
yanaşı, həm də onların kimliyini və mənliyini aydınlaşdıran bir
mənbədir. Burada deyilənlərə əsasən Qurani-Kərimin müsəl-
manlar arasında əhəmiyyəti daha böyükdür.