Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə64/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   60   61   62   63   64   65   66   67   ...   161

Fəlsəfədə materiya haqqında təsəvvürlərin təkamülü 

167


 

 

FƏLSƏFƏDƏ MATERİYA HAQQINDA  

TƏSƏVVÜRLƏRİN TƏKAMÜLÜ 

 

Rzayeva Xalidə İsrafil qızı  

Bakı Dövlət Universitetinin  

“Ontologiya və İdrak nəzəriyyəsi”  

ixtisası üzrə qiyabi aspirantı       

 

 

Açar sözlər:  materiya, sinergetika, substansiya, fəlsəfə, sistem yanaşma, atom, 

elementar hissəcik, müasir fizika, elektron, obyektiv reallıq 

Ключевые слова: материя, синергетика, субстансия, философия, систем-

ный  подход,  атом,  элементарная  частица,  современная  физика,  электрон, 

объективная реальность 

Key words: mather, synergetic, substancy, philosophy, system method, atom, 

elementary particle, modern physics, electron, objective reality  

 

Fəlsəfədə materiya anlayışı həmişə filosofların diqqət mərkəzində olmuş, onları 



daim düşündürmüşdür. Materiyanın quruluş  və xassələrinə dair məsələləri təbiət 

elmləri öyrənsə də, materiya anlayışının mahiyyətinin açılmasını fəlsəfə də hərtərəfli 

öyrənir. Məhz bu səbəbdən də materiya anlayışı filosofların daim diqqət mərkəzində 

olmuşdur. 

Fəlsəfədə materiya haqqında təsəvvürlərin təkamülünə nəzər yetirsək görərik ki, 

materiya haqqında təsəvvürlər hələ Qədim Hindistan, Çin və Yunanıstandan başlan-

mışdır. Qədim fəlsəfədə materiya anlayışının  əsasında maddi olanın (ilkin materi-

yanın) anlaşılması dururdu ki, ondan da bütün şeylərin yaranması  qəbul edilirdi. 

Antik fəlsəfədə materiyanın bu cür anlaşılması nəticəsində Fales hər şeyin əsasında 

suyun, Anaksimen havanı, Anaksimandr apeyronu, Heraklit isə odu görürdü.  

Materiya haqqında yuxarıda qeyd etdiyimiz ilkin təsəvvürlərə baxmayaraq ilk 

dəfə materiyanın (hyle) anlaşılması  cəhdi Platon tərəfindən irəli sürülmüşdür ki, o, 

bununla dünyanın müxtəlifliyinin səbəbini aydınlaşdırmaq istəmişdir. Platonun 

fikrincə materiya təcrid olunmuşdur və insan idrakı üçün əlçatmazdır. Platonun 

materiya haqqında bəhs etdiyi ilkin dialoqlarında materiya qeyri-varlıq kimi 

xarakterizə olunur, lakin sonralar yazdığı «Timey» adlı dialoqunda isə bildirir ki, 




 Rzayeva Xalidə İsrafil qızı 

168


materiya istənilən formanı  qəbul edə bilər, çünki onun özü əslində formasızdır. O, 

reallıq kimi yox, imkan kimi mövcud ola bilər. 

Platonun təlimindən fərqli olaraq Aristotel materiya və forma haqqında 

təlimində materiyaya imkan (potensiya) kimi baxır. Materiyanın imkandan 

gerçəkliyə çevrilməsi məhz formanın köməkliyi ilə mümkün olur. Aristotelin fikrincə 

forma aktiv başlanğıcdır, həyat və  fəaliyyətinin başlanğıcıdır, lakin materiya isə 

qeyri-aktivdir (passiv). «Aristotel gözəl başa düşürdü ki, zaman – sadəcə  hərəkətin 

ölçüsüdür» (5, 9). Lakin materialistlərdən fərqli olaraq «astroloji məktəb olan 

«Rodnik» isə belə bir şərh verir: «Zaman – ruh və materiyanın qarşılıqlı  təsirinin 

meydana gəlməsi formasıdır»» (5,9). 

Lakin Demokrit isə öz atomizmində materiyanın 2 növünü – atomları və boşluğu 

göstərməklə həp şeyin əsasında bölünməz atomların durduğunu göstərirdi. Epikür isə 

Demokritin təlimini daha da inkişaf etdirsə  də onun materiya haqqında olan bu 

təsəvvürləri bəsit xarakter daşıyırdı. 

Belə  nəticəyə  gəlmək olar ki, Aristotelin təlimində materiya haqqqında 

təsəvvürlər antik dövrdə, uzun müddət diqqət mərkəzində olmuşdur. Lakin onun 

təlimi dualist xarakter daşısa da, orta əsrlərdə bu təsəvvürlər xristianlığın və 

müsəlmanlığın monoteist, dini təsəvvürləri ilə əvəz olunmuşdur. 

Materiya haqqında təsəvvürlər sonralar R.Dekart, və Spinozanın təlimlərində 

özünün müəyyən inkişaf mərhələsinə gəlib çatmışdır. 

C.Brunonun sonralar isə Spinozanın fəlsəfəsində materiya bir substansiya kimi 

nəzərdən keçirilmiş və materiya əslində elə tam halda elə dünyanın özüdür, qənaətinə 

gəlinmişdir. Spinoza ümumiyyətlə «materiya» terminindən uzaqlaşaraq «substan-

siya» termininin anlaşılmasını irəli sürürdü. 

Sonralar Holbax və Didronun təlimlərindən də materiya haqqında təsəvvürlər bir 

qədər inkişaf etmişdir. Holbaxın materiyaya verdiyi tərif isə Leninin tərifinə 

müəyyən qədər yaxınlaşsa da onlar forma və məzmunca bir-birindən fərqlənir. Belə 

ki, Holbaxın tərifində deyilir ki, materiya duyğularımıza təsir edən hər  şeydir və 

materiyanın obyektiv reallıq olmaq kimi xassəsi  əsas xassə hesab oluna bilər. Bu 

tərifdə həmçinin materiya insana qarşı qoyulur və materiya toxunmaqla hiss olunan 

fiziki reallıq kimi qəbul olunur. Holbax Spinoza – Brunonun (substansiya-təbiət) 

fikirlərinə etiraz etmir, mexaniki-metafiziki materialistlərin fikirlərini inkişaf etdirir. 

Qeyd edək ki, dövrlə bağlı olaraq marksizm-leninizm baxışları fetişləşdirilirdi, 

bütün təlimlərin yekunu və  ən yaxşısı kimi göstərilirdi.  Əslində  fəlsəfədə varislik 

prinsipi həmişə ön planda durur. Yəni marksizm-leninizmdən tam imtina etmək 

doğru olmaz. Bu təlimin də müsbət tərəflərindən istifadə etmək lazımdır. Ona görə 




Fəlsəfədə materiya haqqında təsəvvürlərin təkamülü 

169


də biz Marks, Engels və Leninin materiya və onun mövcudluq formalarına dair 

fikirlərinə müraciət etmişik. Onların müsbət və  əhəmiyyətli fikirlərini  şərh etməyə 

çalışmışıq. 

Materiya haqqında təsəvvürlər K.Marks, F.Engels və V.İ.Leninin təlimlərində 

özünün müəyyən inkişaf mərhələsinə çatır. Belə ki, F.Engelsin materiyanın 5 hərəkət 

formasını (mexaniki, fiziki, kimyəvi, bioloji və sosial hərəkət) irəli sürməsi onu 

göstərir ki, materiya haqqında təsəvvürlər müəyyən inkişaf mərhələsinə çatmışdır. 

F.Engels «Təbiətin dialektikası» (1873) əsərində materiyanın hərəkət formalarının 

təsnifatını versə də, həmin dövrdə elmlərin klassifikasiyası çox güclü təsir qüvvəsinə 

malik idi. «Əgər riyaziyyatın özünü nəzərə almasaq, hər bir elm materiyanın ayrıca 

bir hərəkət formasını özünün predmeti hesab edirdi» (4, 284-285).  

XX  əsrdə elmin inkişafı XIX əsrdə  bəlli olmayan fiziki hərəkətin yeni 

formalarını ortaya çıxartmış, mikro və makro aləmdə baş verən proseslər bunu 

əsaslandırmağa imkan yaratmışdır. Bunlara baxmayaraq Engels tərəfindən 

materiyanın əsas hərəkət formalarının təsnifatı həmişə diqqət mərkəzində olmuşdur. 

XIX əsrin 70-ci illərində meydana gələn maxizm («ikinci pozitivizm») dialektik 

materializmə  əks olaraq, materiya anlayışının mövcud olmaması  qənaətinə  gələrək 

«materiya sarsılmışdır», «materiya yox olmuşdur» kimi təsəvvürləri dəstəkləyirdi. 

Maxistlər ciddi şəkildə materiyanın tərifini tələb edirdilər. O dövrün filosofları  və 

təbiətşünasları elmdəki bütün nailiyyətləri metafiziki nöqteyi-nəzərdən təhlil 

etdiklərindən bir sıra ciddi problemlərlə üzləşirdilər. Çünki metafizik nöqteyi-nəzər 

elmdəki bir sıra problemləri həll etmək iqtidarında deyildi. Antifəlsəfi, pozitivist bir 

hərəkat olan maxizm təcrübəni tənqid etməyi fəlsəfənin əsas vəzifəsi hesab edir və 

fəlsəfənin elm fəlsəfəsi şəklində mövcud olmasını dəstəkləyirdilər. 

Lomonosov və Lavuazye tərəfindən kəşf olunmuş maddə  çəkisinin saxlanması 

qanunu isə belə bir tendensiyanın hökm sürməsinə səbəb olmuşdu ki, kütlə maddənin 

miqdarını bildirir və kütlə  dəyişməz qalır. Lakin Rezerford tərəfindən elektronun 

kəşfi və elektron nəzəriyyələrinin yaranması bir çox faktları ortaya çıxarır. Belə ki, 

elektron öz hərəkət sürətindən, yaratdığı sahənin enerjisindən asılı olaraq öz kütləsini 

dəyişir. Mexaniki və elektrodinamik kütləyə malik olan elektron hərəkət zamanı 

mexaniki kütləsini dəyişir ki, bu da elmdə uzun illər sürən «materiyanın yox olması» 

qənaətinə  gətirib çıxarır. Bəzi hallarda materiyanın bəzi xassələrinin yaxa çıxması, 

yaxud onların nisbi halda özlərini göstərmələri də belə bir fikrə əsaslanmağa imkan 

verirdi. Çünki materiyanın xassə  və növləri onun özü ilə eyniləşdirilirdi. Bu isə öz 

növbəsində yanlış bir mövqe idi. Elmdəki kəşflər materiya anlayışına yeni bir tərif, 

yeni bir məzmun verilməsini tələb edirdi.   




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə