60
Digər tərəfdən, qeyri-müsəlman xalqlar da Qurana xeyli
diqqət yetirmişlər. Onlar müsəlmanları tanımaq üçün və müsəl-
manlara qarşı düşmənçiliklərini gücləndirmək üçün Qurani-Kə-
rimin araşdırılmasına çox diqqət yetirmişlər.
Xüsusilə XVI əsdən etibarən bu qərəzli siyasətin təsirində
Quran araşdırmaları Qərb ölkələrində xeyli genişlənmişdir. Bu
əsrdə Qərb dünyasının “İnsan və dünya” münasibətlərinin tam
dəyişilməsində 3 amil böyük rol oynamışdır. Birincisi, Koper-
nikin Günəş sistemi haqqında yazdığı əsər və irəli sürdüyü nə-
zəri fikirlər. İkincisi, Andres Visalyus adlı alimin insanın cismi
və orqanizmi sahəsində irəli sürdüyü nəzəri fikirlər. Üçüncüsü
isə Qurani-Kərimin latın dilinə tərcümə edilməsi. (Hartmut
Bobzin. “Avropada ilk İslamşünaslıq” əsəri (ərəbcə), Beyrut).
Qurani-Kərimin latın dilinə XII-XIII əsrlərdə müqəddəs
Pyotr tərəfindən başlanılmış tərsüməsi Qərb ölkələrində başqa
tərcümələrin, o cümlədən italyan, alman, fransız və isveç dillə-
rində tərcümələrin meydana gəlməsində böyük rol oynamışdı.
XVI əsrdən etibarən isə Qərb ölkələrində Quranın müxtəlif ba-
xımdan araşdırılmasına çox diqqət yetirilmişdi. Ona görə də XVI
əsrdən sonrakı tərcümələr daha çox diqqət mərkəzində olmuşdur.
Demək, bir tərəfdən müsəlmanlar, digər tərəfdən isə
qeyri-müsəlmanlar Qurani-Kərimin öyrənilməsinə, tərcüməsinə
və araşdırılmasına hərtərəfli diqqət yetirmişlər. Bu diqqətin nə-
ticəsində Quranın özü ilə yaranan və Quranın tarixi qədər keç-
mişi olan Quranşünaslıq elmi genişlənmişdir.
Quranşünaslıq elminin genişlənməsi
Quranşünaslıq elmi 2 sahəyə bölünür:
1)
Quran maarifi.
2)
Quranla bağlı biliklər.
1. Quran maarifi sahəsində tədqiqatlar və araşdırmalar
həcmcə çox geniş və mənaca çox dərindir. Demək olar ki, İs-
lamşünaslığın əsasını həmin sahə təşkil edir. Alimlər və Quran-
şünaslar Quran maarifini aşağıdakı bölümlərlə təsnif etmişlər:
61
a) Xudaşünaslıq. Bu bölmədə Quran ayələrindən fay-
dalanaraq Tövhid və Allah-Təalanın sifətləri və felləri haqqında
məlumat verilir.
b) Cahanşünaslıq. Quranşünaslığın bu sahəsində yaradı-
lış aləmi, kainatın necə yaranması, göylərin, yerin, ulduzların
və mələklərin necə yaranması və keyfiyyəti haqqında mübahi-
sələr irəli sürülür.
c) İnsanşünaslıq. Quran maarifinin olduqca geniş və
zəngin olan bu sahəsi insanın xilqəti, ruh, cism, insanın bütün
məxluqlardan əşrəf olmasının səbəbləri, insanın neçəyönlü şəx-
siyyət və varlıq olması, insanın taleyi – xoşbəxtliyinə və bəd-
bəxtliyinə səbəb olan amillər, insanın fərdi və ictimai həyatı
üçün lazım olan qanunlar, insanın məcbur və ya muxtar (iradə-
li-azad) varlıq olması və bir sözlə, həyat fəlsəfəsi haqqında qiy-
mətli bilgilər və məlumatlar verir.
ç) Metodoloji və yol tanıma. Quran maarifinin bu sahə-
sində dünyagöürüşü və ideologiya mənbəyi olan vəhy və ilham
muzusu, peyğəmbərlərin göndərilməsi, imamların göndərilmə-
si, peyğəmbərliyin fəlsəfəsi və insanın son məqsədə çatmaq
üçün şərait yaradan həqiqi yollar və metodlar araşdırılır.
d) İbrətli tarixlər və hekayətlər. Quran maarifinin 5-ci
sahəsi peyğəmbərlərin, keçmiş millətlər və xalqların ibrətli
tarixi və hekayətlərindən ibarətdir.
e) Əxlaqiyyat. Bu sahədə insanın tərbiyəsində və insanlıq
zirvəsinə yüksəlməsində böyük rol ifa edən iman və yaxşı
əməllərin təsirindən söz gedir. Burada əxlaqi fəzilətlər, insani
səciyyələr göstərilir, torpaqdan yaranmış insanın necə heyvan-
lıq aşırımından aşaraq insanlıq aləmində seyri-suluca başlayıb,
ilahiyyata qovuşan yolun yolçusu olması yollarını öyrədir.
ə) İbadət mövzuları. Bu sahədə namaz, oruc, həcc və dua
kimi ibadətə aid olan mövzular araşdırılır.
f) İnsanın fərdi yaşayışı. Bu sahədə insanın fərdi yaşayı-
şında, ailəsində nə kimi xüsusiyyətlərə malik olması və necə
62
yaşaması – mövzular araşdırılır, insan üçün halal və haram olan
şeylər və əməllər aydınlaşdırılır.
g) İctimai qayda-qanunlar. Bu sahədə Quranın iqtisa-
diyyata aid olan mövzular, habelə hüquq, o cümlədən cinayət
hüququ, mülki hüquq, konstitusiya hüququ, beynəlxalq hüquq
araşdırılır.
h) Maad mövzusu. Quran mərifətindən bütün varlıq “ol”
sözü ilə başlamış və hərəkətə gəlmişdir. Bütün varlıq aləmində
olan varlıqlar, ən kiçik hüceyrədən tutmuş ən böyük qalaktika-
lara qədər olan varlıqlar öz daxili hərəkət və dəyişmələri ilə ya-
naşı hamısı bir toplum və vahid şəkildə sonsuz bir nöqtəyə
doğru, yəni Allaha doğru hərəkətdədir.
Böyük İslam filosofu Molla Sədra Quranın bu sahədəki
maarifini öz fəlsəfəsində çox aydın şəkildə bəyan etmişdir. Adı
çəkilən filosof bizim hiss etdiyimiz hərəkətdən başqa hiss edə
bilmədiyimiz, amma sağlam ağıl vasitəsilə və vəhy mənbəyi ilə
dərk etdiyimiz cövhəri (xəyali) hərəkəti də qeyd edir.
Cövhəri hərəkəti aşağıdakı misalla izah etmək olar. Alim-
lərin dediyinə görə, Yer kürəsinin iki növ hərəkəti və fırlanması
var. Yer kürəsi 24 saat ərzində öz oxu ətrafında bir dəfə fırlanır
və onun nəticəsində gecə-gündüz əmələ gəlir. Yer kürəsi başqa
bir hərəkətdə öz oxu ətrafında fırlanmaqla yanaşı Günəşin də
ətrafına bir il ərzində fırlanır və onun nəticəsində fəsillər əmələ
gəlir. Biz Kainatı Yer kürəsinə bənzətsək, kainatın öz daxilində
olan hərəkətlər Yer kürəsinin öz oxu ətrafına etdiyi hərəkət
kimi görünəcək. Kainat öz daxilindəki hərəkətlə yanaşı sonsuz
bir nöqtəyə doğru hərəkət etməsi Yer kürəsinin Günəşin oxu ət-
rafında fırlanmasına oxşayacaq. Demək, Quranın bu mərifətinə
əsasən bütün kainatda olan varlıqlar hərəkətdədirlər, dəyişirlər,
olurlar və ölürlər. Qarşılıqlı təsirə malikdirlər, bir mərhələdən
başqa bir mərhələyə sıçraya bilirlər və bu dəyişilmələr və hərə-
kətlər onların öz daxilində və kainat daxilində baş verən bir hə-
rəkətdir. Bu hərəkətlə yanaşı eyni halda bütün varlıqlar öz baş-
larına fırlana-fırlana həm də bir məqsədə doğru irəliləyirlər.
Dostları ilə paylaş: |