Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə74/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   70   71   72   73   74   75   76   77   ...   161

 Elnurə Əzizova 

194


ifadəsi baxımından mühüm bir sənəddir. 1990-cu ildə  İƏT xarici işlər nazirlərinin 

Qahirədəki 19-cu qurultayında 10 illik tədqiqatın nəticəsi kimi yayınlanmış 

Bəyannamə giriş və 25 maddədən ibarətdir. Girişdə “İslam Ümmə”sinin seçilmişliyi 

və rolu vurğulanır. Ardından insan hüquqlarının və azadlıqlarının  İslam dininin 

ayrılmaz bir hissəsi olduğu və Qur’anda öz əksini tapdığı qeyd olunur. 

Bəyannamənin birinci maddəsinin birinci bəndində bütün insanların Adəmdən 

yarandığı, insanların əsas insan şərəfi, vəzifələr və məsuliyyətlər nöqteyi nəzərindən 

bərabər olduğu, irq, rəng, dil, cinsiyyət, dini inanc, siyasi təmayül, ictimai status və 

ya digər səbəblərlə diskriminasiyaya məruz qalmasının qadağan olduğu bildirilir. 

Doğru inancın insanın kamilləşməsi istiqamətindəki bu şərəfi möhkəmləndirməyin 

təminatı olduğu qeyd olunur. 

Avropa İslam Şurasının 1981-ci il tarixli Bəyannaməsindən fərqli olaraq İƏT-in 

Bəyannaməsində Qur’an və hədislərdən açıq sitatlar olmamaqla yanaşı, 24-cü maddə 

Bəyannamədəki bütün hüquq və azadlıqların  Şəriət hökmlərinə tabe olduğunu 

bildirir. Ardından 25-ci maddədə İslam Şəriətinin Bəyannamədəki bütün maddələrin 

izahı və aydınlaşdırılması üçün yeganə müraciət mənbəyi olduğu ifadə olunur. 10-cu 

maddədə  İslamın fitrət dini olduğu qeyd olunduqdan sonra din dəyişdirmək üçün 

təzyiq göstərmək, həmçinin kasıblıq və savadsızlıqdan istifadə edərək din 

dəyişdirməyə və ya inancsız olmağa məcbur etməyin qadağan olduğu bildirilir. 18-ci 

maddənin birinci bəndində  hər kəzin öz dinini güvənli  şəkildə yaşama hüququ 

olduğu ifadə edilir. 

Müsəlman dövlətləri təmsil edən təşkilatlar tərəfindən yayınlanan Bəyanna-

mələrlə yanaşı  Ərəb dövlətlər liqasının “Ərəb  İnsan Hüquqları  Şərti” din 

azadlıqlarını da ehtiva edən insan hüquqları sahəsində bir digər sənəddir. 1994-cü 

ildə  ƏDL-in 50-ci ildönümündə Qahirədə yayınlan  Şərt giriş  və 43 maddədən 

ibarətdir. Girişdə insan ləyaqətinin Allahın bəxş etdiyi bir dəyər olduğu, ayrıca 

qardaşlıq və bərabərliyin İslam şəriəti və digər ilahi dinlər tərəfindən təsis olunduğu 

qeyd olunur. Həmçinin bu sənədin  İnsan Hüquqları haqqında Ümumi Bəyannamə 

(BMT, 1948), Mülki və Siyasi Hüquqlar haqqında Saziş (BMT, 1966) və İslam İnsan 

Hüquqları Bəyannaməsini (İKT, Qahirə 1990) təsdiqlədiyi bildirilir. 

Şərtin diskriminasiyaya həsr olunmuş ikinci bəndində “irq, rəng, cinsiyyət, dil, 

din ...və digər səbəblərlə diskriminasiyanın qadağan olduğu bildirilir. 26-cı maddə 

hər kəsin zəmanət altına alınmış inanc, düşüncə və fikir azadlığı olduğunu qeyd edir. 

27-ci maddədə hər bir dinin mənsubunun öz dini ibadətini yerinə yetirmək, həmçinin

başqalarının hüquqlarına qərəzli yanaşma xaric, öz fikirlərini ifadə, təcrübə  və ya 

öyrətmək yolu ilə  təzahür etdirə bildiyi, inanc, düşüncə  və fikir azadlığına sadəcə 




Beynəlxalq sənədlərdə din azadlığının əhatəsi məsələsi 

195


qanunla məhdudiyyət gətirilə biləcəyi bildirilir. Şərtin 37-ci maddəsində “azlıqlar öz 

mədəniyyətlərini və öz dinlərinin təlimlərini azad şəkildə yerinə yetirmə haqqında 

məhrum edilməməlidir” ifadələri yer alır. (Bəyannamənin tam mətni üçün bxn. 

https://www.refworld.org/docid/3ae6b38540.htm ) 

1994-cü il Ərəb insan hüquqları  şərti digər beynəlxalq və yerli insan hüquqları 

sənədlərindəki hüquqların bənzərini ehtiva etməklə birlikdə, əsas zəif tərəfi xüsusilə insan 

hüquqları ilə əlaqəli Avropa və Amerika Konvensiyalarında, həmçinin İnsan və Xalqların 

Hüquqları haqqında Afrika şərti ilə müqəyisədə insan hüquqlarını gücləndirmək üçün hər 

hansı bir mexanizmə sahib olmamaqla tənqid olunur. (bxn. Al-Midani, “Arab Charter on 

Human Rights 2004”, Boston University Internatoional Law Journal, 2006, c. 24, s. 148 

http://www.acihl.org/res/Arab_Charter_on_Human_Rights_2004.pdf). 

2004-cü ildə  Ərəb Dövlətləri Liqası  Şərtdə yeni dəyişikliklər edərək yenidən 

nəşr etdi. 2004-cü il Şərtindəki mühüm cəhətlərdən biri 3-cü bəndin birinci 

hissəsində Ərəb dünyasında qadın və kişi arasındakı  bərabərliyin təsdiqlənməsi idi. 

Yeni  Şərt uşaq hüquqlarını (34-cü maddə 3-cü bənd)  əlilliyi olan insanların 

hüquqlarını (40-cı maddə) təminat altına alır. Bununla birlikdə, 1994-cü il Şərtinə 

yönəldilən  əsas tənqid qüvvədə qalır: təsirli həyata keçirmə mexanizmasının 

olmaması və Ekspertlər Komitəsinin yeganə monitorinq sistemi qəbul edilməsi. (Al-

Midani, s. 149) 

Müsəlman ölkələri qismən və ya əksəriyyətlə təmsil edən yuxarıdakı İslam insan 

hüquqları  bəyannamələri müxtəlif cəhətlərdən tənqid olunmuşdur. Bir qrup 

tənqidçinin fikrinə gör bu bəyannamələr seçilmiş siyasət, hüquq və din xadimlərinin 

birgə təşəbbüsü ilə süni şəkildə yaradılmışdır ki, əslində bununla səthi şəkildə təqlid 

etməyə çalışdıqları beynəlxalq sənədlər ilə İslam prinsipləri arasındakı uyğunsuzluğu 

nümayiş etdirir. Bu tənqidlərə  əsasən adı keçən sənədlər Orta əsr  İslam fiqhinin 

qaydaların və  ənənəvi cəmiyyətin dəyərlərinin Qərb ölkələrinin konstitusiyaları  və 

beynəlxalq sənədlərin standartları ilə birləşdirilməsi cəhdidir. Beləliklə, hər nə qədər 

İslam insan hüquqları bəyannamələri ilə mühafizəkar müsəlmanların nəzərində insan 

hüquqları anlayışı qanuniləşdirilsə  də,  əslində bu, insan hüquqları anlayışının 

ümumbəşəri insan hüquqları standartlarına çatma şüurunun inkişafına mane olur. Adı 

keçən bəyannamələrə yönəldilən digər tənqid,  İslamın müasir insan hüquqları 

standartlarını 14 əsr əvvəl tanıdığına dair yanaşma ilə əlaqəlidir. 

Bir qismi yuxarıda qeyd olunan tənqidlərlə yanaşı,  İslam insan hüquqları 

bəyannamələrinin İslamın modernliklə uzlaşdırılması istiqamətində təşəbbüslər kimi 

qiymətləndirən tədqiqatçılar da vardır. Bu fikrin müdafiəçilərinə görə, beynəlxalq 

insan hüquqları  bəyannamələri ilə qismi və ya tamamən uyğunluq axtarışında olan 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə