Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə68/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   64   65   66   67   68   69   70   71   ...   161

 Rzayeva Xalidə İsrafil qızı 

176


təşkiledicisini müəyyənləşdiririk. “Sistem materiya təkamülünün nə  qədər yüksək 

pilləsində durursa, ondakı özünütəşkiletmə prosesləri də bir o qədər mürəkkəb və 

dolaşıq xarakter daşıyır.”(3,189)  Beləliklə, sistemin bütün digər elementləri 

aparıcıların hərəkətlərinə uyğunlaşmağa, onlarla harmoniya təşkil etməyə çalışırlar. 

Fəlsəfədə materiya haqqında təsəvvürlərin təkamülünə  nəzər salsaq görərik ki

antik dövrdən başlayaraq XX əsrdə yüksək inkişaf mərhələsinə çatan bu təsəvvürlər 

sonda sinergetik baxımdan təhlil olunur və mühüm metodoloji əhəmiyyət kəsb edir. 

«Materiyanın mahiyyəti, fəlsəfəsi onun mövcud olan prinsiplərində  əks olunur. 

Materiya məkan və zamanla məhdudlaşdırılır. O monaton yox diskret xarakterlidir, 

ya da hissəciklər qruppu kimi çıxış edir. Hissəciklərin vəziyyəti və qarşılıqlı əlaqəsi 

materiyanın tərkibini təşkil edir» (7, 21). Lakin elmdə baş verən hər bir yenilik 

materiya haqqında təsəvvürlərə mühüm təsir edib və edəcək. Məhz buna görə  də 

bunu mütləq qeyd etməliyik ki, materiya haqqında təsəvvürlər elmlə paralel şəkildə 

inkişaf edir və heç vaxt bu inkişaf səngiməyəcək. 

«Belə ki, planet, ulduz və qalaktika formasında olan maddi obyektlər materi-

yanın görünən hissəsidir. Sahə formasında olan materiyanın böyük əksəriyyəti bizim 

hissələrimizə  təsir etmir, amma o bizi hər tərəfdən  əhatə edir. Kainatdakı cazibə 

qüvvəsinin təminatının maddi əşyalar və qaranlıq materiya təmin edir» (9, 8). 

Qaranlıq enerji isə özünün əks təzyiqi sayəsində genişlənməyə  cəhd edir. Qaranlıq 

materiya və qaranlıq enerjinin arasındakı  fərq o qədər də böyük deyil. Belə ki, 

qalaktikaların sürüşməsi müşahidə olunur. Bu o mənanı verir ki, müasir dövr 

qaranlıq materiyanın və maddi əşyaların gücünün mənimsənilməsindən qaranlıq 

enerjinin gücünün mənimsənilməsinə  qədər olan bir keçiddir (9,8).  Materiya 

haqqında təsəvvürlər elmlə paralel şəkildə inkişaf etsə  də, materiya haqqında 

təsəvvürlər və onların inkişafı  fəlsəfə daxilində baş verəcək. Fəlsəfəsiz materiyanı, 

materiyasız fəlsəfəni təsəvvür etmək mümkün deyildir. Materiyanın mahiyyətinin 

tam açılması  və materiyaya yeni bir tərifin verilməsi məsələsi məhz fəlsəfənin 

qarşısında duran mühüm vəzifələrdən biridir. 

Qeyd etmək lazımdır ki, fəlsəfi ədəbiyyatlarda materiya anlayışı demək olar ki, 

ayrıca öyrənilmir. Materiya varlığın tərkib hissəsi kimi öyrənilir. Varlıq materiyadan 

çox geniş anlayışdır. Materiya varlığın maddi forması kimi göstərilir. Varlığa verilən 

tərif materiyanı da əhatə edir. Lakin materiya onun strukturu, formaları, mövcudluq 

formalarını öyrənərək bu gün də çox böyük əhəmiyyət kəsb edir.  

 

 




Fəlsəfədə materiya haqqında təsəvvürlərin təkamülü 

177


 

ƏDƏBİYYAT SİYAHISI 

 

Azərbaycan dilində 

1.

 



Kərimov V.K., V.I.Lenin və müasir fizikanın bəzi fəlsəfi məsələləri., 

Bakı,1983, səh.252. 

2.

 

Kərimov V.M., Məmmədov  Ə.B. Fəlsəfə  və  təbiətşünaslıqda varlıq və 



materiya problemi. Bakı, 2001.səh.486. 

3.

 



R.M.Səmədova,  Ə.B.Məmmədov “Sistemli yanaşma və sinergetik 

paradiqma” Bakı, 2012, səh.279. 

 

Rus dilində 

4.

 



Блохинцев Д.И. Пространство, время, движение. М., 1971, стр. 623.  

5.

 



Истархов  В.  Что  такое  время,  пространство,  материя, (статья), 

03.04.2013, www.svecha-vremeni.ru. стр. 9. 

6.

 

Костицын В.И. Теория многомерных пространств. М., Ком Книга, 2007, 72 с. 



7.

 

Маутский М. Квантовая философия. Система общих законов развития. 



http: // filosofia.ru/76599, обновлено 12.09.2012, с. 29. 

8.

 



Молчанов Ю.Б. Философские проблемы физики элементарных частиц. 

М., 1994, 217 с.  

9.

 

 Пакулин В. Структура материи // «Истра», Санкт-Петербург, 2010, с. 64. 



10.

 

Тимошин Н.И. «Материя и сознание» монография, Самара, 2007, 351 с. 



Самар. гос. акад. културы и искусств.  

 

İngilis dilində 

11.

 

“Synergetics”, J.Villard Jibbs (Jinzburg-Landau Theory), Wikimedia 



Toundation, 2010, (article), p.2. 

12.


 

The concept of self-organized synergetic, (East-Siberian State Academy), 

Ulan-Ude, 2001, p.8. 

 

 




 Rzayeva Xalidə İsrafil qızı 

178


 

XÜLASƏ 

 

Bu məqalədə materiya haqqında fəlsəfi ideyaların yaranması tarixinə  nəzər 

salınmışdı. Materiya haqqında ilkin təsəvvürlər ilk növbədə mifologiya və dinlə   

həmçinin kosmosentrik baxışlarla bağlı olmuşdur. Materiya haqqındakı sonrakı 

təsəvvürlər təbiət və sosial-humanitar elmlərin daxilində formalaşmağa başlamışdır. 

Burada qeyd olunur ki, kortəbii varlıq kimi materiyanın mahiyyətinin formulu bütöv 

bir varlıq haqqında təbii-elmi təsəvvürlərlə sıx bağlıdır. Materiya haqqında bugünkü 

təsəvvürləri nəzərdən keçirsək həmçinin “qaranlıq materiya”, “qara dəlik” 

haqqındakı  və sahə kimi digər təsəvvürlər haqqında daha çox söhbət açılır. 

Materiyanın fiziki halı haqqındakı müasir tədqiqatlar onu sübut edir ki, materiya 

struktur baxımından sonsuzdur.       

 

 

SUMMARY 

 

In this paper the history of formation of philosophical ideas about matter. The 



initial idea of the geometry were more concerned with mythology and religion, and 

are based on сosmosentriс repose. Further understanding of the matter began to be 

formed on the basis of the development of the natural and social sciences and 

humanities. It is noted here that the wording of the essence of matter as a 

fundamental principle of being closely associated with the rise of natural science 

concepts of existence in general. In addition to the selection in the matter of its 

properties and forms of expression, to date, also speak of the "dark matter," the 

"black holes" and other manifestations of both the field and matter. Modern studies 

of the physical state of matter studies support the view that the structural and 

substantial relation is infinite. 

 

 

 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə