Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə70/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   66   67   68   69   70   71   72   73   ...   161

Klassik Azərbaycan tarixçisi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi 

183


qiymətli abidələrdən sayılan  Şah Abbas məscidinin axundu da ( 1905-1918 ) 

olmuşdur. 

Hacı  Şeyx Həsən Mollazadə  Gəncə  şəhərinin mədəni-maarif həyatında da 

yaxından iştirak edirdi. “Gəncə quberniyasının 1903-cü il üçün yaddaş kitabı”nda 

Mollazadənin adını şəhər Dumasının üzvləri arasında görürük. O, buraya müsəlman 

din xadimləri zümrəsindən seçilmişdi. 1919-cu ildə  vəfat etmiş Hacı  Şeyx Həsən 

Gəncədə Səbzikar məzarlığında dəfn edilib.  ( 3, 9, 10 ) 

Hacının ikisi qız olmaqla 8 övladı olmuşdur. Hüseyn, Cəfər, Həmid, Məcid, 

İsrafil, Həsən, Səriyyə  və Sürəyya. Övladlarından ikincisi Cəfər Axundov kimi 

tanıdığımız Zaqafqazıya seyminin üzvü gənc yaşlarından siyasətə böyük maraq 

göstərmişdir. Sonradan 28 may 1918-ci ildə Tiflisdə Azərbaycanın  İstiqlal 

Bəyannaməsi qəbul edildikdə  həm də Azərbaycan Milli Şurasının üzvü olan Cəfər 

Axundov səsvermədə bitərəf qalıb (müstəqilliyə  səs verməyən ikinci deputat isə 

“İttihad” partiyasının rəhbərlərindən biri Sultanməcid Qənizadə idi). Cəfər Axundov 

təhsilini Gəncə gimnaziyasında alıb. O, erkən yaşlarından siyasətlə maraqlanmağa 

başlayıb. 1903-cü ildən RSDFP-yə daxil olan “Hümmət” partiyasının menşevik üzvü 

və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri olaraq gizli fəaliyyət 

göstərib. Qardaşı  nəvəsi Rasim Axundovun bildirdiyinə görə, Leninin ona yazdığı 

məktub onların ailəsində saxlanılırmış  və sonralar DTK-dan gələnlər o məktubu 

aparıblar. 

1905-ci ildə  Gəncə  sənət məktəbi  şagirdlərinin nümayişini təşkil etdiyinə görə 

həbs edilən C.Axundov Gəncədə  və Bakıda zindanda yatıb və az sonra Krasnodar 

(Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib. Atası Hacı  Şeyx Həsəni 

jandarm idarəsinə çağıraraq deyiblər ki, sənin oğlun kafirdir (sosialistləri kafir kimi 

qələmə verirdilər), halbuki sən axundsan. Cəfər Axundov 1913-cü ildə Romanovlar 

sülaləsinin 300 illiyi münasibətiylə Rusiyada verilmiş amnistiyadan sonra ana 

vətəninə qayıda bilib. 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdikdən 

sonra Gəncədə  də Kerenskinin Müvəqqəti hökumətini təmsil edən hakimiyyət 

qurumları  fəaliyyətə başlayıb. C.Axundov Gəncə  Şəhər Fəhlə  və  Əsgər Deputatları 

Şurası  sədrinin müavini seçilib. Cəfər Axundov Azərbaycan Cümhuriyyəti 

dönəmində müstəqil dövlətimizə  gəlməyərək Gürcüstanda yaşayıb və bir müddət 

Borçalı torpaq şöbəsində çalışıb. ( 3 ) Məlumat üçün qeyd edək ki, 1920-ci ildəki 

Gəncə üsyanının qan içərisində boğulmasından sonra Cəfər Axundov cəllad Həmid 

Sultanova üsyançıların tapılıb məhv edilməsində əlindən gələn yardımı edib. Sonrakı 

illərdə C.Axundov Azərneftdə mühəndis vəzifəsində çalışıb. Ancaq qədirbilməz 

bolşeviklər kommunist partiyası qarşısındakı xidmətlərini unudaraq 1928-ci ildə onu 




 

Elçin Kamal oğlu QASIMOV 

184


“nərimanovçu” damğası ilə partiyadan qovublar. Cəfər Axundov 1931-ci ildə Gəncə 

şəhərində  vəfat edib və atasının sərdabəsində  dəfn edilib.  Allah atasına rəhmət 

eləsin. 

Həyatı haqqında məlimat verdikdən sonra qeyd etməliyik ki, Hacı Şeyx Həsən 

Mollazadə Gəncəvi dövrünün dərin İlahiyyatcı alimi olmaqla yanaşı bir sıra qiymətli 

tarixi əsərləri də qələmə almışdır.  Mollazadə 10-a yaxın kitabın müəllifidir.  

“Hidayətül-müslimin və yaxud Mizanül-ədyan” (Gəncə: Haqverdiyev və Əbilov 

mətbəəsi, 1910, 116 səh.), “Əqaidül-islam və firuiddin” (Gəncə: Haqverdiyev və 

Əbilov mətbəəsi, 1911, 118 səh.), “İbtidai-əqaidül-islam və firuiddin” (Gəncə: Haq-

verdiyev və  Əbilov mətbəəsi, 1911, I hissə, 36 səh.), “Bəsirətül-islam. Müfəssəl 

əqaidül-islam və firuiddin” (Gəncə: Haqverdiyev və  Əbilov mətbəəsi, 1911, 120 

səh.). 


Yuxarıda adları  çəkilmiş dini mövzuları  əhatə edən kitablarıyla yanaşı  Şeyx 

Həsən Mollazadə  həm Azərbaycan, həm də  İslam tarıxını öyrənmək baxımından 

qiymətli mənbə sayılacaq tarıxı kitablarında müəllifidir. 4 cildlik “Zübdətüt-təvarix. 

Həzrəti Adəmdən zəmanəmizə  qədər keçən vüquati-təvarixiyyeyi-came dörd cild 

üzərinə yazılmış tarixi-ümumidir” (I cild, Tiflis: “Qeyrət” mətbəəsi, 1905, 261 səh.; 

II cild, Gəncə:  Əsgər Hacı  Həsənzadə  mətbəəsi, 1909, 128 səh.;  III cild, I kitab, 

Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1913, 155 səh. IV cild, Gəncə: Əbilov və 

Haqverdiyev mətbəəsi, 1912, I kitab, 100 səh., II kitab, 92 səh.; ), 2 cildlik “Müxtəsər 

tarixi-islam. Tarix elmləri ümumudur və ayineyi-cəhannümadır” (Gəncə: Haq-

verdiyev, Rzayev və Əbilov mətbəəsi, 1908, I cild, 119 səh.), “Tarixi-ənbiyayi-üzam 

əleyhüssəlam” (Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1913, 60 səh.),  adlı tarıxı 

əsərləri hələdə tam şəkildə tədqiq edilməmişdir.  

Bu görkəmli Azərbaycan tarixçisinin həyatını tədqiq edərkən onun dövrün başqa 

bir alımı    Şeyxülislam Məhəmmədhəsən Mövlazadə  Şəkəvi  ilə qarışdırıldığının 

şahidi oluruq.  

Belə ki, Azərbaycan dilində    Quranı  Kərimin  tərcümə  və  təfsiri sayılacaq  ilk 

əsərlərdən olan "Kitabul-bəyan fi təfsiril-Quran" kitabının müəllifi, Qafqaz Müsəlmanları 

Ruhanı idarəsinin tarixində ən qısa müddətlı Şeyxülislam, Məhəmmədhəsən İsmayıl oğlu 

Mövlazadə Şəkəvi  1853 cü ildə Şəkinin "Gəncəlilər" məhəlləsində anadan olmuşdur. O, 

əvvəlcə Şəki mollaxanasında, sonra Gəncə mədrəsəsində təhsil almış, bir müddət Gəncə 

Cümə  məscidində mollalıq etdikdən sonra İraqa getmiş  və orada alı  dını  təhsil alaraq 

vətənə qayıtmışdır. ( bax: 1, s. 33 ) Məhz Mövlazadənin  Şəkidə "Gəncəlilər" 

məhəlləsində doğulması və Gəncə də təhsil alması onun Mollazadə ilə bəzi mənbələrdə 

səhf salınması səbəb olan amillərdən biridir.   




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə