Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə73/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   69   70   71   72   73   74   75   76   ...   161

 Elnurə Əzizova 

192


Beynəlxalq qanunvericilikdə din azadlığını ehtiva edən başqa bir mühüm sənəd 

ATƏT-in 1975-ci il tarixli Helsinki Aktıdır. Aktın VII prinsipində insan hüquqlarına 

və əsas azadlıqlara hörmət və bununla əlaqədar olaraq düşüncə, vicdan, din və inanc 

azadlıqları qeyd olunur. Helsinki aktının mühüm cəhəti, onun hüquqi cəhətdən böyük 

əhəmiyyət daşımasındadır. Aktda tərəf dövlətlərə  aşağıdakı  sənədlərə uyğun 

davranmaq öhdəliyi gətirilir: BMT-nin Nizamnaməsi, İnsan Hüquqları Bəyannaməsi. 

Belə ki, İnsan Hüquqları  Bəyannaməsi müstəqil halda məcburi qüvvəyə malik bir 

sənəd olmamaqla birlikdə, Helsinki sənədini imzalamış bir dövlət üçün artıq 

bağlayıcı bir sənəd xarakteri daşıyır. 

Beynəlxalq qanunvericilikdə müstəqil olaraq din azadlığı mövzusuna həsr 

olunmuş ilk əhatəli sənəd BMT Baş Assambleyasının 1981-ci il tarixli Din və etiqad 

əsasında dözümsüzlüyün və diskriminasiyanın bütün formalarının ləğv olunması 

haqqında Bəyannaməsidir. 8 maddədən ibarət Bəyannamənin birinci maddəsi 

düşüncə, vicdan və din azadlığı hüququ, bu hüququn toxunulmazlığı ilə yanaşı hansı 

hallarda məhdudlaşdırıla biləcəyinə  həsr olunmuşdur. Bəyannamənin ikinci 

maddəsində dinə  və ya inanca görə diskriminasiyaya məruz qalınmağın qadağan 

olduğu, üçüncü maddədə din ya da inanc səbəbinə görə insanlar arasında fərq 

qoyulmasının insan şərəfinə qarşı hörmətsizlik hesab edilərək qadağan olunduğu 

bildirilir. Dördüncü maddə din ya da inanca dayalı diskriminasiyanın dövlətlər 

tərəfindən qarşısının alınmasının və bu barədə qanuni tədbirlər alınmasının vacibliyi 

qeyd olunur. Beşinci maddədə yetkinlik yaşına çatmamış uşağın din və inancına görə 

təhsil haqqı, bu haqqın toxunulmazlığı və uşağın hər cür din əsaslı diskriminasiyadan 

qorunması məsələsi qeyd olunur. 

Bəyannamənin mühüm maddələrindən olan altıncı maddədə bir din ya da inanc 

üçün zəruri olan ibadət və ya toplaşma, bu məqsədlə ibadət yerləri qurma və qoruma, 

uyğun kömək və insani məqsədli qurumlar qurma və qoruma, bir din ya da inancın 

mərasim(lərinə) aid vasitələrdən lazımi miqdarda istehsal və istifadə etmək, bu 

sahələrlə  əlaqəli mətnlər yazma, nəşr etmə  və yayma, bir din ya da inancı bu 

məqsədlərə uyğun yerlərdə öyrətmə, fərdlərin və qurumların könüllü maddi və ya 

başqa yardımlarını istəmə  və alma, hansısa bir din/inancın və standartlarının tələb 

etdiyi uyğun liderləri yetişdirmə, təyin etmə, seçmə, dinin ya da inancın qaydalarına 

uyğun tətil günlərinə tabe olma, bayram və  mərasimləri qeyd etmə, din və inanc 

mövzularında beynəlxalq və milli qaydada fərdlər və topluluqlarla əlaqə qurma və 

davam etdirmə kimi din/inanc azadlığına bağlı  əsas hüquqlar təfərrüatlı  şəkildə 

sıralanır. Yeddinci maddədə  Bəyannamədə önə sürülən hüquq və  bərabərliklərin, 

tətbiq sahəsində hamıya bu hüquq və azadlıqlardan istifadə etmə imkanı  təmin 




Beynəlxalq sənədlərdə din azadlığının əhatəsi məsələsi 

193


edəcək  şəkildə milli qanunvericiliklə  təmin olunması  məsələsi qeyd olunur. 

Bəyannamənin sonuncu maddəsində onun heçbir hökmünün Beynəlxalq  İnsan 

Hüquqları Bəyannaməsi və İnsan Hüquqlarının Beynəlxalq müqavilələrində nəzərdə 

tutulan heç bir haqqı  məhdudlaşdırıcı  və ya zədələyici  şəkildə başa düşülməyəcəyi 

bildirilir. (Bəyannamənin tam mətni üçün bxn. 

https://www.un.org/documents/ga/res/36/a36r055.htm) 

Hər nə qədər Bəyannamə hüquqi bir müqavilə və hüquqi qüvvəsi olan bir sənəd 

hesab olunmasa da, dini azadlıqlar sahəsində beynəlxalq cəmiyyətdə hal hazırda 

BMT-nin ağırlığını hiss etdirməsi cəhətindən mühümdür. Bununla yanaşı onun 

müəyyən qədər hüquqi təsiri də mövcuddur ki, bununla da təşkilata üzv dövlətlərin 

bu sənədə riayət etmə gözləntisi nəzərdə tutulur. Bütün bunlara baxmayaraq 

Bəyannamə digər insan hüquqları  və azadlıqları ilə müqayisədə insan hüquqlarının 

belə bir həssas sahəsinin inkişafına lazımi  əhəmiyyətin verilmədiyini göstərir. 

(Lerner, “Religious Human Rights Under the United Nations”, s. 123) 

Yuxarıda qeyd olunan beynəlxalq təşkilatlara aid sənədlərə paralel olaraq İslam 

dünyasından insan hüquqlarına dair bəyannamələr də din azadlığına dair maddələr 

ehtiva edir. Bunlardan birincisi Avropa İslam Şurasının Parisdə UNESCO-nun mər-

kəzində qəbul etdiyi 1981-ci il tarixli İslam Ümumbəşəri İnsan Hüquqları Bəyanna-

məsidir. Giriş və 23 maddədən ibarət bu bəyannamənin girişində ideal İslam cəmiy-

yətinin xüsusiyyətləri sıralanır və insan hüquqlarının əsası ilahi iradəyə əsaslandırılır. 

Bütün maddələrində Qur’ani-Kərimdən ayələr və ya hədislərdən referans göstərilən 

Bəyannamənin 3-cü maddəsinin 3-cü bəndində dini diskriminasiya daxil olmaqla 

diskriminasiyanın bütün növlərinin  İslama zidd olduğu bildirilir. 10-cu maddənin 

birinci bəndində “dində  məcburiyyət olmadığı” ümumi prinsipinin ardından ikinci 

bəndində müsəlman ölkələrdəki dini azlıqların  İslam  şəriəti və ya öz dinlərinin 

şəriətlərini seçmək azadlığına sahib olduğu qeyd olunur. Din azadlığına ayrılmış 12-

ci maddənin birinci bəndində hər kəsin Şəriətin təsbit etdiyi əsas sərhədləri keçmə-

diyi müddətcə düşünmə, inanma, düşündüyünü və inandığını, heç kimin müdaxiləsi 

olmadan və qadağan etmədən ifadə etmə hüququna sahib olduğu bildirilir. Eyni mad-

dənin 5-ci bəndindiə din mövzusunda qarşı fikirdə olanların hisslərinə hörmət etmə-

yin müsəlmanların fəzilətlərindən biri olduğu qeyd olunaraq heç kimin başqasının 

inancına xor baxmaq və ya cəmiyyətin ona qarşı düşmənlik bəsləməsinə yol açmaq 

haqqı olmadığı bildirilir. Bəyannamənin 13-cü bəndində  hər kəsin düşüncə azadlı-

ğına və öz dini inancına ibadət etmə azadlığına sahib olduğu qeyd edilir. 

Beynəlxalq aləmdə müsəlman dövlətləri təmsil səlahiyyətli təşkilat kimi İslam 

Əməkdaşlıq Təşkilatının “İslam  İnsan Hüquqları  Bəyannaməsi” din azadlıqlarının 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə