Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə65/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   61   62   63   64   65   66   67   68   ...   161

 Rzayeva Xalidə İsrafil qızı 

170


Materiyanın mahiyyətinin tam açılması sahəsində ilk uğurlu addım isə V.İ.Le-

ninə  məxsusdur. Belə ki, Leninin materiyaya verdiyi tərif o vaxta qədər materiya 

haqqında mövcud olan bütün təsəvvürlərin yekunu kimi qiymətləndirilə bilər. 

Onu qeyd etmək lazımdır ki, Leninin bu tərifi o vaxta qədər elmdə və fəlsəfədə 

baş vermiş olan bir çox yanlışlıqları aradan qaldırmışdı. Maxistlərin materiyaya və 

fəlsəfəyə bu cür münasibəti yeni bir baxış  tərzinin və materiyaya yeni bir tərifin 

verilməsini tələb edirdi. Materiyaya yeni bir  tərifin V.İ.Lenin tərəfindən verilməsi o 

vaxta qədər materiya haqqında mövcud olan təsəvvürləri ümumiləşdirərək materiya 

haqqında mühüm bir fəlsəfi nəticə  çıxarmışdı: «Materiya insana öz duyğusu ilə 

verilən, duyğularımızdan asılı olmayaraq mövcud olan və duyğularımızla surəti 

alınann,  şəkli alınan,  əks olunan obyektiv reallığı göstərmək üçün fəlsəfi bir 

kateqoriyadır». «Ona görə də V.İ.Lenin deyirdi ki, materiyanın ümumi, tərkibi, onun 

«əksi»dir, mövcud olaraq təsirlə çox yaxındır» (10, 26). 

Bu tərifi təhlil etsək görərik ki, duyğu materiyanın duyğu orqanlarına təsiri 

nəticəsində yaranır və materiya insanın duyğurlarında  əks olunur. Materiyanın 

inkişafı gedişində canlıların duyğuları, sonra isə insan şüuru meydana çıxır. 

Maraqlısı isə budur ki, insan beyninin məhsulu olan insan şüuru materiyanı  dərk 

etməyə, materiyanın xassə və növlərini, atributlarını öyrənməyə cəhd edir. Obyektiv 

reallığı  əks etdirən materiyanın inkişafının  ən yüksək mərhələsi insan şüuru hesab 

oluna bilər. Çünki insan şüuru materiyanın mahiyyətini dərk etməyə səy göstərir ki, 

bu da öz növbəsində insan şüuru ilə yüksək mərhələyə çatan materiya yaratmış 

olduğu şüurla yüksək idrak mərhələsinə çatır. 

Beləliklə dünyanın vahidliyini, onun bir substansiyadan yaranmasını əks etdirən 

monizmdən və dünyanın ikili əsası olmasını bildirən dualizmdən fərqli olaraq, 

dialektik-materializmin nümayəndələri materialist monizmi (dünyanın  əsasında 

vahid, maddi substansiyanın durmasını  əks etdirir) dəstəkləyir və materiyanın 

substansionallığını, materiyaya vahid maddi aləmin sonsuz müxtəlifliyinin təcəssümü 

kimi baxırdılar. 

Müasir elm tərəfindən həyata keçirilən bir çox təcrübə  və eksperimentlər 

materiya haqqında təsəvvürlərin dəyişilməsinə səbəb olmuşdur. «Materiya problemi 

yarandığı gündən minilliklər boyu fəlsəfi və təbii-elmi fikrin daim diqqət mərkəzində 

olmuşdu. Bunu materiya haqqında ilkin, sadəlövh təsəvvürlərdən ta kvarklara, 

qlüonlara və s. qədər insan idrakının keçdiyi yola nəzər salsaq görə bilərik»(8,38). 

Materiya probleminin fəlsəfi analizi yolunda materiyaya duyğularımız vasitəsilə 

verilən obyektiv reallığı göstərən fəlsəfi bir kateqoriya kimi tərifin verilməsi 

V.İ.Leninin «Materializm və empiriokritisizm» əsərində göstərilir. Lakin Leninin 




Fəlsəfədə materiya haqqında təsəvvürlərin təkamülü 

171


materiyaya verdiyi tərif fəlsəfi ədəbiyyatda həmişə özünü doğrultmur. Hərfi mənada 

Leninin verdiyi tərif belə deməyə imkan verir ki, Lenin ilk dəfə göstərmişdi ki, 

materiya obyektiv reallığı əks etdirir və bizə o duyğularımız vasitəsilə verilir. Lakin 

bu tərif də heç də materiyanı tam əks etdirmir. Ola bilsin ki, Lenin tərəfindən 

verilmiş bu tərifin, mahiyyəti materializmdə olan materiya haqqında konsepsiyada 

aydın şəkildə açılsın. Lakin bu tərif o dövrə qədər mövcud olan ziddiyyətləri aradan 

qaldırsa da, özündən sonra uzun müddət bir çox filosofların və alimlərin diqqətini 

özünə  cəlb etsə  də artıq müasir dövr üçün qənaətbəxş hesab olunmur. İnsan idrakı 

mövcudatın dərinliklərinə gedərək gec-tez hər  şeyin  əsasında duran sonuncu əsasın 

nə olduğuna gəlib çatmalıdır. 

«Deyilənlərlə  əlaqədar olaraq, biz materiyanın 2 cür anlaşılması (materiyanın 

fəlsəfi anlaşılması  və materiyanın təbii-elmi (fiziki) anlaşılması) məsələsi üzərində 

dayanmağı lazım bilirik» (8,44). Sovet dövrünün fəlsəfəsində V.İ.Leninin irəli 

sürdüyü materiyanın iki cür anlaşılması tendensiyası hökm sürsə  də, 40-cı illərin 

sonunda bu məsələnin ciddi müzakirəsi bunu deməyə  əsas verdi ki, Leninin 

materiyanın iki cür anlaşılması  məsələsi heç də mövcud deyil. Belə ki, ancaq 

materiyanın fəlsəfi anlaşılması  və materiya haqqında təbii-elmi təsəvvürlərdən 

danışmaq mümkündür. Nəyə görə məhz fəlsəfə materiya terminindən istifadə etmək 

hüququna malik olmalıdır. Onu da qeyd etmək lazımdır ki, fizika da öz növbəsində 

materiyanı, öyrənmək statusuna malik olmalıdır.  

V.İ.Leninin materiyaya verdiyi tərif uzun müddət özünü doğrultsa da, ona qarşı 

olan tənqidlər də səngiməmişdi. V.İ.Leninin materiyaya verdiyi tərifin düzgün başa 

düşülməməsi bəzi sovet filosoflarının materiyanın fəlsəfi anlayışından başqa «fiziki» 

anlayışının olması qənaətinə gəlməsinə səbəb olmuşdu. Bu cür baxışlar XX əsrin 50-

ci illərində  tənqid olunmuş  və aradan qaldırmışdı. B.M.Kedrov, S.T.Melyuxin, 

İ.S.Narski kimi filosoflar Leninin materiyaya verdiyi tərifin metodoloji əhəmiyyətini 

vurğulayaraq onu yüksək qiymətləndirmişlər. 

Alman filosofu V.Ştern «materiya» anlayışı ilə onun atributlarını (hərəkət, 

məkan və zaman), maddi anlayışını fərqləndirirdi. 

Lakin F.T.Axiptsev isə materiyanın atributlarını, xassə  və münasibətlərini 

materiyadan ayıraraq iki cür obyektiv reallığın olması nəticəsinə gəlib çıxırdı. 

V.Şterndən və F.T.Arxiptsevdən fərqli olaraq S.T.Melyuxin materiya və onun 

atributlarını, xassə  və münasibətlərini bir-birindən ayırsa da, onların ayrı-ayrılıqda 

mövcud olmadığı  qənaətinə  gəlir. O, həmçinin bildirirdi ki, obyektiv reallıq 

materiyadan daha geniş anlayışdır. Obyektiv reallıq materiyanın özünü və bütün 

atributlarını, xassə  və münasibətlərini  əhatə etdiyinə görə daha geniş anlayış kimi 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə