Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə67/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   63   64   65   66   67   68   69   70   ...   161

 Rzayeva Xalidə İsrafil qızı 

174


Təbiətşünaslıq materiyanın strukturunun dərin tədqiqinə ancaq XX əsrdə 

müraciət etmişdi ki, bunu XX əsrin atomistikası adlandırılan elementar hissəciklər 

fizikasının sərhədləri daxilində  həyata keçirmişdi. Bir çox elementar hissəciklərin 

kəşfi onların tədqiqində müəyyən bir qanunauyğunluğun tətbiqini tələb edirdi. Bu 

sahədə  əsas rolu saxlanma qanunları  və simmetriya ideyası oynayırdı. Simmetriya 

prinsipinin tətbiqi fizikada antihissəciyin yaranmasına gətirib çıxartdı. P.A.Dirak 

elektronun antipodunun olması  qənaətinə  gəlmiş  və o pozitron adlandırılmışdır. 

Sonrakı eksperimentlərdə isə onun mövcudluğu qeydə alınmışdır. 

Sonralar mezonların (X.Yukava və b.) nuklonların, adronların, barionların, 

hiperonların, rezonasların və s. kimi elementar hissəciklərin kəşfi və onların müx-

təlifliyi göstərdi ki, dünyanın ilkin bünövrəsini qurmaqdan söhbət gedə bilməz. 

Lakin Vaynberq-Qluşou-Salam nəzəriyyəsinin yaranması isə təcrübə gedişatında 

bazonların mövcudluğunun sübuta yetirilməsinə  gətirib çıxarmışdır. Deyilənləri 

ümumiləşdirsək onu qeyd edə biləri ki, elementar hissəciklər fizikasının yüksək 

inkişafı nəticəsində dünyanın ilkin əsasında nəyin durduğunun müəyyənləşdirilməsi, 

məhz bizə materiya haqqında müasir və elmi, təsəvvürlərin  ən son yekunu kimi 

qiymətləndirilə bilər. «Onu da qeyd etmək lazımdır ki, fiziklər «materiyanın 

bünövrəsində duran ilkin hissəciklərin sayını ixtisar edərək onları bir neçə hissəciyə 

müncər etməyə, bütün maddi olanların, o cümlədən «elementar» hissəciklərin 

əsasında duran və onları  əmələ  gətirən «ilk» materiyanı – pramateriyanı» tapmağa 

çalışırlar» (2,64). Elementar hissəciklərin sayını ixtisar etməklə vahid materiya 

nəzəriyyəsinin yaradılması «prametriyanın» tapılması sahəsində böyük, uğurlu bir 

addım hesab oluna bilər. 

Elmdəki son nailiyyətləri izləsək «qaranlıq materiya» anlayışının son zamanlar 

daha çox səslənməsinin şahidi olarıq. 

Materiyanın səviyyələrini 2 hissəyə bölmək olar. Hissəciklər və ondan aşağı olan 

səviyyə maddələrə aiddir, amma «Fiziki vakuum» və ondan yüksək olan səviyyə 

kvant sahəsinə aiddir» (9, 7). Kainadda materiyanın faiz göstəricisinə  gəldikdə isə 

«maddi  əşyalar 4%, «Qaranlıq materiya», bütün materiyanın 23%-i, özündə  əks 

etdirir. «Fiziki vakuumun» və daha yüksək səviyyələrin payına gəldikdə isə onlar 

kainatda materiyanın 73%-i təşkil edirlər» (9, 8). 

Materiya anlayışına dialektik – materialist baxışlar, müasir fizikadakı bir çox 

kəşflər materiyanın sistemli-struktur təşkilini əsaslandıran sinergetik baxışlarla əvəz 

olundu. Özünütəşkil haqqında nəzəriyyə olan sinergetika Y.Haken tərəfindən elmə 

daxil edilmişdir. 



Fəlsəfədə materiya haqqında təsəvvürlərin təkamülü 

175


Materiyanın sinergetik özünütəşkil prosesini nəzərdən keçirsək görərik ki, 

materiya ierarxik struktura malikdir. «Özünütəşkil makro sistemləri tələb edir, hansı 

ki, çoxlu bir-birindən uzaq sistemlərin qarşılıqlı  əlaqəsindən ibarətdir» (11, 1)). Bu 

ierarxiyanın hər bir elementi arasında qarşılıqlı asılılıq var. Hər bir yüksək səviyyə 

özündən əvvəlkilərin cəhətlərini bu və ya digər dərəcədə birləşdirir.  

“Özünütəşkiletmə anlayışı ilə müxtəlif tipli sistemlərdə baş verən özünüstruk-

turlaşdırma, özününütənzimləmə, özünühasiletmə prosesləri başa düşülür.”(3,180) 

Özünütəşkiletmə materiyanın ən ümumi, universal xassələrindən biridir ki, bu xassə 

özünü hər yerdə göstərir. Materiyanın sinergetik səviyyələri sadədən mürəkkəbə 

doğru gedən prosesin ayrı-ayrı  mərhələləridir. Materiyanın mikro və makro 

səviyyələrinə nəzər salsaq görərik ki, mikro səviyyədə təzahür edən proseslər makro 

səviyyədə  də özünü göstərir. Sinergetikanın  əsl mahiyyətinə nüfuz edərək, belə bir 

nəticəni çıxartmaq olar ki, sinergetika əslində elə mikro səviyyədə gedən proseslərin 

makro səviyyədə  tğəzahür formalarını haqqında nəzəriyyədir. Mikro və makro 

səviyyələrdən başqa canlı  və cansız təbiəti də sinergetik yanaşma tənzimə 

əsaslanaraq  şərh etmək mümkündür. Canlı  və cansız təbiətin sinergetik baxımdan 

şərhi onu göstərir ki, onların hər iki vahid qanunauyğunluğa tabedir və bu 

qanunauyğunluq materiyanın təbii-elmi vəhdətini bir daha sübut edir. «Sinergetika 

ilə özünütəşkilin arasındakı  əlaqəyə  əsasən desək yaxşı olar ki, onların müraciət 

etdiyi və qaldırdıqları mövzu bir-bir ilə  əlaqədardır. Onların həmçinin fərqləri də 

var» (12,7). 

Mikro və makro səviyyələrdə gedən prosesləri öyrənərkən, biz xaosdan nizamlı-

lığa və  əksinə olan keçidləri nəzərdən keçirməliyik. Mikro səviyyədəki prosesləri 

makro səviyyədəki proseslərə  tətbiq edərək, biz nizamlı  və mürəkkəb strukturları 

yaradan şərtləri öyrənirik ki, bu da metodoloji cəhətdən yüksək qiymətləndirilə bilər. 

Materiyanın sinergetik özünütəşkili prosesi son zamanlar materiyanın tədqiqi 

sahəsində daha çox müraciət olunan bir məsələdir. “Özünütəşkiletmənin mexanizmi 

haqqında yuxarıda söylədiklərimiz göstərir ki, bu proses “materiya təşkilinin 

bünövrəsində” yerləşir və müəyyən  şəraitdə (sistem açıq, qeyri-xətti olduqda, onun 

elementləri özünü kooperativ surətdə apardıqda) o, hətta sadə fiziki və kimyəvi 

sistemlərdə  də başlana bilər.”(3,189) Belə ki, təbii sistemlərin özünütəşkili prosesi 

zamanı müəyyən bir qanunauyğunluq mövcuddur. Bu Y.Hakenin yaratdığı tabeçilik 

prinsipidir. Sadədən mürəkkəbə doğru gedən özünütəşkil prosesi zamanı sistemin 

çoxlu sayda elementləri bu prosesdə iştirak edirlər ki, bu da bu prosesi dərk etməyə 

imkan vermir. Tabeçilik prinsipi isə bu problemi aradan qaldırmağa imkan verir. 

Sistemin aparıcı elementlərini müəyyən etməklə biz sistemin əsas və az sayda olan 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə