Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə72/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   68   69   70   71   72   73   74   75   ...   161


Beynəlxalq sənədlərdə din azadlığının əhatəsi məsələsi 

189


 

 

BEYNƏLXALQ SƏNƏDLƏRDƏ DİN  

AZADLIĞININ ƏHATƏSİ MƏSƏLƏSİ 

 

i.f.d. Elnurə Əzizova 



Xəzər Universiteti 

 

 

Açar sözlər: insan hüquqları, din azadlığı 

Key words: human rights, religious freedom 

 

İnsan hüquqları ilə din/inanc azadlığı arasındakı münasibət son onilliklərdə 

getdikcə artan maraqla tədqiqat obyekti olma aktuallığını qoruyan mövzulardan 

biridir. Mövzunun çoxşaxəli olması  səbəbi ilə  ənənəvi olaraq onu dini, fəlsəfi və 

əxlaqi zəmində tədqiq edən dinşünas və filosoflar ordusuna demokratiya və pluralist 

cəmiyyət arasındakı münasibətlər, dövlət və konstitusiya modelləri, milli və qlobal 

təhlükəsizlik, beynəlxalq münasibətlər və diplomatiya nöqteyi-nəzərindən tədqiq 

edən hüquqşünas və politoloqlar da qoşulmuşdur. 

Xüsusilə ötən  əsrin sonlarından etibarən nüfuzlu tədqiqat qurumlarının 

öndərliyində aparılan araşdırmaların nəticələri mövzunun müxtəlif perspektivlərdən 

tədqiqi üçün yeni üfüqlər açmışdır. Religious Human Rights in Global Perspective: 

Legal Perspectives (1996 – John Witte Jr., Johan D. van der Vyver) və Religious 

Human Rights in Global Perspective: Religious Perspectives (1996 – John Witte Jr., 

Johan D. van der Vyver), Religious Liberty and International Law in Europe (1997 – 

Malcolm D. Evans), Freedom of Religion and Belief: A World Report (1997 – Tad 

Stahnke və J. Paul Martin), Religion and Human Rights: Basic Documents (1998 – 

Kevin Boyle və Juliet Sheen), Religion, Beliefs and International Human Rights 

(2000 – Natan Lerner), Human Rights and the World’s Major Religions (2005 - 

Muddathir Abd al-Rahim, Harold Coward vd.), Religion and Human Rights: An 

Introduction (2011 – John Witte), Religion and the Global Politics of Human Rights 

(2011- Thomas Banchoff və Robert Wuthnow) və Religion and Human Rights elmi 

jurnalı (2006-cı ildən etibarən - Brill nəşriyyatı) bu sahədə yayınlanmış əhəmiyyətli 

nəşrlərə nümunə olaraq göstərilə bilər. Digər tərəfdən  Şimali Amerika və  Qərbi 

Avropada bir çox universitetin nəzdində din azadlığı və insan hüquqları adlı tədqiqat 

mərkəzləri təsis olunması və bir çox mərkəzdə “Hüquq və Din” adlı elmi jurnalların 



 Elnurə Əzizova 

190


nəşr olunması mövzunun aktuallığını qoruduğunun göstəricisi olmaqla yanaşı, yaxın 

gələcəkdə mövzuya dair beynəlxalq tədqiqatların və  nəşrlərin sayının daha da 

artacağını xəbər verir. 

A.D.Hertzke problemin aktuallığının səbəbini mövcud şəraitdə din azadlığının 

müxtəlif milli və beynəlxalq səviyyəli maneələrlə qarşı-qarşıya qalması ilə 

əlaqələndirir: “...məhz din azadlığının dəyərinin yüksəldiyi bu dövrdə onun avtorirar 

rejimlərin hücumları, teokratik hərəkatların həmlələri, aqressiv dünyəvi siyasətlərin 

təcavüzləri, artan elit düşmənçilik və  cəhalət ilə  aşındırılması din azadlığının 

arxasındakı beynəlxalq konsensusun zəifləməsinə gətirib çıxardır...” (A. D. Hertzke, 

The Future of Religious Freedom. Global Challenges, Oxford: Oxford University 

Press, 2013, s. 3) 

İnsan hüquqları perspektivindən din azadlığının gələcəyinə dair proqnozlar 

verilə bilməsi onun beynəlxalq hüquq sahəsindəki təşəkkül prosesini müxtəlif 

cəhətlərdən tədqiq və  təhlil etmək və bu istiqamətdə doğru metodologiya təyin 

etməklə mümkündür. Şübhəsiz ki, insan hüquqlarının beynəlxalq müstəvidə 

müzakirəsindən danışarkən müraciət olunan ilk mühüm beynəlxalq sənəd BMT-nin 

1948-ci ildə qəbul etdiyi İnsan Hüquqları Haqqında Ümumi Bəyannamədir. Tədricən 

əlaqədar  ədəbiyyatda “18-ci Maddə” kimi qeyd olunan Bəyannamənin 18-ci 

maddəsində  hər bir şəxsin fikir, vicdan və din azadlığı hüququna malik olduğu 

bildirir və bu hüquqa daxil olan azadlıqları öz dinini və etiqadını dəyişmək azadlığı, 

öz dininə  və  əqidəsinə  təhsil, dua, dini ayin və  mərasimlər zamanı  təklikdə  və ya 

başqaları ilə birlikdə, aşkar və ya fərdi  şəkildə etiqad etmə azadlığını daxil edilir. 

Bəyannamənin digər maddələrində də din azadlığı ilə əlaqədar ifadələr mövcuddur. 

Məsələn 2-ci maddədə dini diskriminasiya da daxil olmaqla diskriminasiyanın bütün 

növlərinin qadağan olunduğu, 26-cı maddədə təhsil huququnun sahəsinə dini qruplar 

da daxil edilmiş, 29-cu maddədə hüquqların tətbiq sahəsinin məhdudiyyətində mövzu 

ilə əlaqəli hüquqlar da əhatə olunmuşdur. (bxn. www.un.org/en/documents/uhdr/) 

Birləşmiş Millətlər Bəyannaməsinin “dinin” aydın və  təfərrüatlı  tərifini 

vermədiyi, dini etiqadını yalnız və ya toplu şəkildə izhar etməkdə “topluluğun” açıq 

tərifinin verilmədiyi və digər tənqid nöqtələrinə baxmayaraq, bu sənədin XX əsrin 

ikinci yarısından etibarən hüquqi və siyasi fəlsəfənin formalaşmasında böyük rol 

oynadığı mübahisə mövzusu olmaqdan uzaqdır. Bu sənəd həmçinin müasir 

beynəlxalq hüquqda və milli qanunvericilikdə mühüm rol oynamaqdadır. (bxn. 

Lerner, “Religious Human Rights Under the United Nations, Religious Human 

Rights in Global Perspective: Legal Perspectives, s. 88 vd) 



Beynəlxalq sənədlərdə din azadlığının əhatəsi məsələsi 

191


İnsan hüquqları kontekstində din azadlığı mövzusundaki digər mühüm sənəd 

1950-ci ildə Romada imzalanan İnsan hüquqlarının və  əsas azadlıqların müdafiəsi 

haqqında Avropa Konvensiyasıdır. Konvensiyanın fikir, vicdan və din azadlığına 

ayrılmış adlı 9-cu maddəsində  hər kəsin fikir, vicdan və din azadlığı hüququnun 

olduğu ifadə edilir. Məzmun baxımından iki fərqli mövzunu ehtiva edən maddədənin 

birinci hissəsində bu hüquqa öz dinini və ya əqidəsini dəyişmə azadlığı, öz dininə və 

ya  əqidəsinə  həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, 

yaxud  şəxsi qaydada ibadəti, təlimləri, dini və  mərasim ayinlərini yerinə yetirmək 

azadlığı daxil edilmişdir. Maddənin ikinci hissəsində isə öz dininə  və baxışlarına 

etiqad etmək azadlığının yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, 

sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər  şəxslərin hüquq və 

azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş  və demokratik 

cəmiyyətdə  zəruri olan məhdudiyyətlərə  məruz qala biləcəyi qeyd olunur. (bxn. 

www.echr.coe.int/Documents/Convention/ENG.pdf) 

Din azadlığı haqqındaki beynəlxalq sənədlərdən bir digəri BMT-nin 1966-cı ildə 

qəbul etdiyi Mülki və Siyasi Hüquqlar haqqında Sazişdir. 18, 20 və 27-ci maddələri 

din azadlığı və dini hüquqlarla əlaqəli olan sazişin 18-ci maddəsində hər bir insanın 

fikir, vicdan və din azadlığı hüququ olduğu ifadə edilir və bu hüquqa özünün seçdiyi 

dinə  və  əqidəyə malik olmaq, öz dininə  və  əqidəsinə istər təklikdə, istərsə  də 

başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, ibadətdə, dini ayin və mərasimlərin 

icrasında və  təlimdə etiqad bəsləmək azadlıqlarının daxil olduğu qeyd olunur. 

Maddədə eyni zamanda heç kimin dinə, yaxud əqidəyə malik olmaq və ya onları öz 

istəyi ilə qəbul etmək azadlığına xələl gətirən məcburiyyətə məruz qalmamalı olduğu 

ifadə olunur. Maddənin üçüncü qismində din, yaxud əqidə azadlığının yalnız qanunla 

qoyulmuş və ictimai təhlükəsizliyin, asayişin, sağlamlığın və əxlaqın, eləcə də başqa 

şəxslərin  əsas hüquq və azadlıqlarının qorunması üçün zəruri olduğu qədər 

məhdudlaşdırılmalı olduğu qeyd olunur. Son olaraq maddədə Sazişdə  iştirak edən 

dövlətlərin valideynlərin və müvafiq hallarda qanuni qəyyumların uşaqlarının öz 

şəxsi  əqidələrinə uyğun dini və  mənəvi tərbiyə almasını  təmin etmək azadlığına 

hörmət etməyi öhdələrinə götürdükləri ifadə olunur. 20-ci maddədə dini ayrıseçkilik 

daxil olmaqla diskriminasiyanın bütün növlərinin qadağan olunduğu, 27-ci maddədə 

digər azlıqlar da daxil olmaqla dini azlıqların hüquqlarının qorunması qeyd olunur. 

(bxn. https://treaties.un.org/doc/Treaties ) 

Mülki və siyasi hüquqlar haqqında saziş din ilə əlaqəli tətbiq olunması ölçülə bilən 

(measures of implementation) yeganə qlobal insan hüquqları anlaşması olaraq dəyər-

ləndirilir. (Lerner, “Religious Human Rights Under the United Nations”, s. 98-99) 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə