301
M ö h k ə m l i k
– xarici qüvvələrin təsiri altında cisim-
lərin formalarını dəyişməsinə müqavimət göstərmək qabiliy-
yətidir.
G ə r g i n l i k
– xarici qüvvələrin təsiri nəticəsində ya-
ranmış daxili elastik qüvvələrin intensivlik ölçüsüdür. Gərgin-
lik [ τ (Pa)], qüvvənin [ P (n)] sahəyə [ F (m
2
)] olan nisbətinə
bərabərdir.
F
P
. . . . . . . (44)
G ə r g i n l i y i n r e l a k s a s i y a s ı
– cisimdəki
ehtiyatda olan deformasiya enerjisinin, istilik enerjisinə keç-
məsi yolu ilə tədricən azalması prosesidir.
Gərginliyin relaksasiyası
/
)
(
t
S
B
S
e
. . . . . .
(45)
tənliyi ilə hesablanır.
Burada:
–verilmiş anda gərginlik, Pa;
B
–başlanğıc gərginlik, Pa;
S
–son gərginlik, Pa, t–cari vaxt, san;
–relaksasiya periodudur, san .
Gərginliyin relaksasiyası nəticəsində materialın elastikliyi
azalmaqla, plastikliyi yüksəlir. Bu onunla izah olunur ki, elas-
tik deformasiya nəticəsində materialda toplanan enerji tədricən
istilik halında ayrılır.
S ü r ü ş m ə
– toxunan gərginliklərin təsiri nəticəsində
deformasiya edən cismin sabit həcmdə formasının dəyişməsi
halıdır. Buna misal olaraq mayelərin l a m i n a r axınını gös-
tərmək olar, belə ki, axma zamanı mayeni təşkil edən təbə-
qələrin biri digərinə nəzərən sürüşür.
S ü r ü ş m ə g ə r g i n l i y i – cismin ona tətbiq
olunmuş toxunan qüvvələrə qarşı müqavimətidir. Sürüşmə
302
gərginliyi toxunan qüvvənin sürüşmə səthinin sahəsinə olan
nisbətinə bərabərdir.
Süruşmənin baş verməsi üçün tətbiq edilən minimum
gərginlik, s ü r ü ş m ə h ə d d ə g ə r g i n l i y i (a x ı c ı-
l ı q h ə d d i) adlanır.
Sürüşməklə axıcılıq – sabit gərginliyin təsiri altında ma-
terialın fasiləsiz deformasiya hadisəsidir.
Y a p ı ş q a n l ı q (a d h e z i y a)
– iki müxtəlif ma-
terialın toxunma səthləri arasında yaranan ilişmə qüvvəsidir.
5.2. Reoloji modellər və bərabərliklər.
Qida kütlələrinin həcmi deformasiyası
Qida kütlələrinin əsas axma növləri və modellərini nəzər-
dən keçirək. İdeallaşdırılmış materialların əsas 3 aralıq modeli
məlumdur:
1. İ d e a l e l a s t i k i c i s i m
– elə cisimdir ki,
deformasiyaya sərf olunan enerji, cismin özündə toplanır və
təsir kəsildikdən sonra, sərf olunan enerji yenidən bərpa olunur.
2. İ d e a l p l a s t i k c i s i m
– normal qüvvədən
asılı olmayaraq, üfüqi səthdə, miqdarca daim azalan element
şəklində təsəvvür oluna bilər.
3. İ d e a l ö z l ü m a y e
– malik olduğu gərginliyin,
deformasiya sürəti ilə düz mütənasib olması ilə xarakterizə
olunur, yəni
. . . . . . . . (46)
burada:
– özlülük əmsalı,
– axın sürətidir.
303
Özlü axın istənilən qüvvənin təsiri altında baş verir,
təsir azaldıqca, deformasiya sürəti azalır, təsir yox olduqda
sürət sıfıra çevrilir.
Reoloji modellər iki elementdən: yay və porşendən
ibarət olur, bu elementlər kombinəedilmiş ardıcıl və paralel
birləşmə şəklində qurula bilirlər.
Elastik–plastik, elastik–özlü, özlü–elastik, özlü–plastik
cisimlər daha mürəkkəb modellərə malikdir.
17-ci cədvəldə bəzi mürəkkəb modellərin sxemi, reoloji
əyriləri və reoloji tənlikləri göstərilir.
5.2.1. Qida kütlələrinin həcmi deformasiyası
Qida məhsulları istehsalının bir sıra sahələrində, məsələn,
xəmirdoğrayan, makaron presləyən, konfet kütlələrini forma-
laşdıran maşınlarda, şirə, yağ çıxaran preslərdə və digər ava-
danlıqlarda emal edilən qida məhsulları hərtərəfli sıxılmaya
məruz qalır. Bu zaman onların sıxılması əvvəlcə maye və ya
havanın kənarlaşması, sonra isə kütlə hissəciklərinin daha kip
yerləşməsi hesabına baş verir.
Materialın təzyiq altında, hərtərəfli sıxılma şəraitində
həcmi deformasiyası öyrənilərkən, adətən aşağıdakı məsələlər
dəqiqləşdirilir: kütlənin həcmi boyunca təzyiqin paylanması;
təzyiq altında materialın sıxlığı; materialın sıxlığının təzyiqdən
asılılığı; gərginliyin relaksasiyası prosesləri və materialın
sürtünməsi.
Müxtəlif qida məhsullarının (məsələn, makaron xəmiri,
konfet kütlələri, çay, qəhvə və s.) preslənməsi prosesinin xa-
rakter əyriləri aşağıdakı 29-cu şəkildə göstərilmişdir:
304
а b c
Şəkil 29.Müxtəlif qida məhsullarının preslənməsi
prosesinin xarakter əyriləri
Şəkildə verilən əyrilərdən görünür ki, kütlənin maksi-
mum sıxılmış bircinsli strukturu əmələ gələnə qədər, əv-
vəlcə təzyiqdən asılı olaraq sıxlığın kəskin dəyişməsi baş
verir, sonra isə təzyiq kəskin artarkən, sıxlığın cüzi artması
müşahidə olunur.
Müxtəlif çeşidli qida məhsulları istehsalında çətin və
asan bərkiyən materiallar bir-birindən fərqləndirilir. Yuxa-
rıdakı 29-cu şəkildə göstərilən sxemlər, bu baxımdan, aşa-
ğıdakı kimi izah olunur: (a) – sxemi çətin bərkiyən, (b) –
sxemi bərkimə zamanı bir sıra elastiki xüsusiyyətləri mey-
dana çıxan və (c) – sxemi isə asan bərkiyən materialların
preslənməsi prosesini xarakterizə edir.
Qida kütlələrinin həcmi deformasiyası və onların pres-
lənməsi, formalaşdırılması, borularda nəql etdirilməsi zamanı
axıcılıq şəraitinə, təzyiqin relaksasiyası və materialın sür-
tünməsi xüsusi təsir göstərir.
Qida sənayesindəki belə təzahürlər çörək və makaron xə-
mirləri, müxtəlif konfet kütlələri, çay və bir sıra digər məh-
sullar üçün tədqiq edilmişdir.
Dostları ilə paylaş: |