i.f.d., dos. Mübariz Camalov
42
РЕЗЮМЕ
РЕЛИГИОЗНЫЙ РАДИКАЛИЗМ И ИСЛАМСКИЕ СИСТЕМЫ
ОБРАЗОВАНИЯ ПО МНЕНИЮ ФАЗЛУРРАХМАНА
Исламский мир значительно пострадал от радикализма в периоде
нескольких десятилетий. Их возможно встретить во многих направлениях, в том
числе в политическом, экономическом и др. областях. Одной из причин,
вызвавших религиозный радикализм, это столкновение традиционных
религиозных мышлений с модернизмом, а другая из них потеря актуальности
религиозного
образования.
Религиозное
образование
нуждается
в
коллоссальной реформе. Мы в этой статье изучили особенности религиозного
радикализма, причины ее возникновения и борьбу с его последствиями. В конце
статьи мы затронули вопрос, о необходимости реформ в системе исламского
образования.
Çapa tövsiyə etdi: i.f.d. A.M.Şirinov
XIV əsrin dini-təsəvvüfi ədəbiyyatın nümayəndələri – Aşıq Paşa və oğlu Əlvan Çələbi...
43
XIV ƏSRİN DİNİ-TƏSƏVVÜFİ ƏDƏBİYYATIN NÜMAYƏNDƏLƏRİ –
AŞIQ PAŞA VƏ OĞLU ƏLVAN ÇƏLƏBİ – İSLAM MƏDƏNİYYƏTİ
KONTEKSTİNDƏ
Dos.Nigar Qüdrət qızı İsmayılzadə
Bakı Dövlət Universiteti İlahiyyat fakültəsi,
Açar sözlər: türk ədəbiyyatı, təsəvvüf, təsəvvüf ədəbiyyatı, ilahi eşq
Key words: Turkish literature, sufism, sufi literature, devine love
Ключевые слова: Турецкая литература, суфизм, суфийская литература,
божественная любовь
Təsəvvüf fikir həyatımızı, düşüncə həyatımızı meydana gətirən bir məktəbdir.
Təsəvvüf İslami bir hadisə olub bu və ya digər dərəcədə sosial ədalətsizliyə, dini
fanatizmə qarşı çevrilmiş, həmçinin tərkidünyalığa əsaslanmaqla real həyatla zahirən
bağlı olan fəlsəfi hərəkatdır.
Təsəvvüfün təfəkkür sisteminin ən mühüm ifadə vasitəsi ədəbiyyat olmuşdur.
Müsəlmanlar arasında təsəvvüf hərəkatı inkişaf edib yayıldıqdan sonra bunun
ədəbiyatda da əks olması qaçınılmaz hal idi. İslamiyyət hər şey kimi, ədəbiyyat
üzərində də şübhəsiz dərin bir təsir yaratmalıydı. İslam dininin qəbul etdiyi ədəbiyyat
ilə təsəvvüf ədəbiyyatı eyni pillədədirlər.
Təsəvvüf mənəvi, hiss, fikir və həyəcanları
bəlli bir üslub və ədəb daxilində sətirlərə, misralara, sözə çevirmişdir (1, 2-3). Qovuşa
bilmədiyi hər hansı bir şəxsə sətirlər vasitəsilə çataraq , sadəcə könüllərə deyil,
dərinlik və məzmun genişliyinə sahib olduğuna görə də ədəbiyyata böyük bir
zənginlik vermişdir.
Təsəvvüf geniş mənada İslam mədəniyyətinin bütün sahələrində təzahür
etdiyindən türk təsəvvüfü də orijinal ədəbiyyyat olaraq
ümumtürk mədəniyyətini
zənginləşdirmişdir.
XII yüzildən Xoca Əhməd Yəsəvi ilə başlayan təsəvvüf ədəbiyyatı Fuad
Köprülünün də yazdığı kimi monqol istilasından sonra Anadoluya köç edən Xorasan
ərənlərinin fəaliyyətləri ilə XIII-XIV əsrlərdə böyük bir inkişaf yoluna qədəm qoydu.
Anadoluda bu ədəbiyyatın ilk nümunələrini Orta Asiyadan gələn təsəvvüf əhli yazmış,
daha sonralar
Aşıq Paşa, Gülşehri, Abdal Musa, Qayğusuz Abdal, Səid Əmrə kimi sufi
şairləri bu ədəbiyyatın əsas prinsiplərini işləyib hazırlamışlardır (6, 150-151).
Anadoluda Hacı Bəktaş Vəli, Yunus Əmrə, Mövlana Cəlaləddin Rumi, Əhməd
Fakih ilə başlayan təkkə şeiri XIV-XVI yüzillərdə Gülşehri, Aşıq Paşa, Abdal Musa,
Qayğusuz Abdal, Əlvan Çələbi, Hacı Bayram Vəli, Əşrəfoğlu Rumi, Əbdürrəhim
Rumi, Kəmal Ümmi, Dədə Ömər Ruşəni, İbrahim Gülşəni, Əziz
Mahmud Xudayi, Pir
Sultan Abdal, Qul Himmət və b. kimi həm əruzda, həm də hecada şeirlər yazan
sənətkarlarla davam etmişdir.
Dos.Nigar Qüdrət qızı İsmayılzadə
44
Təbii ki, XIV yüzilin ən böyük təsəvvüf şairi babai təriqətinin qurucusu və babai
üsyanının ideoloqu olan Əbül Bəka Şeyx Baba İlyasın nəvəsi Aşıq Paşadır (öl.1332).
Aşıq Paşa Anadoluda türklərin çoxalmasında və xüsusən də İslam dininin yaılmasında
mühüm rol oynamış bir ailədə 1277-ci ildə dünyaya gəlmişdir. A.Günşenin də yazdığı
kimi onun atası Muhlis Paşa Səlcuqlu sultanı II Qiyasəddin Keyxosrovun 1243-cü ildə
Kösədağ məğlubiyətindən sonra, Karamanoğullarından öncə eyni bölgədə iqtidarı ələ
keçirmiş, hətta sonradan Karamanoğlu Mehmet bəyi taxta çıxartmış və onun 13 may
1277-ci ildə türkcəni dövlət dili halına gətirən məşhur fərmanının verilməsində
mühim rol oynamış şəxsdir. Bunu o dövrün qaynaqları da təsdiq etməkdədir (4, 9).
Aşıq Paşa özü “Qəribnamə”də təxəllüsü barədə yazır ki, ledün elmində xocası
olan Xızır peyğəmbər ona Aşıq adını vermişdir:
Ol kıgırdı bana Aşık adını
Ol biraktı canuma işk dadını (2, 107).
Buradan aydın olur ki, Aşıq Paşa ilahi eşq şairidir. Onun həyatı, dünyagörüşü və
əsərləri haqqında bizə qədər gəlib çatan əsas məlumatı oğlu Əlvan Çələbi şeirlə
yazdığı “Mənakıbül kudsiyyə fi mənasıbii-ünsiyyə” adlı əsərində vermişdir. Əlvan
Çələbi əsərində atası haqqında, onun təxəllüsü haqqında maraqlı məlumatlar
verərək
belə yazır. O əxlaqı ilə könülləri ovlayan, yaxşılıq etməkdə hər zaman öndə olan biri
idi. Allah eşqi (ilahi eşq) ilə yandığına görə Xızır peyğəmbər ona Aşıq adını vermişdi.
Əlvan Çələbiyə görə Aşıq Paşa ağıl, kəşif, seyr və kəramət sahibi idi. Hər zaman
dilindən hikmət tökülürdü, ilahi elmlərlə aydınlandığından elm, əməl, ağıl və fərasət
kimi dörd fəzilətə sahib idi (3, 262-267).
Aşıq Paşa atası Muhlis Paşa kimi dövrün siyasi hadisələrinə qarışmamış, əksinə
Osmanlı xanədanına yaxın olmuşdur. Yüksək təhsil görmüş Aşıq Paşa 12000 beytlik
“Qəribnamə” adlı təsəvvüfün bütün tərəflərini işləyən bir əsər yazmışdır. Əslində bu
əsər ilahi eşqdən daha çox o dövrün sosial həyatını, dini və fəlsəfi düşüncələri ələ
almışdır. Aşıq Paşa Xoca Əhməd Yəsəvinin Orta Asiyada
ilk dəfə təsəvvüf ədəbini
öyrədən “Divani-hikmət” əsəri kimi Anadoluda ilk təsəvvüf ədəbini, təsəvvüf yolunu
öyrədən “Qəribnamə” adlı bir əsər yazmışdır. Ona görə də bu əsərdə ağıl, əxlaq, ədəb,
təsəvvüf yolu və s. ilahi eşq mövzusuna baxanda daha geniş işlənmişdir. Ancaq buna
baxmayaraq “Qəribnamə”yə baxılırsa təsəvvüfün və təkkə ədəbiyyatının ən əsas
mövzusu hər şeyi özünə çəkən, cəzb edən ilahi eşqdir.
Aşıq Paşa ilahi eşqə həqiqi eşq deyir və onun tərifini, təsvirini belə verir: həqiqi eşq
bizi alıb
götürəcək, masuvadan uzaqlaşdıracaq və Allahın üzünü bizə göstərəcək eşqdir.
Kanı ol aşki-hakiki kim bizi
Ala ilte göstere görklü yüzi (3, 98).
Bu eşq ikiliyi aradan qaldıracaq, birlik yaradacaq və birlik olan yerdə də əbədi
dirilik olacaq. “Qəribnamə”də ilahi eşqin birlik məsələsi xüsusi olaraq vurğulanır:
Cümle işün yigregi birlik durur
Birlige bitmek bütün erlik durur
Birlige bitenler irdi menzile
Ikilikle kimse gelmez hasıla