Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə155/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   148   149   150   151   152   153   154   155   156

“Mənzum fiqh” və “Viqayə” əsərlərində nikah məsələləri
  
383 
xadiminə hədiyyə verir. Qadından heç nə gözlənilmir. Kişi qadınına yemək, geyim və 
yaşamaq üçün yer verməlidir. Qadın ona qulaq asmalı, istəklərinin  əksinə 
getməməlidir. Qadını döyməyə icazə verilmir (3, 77).  
Qurani-Kərimdə, “əl-Viqayə” və “Mənzum fiqh” əsərlərində bir qisim qadınların 
adları sadalanır ki, onlarla ailə qurmaq, nikaha daxil olmaq haram sayılır. Bu tip 
qadınlar iki qismə bölünür: Əbədi olaraq haram olanlar və müvəqqəti olaraq haram 
buyrulanlar. 
Əbədi olaraq haram buyrulan, o deməkdir ki, qadın heç vaxt həmin kişiyə ərə 
gedə bilməz (6, 396). 
Müvəqqəti olaraq haram buyrulanlar. Bu isə o deməkdir ki, qadın hazırda möv-
cud olan müəyyən səbəblərə görə həmin kişiyə ərə gedə bilməz.  Əgər mövcud sə-
bəblər olmazsa onların  evlənmələri halaldır. 
Əbədi haramlığın səbəbləri bunlardır: Nəsəb, kürəkənlik və süd əlaqəsi. 
1. Nəsəb səbəbi ilə evlənməsi haram olanlar o deməkdir ki, o qadın heç vaxt hə-
min kişiyə ərə gedə bilməz: Həmin şəxslər bunlardır: analar, qızlar, bacılar, bibilər, 
xalalar, qardaş və bacı qızları. Quranı-Kərimdə bu barədə belə buyrulur: 
 ْمُكُؤاَبَآ َحَكَن اَم اوُحِكْنَت  َلاَو 
“Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin!” 
(“ən-Nisa” surəsi, 22-ci ayə) ( 1, 68). 
 ُتاﱠمَعَو ْمُكُتاَوَخَأَو ْمُكُتاَنَبَو ْمُكُتاَھﱠمُأ ْمُكْيَلَع  ْتَمﱢرُح
 ْمُك
 َو
 ﱠمُأَو ِت ْخُ ْلأا  ُتاَنَبَو ِخَ ْلأا ُتاَنَبَو ْمُكُت َلااَخ
 يِت ﱠلالا ُمُكُتاَھ
 ُبِئاَبَرَو ْمُكِئاَسِن  ُتاَھﱠمُأَو ِةَعاَضﱠرلا  َنِم ْمُكُتاَوَخَأَو ْمُكَنْعَض ْرَأ
 ِت ﱠلالا ُمُكِئاَسِن  ْنِم ْمُكِروُجُح يِف يِت ﱠلالا ُمُك
  ﱠنِھِب ْمُتْلَخَد ي
 َل  ْنِإَف
 َنْبَأ ُلِئ َلاَحَو ْمُكْيَلَع َحاَنُج  َلاَف  ﱠنِھِب ْمُتْلَخَد اوُنوُكَت ْم
 َنْيَب اوُعَمْجَت  ْنَأَو ْمُكِب َلاْصَأ  ْنِم  َنيِذﱠلا ُمُكِئا
 
 ْدَق اَم  ﱠلاِإ ِنْيَتْخُ ْلأا
اًميِحَر اًروُفَغ  َناَك َ ﱠﷲ  ﱠنِإ  َفَلَس 
“Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacıla-
rınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq et-
diyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram 
edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün 
günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını 
birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (cahiliyyə dövründə) olan bu cür 
işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (“ən-Nisa” surəsi 
23-cü ayə)( 1, 69). 
 Cəfəri məzhəbi də yuxarıda sadalanan hallarda evlənməni haram sayır (6,42). 
“Əl-Viqayə” əsərində yazılır: “Ana, bacı, qızlarınız, qardaşı qızınız, bibiniz (həm 
öz bibiniz, həm də ata-anasının bibisi), xalanız (həm öz xalası, həm də ata-anasının 
xalası), əlaqədə olmuş arvadın qızı, arvadın anası ailə qurmaq haram buyrulub”  (17, 
30a). 
“Mənzum fiqh” in “Fəsil fil-muhərrəməti” bölümündə  yazılıb: 
Anasını almaq kişi qızın dəxi, 
Nə qədər irağolursa ey əxi.  
 
Dəxi qız qardaşının  qızını həm, 
Qardaşı qızın dəxi ey möhtərəm. 


Rübabə Bahadır qızı Şirinova
 
 
384 
Atasının həm dəxi anasının, 
Yəni qız qardaşların  dəxi bunun. 
 
Atasının  oğlunun  avratını, 
Necədir dinlə bunların hökmünü. 
 
Qamu  bunlara nikah etmək haram, 
Batil olur  yəni ol olmaz tamam (18, 62a). 
Müvəqqəti olaraq haram buyrulanlar aşağıdakı növlərə ayrılırlar: 
Kürəkənlik səbəbi ilə evlənməsi haram olanlar özləri də bir neçə yerə ayrılırlar:  
a)  Arvadın anası (qaynana). Burada evləndiyi qadınla  yaxınlıq edib-etməmək 
şərt deyil. Sadəcə olaraq həmin qadının  qızı ilə nikah bağlayarsa,  artıq onun anası  
ilə evlənmək haram olur. 
b)  Cinsi əlaqədə olduğu qadının qızı. Əgər qadınla nikah bağlayıb ona cinsi 
yaxınlıq etməzsə (qadının başqa kişidən olan) qızı ilə evlənmək ona halal olar. Bu 
barədə Qurani-Kərimdə “ən-Nisa” surəsi  23-cü ayədə buyrulub: “... Cinsi əlaqədə 
olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir” (1, 69). 
c)  Oğulun arvadı (gəlin) ilə nikah bağlamaq haram sayılır. 
d)  Atanın arvadı. Atanın nikah bağladığı qadınla oğulun evlənməsi haramdır. 
3. Süd əlaqəsi ilə evlənməsi haram  olanlar. Süd anaları o şəxslərə deyilir ki, öz 
övladı olmayan bir uşağı  əmizdirirsə o, qadın o uşağa süd anası hesab olunur. Bir 
qadının südünü əmən iki uşaq bir-birinə süd qardaşı və bacısı hesab olunur. Süd əmmə 
yolu ilə bu uşaqlar bir-biri ilə ailə qura bilməzlər. Çünki, onlar bir-birinə  məhrəm 
hesab olunurlar. Cahiliyyə dövründə  də  ərəblər uşaqlarını iki yaşına qədər süd 
analarının yanında saxlardılar. Qurani-Kərimdə “ən-Nisa” surəsi 23-cü ayədə buyru-
lur: 
     ِةَعاَضﱠرلا  َنِم ْمُكُتاَوَخَأَو ْمُكَنْعَض ْرَأ يِت ﱠلالا ُمُكُتاَھﱠمُأَو
  
  
  
  
 
“Süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qa-
dınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi”. 
“Viqayə” əsərinin  “Kitəb ər-Riza” bölümündə belə verilir: “Süd analarınız, süd 
bacılarınız, arvadlarınızın anaları, yəni nəsəbcə haram olanlar süd əmmə yolu ilə də 
haram sayılırlar” (17,35b).  
“Mənzum fiqh”in “Bab ər-Riza” bölümündə yazılır:  
Ki  eşid  dinlə rizanın halını, 
Bu Hənifənün nədür bil qalini. 
 
Otuz aylıq bir əmər oğlan əgər, 
Avratun əmcəgini bir kəz əmər. 
 
Oğul olur bil  rizadan ol ana
Şöylə kim olur nəsəbdən bil ağa. 
 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə